Bakıda hava 20°
USD 1.7021 AZN
EUR 1.9133 AZN
00:07Su Perisi... Bu gün öldürdün sen meni s......... Heç son olsun
37124

Uşaqlarda immunitetin möhkəmləndirilməsi üçün məsləhətlər

Uşaqlarda immunitetin möhkəmləndirilməsi üçün məsləhətlər

Həkimlər hər nə qədər valideynlərə uşaqların immunitetini möhkəmləndirmək haqda xəbərdarlıq etsələr də, qış aylarında uşaq bağçaları və məktəblərdə uşaqların sayı azalır. Uşaqlar davamlı olaraq bir-birlərini virusla yoluxdururlar. Uşaqların immunitetini möhkəmlətməklə onların viruslu xəstəliklərə yoluxmasının qarşısını ala bilərik.

Uşaqlarda immuniteti möhkəmləndirmək üçün dərman vasitələri ilə profilaktik tədbirlər görmək olar. Eyni zamanda müxtəlif otların dəmləməsidən istifadə edilməlidir. Belə otlar gec təsir etsə də, onlar asan tapılır və ən əsası, əks təsirləri az olur.

Uşaqlarda immunitetin möhkəmləndirilməsi üçün xalq təbabətində profilaktik metodlardan geniş istifadə edilir.

Ləpəli meyvələr

Qoz əsasən də məktəbyaşlı uşaqlarda gücün və immunitetin möhkəmlənməsi üçün gözəl vasitədir. Səhər yeyilən qoz, fındıq və ya badam immuniteti gücləndirir. Uşaqlar üçün quru meyvələr, qoz, dənli bitkilər və yoqurtdan hazırlanmış qarışıq da faydalıdır.

 Uşaqlarda immunitetin möhkəmləndirilməsi üçün məsləhətlər 

Bal və limon

Əgər uşağınız allergiyaya meylli deyilsə, immunitetin möhkəmləndirilməsi üçün ən yaxşı vasitə baldır. Daha bir gözəl vasitə isə limon suyudur. Fincanda isti su ilə qarışdırılmış limon suyu immuniteti möhkəmlədir.

Soğan və sarımsaq

Soğan və sarımsaq immuniteti gücləndirən ən güclü təbii vasitədir. Onların tərkibindəki efir yağları uşaqlarda t-limfositlərin yaranmasına səbəb olur. Soğan və sarımsaq soyuqdəymənin profilaktikası üçün effektiv vasitədir. Bəzən uşaqları bu məhsulları yeməyə məcbur etmək olmur. Bu zaman kiçik hiylədən istifadə etmək olar: yaşıl soğanı xırda-xırda doğrayaraq şorbaya əlavə edin. Eyni zamanda soğan və sarımsağı doğrayaq boşqablarda otaqlara qoymaq olar.

Uşaqlarda immunitetin möhkəmləndirilməsi üçün məsləhətlər

Süd məhsulları

Uşaq üçün ən yaxşı profilaktik vasitə kefir və bal qatılmış isti süddür. Hər gün bir stəkan kefir və ya süd möhkəm sümük və güclü immunitet deməkdir.

Balıq yağı

Balıq yağı A və D vitaminləri, immun sistemi üçün faydalı olan yağlarla zəngindir. Tərkibindəki faydalı minerallar səbəbindən uşaqlarda immunitetin möhkəmlənməsi üçün ən yaxşı vasitə hesab edilir.

Uşaqlarda immunitetin möhkəmləndirilməsi üçün məsləhətlər

Səslərin sayı: 9
31
6459
loading...
Şərhlər
Offline
rehimli cahide
tskr choxsaqolun
9 aprel 2016 13:59
Offline
Xəyalə Murad
Qida allergiyası olan uşaqların immuniteti zəyif olur.
9 aprel 2016 13:52
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
gunay
Tewekkur faydali xeber ucun.
20 aprel 2015 11:06
Offline
Gulnarə
Ümumiyyətlə,hər zaman təbii qidalarla qidalanmalıyıq,elə uşaqlar da,biz böyüklər də.Xəbər üçün give_ros
15 yanvar 2014 21:03
Offline
lala
gozel meslehetlerdi qripde cix pis tutur indi imunitetimiz yaxsi olsa yeqinki qripe tutulmada az olar
15 yanvar 2014 15:02
Offline
GUNIS
faydali meslehetdi
11 yanvar 2014 20:50
Offline
bahar memmedova
gozel movzudur sag olun, ellerinize sagliq
10 yanvar 2014 21:16
Offline
Medine11
Cox gozel movzuya toxundugunuz ucun size tesekkur edirem.Duzdur bildiklerim var idi bilmediyimi de sizin sayenizde bildim
8 yanvar 2014 10:44
Offline
Dəniz84
Bizim uşaqlar ləpəli meyvələri xoşlayır yeyirlər. Soğan və sarımsaq da istifadə edirik. limon və bal sevməsələrdə məcbur yeyirlər. Qatığı sevsələrdə südü heç sevmirlər. gecələr məcbur içrirəm. Balıq yağı da hal hazırda qəbul edirlər. Çalışıram ildə 2 dəfə balıq yağı qəbul etsinlər. Gözəl məlumatların üçün təşəkkür Afət canımkiss
7 yanvar 2014 19:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Sahile
tesekkurler coxunu edirem
7 yanvar 2014 17:17
Offline
guleresmer
Mende bunlardan verirem bir baliq yagindan basqa onuda vaxtinda hekimin meslehetile cox vermisem.Her axsam yatmazdan qabaq 1stekan sud,bali elece yemirler ona gore icine qoz lepesi qatiram. Amma lepenin seher verilmesini esitmemisem men gun erzinde teze-teze qirib verirem.Faydali xebere gore tesekkurler Afet xanim
7 yanvar 2014 09:51
Offline
ilhame
gozel meslehetlerine gore tsk
7 yanvar 2014 09:33
Offline
PƏRVANƏ ƏLİYEVA......
Faydali meslehetlere gore cox saqolun Afet xanim.Allah razi olsun. give_ros
7 yanvar 2014 09:21
Offline
Narin...
Faydalı xəbər üçün təşəkkürlər give_ros
7 yanvar 2014 00:26
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
leman
Məsləhətlərçün təşəkkür,neyləsəmdə qrip tutur mənim qızlarım...xeyri yoxdur recourse
7 yanvar 2014 00:20
Offline
♥NiLuFeR♥
BUNLARI BILIREM,TESEKKURLER
7 yanvar 2014 00:17
Offline
Ulker.Agamali
Men bnlarin hamisindan istifade edirem teskkurler xatirlatdigina gore dance1
6 yanvar 2014 23:05
Offline
איסון ממדוב.
Gözəl məsləhətlər üçün çox saqolun.
6 yanvar 2014 22:44
Offline
Xedice 033
Faydalı məsləhətlərdi saq ol Afət xanım ama bizdə qızım sarmısaq və soğan yemir
6 yanvar 2014 21:18
Offline
BIBIXANIM
deyerli meslehed ucun cox sag olun give_ros give_ros
6 yanvar 2014 19:27
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör