Bakıda hava 22°
USD 1.7008 AZN
EUR 1.9963 AZN

3 aya 22 kq arıqladım

Hər bir xanım kimi həmişə formada olmaq, incə görünmək mənim də arzum olub.girl_smiAilə quranadək çəkim daim 48-56 kq arasında dəyişib. Ailə qurduğum vaxtı 48 kq çəkim vardı və bu rəqəm durmadan artırdı. Hamiləliyimin əvvəlində 54 kq idim. Hamiləliyin sonunda isə artıq 78 kq çəkidə idim. Aldığım 24 kq sözün əsl mənasında mənə əziyyət verirdi. Bu, məndə çox böyük kompleks yaratmışdı.dash Hamiləlik zamanı gecə-gündüz bilmədən daim yeməyə vərdiş etdiyimdən yeməklərimi birdən-birə azalda bilmədim. Həm də bunun orqanizmimə çox böyük zərər verəcəyini bilirdim. 6 ay ərzində rasionumdan təkcə çox yağlı yeməkləri və bir-iki şirniyyatı çıxara bildim. 6-cı ayın sonunda çəkim 76 kq idi. Bu vaxt mən düşündüm ki, mən mütləq artıq çəkilərimdən qurtulmalıyam. Əvvəl geyindiyim (54 kq olduqda) ən sevimli donumu qarşıma qoydum və qərar verdim: "Mən səni oğlumun 1 yaşı tamam olan günü geyinəcəm!" Məqsədimə çatmaq üçün qarşıda 6 ayım var idi.

Sevimli Qadın.Netlilər, bir vacib nüansı qeyd edim ki, siz arıqlamaq istəyirsinizsə, ilk öncə buna əmin olmalısınız. Çəki atmağın sizin üçün lazım yox, vacib olduğunu qərar verdikdən sonra qarşınıza məqsəd qoymalısınız. Məqsədsiz heç nə əldə edə bilməzsiniz. Əgər arıqlamaq məqsədiniz yoxdursa, onda formada olmağı da unudun.

Arıqlamaq prosesinə aclıq aksiyası, işgəncə kimi yox, sonunda hədiyyəsi olan bir oyun, əyləncə kimi  yanaşmaq lazımdır. Daim yaxşı əhval-ruhiyyədə olmalıyıq. Düzdür, bu çox çətindir, amma öhdəsindən gəlməliyik. Axı bu bir əyləncədir... fellow 

3 aya 22 kq arıqladım

1-ci mərhələ: Səhər yuxudan oyanan kimi 1 stəkan otaq temeraturunda olan su içdim. Yemək arası yediyim bütün yeməklərdən imtina etdim. Süfrəni hazırlayarkən çörəyin kənarını qoparıb yeməkdən, salatdan bir az yeməkdən və s.-dən imtina etdim. Ancaq yemək zamanı süfrədə oturdum, doyunca yedim və qalxdım. Süfrədə müxtəlif turşuları bolluca göy-göyərti əvəz etdi. Yemək arası acından əsəbləşdiyim vaxtlarda peçenye və şokolad əvəzinə meyvə və bol-bol su içdim. İlk günlər fikrim ancaq yeməkdə, gözüm saatda qalırdı ki, nə vaxt yemək yeyəcəm. Artıq 10-12 gündən sonra arada yediyim yeməklər heç meylimdən belə keçmirdi. Ən çətin dönəm bu idi. Bu dövrü  siz də keçə bilsəniz, demək yolun yarısını gəlmisiniz. Özünüzü mükafatlandırın. Aclığa dözə bilmədiyim vaxtlarda xəyalən sevimli paltarımı və yemək istədiyimi yanaşı qoyar, aralarında seçim edərdim və bir stəkan su içməklə üstünlüyü paltarıma - məqsədimə verərdim.

2-ci mərhələ: Həmişə yediyim yeməyin 1/3-i qədər yedim. Az sonra bu qədər yeməyə də öyrəşdikdən sonra yeməyin yarısından imtina etdim. Bu zaman yediyimi çox çeynəyirdim. Bir növ özümü aldadırdım ki, guya həmişəki qədər yeyirəm. Bundan sonra ara-sıra acı (tünd) şokoladla çay içməyə özümə icazə verirdim.yes 

3 aya 22 kq arıqladım

3-cü mərhələ: Bütün bunların sonunda çəkim 56 kq-dır. Atmaq istədiyim cəmi 2 kq çəkim var. İdman etməklə bu çəkidən də qurtulacağam. Əslində bu 2 kq-ı da bol su içməklə yox edə bilərəm. Ancaq istədiyim formanı əldə etmək üçün idman mütləqdir. İdman dedikdə halqa çevirməyi nəzərdə tuturam. Gündəlik 20 dəqiqə halqa çevirmək yetərlidir.

Yeməyimi azaltdığım bir vaxtda ayda ən azı 2 dəfə saç, üz maskaları edirdim. Çünki çəki azaldıqca lazımsız yağlarla birgə lazımlı mineral və vitaminləri də itirirdim. Dərimin solğun, saçlarımın cansız olmasını isə istəmirdim. Maskaları etməsəm, sonda arıq olacaqdım düzdür, amma… baxımsız saçlarım və pis vəziyyətdə olan dərim də olacaqdı. Bu isə mənə lazım deyildi.no

Sonda sizə məsləhətim budur ki, arıqlamaq istəyinizi hec kəsə deməyin. Heç kimə “Arıqlamışam?” sualını verməyin. Ətrafdakılar sizə özləri bunu deyəcəklər. Pəhrizə başladığınız andan tərəzini və metrəni evdən kənarlaşdırın. Gündə bir dəfə tərəziyə çıxmayın. Gün ərzində içdiyiniz su marketlərdə satılan bulaq suyundan olsa daha yaxşı olar. Çünki bizə canlı - qaynanmamış su lazımdır. Evə gələn suyun tərkibində bir çox lazımsız elementlər var. Belə suyu çox içmək olmur.

Sevimli xanımlar, mən 22 kq çəkiyə 3 aydan az bir vaxtda "əlvida" dedim. Oğlumun 1 yaşına isə hələ təqribən 3 ay vaxt qalır. Sizə Allahdan cansağlığı və gözəl qalmağı arzu edirəm.love

Səslərin sayı: 19
122
42894
Loading...
Şərhlər
Offline
sparrow
XANIMLA temamile raziyam.Ariqlamaq isteyirsinizse birinci beyninizi buna hazir etmelisiniz.
7 aprel 2016 21:50
Offline
Fatma xanım
Farida_Asadova,
Haralardasan gəl
7 aprel 2016 19:40
Offline
Aysel İ.
Fəridə haralardasan?
2 mart 2015 09:02
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Anya Letifqizi
Sizde irade boyukdur,mende cox kokem,piy qatlari,sallammalar coxdur,evvel 75kq idim.aile heyati qurdum yolldasim herbicidir,axsamdan axsama eve gelirdi tek idim,tenbellikden hecne bisirmirdim,cox vaxt hec geceleri yemirdim ozumde bilmeden ariqladim,azaciq qarinimda sallammalar qalmisdi,amma qisda qayidib gelirdim qaynanamgile yemeyin en coxunu mene tokur mende bosqabimda ne varsa hamisini yeyenem,iradem zeyifdir,deyirem az tok ariqlamaq isteyirem qulaq asmir,indi yayi gozleyiremki yene gedim orada ozumu ariqladim,onu deyiremki herden tenbellikdende ariqlamaq Sizde irade boyukdur,mende cox kokem,piy qatlari,sallammalar coxdur,evvel 75kq idim.aile heyati qurdum yolldasim herbicidir,axsamdan axsama eve gelirdi tek idim,tenbellikden hecne bisirmirdim,cox vaxt hec geceleri yemirdim ozumde bilmeden ariqladim,azaciq qarinimda sallammalar qalmisdi,amma qisda qayidib gelirdim qaynanamgile yemeyin en coxunu mene tokur mende bosqabimda ne varsa hamisini yeyenem,iradem zeyifdir,deyirem az tok ariqlamaq isteyirem qulaq asmir,indi yayi gozleyiremki yene gedim orada ozumu ariqladim,onu deyiremki herden tenbellikdende ariqlamaq Sizde irade boyukdur,mende cox kokem,piy qatlari,sallammalar coxdur,
26 fevral 2015 19:43
Offline
gunay
Ehsen, guclu irade lazimdir esas.
29 yanvar 2015 16:44
Offline
nihatmehtizadə
Halaldı iradənizə,böyük uğurdu.Sağ əliniz mənim başıma. air_kiss
21 yanvar 2015 16:19
Offline
Nəzrin
Halal olsun iradenize heyran oldum tebrikler
26 oktyabr 2014 16:52
Offline
Deniz N-va
Of ya bacim ya kokelmek icin illa da cocugun mu olmasi lazim ya nea
19 may 2014 18:25
Offline
Elvida
Tesekkurler give_ros
2 may 2014 19:59
Offline
Nermin Musayeva
Farida_Asadova,
Insallah yazacam
2 aprel 2014 22:03
Offline
Farida_Asadova
AMMA GÖZƏLDİR ƏLAVƏ ÇƏKİNİ ATMAQ

Səni təbrik edirəm give_ros Göz altı qaralar üçün maska edirsənmi? O 5 i də verəcəksən yes
Yazımın bir faydası olduğuna sevindim..

Insallah bu gunden mende basladim

Sənə uğurlar. 1ay sonra nəticəni yaz...
2 aprel 2014 18:31
Offline
Nermin Musayeva
super canim beyendim cox faydalidi.Insallah bu gunden mende basladim
2 aprel 2014 16:55
Offline
Seadet Sexavet
FƏRİDƏ 6 KİLO VERDİM.İNDİ QALIR QORUMAQ.5 DƏ VERƏ BİLSƏM ÇOX ƏLA OLACAQ.PİSİ ODUR Kİ SİFƏTİM ÇƏKİLİR.GÖZLƏRİMİN ALTI QARALIR....AMMA GÖZƏLDİR ƏLAVƏ ÇƏKİNİ AGMAQ...76DAN 70Ə DÜŞDEM.SƏNİN XƏBƏRİNDƏN SONRA BSŞLAMIŞDIM TƏŞƏKKÜRLƏR ÜRƏKLƏMDİRDİYİN ÜÇÜN
29 mart 2014 19:01
Offline
Farida_Asadova
sağ əlini çək başıma

Sağ əlim başına əzizim empathy
28 mart 2014 16:29
Offline
Minira Aslanzade
Faridıçka çox iradəli qızsan afərin sənə məndə kökəlmişəm kompleks yaranıb məndə bugündən çörəyə son deyirəm arıqlamaq istəyirəm sağ əlini çək başıma dash
26 mart 2014 14:36
Offline
ayten hafiz
] ayka sen nece kq idin.men sud verenden cox kokelmisem.10- e catiram.bayira cixa bilmirem
2 mart 2014 18:30
Offline
MEN.A
ayten hafiz,
MEN EVEL NAHARDA YIYIRDIM INDI YEMIREM/ GUNORTA PAKETDE OLAN DUYUDEN QAYNADIB PAMIDOR XIYAR SALATI ILE YEYIREM.HERDEN KARTOSKA QAYNADIB YIYIREM. AZCA DUZDA SEPIREM. DUZSUZ MEN YIYE BILMIREM.AXSAMDA CALISIRAM YEMIYIM COX AC OLANDA PAMIDOR XIYAR YEYIREM.BIRDE PRES EDIREM. EVVEL MENDE DOZMURDUM BIRGUN SAXLIYIB POZURDUM AMA MECBURI DOZDUM GORDUM ARIQLIYIRAM BIRAZDA HEVESIM ARTDI.
1 mart 2014 14:06
Offline
ayten hafiz
AYKA SEN NEDEN ISTIFADE EDIRSEN.MEN 1-2 GUN SAXLAYIRAM SONRA POZURAM.AMA COX ISTEYIREM KI ARIQLAYAM.MESLEHETINI GOZLEYIREM.
24 fevral 2014 19:30
Offline
MEN.A
MENDE DIETDAYAM XEYRI VAR 23 GUNE 4 KQ ARIQLAMISAM/ INSALLAH DAVAMLI OLAR. BIR HEFTE DOZURSEN SONRA OYRESIRSEN AZ YEMEYE
23 fevral 2014 18:39
Offline
ayten hafiz
FARIDA give_ros give_hea air_kiss
TESEKKURLER
9 fevral 2014 23:02
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Hansı fəsili daha çox sevirsiniz?
Yaz - 4
33.33%
Yay - 4
33.33%
Payız - 4
33.33%
Qış - 0
0%
Ümumi səslərin sayı: 12