Bakıda hava 26°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:24Surayye Qizlarim qizilalrim necesiz?İstilerle aranız necedi 11:36Sima salma millet necesiz
40643

Uşaqlığın düşməsi (sallanması)

Uşaqlığın düşməsi (sallanması)

Vaginal yolun enməsi və uşaqlığın düşməsi (sallanması)  

Bu xəstəliyin əsas səbəbi çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır. Uşaqlıq yolunun enməsi - piylənmə, daim ağır əşyaların qaldırılması ilə müşayiət edilən fiziki işlərlə məşğul olması nəticəsində də baş verə bilər. 

Xəstəlik nələrdən sonra inkişaf edə bilər ? 

Uşaqlıq yolunun enməsi və sallanması (düşməsi) ağır keçən doğuşlardan sonra (mamalıq maşalarından istifadə edilməsi, aralığın çox saylı cırılmaları ilə keçən doğuşlar) doğuşdan az bir zaman keçməsinə baxmayaraq ağır fiziki işlərlə məşğul olan cavan qadınlarda, həm də cinsi orqanlarda yaşla əlaqədar olaraq yaranmış olan dəyişikliklər nəticəsində yaşlı qadınlarda da təsadüf edilir.

Uşaqlığın düşməsi (sallanması)

  Xəstəliyin inkişafı necə gedir?

Əvvəlcə uşaqlıq yolu, sidik kisəsinin, bəzi hallarda isə düz bağırsağın bir hissəsi enmiş (düşmüş) olur. Uşaqlıq yolunun düşməsi adətən, tədricən inkişaf edir. İlk əvvəl güc verilərkən ağrı hissiyyatları meydana çıxır: qarnın aşağı hissəsində və beldə uzun sürən ağrılar, sidiyi saxlaya bilməmək, qəbizlik və s. Bəzi hallarda cinsi əlaqə zamanı da ağrının olması baş verə bilər. Patoloji hal inkişaf etdikcə uşaqlıq yolunda yad bir cismin olması hissiyyatı yaranır, uşaqlığın selikli qişası kobudlaşmağa başlayır, hər hansı bir travmadan asanlıqla zədələnir, səthində eroziya və xoralar əmələ gəlir.

Vaxtında ölçü götürülməzsə, orqanların sallanması artmaqda davam edəcəkdir. Tədricən sidik kisəsinin və düz bağırsağın hissələri daha çox sallanmağa başlayır, uşaqlıq get-gedə daha aşağıya enir. Nəhayət, son nəticədə uşaqlıq yolu, uşaqlıq, sidik kisəsinin və düz bağırsağın bir hissəsi, kisə şəklində (ölçüləri yeni doğulmuş uşaq başı boyda) olmaqla, cinsi dəlikdən xaricə çıxmış olurlar.

Xəstələr nə zaman həkimə müraciət etməlidirlər?

Əksər hallarda utancaqlıq səbəbindən qadınlar xəstəliyin müalicəsi üçün qiymətli vaxtlarını itirərək həkimə çox gec müraciət edirlər. Nəticədə xəstəlik o dərəcəyə qədər ağırlaşır ki, onun müalicəsi yalnız cərrahi yolla mümkün olur.

Uşaqlığın düşməsi (sallanması)

Xəstəliyin müalicəsi necədir?

Patoloji halın müalicəsi uşaqlıq yolunun enməsi dərəcəsindən asılıdır. Bu enmə çox deyilsə, konservativ müalicə tətbiq edilir. Bu zaman usaqlıq yolunun qan dövranını yaxşılaşdırmaq məqsədi ilə xəstələrə fiziki gərginliyin azaldılması (xüsusən də 45 yaşından sonra), ginekoloji massaj kursu, gigiyenik bədən tərbiyəsi ilə məşğul olmaq məsləhət görülür.

Xəstəliyin gecikmiş formalarında həkimlər cərrahi müdaxiləyə əl atmalı olurlar.

Cərrahi müdaxilənin mahiyyəti nədir ?

Uşaqlıq yolu divarları tikildikdən sonra uşaqlıq, sidik kisəsi və çanaq dibi əzələləri öz “qanuni yerlərinə” qayıdırlar. Əməliyyat ümumi narkoz altında uşaqlıq yolundan olmaqla aparılır. Əməliyyatdan sonra qadına bir həftə ərzində yataq rejimi təyin edilir. Yaranın sağalmasından və iltihabi prosesin olub-olmamasından asılı olaraq, təxminən iki həftədən sonra qadına oturmağa icazə verilə bilər.

 

Bəs xəstəliyin profilaktikası üçün nə etmək lazımdır?

Bunun üçün əsasən uşaq yaşlarından etibarən, xüsusi idman hərəkətlərindən istifadə etməklə qarın və çanaq dibi əzələlərini möhkəmləndirmək lazımdır.

Hamiləlik zamanı, əks göstəriş olmadığı halda, mütləq xüsusi idman hərəkətləri ilə məşğul olmaq məsləhət görülür. Bu, doğuş zamanı aralıq əzələlərinin cırılmasının və qarının düz əzələlərinin aralanmasının qarşısını alır. Doğuşdan sonrakı iki ay müddətində isə qadın ağır əşyalar qaldırmaqdan çəkinməli, hətta mümkün qədər hər hansı fiziki işlə məşğul olmamalıdır.

Doğuşdan sonra həkimlə məsləhətləşməklə qadın bir sıra xüsusi fiziki hərəkətlər kompleksini yerinə yetirə bilər. Bu ona, özünün qarın divarı və çanaq dibi əzələlərini möhkəmləndirməyə və daxili cinsi orqanlarının qan dövranını yaxşılaşdırmağa imkan vermiş olur. Doğuşdan sonrakı dövrdə xüsusi bandaj (qurşaq) geyinilməsi yaxşı profilaktik kömək edir.

Səslərin sayı: 5
59
52175
loading...
Şərhlər
Offline
Dr Elvin Əli
babayeva firangiz,
salam,probleminiz ne derecede olmagindan asli ,azdirsa idmanla,coxdursa ve sallanma vardirsa abdomenoplastika ile
17 fevral 2015 18:23
Offline
aysu
oooooooo cox beyedim

cox saoqlun xeber gore
8 fevral 2015 23:58
Offline
Aygun m_kva
allah herkese qimset elesin
8 fevral 2015 17:55
Offline
Aysel İ.
Çox gözəl məsləhətlər və xəbərdarlıqdır. Bu hər kəsin başına gələ biləcək hadisədir. Bundan utabmnmaq çəkinmək lazım deyil vaxtında həkimə müraciət etmk lazımdır.
15 dekabr 2014 08:51
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
babayeva firangiz
Salam hekim meni narahat eden usaqdan sonra qalan qarnimdi.onu nece yox edim?
22 oktyabr 2014 01:33
Offline
Sefa
salam Dr Elvin Eli. bu movzu ile elaqeli sualim boyukdu. 1 ci hamileliyimde hec bir problem olmayib.sadece dogush agir kecdi tikisshler oldu. 2 ci hamileliyim dogusdan 9 ay sonra tutdu. ve hamileliyimin 3--4 cu ayindan hiss etdimki usaqliq sallanmasi baslayir. demek olar ki artiq 2 ci hamileliyimin bitmesine az qalmish. usaqliq bir qoz boyda cixmaga basladi. 2 ci hamileliyim qeyseriyye ile oldu. sonra 7 ay sonra yoxlatdim usaqliigimi bildirdiler ki sallanma yoxdu yigilibdi. indi yene 3 cu defe hamileyem qeyseriyyeden 2 il kecir. indi 3 cu ayimdayam.amma sidik qacirmalarim olur hiss edirem ki saxlamaq olmur asqirmaq oskurmek oldusa sidik qacirmasi bash verir. ve usaqligim da menim zennimce indi daha tez cixmaga baslayibdi. 12 ci heftedeyem artiq zogal boyda gorunmeye baslayib.sizden meslehet almaq isterdim.doguma qeder ne ede bilerem ki hansisa bir fiziki hereketler idman mi. sallanma cox olmaya. ve qeyseriyye eledeceyim anda bu usaqliq sallanmasini da emeliyyat eletdire bilerem? 2 emelliyat birlikde risklidi? ve ya riskli olmasa da sonradan matka yigilmasina ya dogumsonrasi nese problemli ola biler?
16 oktyabr 2014 09:43
Offline
Terane Allahverdiyeva
Hekim bel agrisindan olurem.eyilib ayaqima corabimida geye bilmirem.neden olar bilmirem.
23 may 2014 00:31
Offline
Dr Elvin Əli
mehriban ceferova,
salam,buyurn
23 may 2014 00:16
Offline
mehriban ceferova
Salam menimde sualim var
22 may 2014 11:55
Offline
Deniz N-va
Xebere gore tesekkurlerr air_kiss
28 aprel 2014 15:55
Offline
GUNES
Salam men 4 aydirki aileliyem. hamile deyilem. sag terefde tez tez agrilar olurdu.qonsuda yasli bir mamaca vardi o baxdi usden dediki yumurtaliginda biraz eyrilik var. hamile qalmaq ucun mane ola biler?
10 fevral 2014 10:14
Offline
Dr Elvin Əli
Xedice ,
salam,mumkunse sualinizi deqiq yazin cavbalandiraq
8 fevral 2014 17:09
Offline
GUNES
Salam mene deyibler ki sag terefde biraz eyrilik var. her gunde orda agrilar olur. 4aydiki evliyem.
8 fevral 2014 09:46
Offline
Dr Elvin Əli
irane,
xanim mumkunse sikayetlerinizi ve narahatliginiz tam ismaricla yazin deqiq cavab yaza bilim
17 yanvar 2014 22:35
Offline
irane
21 yasim var sol terefdedir eyrilik agri olmur ancaq.usaq olmamasinda onun bir ehemiyyeti varmi?
17 yanvar 2014 19:35
Offline
totuwun mamasi
Tewekkurler ALLAHtaala ozu hifs etsin amin
17 yanvar 2014 03:36
Offline
Dr Elvin Əli
SUALI OLAN XANIMLAR BURDA VE YA ISMARICLA SUALLARINIZI UNVANLAYA BILERSINIZ
17 yanvar 2014 00:52
Offline
Dr Elvin Əli
Esmiralda_,
salam xanimçeyer bu probleminiz olardisa ozunuz aydin aciq bilerdinizçyenede ginikoloq baxisiniz olsa yaxsi olarçsayt uzvlerine baxsimiz odenissdir isteseniz gelin ginikoloqlarimiz baxsin
16 yanvar 2014 23:29
Offline
Esmiralda_
Salam dr. Men 5 ildi aileliyem 1 dene qizim var artiq 3 yawi olub 4de kecib, ve bu uwaq olduqdan sonra 3 ildirki men 1defede oldsun hamile qalmamiwam agir dehwet agir ewyalar da qaldirmiwam hemiwe. Hekimede muraciet etmemiwem. Sizce mende indi bu prablem yaranib yoxsa bawqa weyde sebeb ola biler???

He birde bel agrisindanda eziyet cekirem hardasa 4 il olar. 2009 da aile heyatiqurdum 3 ay sonra hamile qaldim 2010cu ilde ana oldum ifso, bununlada dayandi
16 yanvar 2014 22:51
Offline
Dr Elvin Əli
SUALI OLAN XANIMLAR BURDA VE YA ISMARICLA SUALLARINIZI UNVANLAYA BILERSINIZ
16 yanvar 2014 19:48
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!