Bakıda hava
USD AZN
EUR AZN

Səbirli Saleh

Səbirli Saleh 

Küçədən qışqırıq səsi yüksəlirdi. 

- Saleh, Saleh, etmə! - biri deyirdi.

- Nə olar, Saleh, at əlindəki bıçağı! 

- Öldürəcəyəm hamınızı, qardaş,  başda səni öldürəcəyəm, hamınıza nifrət edirəm!

- Nə oldu, niyə yığışdınız yenə? Salehin əsəb xəstəsi olduğunu bilmirsiniz? - böyük qardaşı qonşulara dedi.

Qonşular dağıldı, Saleh qışqırır və hirsindən ağlayırdı.

Saleh əsəb xəstəsi idi, kiçik yaşdan bəri müalicə alırdı, yaşı iyirmiyə çatmasına baxmayaraq əsəbi heç keçmir, gündən-günə daha pis olur, ailəsinə hücum edir, böyük qardaşına bıçaq belə çəkirdi. Anası Saleh üçün hər namazda dua edir, "Allahım, uşağıma kömək et" deyirdi.

Saleh böhran keçirirdi, bəzən saçlarını yolur, bəzən qışqırır, bəzən də ailəsinə zərər verirdi. Heç bir yoldaşı yox idi. Bircə cib telefonu var idi, mobil telefonuyla facebook-a girər, hər dəfə əsəb dolu şərhlər yazardı, həmişə Salehi danlayar, səhifədən atardılar. Çünki bilmirdilər içində olduğu ruh halını...

Saleh uşaqlığından bəri bu xəstəliyindən xilas olmağın çarələrini axtarırdı.

Anası dost  tapması üçün bir neçə dəfə küçədəki gənclərə:
 - Salehlə dost olun, onu ziyarət edin, nə olar, oğlum - deyir və bunu söyləyərkən göz yaşı tökürdü.

Oğlunun bu halı onu narahat edir, məhəllənin saçı jeleli, sırğalı kişiləri də "Xala, sənin oğlun dəldiri, əsəb xəstəsidir, bizim dostumuz ola bilməz", deyirdilər, öz dəliliklərinə, geyimlərinə baxmırdılar.

Əgər bunları Saleh eşitsə, o uşaqları hirslə döyərdi, əsəbi də olsa anasına azca hörməti vardı ona qarşı özünü saxlayırdı. Başqasına dözə bilmirdi. Müsəlman gənclik - müsəlmancasına olan bir həyat deyil, Qərb mədəniyyəti təsiri altında yetişən bir qul halına gəlmişdi. 

Səbirli Saleh

Artıq məscidlər 50 yaşdan yuxarı insanların məskəninə çevrilmiş, ordan gənclər yox olmuşdu.

Salehin anası məscid müəlliminin yanına getmiş, vəziyyəti izah etmiş, yoldaşı olmadığını və oğlunun çətin günlər keçirdiyini söyləmiş, bir yoldaş tapması üçün ondan kömək istəmişdi.

Məscid müəllimi Mustafa adlı bir gənc haqda Salehin anasına  danışmış, anası da bu xəbərdən sevinmişdi. 

- Aaa, baxın Mustafa gəlir, xalacan, namazı qılaq, sonra danışın istəsəniz!

- Oldu, oğlum, gözləyirəm, mən də yuxarı mərtəbədə qadınlara aid yerdə namazımı qılım.

 Namaz bitmiş, hər kəs namazdan çıxmışdı, məscid müəllimi və Mustafa söhbət edərək məscidin qapısından çıxmışdılar. Salehin anası də onların arxasınca çıxmışdı.

Müəllim:

- "Mustafa, xala bu məhəllədəndir, səninlə danışmaq istəyir, vacib bir mövzudur.

- Buyur, xalacan, nədir mövzu, dinləyirəm sizi.

- Oğul, mənim sənin yaşlarda bir oğlum var, əsəb xəstəsidir. Hər yerə, hər həkimə getdi, bir yoldaşı belə yoxdur, əsəbi, dəlidir deyə yanına kimsə yaxınlaşmadı. Onunla dost olmağını istəyirəm -hicablı, nur üzlü 55 yaşındakı ana  göz yaşlarını axıdır,  göz yaşlarını hicabının ucuyla silirdi.

Mustafa:

- Xalacan, narahat olmayın, mən qarşıdakı məhəllədən gəlirəm, Salehə yoldaş olacağam, mənə ünvanı ver, sabah gəlim - dedi və ondan icazə istəyərək ayrıldı. 

***

Qapı döyüldü:

- Kimdir o?
- Mənəm, xala, dünən danışmışdıq, Mustafa. 
- Oldu, oğlum, kec içəri. 
- Ana, kimdir o dəli, qapını qıracaq kimi döyür! Kimdir o deyirəm, səs versənə!
- Kimsə deyil, Saleh, qarşı məhəllədən bir gənc sənin namaza gəlmədiyini, böyük adam olduğunu eşidib gəlib, yəni səni namaza çağırmaq üçün gəlib. 
- Gəlsin içəri də, görək baxaq bu axunda! Hah hah... 
- Salaməleykum, Saleh qardaşım. Mən Mustafayam, qarşı məhəllədən gəlmişəm, səni görmək istədim, çünki ev yaxındır, amma namazda görmürəm səni, xəstəsən bəlkə deyə maraqlandım, ziyarətinə gəldim. 
- Oldu, daha uzatma, Mustafa bəy, zəhmət etmisən, budur qapı orda, gülə-gülə.
- Sən bu kitabı al, Saleh, oxu, olarmı? Bax, bu kitabda Allahın qullarını çox sevdiyi, onun yolunda gedənlərin cənnətə gedəcəyi barədə yazılır. Sən onsuz da yaxşısan, maşAllah, maşAllah, səhhət baxımından yaraşıqlı görünürsən, hər halından yaxşı biri olduğun aydın olur. 
- "ənə nə mənim halımdan, Mustafa bəy, get.
 - Aaa, oğlum, qonaq səni görməyə gəlib, bax, ilk dəfə sənin yaşında və səni görməyə gələn biri var, sən isə onu qovursan. Bir çay içmədən qoymayacağam getsin.
- Yaxşı, yaxşı... Nə istəyirsiniz edin, digər gələn gəncləri də gördük - mənə dəli deyənləri. Getdediyim zaman qaçıb gedən insanlar kimidir bu da.

- "Saleh bəy, mən müsəlmanam, Əlhəmdülillah, səbir bizim dinimizin əmridir. Yıxılan adama kömək etmək, gözəl sözlər ilə rəftar dinimizin əmridir. Biz sizi incitmək üçün deyil, Allahın razılığını qazanmaq üçün gəldik. O bizdən razı olar, bəlkə bu razılığa sizin sayənizdə çatarıq deyə gəldik, sizin kimi müsəlman gənclər ilə dost olmaq istəyirəm, sizin gözəl sözlərinizdən faydalanmaq istəyirəm. Ananız sizin nə qədər yaxşı biri olduğunuzu izah etdi, baxın, ananız sizi çox sevir.

Saleh ilk dəfə belə gözəl sözlər eşitdi, "bu Mustafa kimdir, haradan gəldi" deyə fikirləşir və diqqətlə onu dinləyirdi.
İlk dəfə əsəbdən əsər qalmamışdı, Mustafanı bəzən danlayırdı, amma Mustafa bunlara səbrlə cavab verir, onu əsla incitmək istəmirdi.

Aradan həftələr keçməsinə baxmayaraq Saleh bir az əsəbdən uzaq, dini kitablar oxuyan insan olmuşdu. Həkimin edə bilmədiyi müalicəni Mustafa etmişdi...

Mustafa əxlaqi cəhətdən çox düzgün oğlan idi. İslami mövzularda kitab oxuyan, qara saçlı, qəhvəyi gözlü, saçları azca dalğalı və gülüərkən dişləri görünən, oxumağı sevən, nurani bir üzə sahib olan, Allah və Rəsuluna özünü həsr edən, universitet oxuyan xarakteri oturmuş bir gənc idi.

....Aradan bir ay keçmiş Salehin bəzən əsəbi davranışlarına baxmayaraq söhbətləri gözəl keçir, Saleh də artıq namaza gəlir və bu zaman içində Mustafa ilə müsəlmana yaraşan bir qardaş olmuşdular...

Saleh dincliyi İslamda tapmışdı artıq, harada dini kitab görsə, oxuyur, Mustafa ilə paylaşır, bəzən hirslənir və gülümsəyir və həkimin verdiyi dərmanlardan da istifadə edirdi.

Mustafaya Salehin anası dua edir, "ikinci oğlum" deyirdi. Mustafanın anası ilə tanış olmuş, oğlunun nə qədər mükəmməl bir xarakteri olduğunu anasına izah etmişdi. Artıq Mustafa ilə gəzir, parka gedir, əllərindən kitab düşmür, hər yerdə elmdən danışırdılar.

Səbirli Saleh

Bəzən Saleh başı örtülü, kişilərlə parkda oturan hicablı deyil, paltarı tərz olan qızları görüncə dəliyə dönürdü.

- Tutma, Mustafa, məni, öldürəcəyəm bunları, bu dinə zərər verən kəsləri, nə olar burax, Allah xatirinə burax... - deyə qışqırırdı.

Saleh:

- Qaçmayın, qaçmayın, məni əsəb xəstəsi edən sizsiniz, siz - deyir və əsəb  xəstələrində olduğu kimi ağlayır, qışqırır, hər kəs ona heyrətlə baxır, Mustafa onu güclə tuturdu:

- Sakit ol, qardaşım, Saleh, sakit ol, izah etdiyim hədisi-şəriflərdə ayələrə bir bax. Bax, bu kitabın 50-ci səhifəsində "Hirs şeytandandır" yazır, sən şeytanı güldürənlərdən olma. Saleh, qardaşım, otur...

- Oldu, Mustafa, otururam, şeytanı güldürməmək üçün otururam və artıq bu hədisi-şərifi nəzərə alıram.

- Hə, bax, bu kitabın 122-ci səhifəsində gördüyün kəslərdən yazır, hicabı bəzək hesab edən, Allah üçün deyil, nəfsi üçün örtüyü qurban edən kəslərdən danışır  Peyğəmbər əfəndimiz, eynilə oxuyuram bax.

Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: "Ömrün bir az uzanarsa, əllərində sığırquyruğu kimi bir şeylər daşıyan bəzi insanları çox keçmədən görəcəksən. Onlar Allahın qəzəbinə uğrayaraq səhərə çatarlar, Allahın nifrətinə uğrayaraq axşama çatarlar." Rəsulullah bir başqa rəvayətdə də: "Alov əhlindən iki sinif vardır, hələ onları görmədim: Yanlarında sığırquyruğu kimi bir şeylər daşıyıb onu insanlara vuran insanlar, geyinmiş, çılpaq qadınlar ki, bunlar Allaha itaətdən çölə çıxmışlar. Bunlar, başqalarını da başdan çıxarırlar. Başları dəvə hörgücü kimidir. Bu qadınlar cənnətə girmək belə dursun, qoxusunu da almazlar. Halbuki onun qoxusu bu bu qədər uzaq məsafədən duyulur", buyurdu.

Səbirli Saleh

- Sən pis olma, qardaşım, onların gözləri kor olmuş, görmürlər, amma sakit olmaq müsəlmanın şəxsiyyətidir Saleh.. Bu şəxsiyyəti itirsəniz, şəxsiyyətsiz yaşayarsan, şəxsiyyətsiz yaşayan insanın hara bağlı olduğu, kim olduğu müəyyən deyil.

Ona dəli də deyərlər, əsəbi də, amma səssiz və sakit olsan bax, onda müsəlman deyərlər. Bu şəxsiyyətini qoru, çünki sən müsəlmansan... 
 - Allah səndən razı olsun, Mustafa, mənə həqiqəti göstərdin, izah etdin, mənə et demədin, birlikdə edək, birlikdə gedək dedin. Sən gəlmədən əvvəl demək olar ki, qardaşımı əsəbdən öldürəcəkdim. İndi elə xoşbəxtəm ki, sənin kimi din qardaşım var.

Saleh və Mustafa göz yaşlarıyla qucaqlaşdılar. "Hava qaralır, hər kəs evinə" dedi Mustafa, bir tərəfdən göz yaşlarını silir, bir tərəfdən Salehin düşüncəli halına baxırdı.

- Saleh, artıq kədərlənmə, oldumu, can dostum, can qardaşım... Al, bu diski, içində gözəl şeylər var, buna evdə qulaq as... 

***

Hər kəs evinə gəlib çıxmışdı. Saleh Mustafanın verdiyi diski dinləyirdi. Şeytanın hiylələri, övliya, dini məlumatlar, Peyğəmbər Əfəndimizin (s.a.s) həyatı və s. Hamısı dinclik verən məlumatlar və düşündürücü şeylər idi.

Dodaqlarından bu söz çıxdı: "Eşqin içində Allah olunca dost olur, yoldaş olur, insana hirs də qalmır, əsəb də. Allahım, Sənə şükürlər olsun... 

*** 

Aradan 2 il keçmişdi, Mustafa və Saleh möhkəm bir dost olmuşdur. Saleh tamam düzəlmişdi, məscidə birlikdə gedirlər, hər axşam evdə söhbət edirlər və bir məqsəd ətrafında təvaf edirdilər Allah rizası üçün....

Artıq onlar düzəldi. Bəs siz, dəyərli oxucular, siz hələ Allahın əmrlərinə əsəbləşib namaz qılmırsınız?

Səbirli Saleh

Qurani-Kərimdə səbrin əhəmiyyəti çox ayədə bildirilir. Üç ayə tərcüməsi belədir: 
Səbirlilərdən, mükafatlar hesabsız verilər. [Zumər 10] 
Ey iman gətirənlər, Allahdan səbir və namazla kömək istəyin. Allahu Təala əlbəttə səbr edənlərlədir. [Əl-Bəqərə 153] 
Ey Rəsulum, kafirlərin əziyyətlərinə, uluazm Peyğəmbərlər kimi səbr et! [Əhqaf 35] 
Səbr haqqında hədis-i şəriflərdən bəziləri belədir: 
İmanı ən üstün olanı səbirli, səxavətli və xoş görüşlü olandır. [Deylemi] 
Haqq təala, sevdiyi qulu dərdlərə mübtəla edər, o da səbr etsə, ondan razı olar. [Deylemi] 
Səhv qonşunun əziyyətlərinə ölənə qədər səbr edənləri Allahu təala sevər. [Hakim] 
Allahu-Təala səbr edənləri sevər. [Taberani] 
Ən üstün ibadət sıxıntıya səbr etməkdir. [Tirmizi] 
Ən şiddətli bəla səbrin az olmasıdır. [Deylemi] 
Andla söyləyirəm, düşdüyü  zülmə səbr edənin Allahu Təala şərəfini artırar. [Taberani] 
Dolanışıq çətinliyinə səbr edənləri Allahu-Təala Firdevs Cənnətinə qoyar. [Ebuşşeyh] 
Qənaətlə keçinəcək qədər az ruziyə səbr edənlərə müjdələr olsun. [Deylemi] 
İki gözünü itirən səbr etsə Cənnətə gedər. [Hatib]
Möminin silahı səbir və duadır. [Deylemi] 
Allah-Təala buyurdu: Mənim hökmümə razı olmayan və verdiyim müsibətə səbir məndən başqa Rəbb axtarsın. [Taberani]

Müəllif: Mustafa Kuş

Allah bunu yazandan razı olsun, inşAllah biz də səbr edənlərdən olaq, Amin. 

Səslərin sayı: 9
30
3694
loading...
Şərhlər
Offline
Nigar
 Şəri Babayeva,
Narın ,
Sizde sagolun amin Allah cumlemizden razi olsun
18 fevral 2014 20:17
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Narin...
Mən ki, bu hekayəni iki dəfə oxumuşam niyə şərh yazmamışam görəsən dash Çox təsirli hekayədir canım Ləmanım Allah razı olsun səndə belə gözəl mövzu paylaşdığın üçün. kiss Ona gözə deyirlər "səbrin sonu səlamətdir" girl_smi
15 fevral 2014 22:05
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Şəri Babayeva
Maraqla oxudum çox sağolun,yazan əlləriniz var olsun!! give_ros
12 fevral 2014 14:30
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Nigar
ALLAH RAZI OLSUN

Allah razı olsun belə gözəl xəbər müəllifindən ki, əziyyət çəkib paylaşıb. Allah hər iki cahanda üzümüzü ağ alnımızı açıq etsin İnşAllah. Heç vaxt səbrimizi əlimizdən almasın. Rayonda yaşıyanda bir qonşumuz vardı eynən Salehin həyatını yaşayırdı amma Allaha canım fəda tez aldı canını indi gözümün önündə o, canlandı hekayəni oxuyarkən görəsən oda yaşasaydı Saleh kimi olardımı

amin Allahim cumlemizden razi olsun amin
5 fevral 2014 20:15
imza: Allahın cümləmizə yar olsun amin
Offline
S.V.D....
Allah razı olsun belə gözəl xəbər müəllifindən ki, əziyyət çəkib paylaşıb. give_ros Allah hər iki cahanda üzümüzü ağ alnımızı açıq etsin İnşAllah. Heç vaxt səbrimizi əlimizdən almasın. Rayonda yaşıyanda bir qonşumuz vardı eynən Salehin həyatını yaşayırdı amma Allaha canım fəda tez aldı canını indi gözümün önündə o, canlandı hekayəni oxuyarkən görəsən oda yaşasaydı Saleh kimi olardımı recourse
5 fevral 2014 01:19
Offline
mine
ALLAH RAZI OLSUN
5 fevral 2014 00:54
Offline
Nigar
Ellada Babayeva,
Amin Allahim cumlemizden razi olsun
3 fevral 2014 20:29
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Ellada Babayeva
Ən şiddətli bəla səbrin az olmasıdır.
Maraqla oxudum.Allah razı olsun.İbrətamiz hekayəyə görə çox sağ olun.
1 fevral 2014 23:33
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Nigar
Salam cox sagolun Allahim cumlemizden razi olsun amin
1 fevral 2014 16:40
imza: Allahın cümləmizə yar olsun amin
Offline
nurel
Allah her birimize sebr versin,bizi her zaman ibadet eden bendelerinden etsin.Deyerli fikirleri bolusduyunuz ucun sagolun
31 yanvar 2014 19:44
Offline
Fatma xanım
Allah səndən də razı olsun ki belə dəyərli yazını paylaşısan
31 yanvar 2014 12:31
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Angel
Allah razi olsun senden paylasdin bizimle.
31 yanvar 2014 11:19
Offline
Sirli_dunyam
Bəs siz, dəyərli oxucular, siz hələ Allahın əmrlərinə əsəbləşib namaz qılmırsınız?ALLAH HİDAYƏT ETSİN HAMIMIZI ƏLƏXSUSDA İNSANIN ÜRƏYİ TƏMİZ OLSUN DEYİB İBADƏTDƏN QAÇAN KƏSLƏRİ
ALLAH SİZDƏNDƏ,YAZININ MÜƏLLİFİNDƏNDƏ RAZI OLSUN BACIM OXDUM ÇOX TƏSİRLİ YAZIDIR
31 yanvar 2014 10:36
Offline
Seher
Cox maraqli, terbiyevi ve ibretamiz movzudur. Allah razi olsun.
31 yanvar 2014 10:23
Offline
Happiness-lady
DUNEN OXUMUSDUM DAVAMINI ISE INDI OXUDUM LEMANIM COX SAGOL CANIM BELE IBRETAMIZ HEKAYENI BIZIMLE BOLUSDUYUN UCUN give_ros ALLAH RAZI OLSUN insALLAH CANIM SENDEN AMIN kiss
31 yanvar 2014 10:02
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Gunel celilova
Cox-cox tesekkür,cox ibretamiz yazidi,shexsen men sebr etmekle Allah mene cox kömek olub,esas odu nashükür olmasin insan.cox sagol bacim.ellerinden öpürem
31 yanvar 2014 09:00
Offline
Xedice 033
Çox saq ol Ləman canım ibrətamiz hekayədi şükqrlər olsun Allaha ki namazları vaxtında qılıram
31 yanvar 2014 00:19
Offline
lala
Ne gozel hekayedir ibretamizdir Allah razi olsun Leman cox sagol.
30 yanvar 2014 23:39
Offline
HUSNA
ALLAH bizleri seytanin vesvesesinden qorusun! Leman bele bir xeberi bolusduyun ucun ALLAH senden razi olsun.
30 yanvar 2014 23:39
Offline
Ruhəngiz
ALLAH səndən sonsuz razı olsun,Ləmanım.Əziyyətinə görə çox sağ ol,bacı.Oxuduqca kövrəldim.Çox şükür ki Saleh bu xəstəlikdən qurtardı.Mustafa sadəcə bir vasitə oldu.Rəhmli ALLAH Salehin anasına,Salehin özünə rəhm etdi.Mustafa kimi din qardaşlarımız çox olsa yaxşıdır.Səbrlə,təmkinlə Salehi dinləyərək onu Haqq yoluna,Namaza gətirdi.Qəlbi ALLAH sevgisiylə döyünən Mustafa bu işin öhdəsindən çox yaxşı gəldi.Bir daha sübut olundu ki ALLAH hər şeyə qadirdir,Əlhəmdulillah.ALLAHU Əkbər.Bu hadisə bir çoxlarına ALLAHIN qüdrətini nümayiş etdirir.Həkimlərin aciz qaldığı bir xəstəlikdən insanın qurtulmsı sadəcə və sadəcə ALLAHIN möcüzəsidir.Saleh ALLAHA bir addım atdısa ALLAH ona iki addım atdı.ALLAH səbrli olanlarladır.Səbr imanın yarısıdır deyilib.Həmd olsun Aləmlərin Rəbbinə.
30 yanvar 2014 22:41
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )