"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Hələ 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olarkən Heydər Əliyev azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, həmin vaxtdan etibarən bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi bayram edilir.
Ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.
Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar yaratdı. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli dövlətçilik ideyaları ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq oldu.
Ulu öndərin diaspor quruculuğu siyasətini son 10 ildə inamla davam etdirən Prezident İlham Əliyev hələ 27 iyul 2004-cü il tarixdə ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi geniştərkibli müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərindən biri kimi qiymətləndirdi, bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini önə çəkdi. Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etdi, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mübarizə aparması ilə bağlı dəyərli tövsiyələrini verdi.
Dövlət başçısı İlham Əliyev müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulayıb. Cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də diaspor quruculuğu işinə yeni çalar verməklə, əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Həmin ilin iyun ayının 7-də Türkiyənin Antalya şəhərində təşkil olunmuş Azərbaycan və türk diaspor təşkilatlarının birgə konfransı, Dünya Azərbaycanlı Ziyalılıarının Forumu və 2007-ci ilin mart ayının 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumu bu sahəyə verilən önəmin parlaq nümunəsidir.
Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ xeyli işlər görülməlidir. Bakı şəhərində 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi də məhz bu vəzifələrin uğurla həyata keçirilməsi baxımından əhəmiyyətli olmuşdur.
Dünya azərbaycanlılarının mühüm nəticələlərlə yadda qalan III qurultayı Azərbaycanda uğurla həyata keçirilən diaspor quruculuğu siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını, yeni dünya nizamının geosiyasi reallıqlarına cavab verdiyini bir daha nümayiş etdirdi. Bu ali tədbir azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini göstərdi. Ölkənin sosial-iqtisadi inkişafının hazırkı mərhələsində Azərbaycan diasporunun qarşısında duran vəzifələri düzgün müəyyənləşdirməklə xaricdə fəaliyyət göstərən təşkilatları milli məqsədlər naminə səfərbər etmək, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə nail olmaq bu gün üçün aktual məsələlər olaraq qalır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikində bildirib: "Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcəkdir".
Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin xoşbəxt sabahına inamını artırıb. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birlik və vətəndaş sülhünün möhkəm əsaslarla intişar tapmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunmasına, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olub.
Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrikində bu məqamlara da toxunub: "Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirdiyimiz ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarmış, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Fərəhləndirici haldır ki, bu ilin əvvəlində biz "Azərspace-1" milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulduq. Bu günlərdə isə Bakıda Avropanın aparıcı neft-qaz şirkətləri ilə imzalanmış "Şahdəniz-2" enerji sazişi Azərbaycanın uzunmüddətli və dayanıqlı tərəqqisi yolunda aydın üfüqlər açır. Haqlı olaraq XXI əsrin müqaviləsi adlandırılan bu möhtəşəm layihə 1994-cü ildə imzalanmış "Əsrin kontraktı" kimi Avropanın enerji təminatı xəritəsində əsaslı dəyişiklik edəcək və dövlətimizin beynəlxalq rolunu daha da gücləndirəcəkdir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Başımıza endirilən toxmaq
Dünyanın ən qorxulu yerləri
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Şok qiymət artımı siqnalı
İrina Şeyk yeni reklama çəkildi-FOTO
Uşaqlar üçün yeni planşet
Heydər Əliyev Mərkəzində bərpa edilmiş "Arşın mal alan" filminin təqdimatı olub
Müasir insanı kökəldən sudur
2019-cu il makiyaj trendləri
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
HAVA necə olacaq?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Azərbaycanda "Facebook" istifadəçiləri rekord vurdular
Azərbaycanlı milyonçu Van Dammla
6 foks sirri
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır
Yardım pulu artdı
Rəsmi Bakı Martin Şultsun cavabını verdi
Öz-özünə yenilənən kompüter yaradılır
Azərbaycan dili - XVIII dərs
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qadınlar dünyamızın gözəlliyidir
Hər üç adamdan birinin banka borcu var
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sirroz
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Ən gözəl qadın kimdir?
Tərbiyədə 9 qızıl qayda
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Bayraq günümüz haqqında nə düşünürük?
Südlü peçenye (foto resept)
Quba-Xınalıq yolunda uçqun olub
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Günün qoroskopu: fikir ayrılıqlarını aradan qaldırın
Fransa XİN: “Qondarma DQR-i tanımırıq”
Mübarək Rəcəb ayı haqqında
Google xəritə istehsalçısı alır
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
XANIMLAR ÜÇÜN GEYİMLƏR
İxtisas seçən abituriyentlər bu xəbəri oxusun
Ofis işinin cəzası
Özge Ulusoy yenə Bakıya gələcək!
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Kəsmikli-moruqlu piroq (foto resept)
Dünyada ən güclü smartfon hansıdır?
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Sürücülər bu xəbəri mütləq izləsin
"Ermənistan real müstəqilliyini itirib"
Şəhid "İgidliyə görə" medalı ilə təltif olundu
- ŞƏRHLƏR