Sabah-dekabrın 21-i axşam saat 22:11 radələrində qış fəsli başlayır. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fəlsəfə elmlər doktoru Ədalət Ətai jurnalistlərə açıqlamasında deyib ki, bu il 21 dekabr tarixində Yer Qış günəş duruşu nöqtəsindən keçəcək. Bu anın dekabrın 21-i saat 22:11-dən başlanacağını deyən Ə.Ətai qeyd edib ki, Qış günəş duruşundan keçəndən sona Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış gəlir: “Bu hərəkət epliktika boyunca davam edir. Bu da o deməkdir ki, Yer epliktika boyunca hərəkəti zamanı 4 əsas nöqtədən keçir və proses Qış günəş duruşundan yaz bərabərliyi nöqtəsinə kimi davam edir. Həmin nöqtədə gecə-gündüz bərabərləşir. Qış günəş duruşundan keçəndən bir neçə gün sonra gündüzlərin uzunluğu artacaq, gecələrin uzunluğu isə azalacaq. Qış Günəş duruşunun xarakterik xassəsi ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur. Günəş cənubi-şərqin ən yaxın nöqtəsində çıxıb, cənubi-qərbin ən yaxın nöqtəsində batır. Bundan sonra Günəş hər səhər çıxdıqdan sonra şərqdən şimala tərəf, cənubdan qərbə tərəf sürüşməyə davam edir. Beləliklə gündüzün uzunluğu artır, gecənin uzunluğu isə azalmağa doğru gedir. Nəhayət, üçüncü nöqtə Yay Günəş duruşudur ki, bu da iyunun 21-22-si tarixlərinə düşür. Bu zaman ən uzun gündüz, ən qısa gecə olur. Bununla da şimal yarımkürəsində yay fəsli gəlir. Bundan sonra gündüzlərin uzunluğu azalmağa başlayır və payız bərabərliyi nöqtəsinə qədər həmin nöqtədə gecə-gündüz bərabərləşir. Payız bərabərliyi nöqtəsindən keçəndə şimal yarımkürəsində payız girir. Həmin proses qış günəş duruşuna kimi davam edir. Beləliklə bir tam tsikl tamamlanır”. Ə.Ətai qeyd edib ki, qış günəş duruşu 20-23 dekabr tarixlərinə təsadüf edir. Amma əksər hallarda bu hadisənin 21 və 22 dekabr tarixlərində baş verdiyini deyən mütəxəssis bildirib ki, qış Günəş duruşunun 20 və 23 dekabr tarixlərinə düşməsi çox nadir haldır: “Qış Günəş duruşunun 20 dekabra təsadüf etməsi 2330-cu ildə baş verəcək. Qış Günəş duruşu 23 dekabr tarixində də çox az baş verir. Məsələn, axırıncı dəfə bu hadisənin 23 dekabr tarixinə düşməsi 1903-cü ildə baş verib və birdə Yerin qış Günəş duruşu nöqtəsindən keçməsi 2080-ci ildə həmin tarixdə olacaq. Bütün bu sürüşmələrin səbəbi planetlərin hərəkəti zamanı qarşılıqlı təsirdir”. Alim vurğulayıb ki, kainatda və planetlər sistemi üçün sabit kəmiyyət yoxdur. Bu zaman keçdikcə çox cüzi olaraq müəyyən dəyişiklilərin olduğunu deyə Ə.Ətai qeyd edib ki, tropik ilin uzunluğu, yəni bir ilin uzunluğu 4 min ildə 12 saniyə uzanıb. Onun sözlərinə gör, bu çox kiçik rəqəm olduğundan insanlar bunu hiss etmir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Uşaqlara bunları demək olmaz!
Qadını qısqandırmayın, yoxsa...
Hər zövqə uyğun üzüklər
Şahzadə-cütlük sosial şəbəkələrlə vidalaşdı
Azərbaycanlıların soyqırımından 102 il ötür
İnsanlıq sevgiyə həsrət gedir
Brus Li"nin mənəvi gücü
Televizora çox baxmağın yeni riskləri üzə çıxıb
Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı
Həftənin ilk iş günündə hava necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir?-30 Avqust
Sonsuzluğa səbəb olan amillər - SİYAHI
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Milyarder özünü biabır etdi: Koronavirus xəstələrinə göndərilən hədiyyə...
Mustafa Sandal və Emin yenidən birlikdə FOTO paylaşdılar
Kəbə əvvəllər necə olub?
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar
Qarğıdalılı barbunya (foto resept)
Peyğəmbərimiz meraca haradan, yəni kimin evindən getmişdi?
Cəlilabadda tarixi tapıntı
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Ramazanın başlama vaxtı
Amazon Yer orbitinə 3000-dən çox peyk göndərəcək
Hamilə xanımlara geyim nümunələri
Dünyanın ən varlısı yenə o oldu
Bahalı maşınların kasıb sahibləri
28 min azərbaycanlı geri döndü
2017-2018-ci illərdə ən çox qazanan məşhurlar
Koronavirusla bağlı son STATİSTİKA
"Sucuq"Şamaxı mətbəxindən(foto resept)
Ay ətrafındakı dairənin SİRRİ-FOTO
Sinem Kobal ad gününü qeyd etməyəcək
Kişilər niyə yüngül əxlaqlı qadınlara meyl edir?
Martın 20-nin ilaxır çərşənbəyə düşməsinə - RƏSMİ AÇIQLAMA
Evdə işləyənlər üçün çalışma masası
Rusiyada dollar üzüaşağı getdi
Koronavirusdan ən çox ölüm halının qeydə alındığı beş ölkə - SİYAHI
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Doğulacaq körpənin Rəbbi ilə söhbəti
SON DƏQİQƏ: Hamı Avropaya axışır - Biletlər satıldı
"Cənubi Afrikadan Azərbaycana" adlı kitabın təqdimatı keçirildi
Nur Yerlitaş moda evini bağladı-SƏBƏB
Rusiya konsulu və xanımına Sudanda hücum etdilər
Qarabağa erməni ümidi azalır
Bakıda karantinə nəzarət gücləndirildi
Pərdə nümunələri
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Bakının bu ay bağlı olacaq yolları
- ŞƏRHLƏR