Aclıq vücudun verdiyi ən gözəl reaksiyalardan biridir. Əslində acmırsınızsa, bunun mütləq bir səbəbi vardır. Ancaq tez-tez acırsınızsa və dayanmadan yemək yeyirsinizsə buna tezliklə çarə tapmalısınız. Qidalardakı karbohidratlar həzm sisteminə fərqli surətdə keçir və həzm edilir, bu vəziyyət qlikemik indeksə (Qİ) təsir edən ən vacib səbəblərdəndir. Qİ - aşağı olan qidalar, qan şəkərinin daha yavaş yüksəlməsinə səbəb olacağından daima seçim edilməlidir. Bəzi qidalar insanı tox saxlayar, tez acdırmaz, çünki səbəb qan şəkərinin tarazlıqda olmasıdır. Beləliklə, gün ərzində daha az yeyərək daha asan arıqlaya bilərsiniz.
Qİ-i aşağı səviyyədə olan qidalar hansılardır?
Qidamızda tərəvəz, meyvə, paxlalar, qara çörək, kəpəkli makaron kimi qidalara üstünlük verilməlidir. Bu ərzaqlar qan şəkərimizi tarazlıqda saxlayır və bizi acdırmır. Beləliklə, gün boyu yediyimiz yemək miqdarı azalır.
Arıqlamağa kömək edən qidalar hansılardır?
Mərci, paxla, yulaf, tərəvəzlər və bəzi meyvələr çəkinin nisbətən tez itirilməsinə yardım edir. Bunların tərkibindəki lif şəkər molekulları ilə birləşib onların sovrulmasını yavaşladır. Bu qidalar qan şəkərimizi eyni tarazlıqda saxlayır. Onsuz da pəhriz saxlamanın və çəkini qorumağın əsas səbəbi qan şəkərini tarazlıqda saxlamaqdır.
Qan şəkərini yüksəldən qidalar yediyimiz zaman (məsələn, bal, şəkər, banan, qarpız, buğda unu kimi) içindəki şəkər mədə və bağırsaqlarda tez sovrulur və qan şəkərini tez bir zamanda yüksəldir. Yeməyin üstündən şirin bir şey yedikdə daha tez acırıq.
Hansı meyvələrdən nə qədər yeməliyik?
Gündə 3-5 boşqab meyvə-tərəvəz yemək sadəcə arıqlamaq üçün deyil, sağlam həyat tərzi və bir çox xəstəliklərə qarşı qorunmaq üçündür. Arıqlamaq istəyən şəxs hər gün bir alma yeməlidir. Mövsümündə nar da yemək olar.
Soya paxlası: B6 vitamini ilə zəngindir. Xərçəng xəstəliyinə qarşı qoruyucu təsirə malikdir. İçindəki yüksək keyfiyyətli zülal doymaq hissini artırır. Şəkər xəstələrinin istifadə etməsi də məsləhət görülür.
Çovdar çörəyi: Pəhrizlərdə həmişə kəpəkli çörəklərdən istifadə edilsə də, çovdar çörəyi insanı tox saxlayır. Tərkibindəki xrom mineralları iştaha kəsəndir. Bağırsaq hərəkətlərinin azlığından yaranan qəbizliklərdə, şəkər xəstəliklərində, xolesterolu yüksək olan xəstələrin çovdar çörəyindən istifadə etməsi məsləhət görülür.
Böyürtkən, brokoli: Hər ikisi C vitamini ilə zəngin qidadır. Çəkiyə nəzarətdə tox saxlaması baxımından brokolinin qatıq ilə qarışdırılıb yeyilməsi məsləhət görülür.
Badam: Gündə 1-2 ovuc badam toxluq hissini artırır, köklük xəstəliyi ilə mübarizədə mühüm rol oynayır. Ancaq badamın duzsuz olması vacibdir.
Toyuq: Xrom mineralı və protein ilə zəngindir. Yağsız bişmiş toyuq əti sizi uzun zaman tox saxlayar.
Yumurta: Yaxşı bişmiş yumurta da tox saxlayan qidalar arasındadır. Ana südündən sonra "nümunəvi zülal" olaraq qəbul edildiyini unutmayaq.
Tərəvəz şorbası: Şorba aşağı kalorilidir, buna görə də çəkini qorumaq üçün mühüm qida kimi qəbul edilir.
Cökə çayı: Yemək vaxtına yaxın içilən cökə çayı həzmi asanlaşdırır, mədəni rahatlaşdırır və iştahanı kəsir.
XƏBƏR LENTİ
Pendirli rulet börek (foto resept)
Sabahın HAVAsı
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
"Heyvanların ibadəti"
Enrike ilk dəfə əkizlərindən danışdı
Nasa Günəşə kosmik gəmi göndərir
Heyvanın faydaları
Yaz havası olacaq
Düşmənimizi yaxından tanıyaq
"Biz nə təxribata çəkildik, nə də təxribata getdik"
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
Yer əhalisi çoxalır
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA
Körpələr üçün maraqlı hədiyyələr
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Keçmişin 3 milyarderi
Sevgisi divarlarda qalanlar
Armudun faydaları
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Neftin qiyməti enir
Sarıkökün faydaları
Mercedes SLS AMG-nin salonu lüks oldu
Duma qondarma " erməni soyqırmı"na dair bəyanat verəcək
Ön cəbhədə pulemyotlar işə düşdü
Hava haqqında
Şeron Stoundan yeni FOTOsessiya
Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
"Supermen" olmaq istəyirsiniz?
Dünyanın möhtəşəm mənzərəli yolları
"Microsoft" "Facebook"u almaq istəyib
Gözəlliyi ilə seçilən məşhurlar və övladları
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Günün ulduz falı
Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Pulun iyinə komadan oyandı
Uşaqlar üçün bəzək əşyaları
Mirvari, gözdə axan şəlalə
Merve Bolğur psixoloji yardım alır-SƏBƏB
Avropada Windows phone zəiflədi
Hava şəraiti kəskin dəyişəcək
Təqaüdlərin məbləği açıqlandı
Malayziyanın ən gənc milyarderi - FOTO
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı
- ŞƏRHLƏR