İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də vətəndaşlara pendir alarkən diqqətli olmağı məsləhət bilir. Bu məhsulları alarkən istehlakçı bəzi məqamlara fikir verməlidir. Ən təhlükəli məqam pendirin keyfiyyətinin korlanması, onun üzərində kif göbələyinin əmələ gəlməsidir. Ticarət şəbəkəsində duzlu pendirlər çəlləklərdə 6-8 dərəcə temperaturda və 80-85% nisbi rütubətdə saxlanılmalı və hər 10-15 gündən bir çəlləklər çevrilməlidir.
Saxlama zamanı duzlu pendirlərdə bir çox proseslər baş verir. Bu zaman pendirin tərkibində olan şəkərin miqdarı azalıb tamamilə yox olur, turşuluq əvvəlcə artır, 30 gündən sonra isə tədricən azalır. Bir sıra pendir növləri üçün saxlama müddəti istehsalçılar tərəfindən müəyyən edilir. Ümumiyyətlə, pendirləri istehsal olunduğu tarixdən etibarən 2-3 ay müddətində saxlamaq mümkündür. Lakin nəzərə almaq lazımdır ki, bu müddət duzlu suda yetişən pendirlər üçün son həddir. Bundan sonra pendirin həddindən artıq şor dada düşməsi və həll olan maddələrinin yuyulması nəticəsində onun keyfiyyətinin itməsi baş verir. Mağazada soyuducu olmayan şəraitdə isə bütün pendirləri 5-10 gün, soyuducu olduqda və ilin qış fəslində bərk qursaq mayalı və duzlu suda saxlanan pendirləri 15 gün, qəlyanaltı pendirləri 5 gün, ev pendirini 1,5 gün saxlamaq olar. Ev şəraitində isə pendir otaq temperaturunda saxlanmalıdır. Pendirin keyfiyyətini müəyyən etmək üçün onun bir parçasını kəsib 90 dərəcə temperaturda saxlamaq kifayətdir. Əgər o dağılmayıbsa, demək məhsul bütün tələblərə cavab verir. Qabığının partlaması, kiflə örtülməsi, iylənməsi, acılaşması pendirin aşkar keyfiyyətsizlik əlamətidir və belə məhsulın satışı qadağandır.
Terapevt Zöhrab Kərimovun sözlərinə görə, qidalar arasında pendir ən faydalılarından hesab olunur. Süd məhsullarından sayılan pendir hər yaşdan olan insanlar üçün vacib qida məhsuludur. Ən sağlam pendir yağı azaldılmış və yağsız süddən alınan pendirdir. Hər gün tam yağlı pendir əvəzinə yağsız və yağı azldılmış pendir yeyən uşaqlar bir həftə ərzində 10 qr daha az doymuş yağ qəbul edir ki, bu da uşaqların çox sevdiyi və əl çəkmələri çox çətin olan 3 ədəd hamburqgerdəki doymuş yağın miqdarına bərabərdirr: "30 qr masarella, ağ pendir, Holland pendiri və ya yarım stəkan lor pendirinin tərkibində uşağın 1 gündə qəbul etməli olduğu kalsium normasının ən azı 25%-i mövcuddur. Pendir zülal və minerallarla zəngindir. Buna görə də daha çox uşaqlar, hamilə qadınlar və süd verən analar üçün çox faydalıdır. Pendir vərəm xəstələri və sınıqlar üçün də faydalıdır. Amma pendiri bütün xəstəliklərdə istifadə etmək məsləhət görülmür. Pendir təzyiqi aşağı olanlar üçün də xeyirlidir. Onlar səhər yeməyinə yağ və pendir yesələr bütün günü özlərini gümrah və yaxşı hiss edəcəklər. Pendir hamı üçün faydalı deyil. Dietoloqlar mədə xəstəlikləri zamanı kəskin dada malik olan pendirləri istifadə etməyi məsləhət görmürlər. Amma pendirin faydaları daha çoxdur. Müntəzəm olaraq istifadə dəriyə, maddələr mübadiləsinə, boy artımına təsiri edir".
Pendir zülalı və onun parçalanması məhsulları orqanizm tərəfindən 98-99% mənimsənilir. Orqanizm tərəfindən gündəlik tələb olunan heyvan mənşəli zülalların yarıya qədəri pendir zülalının hesabına ödənilə bilər. Pendir həmçinin, fosfor-kalsium duzları ilə zəngin olduğu üçün uşaqların qidalanmasında geniş istifadə olunur. Həmsöhbətimizə görə, valideynlər kiçikyaşlı uşaqlar üçün pendirin uyğun növünün seçilməsində diqqətli olmalıdırlar. "Hər bir ölkə pendirin uşaqlara verilməsinə yaş həddi tətbiq edir. Məsələn, Böyük Britaniyada uşaqlara adətən 6 ayından, ABŞ-da 8-9 ayından sonra, bəzi ölkələrdə isə hətta 12 ayından sonra pendir yeməsi tövsiyə olunur. Hər ehtimala qarşı körpələrə 1 yaşından sonra pendirin verilməsi daha məsləhətdir".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Şişləmə tort (foto resept)
Gözaltı qaraltıları üçün 5 üsul
Kraliça şahzadənin qərarından narazıdır
Pandemiya daha iki il davam edə bilər
"Qarabağ bir neçə günə geri alınacaq"
Qalmaqallı boşanma davası-FOTO
Xəzərdə zəlzələ oldu
Məşhur aktyor yaponiyalı qızla evləndi-FOTO
Sağlam olmağın alternativ yolları
İranda bu gündən dərslər başlayır
Tox tutan 8 qida (1)
Erməni Türkiyənin Parisdəki səfirinə hücum etdi
Qartopu şirniyyatı (foto-resept)
Maraqlı fikirlər
Sular çəkilincə məscid minarəsi ortaya çıxdı - FOTO
Türkiyənin yeni baş naziri kim olacaq?
HAVA necə olacaq?
Hər kəs bu uşaqdan danışır-FOTO
WhatsApp üçün yeni bir xüsusiyyət daha əlavə edildi
Səudiyyə Ərəbistanda son 40 ildə ilk kinoteatr açılır
Havanın isinməsi başlayır
Alişan: "Son 10 ilin ən möhtəşəm toyunu edəcəyik"
Tezliklə Bakıda "şeytan təkəri" işə düşəcək
Çedar pendirli makaron (foto resept)
Bu gün Günəş Yerə maksimum yaxınlaşacaq
Orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
Paltar şkafınızın necə olmasını istərdiniz?
Diş sağlamlığı üçün qidalar
Sadə kök salatı (foto resept)
Pakistanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 515 nəfərə çatıb
Ebola-nın sonu çatır
Fəxriyyə Xələfova "European Fashion Award 2016" mükafatına layiq görülüb - FOTO
Prezidentin ad günündə 29 fil, 2 öküz, 5 antilop, 1 şir kəsiləcək
Günün qoroskopu: borcları qaytarın
İyunun 17-nə manatın məzənnəsi
Həyatınızı paylaşmağa hazırsınızmı?
“Qarabağın məşhur müəllimləri” - Xan Şuşinski
Ermənistan cəmiyyətinin qorxusu növbəti dəfə pik həddə çatıb - VİDEO
Göbələkli makaron(foto-resept)
Qardaş Türkiyədən informasiya mübarizəsində Azərbaycana dəstək: Ermənistanın törətdiyi təxribatlar faktlarla
Qeyri-adi milyonçular
Çinin qəribə adətləri; ruhla evlənmək
Pınar Altuğ İMİCİNİ DƏYİŞDİ-FOTO
Tez hazır olan qəlyanaltı (foto resept)
“Facebook”un işində nasazlıqlar yaranıb
Maaşlarla bağlı gözlənilən qərar verildi
Bayram günlərində 9 gün EVDƏ OLACAДћIQ
Məşhur cütlük evləndi
Murat Boz izləyicilərini təəccübləndirdi-FOTO
Bürcə görə arıqlamaq mümkündür?
- ŞƏRHLƏR