Bakıda hava 23°
USD AZN
EUR AZN
09:19Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 09:18Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi xoş gördük!
41062

Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi

 

Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi

Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirdiyi konfet ağacı növbəti dəfə bar verib. 59  yaşlı bağbanın APA-nın cənub bürosuna verdiyi məlumata görə, o, konfet ağacının meyvəsinin toxumlarını hələ 1980-ci illərin ortalarından evə gətirərək, onları xüsusi qablarda cücərtməklə daha sonra şitillərini torpağa basdırıb. Aqrotexniki qulluq sayəsində konfet ağacı boy ataraq 2 il sonra bar verib. İndi Nizam Cabbarovun həyətində konfet ağacının sayı bir deyil, onlarladır. Bağbanın sözlərinə görə, vətəni Yaponiya, Çin, Hindistan və Koreya sayılan bu ağac Azərbaycanda təcrübə olaraq ilk dəfə 1935-ci ildə Mərdəkanda yetişdirilib.  Nəticə müsbət olduğundan konfet ağacından respublikanın subtropik iqlim şəraitinə məxsus ərazilərində, eləcə də Lənkəran rayonunda əkib çoxaldıblar. Sonradan baxımsızlıq ucbatından həmin ağacların hamısı məhv olub. Nizam kişi isə konfet ağacının sayını artıraraq, ondan tanışlarına, qonum-qonşulara da hədiyyə edib. N.Cabbarovun sözlərinə görə, konfet ağacı iyun ayının ortalarında çiçək açır: ”Bu zaman arılar ağacın ağ çiçəklərinə qonaraq nektar toplayırlar. İndi mən konfet ağacının hesabına həm də arıçılıqla məşğul oluram. Bəslədiyim 5 arı pətəyi sayəsində ailə büdcəmizə əlavə gəlir daxil olur”. Nizam kişinin qənaətincə, konfet ağacının sürüşmə baş verən ərazilərdə əkilib çoxaldılması torpağın eroziyaya uğramasının qarşısını alır: ”Ağacın kökləri torpağın dərin qatlarına uzanıb getdikcə sürüşmə təhlükəsi minimuma enir”. Maraqlıdır ki, konfet ağacının meyvələrindən təkcə çərəz kimi deyil, həm də dərman vasitəsi kimi istifadə olunur. Bu meyvələrin tərkibində xeyli miqdarda insan orqanizmi üçün faydalı maddələr, o cümlədən qlükoza, protein, saxaroza, fruktoza, kaliumnitrat vardır. Konfet ağacının meyvələri həmçinin nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq və öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir. Qeyd edək ki, Azərbaycan üçün nadir bitki növlərindən sayılan konfet ağacını qoruyub gələcək nəsillərə ötürmək məqsədilə onun adı ölkənin “Qırmızı kitab”ına daxil edilib.

 

Mənbə: Lent.Az

Səslərin sayı: 1
11
1862
loading...
Şərhlər
Offline
MAYA EL
Mənə çox maraqlı gəldi görən ağacı nə formadadı .
11 iyul 2015 19:13
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Qəribə
Təşəkkürlər məlumat üçün.
21 iyun 2015 23:43
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
S.S.E.
ele bildim tezeden.bar verib ee
20 yanvar 2015 00:25
Offline
Aysel İ.
Biy mende ele bilim cayla icilen kanfet aqacidiye sendme meyve imis

biggrin
20 yanvar 2015 00:21
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
S.S.E.
maraqlidir tesekkurler
16 yanvar 2015 17:42
Offline
HUSNA
Ilk defedir bu agac haqqind esidirem,maraqli idi
25 dekabr 2014 16:49
Offline
Qəribə
Oxudum cox maraqli bir xeber idi...
25 dekabr 2014 16:35
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Əhədli Əhəd
Mən bu ağacın adını başqa cür bilirdim...
Məlumat üçün təşəkkürlər :)
7 iyun 2014 13:08
Offline
איסון ממדוב.
Gözəl allahım sən heç bir evi körpəsiz etmə aminnn.Aminnn bacim

give_ros
16 mart 2014 20:10
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Tər Naz Elm Nur
Kanfet didiz mende elebiliremki cayla icilir biggrin

Gözəl allahım sən heç bir evi körpəsiz etmə aminnn.Aminnn bacim girl_ang give_ros
16 mart 2014 20:05
Offline
איסון ממדוב.
Biy mende ele bilim cayla icilen kanfet aqacidiye crazy sendme meyve imis love
16 mart 2014 19:39
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )