Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Kökəlmək istəyirsiniz?

Kökəlmək istəyirsiniz?

Adətən kökəlmək arıqlamaqdan daha çətin olur. Bəs sağlamlığa zərər vurmadan necə kökəlmək olar? Çoxları səhərdən-axşama kimi özünü yemək yeməyə məcbur edir, lakin bunun nəticəsində kökəlmir, əksinə, çox zaman daha da arıqlayırlar. Bunun da səbəbi budur ki, orqanizm bu cür qidalanma zamanı güclü stres keçirir, faydalı maddələri mənimsəyə bilmir. Buna görə də orqanizmi çətinliyə salmadan kökəlmək üçün ilk növbədə arıq olmağınızın səbəbini öyrənməli və həyat tərzinizi dəyişməlisiniz.

Öncə həkiminizlə məsləhətləşməlisiniz. Ümumi qan və hormon analizləri vasitəsilə çəkinin normadan kənara çıxıb-çıxılmaması təyin edilməlidir. Mədə-bağırsaq pozğunluğu, xroniki disbakterioz, onurğanın əyilməsi, hormonların disbalansı, qalxanvari vəzinin funksiyalarının pozğunluğu, ürək-damar xəstəlikləri, cinsi orqanların infeksiyası - bütün bu amillər yoxlanmalıdır. Əgər hansısa xəstəlik səbəbindən kökələ bilmirsinizsə, mütləq müalicə olunmalısınız. Özünüzü yaxşı hiss etsəniz belə, həkimə müraciət edin. 

Kökəlmək istəyirsiniz?

Əgər sağlamlığınızla bağlı problemlər yoxdursa, o zaman qarşınızda iki yol var - əsəbləşməyin və orqanizminizi yemək yeməyə kökləyin. Çünki adətən belə olur - yemək istəmirsiniz, az yeyirsiniz, buna görə də iştahınız daha da azalır. Yadda saxlayın - stres, narahatlıq və digər neqativ amillər bütün kaloriləri yandırır. Buna görə də özünüzü ələ alın və hər boş şeydən ötrü əsəbləşməyin. Gündə 2 dəfə adi çay əvəzinə apteklərdə satılan sakitləşdirici bitkilərin dəmləməsini için. 

Arıq xanımlara daha bir faydalı məsləhətimiz hər gün 15 dədiqə bu hərəkəti etmələridir. Arxası üstə uzanın, gözlərinizi yumun, mümkün qədər sakit uzanın. Heç bir şey haqda düşünməyin, sadəcə nəfəs alın. Bu hərəkət zamanı kortizolun (kökəlməyə qoymayan stres hormonu) miqdarı azalır.

Hər axşam ən azı 20 dəqiqə təmiz havada  gəzin. Bu gəzintidən sonra axşam rahat yatacaqsınız. Yaxşı yuxu isə kökəlmək istəyənlər üçün vacibdir. 

Kökəlmək istəyirsiniz?

Əgər bütün bunlara əməl edərək sağlam həyat tərzi keçirməyə başlamısınızsa, bir neçə həftədən sonra tez-tez acdığınızı hiss edəcəksiniz.  Demək, artıq kökəlmək üçün xüsusi pəhrizə keçmək zamanıdır. Bu zaman diqqətli olmaq lazımdır. Çəkinizin həftədə 2 kq artması normaldır, çox kökəlmək olmaz.  Rejimə əməl edin, hər gün eyni saatda yemək lazımdır. Səhər 1 stəkan təmiz suyla başlayın. Keyfiyyətli məhsullarla qidalanmağa çalışın, yarımfabrikatları rasionunuzdan çıxarın. Çox yemək yox, keyfiyyətli qidalanmaq vacibdir. Toyuq ətini qoyun əti ilə əvəz edin. Rasionunuza mütləq qoz, zeytun yağı, dəniz məhsulları, kürü, xama, pendir, kəsmik, un və şirniyyat məhsulları daxil edin. Kökəlmək istəyənlər özlərini düzgün həyat tərzi keçirməyə öyrəşdirməlidirlər. Əgər yaxşı yatar, təmiz havada çox olar, stresdən uzaq olarsınızsa, iştahınız artacaq və beləliklə, arzu etdiyiniz çəkiyə çatacaqsınız.

Kökəlmək istəyirsiniz?

Kökəlmək arzusunda olanlara təxmini menyu təqdim edirəm. Seçim etməniz üçün hər yemək menyusunda 3 bənd verilib. Hansı bənddəki yeməklər ürəyinizcədirsə, həmin yeməkləri yeməlisiniz.

Səhər yeməyi

- Süddə bişirilmiş darı sıyığı (kərə yağı ilə), yağ-pendir ilə buterbrod, şirin kakao.

- Ballı, qozlu, kişmişli yulaf sıyığı, yağ və kolbasa ilə buterbrod, südlü, şirin qəhvə.

- Bişirilmiş ətlə soyutma kartof, yağ-pendirli bulka, südlü, şirin qəhvə.

Arada:

- Süd əlavə edilmiş yulaf lopası.

- Yağ və kolbasalı buterbrod, çox yağlı şirin yoqurt, meyvə şirəsi.

- Qiyməli makaron, yağ-pendirli ağ çörək, meyvə şirəsi.

Nahar yeməyi:

- Ətli borş, kotlet, pendirli makaron, kisel.

- İstənilən şorba, qızardılmış balıq və kartof, xamalı salat, meyvə şirəsi.

- Noxudlu şorba, xamalı salat, şirin çay və şırniyyat.

Arada:

- Tərəvəzli salat (mayonezli), meyvə şirəsi.

- Yağlı süd və şirin peçenye.

- Üzərinə yoqurt əlavə edilmiş meyvə salatı (banan, avokado, kivi).

Şam yeməyi:

- Omlet və ya pomidorlu-pendirli yumurta, ballı isti süd.

- Südlü qarabaşaq sıyığı, kolbasalı buterbrod, şirin çay.

- Ət qovurması, düyü, yağlı bulki və şirin çay.

Səslərin sayı: 9
60
13623
loading...
Şərhlər
Offline
Arzu
Cox tskler Menim hele 11 kq ehtiacim var. Menim ucun cox maraqliir
11 yanvar 2017 11:43
Offline
Yağmur....)
Men isdemirem. Bele normalam artığ çekiden qorxuram :))
10 yanvar 2017 20:38
Offline
Fatma xanım
Qətiyyən kökəlmək istəmərəm əgər arıqlaya bilsəm
24 fevral 2016 17:25
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
59-58 kiloyam, 8-9 kq ariqlamaq isteyirem kokelmek yoxxx.

Boyy bəsdidana bajı. Hara gedirsən?))
24 fevral 2016 08:37
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ro-Xe-Sa
59-58 kiloyam, 8-9 kq ariqlamaq isteyirem kokelmek yoxxx.
23 fevral 2016 23:21
imza: فراق
Offline
Sevil Babayeva
İndi arıqlamaq istəyənlər çoxdu nəyinki kökəlmək.
23 fevral 2016 21:38
Offline
Aysel İ.
Afət canım mən kökəlmək yox arıqlamaq istəyirəm 1-2 kilo. Ancaq ehtiyacı olanlar üçün çox gözəl məsləhətlərdir.
16 noyabr 2014 23:06
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Rayka
Mende kokele bilmirem..yemek yedikde tez doyuram amma 5deqiqa kecmir yene aciram..yeyiyirem amma kokele bilmirem bunun sebebi ne ola biler? girl_cray
19 sentyabr 2014 18:46
Offline
H.REVANE
Salam men heddinen artiq ariqam yazdiqiniz menyudaki yemeklerden hamisindan yeyirem ama hecbir neticesi yoxdur bu neden olabiler?hele usdelik ariqliyiramda
11 iyul 2014 02:30
Offline
ღ➷❤➹ ureyde biri var ➷❤➹ღ onu sevmeyin yeri varღ➷❤➹
Mende kokelmey istirem ama kokele bilmirem, yimeydende cox yirem alinmir ne edim axi men girl_cray
1 iyul 2014 14:40
Offline
❤qanadsiz_melek❤
cray Men de cox ariqam nisanlim da el cekmir diyir kokel... dash men istemirem axi amma deyilenlere mutleq emel edecem tesekkurler xeber ucun unknown
5 iyun 2014 14:32
Offline
sebine ismayilova
Kokele bılmırem qızımı boyudurem 4 aylıqıd nece stress eseb kecırmıyım 41 kl yam off yaa ne qeder ıstesemde kokele bılmırem dash
3 iyun 2014 20:42
Offline
AYKA
Offf meen isstemirem amma sevgilim el cekmirki kokel
1 iyun 2014 19:56
Offline
Sabira Qasimli
Menim kokelmeye ehtiyacim var burada verilen menyuya diqqet etmeye calisacam..
1 iyun 2014 19:12
Offline
AYGUN_1981.
Mende cox yeyenem amma kokelmirem, amma qarnim cixir pis pis. dash pis qarin diablo teshekurler xeber ucun
3 fevral 2014 20:58
Offline
Papatya
Kokelmek istemirem ancaq sekildeki pizzani istiyirem tsk
3 fevral 2014 08:38
Offline
Gunel celilova
Kökelmeyi hec istemirem,cekimden raziyam,daha dogrusu razi idim,hamile olana kimi,qoy ushaq olsun eksine ariqlamaga can atacam
30 yanvar 2014 16:15
Offline
Gumush-F
Bir sozle butun yemeklerden yemek lazimdir.
26 yanvar 2014 10:59
Offline
GUNIS
Kim kokelmek ister
25 yanvar 2014 21:08
Offline
PƏRVANƏ ƏLİYEVA......
Qadini yarashiqa getiren azda olsa biraz etli canli olmasidi.Sur sumuk neye lazimdiye.Ne cox ariq olmaq lazim deyil manikenler kimi..nedeki cox kok olmaq lazim deyil.Adam var seherden axshama kimi yeyir azda olsa kokelmir.Adamda varki su ilede kokelir..Teshakkurler Afet xanim.Kokelmey istiyenler ucun eladio... dash
25 yanvar 2014 21:02
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır