Erməni yazıçı Lyubik Çibuxçyan azərbaycanlı xanəndə Elnarə Abdullayevaya poema həsr edib.Lent.Az-ın BBC-yə istinadən xəbərinə görə, erməni yazıçının növbəti kitabı “Elnarə” adlanır. Bu 173 səhifəlik mənzum əsərini yazar Azərbaycan müğənnisi Elnarə Abdullayevaya ithaf edib. Lyubik Çibuxçyanın “Elnarə” kitabı iki həftə bundan əvvəl çapdan çıxıb. Yazıçı kitabı rus və erməni dillərinə tərcümə etdirmək istəyir. Çibuxçyanın bundan əvvəl çap olunmuş 156 kitabları arasında onlarla qəsidələri Alfred Nobelə, Birinci Pyotra, Mahmud Əhmədinejada və başqa tanınmış və böyük insanlara həsr olunub. Və nəhayət şairi daha bir kitab yazmağa Elnarə Abdullayeva ruhlandırıb. Lyubik Çibuxçyan deyib ki, ilk dəfə Elnarəni Azərbaycan televiziyası ilə yayımlanan konsertdə görüb: ““Bir klip göstərirdilər. Cavan qadın bülbül haqqında oxuyurdu. Sabahısı gün iş yoldaşıma dedim, internetdə tapdı, bir neçə mahnısını dinlədim, çox xoşuma gəldi”. Çibuxçyan hətta Elnarənin Facebook ünvanına məktub yazıb, amma deyir ki, cavab almayıb: “- Yazmışam ki, Elnarə can, gözəl səsin var, Allah sənə yar olsun, sənin kimi məharətli, bülbül səsli qız yetirən istedadlı xalqa təşəkkürümü bildirmişəm”. Çibuxçyan kitabı rus və Azərbaycan dillərinə tərcümə etdirmək istəyir: “Qoy Minsk Qrupuna, səfirliklərə, ölkə başçılarına paylansın”. Kitabda gözəlliyə qəsidə, eşq-məhəbbət, dünya-kainat, təbiət ətrafında mücərrəd fəlsəfi mülahizələrlə yanaşı, erməni-azərbaycanlı ixtilafına dair ötəri eyhamlar da nəzərə çarpır: “Yazmışam ki, Elnarə can, Qarabağ haqqında oxuyursan, mənim Qarabağım deyirsəm, sənin olsun – kim deyir ki, sənin deyil? – gəl sənətinlə, tar-kamanla Qarabağı al. Qoy kamança avtomat olsun, qaval da minaatan". Qeyd edək ki, 63 yaşlı Lyubik Çibuxçyan Tavuş vilayət icra başçısının müşaviri vəzifəsində çalışır. Məsələ ilə bağlı Lent.Az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. O isə bu işdən məmnun olmadığını söyləyib: “Hə. Çəkilişə gedirdim, elə indi eşitdim. Eşidən kimi də pis oldum. Allah vurmuşdu erməniləri. Erməni kimdi ki, mənə də poema yaza? Başlarına dəysin poemaları. Elə belə də yazın. Daha bütün vasitələr qurtarıb, keçiblər bu yola?”
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
"Kəpənək" qurabiyəsi (foto resept)
Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlandı - RƏSMİ
"Santa Barbara"nın aktrisasının 30 ildəki dəyişikliyi
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Gəlin bir az da gülək
Koronavirusla bağlı son STATİSTİKA
“Karib dənizinin quldurları” filminin 6-cı hissəsi çəkilir?-FOTO
Məşhur müğənni 5 günə milyonçu oldu
İstirahət gününün HAVAsı
Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?
Koronavirusa yoluxmuş hamilə qadın insanlara müraciət etdi-FOTO
Azərbaycanda internet xidmətlərinin dəyəri aşağı salınacaq
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Koronavirusla bağlı donor olanların sayı bilindi - RƏSMİ
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Gəlinlər üçün saç modelləri
Neymar üçün mundial bitdi
Bətndə boğulan gələcəyimiz
Dövrümüzü tənqid edən şəkillər
Dəniz tısbağaları
Yaralıyam, dəymə…
Asan 7 gəlinlik saç düzümü
Əroğanın qızının toyundan FOTOlar
Saç qırıqlarından xilas olmaq üçün...
Xəbərdarlıq: “Facebook” profilinizi bağlayın!
Bu gün imtahandır
Özünüzə inanırsınızmı? (Psixoloji test)
Qarabağ Universiteti yaradılacaq
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Zərif toyuq salatı (foto resept)
Qızıl payız
Ayna modelləri
3D formatlı yataq dəstləri
Mövlanə Cəlaləddin Rumidən
Adriana Lima türk sevgilisi ilə tətildə - FOTO
Serenay Sarıkaya onu bağışladı
Kate Moss tərzinin əvəzedilməzləri
Hindistan qozlu şokoladlı tort (foto resept)
Məşhurları belə də tanıyın
BÜRCLƏR bizə nə vəd edir? -23 iyun
Məşhur aktrisa YENİ SERİALDA-VİDEO
Beren Saat BBC-nin diqqətini çəkdi
HAVA necə olacaq? 10 İyun
Bakıya qar yağacaq
Bloqer özünü əlibastr ilə çəlləkdə basdırdı - VİDEO
İki müğənnimiz Xalq artisti oldu - SƏRƏNCAM
Qurban bayramında İŞİD-dən təhlükə
Emin Ağalarov qarda çimdi – FOTO
Cazibədar xanımlar üçün çimərlik geyimləri
Qış aylarında yaz tətili üçün 10 ölkə
- ŞƏRHLƏR