Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Sellülit və çatlardan qurtulmağın yolu

Sellülit və çatlardan qurtulmağın yolu

Bütün il narahat etsə də, sellülit və çatlar ən çox yaz aylarında kabus halına gəlir. İncə və nazik paltar geyinərkən qadınlar özlərini narahat hiss edirlər. Amma bu iki problemin çarəsi olduqca asandır: düzgün qidalanma və idman.

Dəri çatları -  əsasən qol, boyun, sinə, qarın və bel nahiyəsində əmələ gələn dəri problemidir. Dəri çatlarının əmələ gəlməsinin ən başlıca səbəbi çəkinin tez-tez artıb-azalmasıdır. Çəkisini müvəffəqiyyətlə idarə edən qadınlarda ümumiyyətlə çatlar  problemi olmur. Çəkinin normada saxlanmasında ən əhəmiyyətli məsələ qidalarla aldığımız enerjinin gün boyu xərclədiyimiz enerjiyə bərabər olmasını təmin edə bilməkdir. Gündəlik qidalanmada müəyyən normalar vardır. Bundan çoxuna yönəldiyinizdə, artıq kilolar səbəbindən də çatlar qaçınılmaz olar.

Eyni şəkildə, sürətlə arıqlamamaq lazımlıdır. Sürətli çəki itirənlərdə sallanma və çatlara çox sıx rast gəlinir. Ayda 4-6 kq çəki itkisi sağlam qəbul edilir. Bundan daha sürətli arıqlayanlar yalnız sallanma və çatlarla deyil, bəzi sağlamlıq problemləri ilə də mübarizə etmək məcburiyyətində qala bilərlər. 

Sellülit - dəri altındakı yağ toxumasının su və duzların şəkil dəyişdirməsi və portağal qabığı görünüşdə bir quruluş meydana gətirməsidir. Sellülitin bir çox əmələ gəlmə səbəbi vardır. Hormonal dəyişikliklər, fiziki fəaliyyətin qeyri-kafiliyi və səhv qidalanma başlıca səbəblərdir. Kişilərdə sellülit olmur. Bunun səbəbi kişi dərisinin qadın dərisinə nisbətən daha dayanıqlı olması və qadın hormonlarına bağlı bir vəziyyətin yaşanmamasıdır. Sellülit artıq kilolardan fərqli olaraq yalnız köklərin problemi deyil. Çox arıq kəslərdə də sellülit əmələ gələ bilər. Sellülitlə mübarizə aparmaq üçün düzgün qidalanmaq lazımdır. Bu problemin yaranması həm də qan dövranı pozğunluğundan irəli gəldiyindən, normal qan dövranına maneə törətməyəcək şəkildə qidalanmaq lazımdır. Bunun üçün gün ərzində kifayət qədər su içilməlidir.

Sellülit və çatlardan qurtulmağın yolu

Hər yetişkin insan gündə ən azı 8 stəkan su içməlidir. Xüsusilə isti günlərdə tərlə atılan suyu bərpa etmək üçün içilən suyun miqdarını da artırmaq lazımdır. Sellülitin əmələ gəlməsinə səbəb olan içkilər də vardır. Çay, qəhvə və qazlı sular, tərkibində kofeini çox olan ərzaqlar orqanizmin su itirməsinə səbəb olur. Bu səbəblə həddindən artıq miqdarda qidanlanmaq da düzgün deyil. Həmçinin spirtli içkilər də eyni təsiri göstərir. Qadınlar gündə 1 vahiddən çox spirt qəbul etməməlidirlər. Bu miqdar 1-2 şüşə pivə, 1-2 qədəh şəraba bərabərdir. Duz istifadəsi də əhəmiyyətli bir mövzudur. Gündəlik duz qəbulunun 6 qramdan artıq olması sağlamlıq üçün risk və sellülit təhlükəsi yaradır. Gün ərzində istifadə etdiyimiz yeməklərdən və çörəkdən aldığımız duz miqdarı bədənimiz üçün kafi olduğundan süfrələrə duzqabı qoymaq lazımsız bir vərdişdir. Bundan əlavə, konserv və şoraba kimi qidaların həddindən artıq yeyilməsi də çox duz qəbul etməyinizə səbəb ola bilər. Təzə məhsullara süfrənizdə hər zaman daha çox yer verməlisiniz. Qızartma və qovurma kimi yağ tərkibi yüksək qidalar da sellülitin əmələ gəlməsini sürətləndirir. 

Sellülit və çatlardan qurtulmağın yolu

Sellülitin ən yaxın yoldaşlarından biri də siqaretdir. Siqaret qan dövranına mənfi təsir göstərməsi səbəbi ilə sellülitin əmələ gəlməsinə zəmin yaradır. Sağlamlıq baxımından riskləri saymaqla bitməyəcək olan siqaretin həyatımızdan çıxarılması həm həyat keyfiyyətini artırar, həm də sellülitin yaranmasına mane olar. 

Nizamlı olaraq məşq etmək - arıqlama zamanı əmələ gələ biləcək sallanma və çatlaqların qarşısını almaq və sellülit problemini həll etmək üçün ən təsirli yollardan biridir. İdman hərəkətləri əzələləri gücləndirmək və gündəlik enerji sərfini artıraraq yağ toxumasının miqdarını azaltması səbəbi ilə bu problemlərin də önünü ala bilər. Həftədə ən azı 3 dəfə 45 dəqiqəlik ürək-damar məşqi və dartma məşqlərindən ibarət olan bir proqram təşkil etmək lazımdır. Yaz idman növlərindən olan üzgüçülük də bir çox əzələni eyni anda işlətdiyi üçün bu problemlərin öhdəsindən gəlməkdə sizə köməkçi olacaq. Məşq etmək fürsəti olmayanlar gündə ən azı yarım saat templi addımlarla gəzməlidir. Havanın isti olmağını nəzərə alsaq, yay aylarında axşam vaxtı ediləcək gəzintilər sağlamlıq üçün daha məqsədəuyğundur.

Sizlərə sağlam günlər diləyirəm.

Sellülit və çatlardan qurtulmağın yolu
Səslərin sayı: 6
41
13960
loading...
Şərhlər
Offline
samir mamaedov
Əziz xanımlar ! təcrübəli massajist xər zaman xidmətivizə xazirdır
5 yanvar 2015 14:44
Offline
Ruqeyya Huseyni
dance1 maraqli idi tesekurler melumat ucun
23 oktyabr 2014 22:58
Offline
Naile Ehmedli
hmmmmmmmm teşekkür
15 yanvar 2014 14:16
Offline
nura84
Coxlu hereket lazimdi. Yeyib 4-divar arasinda oturanda kokelmede olacaq,sellulit ve s.
25 dekabr 2013 09:08
Offline
Guliya Ceferli
Bu meslehetler hamisi yalandir. Hereket etmek lazimdir Temiz havada gezmek. Men hamilelik dovrunde 20 kq kokelmisdim gezmekmeni 2 ay erzinde ariqladi gunde 5 km gezirdim. Her seyde yeyirdim. Beledeki selluletim yoxdur.
24 dekabr 2013 23:24
Offline
Дождь ♪
İnciməyin xanım, sizinlə razı deyiləm. İnsan hər gün su qəbul etməlidir. Heç olmasa 1 litr..Qaldı ki, hamilə qadın. Su o körpənin həyatı üçün vacib elementdir. Bundan əlavə, hamiləlikdə qəbzlik halları sıxlaşır. Su qəbul etməyən hamilə qadının səhhəti necə olar sizcə? Hələ körpənin demirəm. Qəbzlik hamiləlik üçün çox təhlükəli haldır. Hamilə qadın su da qəbul etməlidir, yemək də yeməlidir, yağ da, hamısından da mühüm ət-dana, balıq və ara-sıra toyuq.. Mən o qədər su içmişəm ki, hamiləlikdə..Körpəsini düşünən hər bir ana üçün ilk öncə onun sağlığı gəlir. Estetika sonrakı məsələdir.


İncimirəm , Düzdür , suyun ana namizədləri üçün daşıdığı əhəmiyyət , körpənin içində olduğu maye üçün də etibarlılığını qorumaqdadır , hətta susuzlaşdırma erkən doğum ağrılarına da yol aça bilər. amma istəsəniz də istəməsəniz də bu mən dediklərim tibbdə daha faktdir , mən hamilə qadinin mayesiz keçinməsini vurğulamamişam , meyvələrdən çəkilmiş təbii şirələrin də tərkibində su var , Hamilə qadin gundə 1 ya 2 stəkan su içə bilər , əgər susuzluqdan əziyyət çəkərsə mən yuxarida dediklərimdən qəbul edə bilər.
Mən birinci uşaqda hamiləliyim zamani 7 ayliqdan sonra qarin hissədə çatlar yaranmağa başladi , çünki qonşumuzun gəlini mənə gündə 1-2 lir su içməyi məsləhət gördü. İkinci uşaqda isə hamiləliyimi Moskvada keçirmişəm , orda çox qnikoloqda oldum hamisi da qarindaki çatlarin - qirişlarin 1-ci hamiləliyimdə çoxlu su içdiyimə görə olduğunu dedilər..
22 dekabr 2013 11:45
Offline
bahar memmedova
Lazimli xeberdir sag olun
21 dekabr 2013 23:00
Offline
Vəliyeva Arzu
NVACİB MƏLUMATDIR.SAĞ OL.
21 dekabr 2013 20:29
Offline
Realist
Məni bu günlərdə ən çox maraqlandıran məsələdir çatların qarşısını ala bilmək.Hamiləliyə gör yəqin ki çatlar yaranacaq.Yaranmasın deyə indidən bitki yağları,uşaqlar üçün olan yağdan vururam.Amma yoxluyub faydasını gördüyünüz bir metod bilən varsa yazsın edim,yaranmasın çatlar

Mən hamiləlikdən sonra çat nədir bilmədim. Yaranmadı. Hər bir orqanizim individuallıq təşkil edir. Kimdəsə çat yarandısa, hamıda yaranacaq demək deyildir. Ola bilər ki, çoxluq təşkil etsin, ancaq yaranmayanlar da var. Mən hamiləlikdə körpəmdən başqa heç nə düşünmədim. Nə kremdən, nə nə ki, kosmetikadan istifadə etdim. Elə hamilələrlə qarşılaşırdım ki, dəhşətə gəlirdim. Üzündə 1 vedrə kraska..Düşüncəsizlərin ağlına batmır ki, bətndəki uşağa nə qədər ziyan vururlar. Bəlkə də buna görədir ki, hamiləlik mənim estetikamda heç bir fəsad buraxmadı. Yalnız körpəmin sağlığını düşündüyümə görə.. Canım, yəni ki, bu çatlar səndə də olacaq deyə bir şey yoxdur. Qaldı ki, çat yaransa, da eyb etməz. Əsas odur ki, körpən sağlıqlı olsun. İndi hər şeyin çarəsi var.

Çatin yaranmasina səbəb hamilə qadinlarin çoxlu su qəbul etmələridir , hamiləikən sudan uzaq dursaniz çat yaranmayacaq narahat olmayin.

İnciməyin xanım, sizinlə razı deyiləm. İnsan hər gün su qəbul etməlidir. Heç olmasa 1 litr..Qaldı ki, hamilə qadın. Su o körpənin həyatı üçün vacib elementdir. Bundan əlavə, hamiləlikdə qəbzlik halları sıxlaşır. Su qəbul etməyən hamilə qadının səhhəti necə olar sizcə? Hələ körpənin demirəm. Qəbzlik hamiləlik üçün çox təhlükəli haldır. Hamilə qadın su da qəbul etməlidir, yemək də yeməlidir, yağ da, hamısından da mühüm ət-dana, balıq və ara-sıra toyuq.. Mən o qədər su içmişəm ki, hamiləlikdə..Körpəsini düşünən hər bir ana üçün ilk öncə onun sağlığı gəlir. Estetika sonrakı məsələdir.
20 dekabr 2013 22:44
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Jasmin
Gozel melumat ucün sag ol
20 dekabr 2013 18:53
Offline
Nur
Qizlar su icin deyende qaynamiw suyu deyirler yoxsa çiy suyu?Deyilenlere gore su qaynayanda terkibindeki minerallar yoxa cixir.Bilen varsa yazsinda zehmet olmasa
20 dekabr 2013 16:22
Offline
Дождь ♪
ToRmEnTo,
Çatin yaranmasina səbəb hamilə qadinlarin çoxlu su qəbul etmələridir , hamiləikən sudan uzaq dursaniz çat yaranmayacaq narahat olmayin.
Ümnuliyyətlə qadin hamilə olarkən 2-3 ayliqdan sonra bəzi problemlər götürülür , məsələn ürək bulanmalari , ondan sonra da kosmetik mövzular daha çox əhəmiyyət qazanmağa başlayır. Dəri elastikliyinə başlayan zaman dəridə çəhrayi rəngdə çatlar yaranir. Buna görə də hamiləikən az az yemək yemək lazimdir , iştahanin artmasi təbiidir , bu zaman yeməyi evdə çəkilmiş meyvə şirələri ilə əvəz etmək olar , toyuq əti , baliq əti və.s. ilaxir.. yağdan və çörəkdən uzaq durmaq məsləhətlidir. Təsüf ki bunu mənə hamilə olduğum dövrdə deməmişdilər , çoxlu su içməyi məsləhət gördülər , bir də qanimin azalmamasi üçün dedilər ki nə gəldi ye.. recourse İndi psixoloji gərginlik keçirirəm , yayda inşallah əməliyyat olunacam başqa çarəm yoxdur..
20 dekabr 2013 11:58
Offline
_BeautifuL_
SUKURLER OLSUNKI, BELE BIR PROBLEMIM YOXDUR,, dance1
20 dekabr 2013 11:40
Offline
nigar
Cox adamin ehtiyaci var tesekkurlerrrrrrr
20 dekabr 2013 09:05
Offline
ToRmEnTo
Məni bu günlərdə ən çox maraqlandıran məsələdir çatların qarşısını ala bilmək.Hamiləliyə gör yəqin ki çatlar yaranacaq.Yaranmasın deyə indidən bitki yağları,uşaqlar üçün olan yağdan vururam.Amma yoxluyub faydasını gördüyünüz bir metod bilən varsa yazsın edim,yaranmasın çatlar recourse
20 dekabr 2013 00:20
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
APENAS
Canim chox sag ol, Faydali ve etrafli melumat veribsen, bu problemi yashayanlar uchun chox yaxshidir girl_ten
19 dekabr 2013 23:54
Offline
Nazli Aliyeva
Bedende olan catlar xanimlarin kabusu olub artiq. Mende de var. Biobalans kreminden istifade edirem ve umid edirem ki, geder sevmediyim catlar.
19 dekabr 2013 23:39
Offline
Aysel İ.
Dəyərli məlumatlar üçün minnətdaram))
19 dekabr 2013 23:02
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
LƏMAN BAYRAMOVA
Xəbərə görə təşəkkür! Bir də selulitə isti duşdan sonra suyu 25 dərəcəyə salıb bir də soyuq duş almaq da yaxşı gəlir. Düzü bircə dəfə yoxlamışam. Çooox soyuq olur sarcasti
19 dekabr 2013 22:51
Offline
SEVA
EHTIYACI OLANLARA UGURLAR.AMMA MENIM BULARI ISDIFADE EDESI YASDA DEYILEM HELE.TESEKKURLER BACI. give_ros
19 dekabr 2013 22:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır