Bakıda hava 20°
USD AZN
EUR AZN
10:41aysel hesenli Sizinlə bahəm 08:38Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:38Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinii salamlayırıq!
41080

Bakıda çoxmərtəbəli binalarla bağlı yeni qərar

 

Bakıda binaların bir-birinə çox yaxın şəkildə tikilməsi texniki təhlükə yaratmaqla yanaşı, mənəviyyatımıza və insanların sağlamlığına da ciddi zərbə vurur. Bunu Trend-ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, Bakıda bir-birinə yaxın, çoxmərtəbəli binaların tikilməsi qəbuledilməzdir: "Qarşı pəncərələri çox yaxın olan binalardakı insanlar, demək olar ki, həmişə pərdə arxasında yaşamağa məcbur olurlar. Bunun hesabına mənzilə günəş işığı düşmür. Bu isə insanların sağlamlığı baxımından çox pis, təhlükəli məqamdır". Şöbə müdirinin fikrincə, bunun bir səbəbi həmin binaları inşa edən "sahibkarların" az yerdən daha çox gəlir götürmək məqsədilə tikinti normalarını pozmasıdırsa, digər səbəbi də vətəndaşların şəhərsalma və birgəyaşayış normalarına bələd olmamasıdır. C.Qocayevin sözlərinə görə, problemin yaranmasında bəzi dövlət qurumlarının da böyük günahı var. Komitə sözçüsü bildirib ki, çoxmərtəbəli binaların bir-birinə çox yaxın şəkildə tikilməsinə yol verilməməsi paytaxtın müfəssəl planının konsepsiyasında da nəzərdə tutulur.
Mənbə: Milli.Az

 

Səslərin sayı: 0
0
1034
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )