Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Milli İnternet Mükafatı - Biz birinciyik!

Milli İnternet Mükafatı - Biz birinciyik!

MilliNet - Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Azərbaycan İnternetinin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin Sentyabr ayında start verilib.
Rəsmi məlumata əsasən, bu il  Milli Net-ə 12 Nominasiya üzrə 401 sayt təqdim olunub və onlardan yalnız 319 sayt yarışmaya buraxılıb. Səsvermənin 1-ci mərhələsinin yekununda 12 Nominasiya üzrə 319 sayt arasından ən yaxşılar olan  84 sayt Nominant statusu alıb. Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan  Münsiflər Heyəti 2-ci səsvermə prosesində 84 Nominant arasından ən yaxşılarını seçiblər.

24 dekabr 2013-cü il tarixində Four Seasons Hotelində Milli Net 2013 qaliblərinin Təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində qaliblərə Milli Net –in əsas mükafatı təqdim olunub, fərqlənənlərə isə diplomlar verilib. Qaliblərə və fərqlənənlərə sponsor şirkətlərin qiymətli hədiyyələri də təqdim olunub.

Təqdimat mərasiminin  İnternet  vasitəsilə  canlı yayımlanıb. Canlı yayım 18:30-dan etibarən www.millinet.az   saytından izləyicilərə təqdim edilib.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti Milli İnternet Mükafatına
müsabiqə boyunca dəstək vermişlər.

Belləliklə, Qaliblər:

Korporativ saytlar

1. http://www.cartoon.az

Qalib

2. http://bolkart.az

II yer

3. http://www.integralplus.az

III yer

İctimai-sosial saytlar

1. http://marketing.az/

Qalib

2. http://lorem.az

II yer

3. http://www.udpo.az

III yer

3. http://www.meneviyyat.az

III yer

 

Media və İnformasiya

1. http://gsr.fm             

Qalib

2. http://interaztv.com/

II

3. http://724news.az

III

 

Mədəniyyət, incəsənət və turizm saytları

1. http://tagmag.az                  

Qalib   

2. http://xan.musigi-dunya.az/

II

3. http://musiq.im

III

 

Ailə, uşaq və sağlamlıq

1. http://qadin.net  

Qalib

2. http://azadqadin.az/

II

3. http://leylek.az

III

 

Asudə vaxt, idman və əyləncə

1. http://manpasi.az

Qalib 

2. http://az.astroloq.com

II

3. http://tac.az

III

 

Bloqlar

1. http://techloq.com

Qalib   

2. http://www.mobustan.com

II

3. http://bakhishzade.com/

III

 

Elm və təhsil

1. http://e-book.az

Qalib 

2. www.z-aliyeva.edu.az

II

3. http://1001test.com

III

 

Dövlət və bələdiyyə saytları

1. http://www.e-gov.az

Qalib  

2. http://www.scwra.gov.az

II

3. http://www.bes.az

III

 

Xidmət (Servis)

1. http://manads.az

Qalib

2. http://nettrends.az

II

3. http://multibon.az

III

 

İstifadəçi kontenti üzərində qurulmuş saytlar

1. http://imho.az

Qalib

2. http://technet.az

II

3. http://3ds.az

III

 

Ən yaxşı sosial şəbəkə səhifəsi

1. https://www.facebook.com/azadliqradiosu

Qalib         

2. http://www.facebook.com/kenan.mecidov

II

3. http://www.facebook.com/integralPlus.az

III

Qaliblər siyahısından da gördüyünüz kimi, Ailə, uşaq və sağlamlıq Nominasiyasında 1-ci yere, qalib adına Qadin.Net saytı layiq görülüb.

Qadin.Net rəhbərliyi olaraq bu nailiyyəti uzun müddətdir görülən işlərin bəhrəsi kimi qiymətləndirir və bu qələbənin hər bir Qadin.Netlinin qələbəsi olduğunu xüsusilə qeyd etmək istəyirik. Təsadüfi deyil ki, sizlərin bizə göstərdiyi etimad, inamdan ruhlanaraq yola çıxan komandamızın, hər zaman doğru zamanda doğru işləri görməklə bu ada, əldə edilən qələbəyə layiq olduğunu bu sahənin mütəxəssisləri də yekdilliklə təsdiq edirlər.

Öz növbəmizdə, ölkənin, İlk Milli Qadın Portalı olaraq, görülən işləri yüksək qiymətləndirərək www.qadin.net layihəsini seçdikləri üçün ümumilikdə bütün "MilliNet komandasına" - mükafatın təsisşisi Azərbaycan İnternet Forumuna və şəxsən onun Prezidenti Osman bəy Gündüz cənablarına öz dərin minnətdarlığımızı bildiririk və ozümüzlə birlikdə bütün qalibləri də təbrik edirik!

Sizləri inandırırıq ki, bu uğurlar növbəti addımlarımız üçün bizə stimul verir. Bizlər hər zaman hər bir işin ən yaxşısını sizlərə təqdim etmək üçün çalışmışıq, eyni düşüncə, ruhda da davam edəcəyimizə kimsənin şübhəsi olmasın!

Bir daha sizli-bizli hər birimizi təbrik edir, uğurlarımızın daha çox olmasını, bu uğurları əldə etmək üçün gedilən yolda isə hər zamanki kimi şərəflə addımlayıb, mərd olmağımızı arzulayırıq!

Allah gördüyümüz işlərdə bizləri utandırmasın...

Milli İnternet Mükafatı - Biz birinciyik! Milli İnternet Mükafatı - Biz birinciyik!
Səslərin sayı: 18
96
5884
loading...
Şərhlər
Offline
Ayka Nəcəf
tebrikler. siz buna layiqsiniz
11 yanvar 2014 03:03
Offline
Elvida
TEBRIK EDIREM!! give_ros give_ros give_ros give_ros
29 dekabr 2013 12:09
Offline
28 dekabr 2013 03:36
Offline
BIBIXANIM
Tebrikler ugurlar qadin net sukani bele saxla hemise rehberinden tutmus eziyyet cekenler haminizdan Allah razi olsun
27 dekabr 2013 23:45
Offline
kamile
T E B R I K L E R !!!!!
27 dekabr 2013 21:38
Offline
Aysel İ.
1. http://qadin.net

Qalib give_ros give_ros give_ros

Məncə bizim 1-ci və yeganə sayt olmağımızı qəbul etməlidir bütün qadın saytları. Yaşasın Qadın. net. AZƏRBAYCANIN İLK Milli QADIN PORTALI. give_ros
27 dekabr 2013 21:05
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Dr Agayeva
Urekden tebrik edirem...Haminizi...Rehberlikden tutmuw aktiv userlere kimi...Qadin net heqiqieten seviyyeli sayt kimi bu ada layiq idi....Daha boyuk zirvelere...
27 dekabr 2013 19:46
Offline
Pərvanə
Ceylan Mumoğlu,
Ceylan xanım başda siz olmaqla bütün kollekivinizin təbrik edirəm.İşlərinizdə bundanda böyük uğurlar arzu edirəm.Ramil beyin şəklini xeberə yerləşdirin zəhmət olmasa hamı görsün.
27 dekabr 2013 18:18
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
sevgi cavadova
Tebrikler herzaman uca olun
27 dekabr 2013 18:01
Offline
Aysun Memmedova
Tebrikler her zaman zirvelerde
27 dekabr 2013 12:00
Offline
nuray esedova
TEBRIKLER BUNDAN DA YAXSI UGHURLAR OLSUN......
26 dekabr 2013 23:00
Offline
♥Selena♥
Ailə, uşaq və sağlamlıq
1. http://qadin.net - Qalib


Urraaa yahoo
Bu xəbərə çoooox sevindim. Bütün Qadın.Net kollektivini təbrik edirəm, uğurlarımız bundan da çox olsun. Həmişə zirvələrdə olsun Qadın.Net give_ros
26 dekabr 2013 21:00
Offline
Gulshen_q
Gec də olsa təbrik edirəm.Uğurlarımız davamlı və bol olsun, inşaallah. winked
26 dekabr 2013 19:07
Offline
angell75
Təbriklər Qadın.Netlilər.Dahada böyük naliyyətlər arzulayıram. give_ros give_ros give_ros drinks
26 dekabr 2013 16:39
Offline
LƏMAN BAYRAMOVA
Yaraşır bizə...
Qadın.net number one good
26 dekabr 2013 16:01
Offline
PePito
Mən orda olsaydım, təbii ki, mən götürəcəkdim, çünki iştirakçı kimi mənin adımı yazdırmışdı adminlər.Amma Ramil bəyin götürməsi lap əla oldu. Qadın saytının başında bəylərdən birinin durması da bir maraq yaratdı mükafat gecəsində

He mende ele dushunmushdum.Off cox tesufki o gecede istirak ede bilmedim.Evvelcedende xeberim olmadi ey amma eybi yox gelen sefer inshallah ))hamimiz yigishib gederik )))
26 dekabr 2013 15:47
Offline
Almaz S.
Doğma saytımızın uğurlarının bol olmasını arzu edirəm.Hamını və özümü təbrik edirəm
26 dekabr 2013 15:14
Offline
bahar memmedova
TEBRIKLER!!!!
26 dekabr 2013 14:54
Offline
Ceylan Mumoğlu
PePito,
goresen mukafati kim goturdub? Ramil bey?

Mən orda olsaydım, təbii ki, mən götürəcəkdim, çünki iştirakçı kimi mənin adımı yazdırmışdı adminlər.
Amma Ramil bəyin götürməsi lap əla oldu. Qadın saytının başında bəylərdən birinin durması da bir maraq yaratdı mükafat gecəsində smile
Ramil bəyin mükafatı aldığı şəklə burdan baxa bilərsiz.
https://www.facebook.com/photo.php?fbid=656588021049997&set=a.340557335986402.73
518.181071585268312&type=1&theater
26 dekabr 2013 14:19
Offline
Angel Abd
Mənim canım saytım! Təbriklər!
26 dekabr 2013 14:16
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!