Biri var idi, biri yox idi. Orta əsrlərdə yaşamış bir şah var idi. O şahı xalqı sevirdi, öz ölkəsini idarə etməyi yaxşı bacarırdı, yaxşı adı-sanı var idi. Bir sözlə, şəxsi həyatından başqa, hər bir işdə uğur onu qarşılayırdı. Özünü amma çox tənha hiss edirdi. O boyda saray qulluqçu, köməkçi ilə dolu idi, amma nə həyat yoldaşı var idi, nə də uşağı. Nəsə evliliklə bəxti gətirməmişdi. Amma bu tənhalığa bir son qoymaq lazım idi.
Bir gün şah gedir qul bazarına. O bazarın bir küncündə əsir qızlar satılırdılar. Qonşu ölkəni məğlub edib oranın ən gözəl qızlarını yığıb gətirib bu bazarda satırdılar. Şah da bunlardan birini almağa qərar verdi. İçərisində şahın zövqünə görə ən yaraşıqlısını seçdi, arıq, boyu uzun, saçları açıq qəhvəyi rəngli, ağ dərili bir qızı seçdi. Pulu ödəyib, əynindən çıxartdığı plaşı qızın çiyninə atıb faytona mindirdi. Gəlib saraya çıxdılar.
Qız təbii ki, düşünürdü ki, qul olaraq, uzaq başı bir fahişə olaraq bu saraya gəlib. Onu yaxşıcana işlədib sonra əlinə bir tikə quru çörək verəcəklər. Amma yox. Heç də hər şey belə bəsit deyil imiş.
Qulluqçulara tapşırıldı ki, qızı öz otağına aparsınlar. Otaq da nə otaq, gözəl, səliqəli, geniş. Qız gözlərinə inanmadı. Dərhal dərzi çağırıldı, qızın əyninə olan paltarlar verildi, qalanları da tikilmək üçün sifarişə getdi.
Axşam düşdü, aşağıdakı zalda olan uzun masada hər bir nemətlər qoyuldu adəti üzrə. Amma bu dəfə şah tək olmadı, masasının qarçısında o qızın əyləşməyini əmr etdi.
Qız utancaq halda pilləkənlərdən aşağı enib, başı aşağı halda durdu masanın qabağında.
Şah:
- Otur! Kimi gözləyirsən?
Qız diksinib oturdu.
- Ye! Utanma! – deyərək şah da öz yeməyinə davam etdi.
Yemək zamanı heç kim dinmədi, şah adəti pozmayıb susaraq yeməyinə davam etdi.
Yeməkdən sonra şah qızı kamin qabağında əyləşməyi təklif etdi və onun barəsində öyrənməyə çalışdı:
- Sənin adın nədir?
- Sara
- Haradan gəldiyini danışma bilirəm, ailənin də öldürüldüyünü bilirəm, bu barədə heç nə demə. Bütün lazımi məlumatlarla səni satan insan məni tanış etdi. Neçə yaşın var?
- 18
- Ohoo! Sən hələ indi həyata başlayırsan ki. Eybi yoxdur. Qorxma! Məndən sənə bir ziyan dəyməz. Mən səni qul olaraq almadım özümə, mən səni həyatım üçün yoldaş kimi seçdim. Səni rəsmi ala bilməsəm də, gizli olaraq mənim yoldaşım, sevgilim olacaqsan.
- Evli deyilsiz?
- Əlbəttə, indi mənə baxıb təəccüblənəcəksən ki, bu cür var-dövlət içindəyəm, yaşım da 45-ə çatıb amma bir dəfə də evlənməmişəm. Xeyir! Mən hələ də ürəyimə yaxın olanı seçə bilməmişəm. Ətrafımda dolanan o baxımlı xanımlar hamısı sanki, sünidirlər, sanki məni görəndə ancaq və ancaq imkanım, adım-sanım onları cəlb edir. Amma ürəyimdə nə var heç kimin vecinə belə deyil. Ona görə sənin kimi çarəsiz birinin istədim yanımda olsun ki, ikimiz də bir-birimizin tənha qəlbini istidək...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ziyafət geyimləri
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
Gələn il bir saniyə uzun olacaq
Məşhur model hər kəsi qorxutdu-FOTO
Koronavirus peyvəndi ilk kimlərə vurulacaq?
Mətbəxdə qırmızı havası
4 günə 4 kiloqram
İbrahim Tatlısəs yeni albom buraxır!
Petek Dinçöz ARB TV-də aparıcılıq etdi
MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
"22-ci əsrin memarlığı"-FOTO
Azərbaycan üçün qorxulu proqnoz
Qışda mini ətək necə kombinlənməlidir?
"Kompüter oyunlarında uduzan uşaq..."
Öyrəndim ki...
Xəbərdarlıq: güclü külək, dolu
Fıstıqlı peçenye (foto resept)
İstanbul-Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salındı
BENQ qayıdır
Bu Gün Leyla Əliyevanın ad günüdür!
Gözlər qəlbin aynasıdır
Bu günün hava proqnozu
Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı
Yuxusuzluq ürəyin düşmənidir.
C vitaminin vacibliyi
Payız-qış ayaqqabıları
Evlərin tikintisində yenilik - VİDEO
"Ayfon" işlədnlər, HAZIRLAŞIN! - YENİLİK - FOTOLAR
Mikro trend: uzunqol köynək və birlərzik
10 ən bahalı əntiq avtomobil
Yaponiyada güclü zəlzələ oldu
"WhatsApp" internetsiz də işləyir - Telefonunuzda bunu edin
“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ
MN: Düşmənin iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu məhv edilib
Azərbaycanda internatlar ləğv edilir - Uşaqların taleyi necə olacaq?
Parlament mini ətəkləri qadağan elədi
"Ferhat ile Şirin"serialı Final etmədən yayımını dayandırdı-SƏBƏB
Sevgilisi FOTO paylaşdı
Azərbaycanın ən yaşlı kitabxana oxucusunun 91 yaşı var
Gədəbəydə sirli su: içən ölür
41 yaşlı Lara keçirdiyi estetik əməliyyatlarla tanınmaz hala gəldi - FOTO
Xanımların nəzərinə: əgər işləyirsinizsə...
Ronaldo Fələstinə 1,5 milyon dollar bağışladı
Məşhur cütlüyün beşinci övladı doğuldu
Fərqli badımcan turşusu (foto resept)
Azərbaycanda minlərlə uşaq valideynsiz böyüyür
Termometr sınanda...
Günün qoroskopu:Təşkilatçı olun!
Adelin son halı sevənlərini QORXUTDU-FOTO
- ŞƏRHLƏR