Bakıda hava
USD AZN
EUR AZN
08:57Xəyalə Murad Sabahınız xeyir,Pəri xanım 08:34PERI sizinde sabahiz xeyir xeyale xanim 08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41221

"Vətənin hər qarışı dəyərlidir" deyənlərə...

Vətən... Minlərlə insanın daim işlətdiyi kəlmə - "Vətən"... Üzərində bizim və dədə-babalarımızın yaşadığı ulu torpaqlar... Nədir Vətən? Bir ovuc torpaqmı? Yoxsa babalarımız- Babəkdən, Cavanşirdən, Nəbidən, Qoç Koroğludan qalan miras?...

Bəzi nankorlara görə bir ovuc torpaqdır Vətən. Amma Babək üçün, Cavanşir üçün, Nəbi üçün, Həcər üçün, Qoç Koroğlu üçün doğma torpaq idi... Elə bu günün Qoç Koroğluları üçün də doğma torpaqdır Vətən... 

İstərdim o qoçlardan biri haqqında danışaq. Hansı ki, bəzilərinin "Bir ovuc torpaq üçün ölməyə dəyməz" deməsinə baxmayaraq Vətən sevgisini hər şeydən üstün tutanlardandır.

 

Əliyar Yusif oğlu Əliyevin dekabrın 14-də ad günü oldu. Əgər həyatda olsaydı 56 yaşı tamam olardı. Yox. Səhv etdim. O yaşayır. Axı qəhrəmanlar ölmürlər.

Onu tanıyanlar deyir: İgid, mərd insan idi. Heç vaxt, heç bir işdən qorxmazdı. Özünü pak, qarısındakı dostunu napak bilən lovğalardan deyildi Əliyar... Bircə düşmənə və satqınlara nifrəti vardı... Şücaəti dosta da, düşmənə də bəlli idi. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı.. Həlim xasiyyəti ilə qəlblərdə yer tapmışdı özünə. Lakin erməni cəlladları torpaqlarımıza göz dikəndən bəri gözünə yuxu getmirdi. Erməni vəhşiliklərinə göz yummayan digər Vətən oğulları kimi Əliyar Əliyev də göz yummadı. Qubadlıda ilk könüllü hərbi dəstəni yaratdı.

Bir neçə döyüşdə ermənilərə ağır zərbələr endirmişdilər. Hərbi dəstəsi də özü kimi idi. İgid, tutduğunu qoparan.

Az qalmışdı. Artıq demək olar ki, bütün işğal olunmuş torpaqlarımızı işğaldan xilas etmişdi Əliyar və onun qəhrəman dəstəsi...Laçın rayonunun mərkəzində gedən döyüşlər. Onun adı bir əfsanəyə dönmüşdü. Hər yerdə onun rəşadətindən danışırdılar.

1992-ci il oktyabrın 3-ü. Şurumbaşı yüksəkliyi. Yenə qanlı döyüşlər, yenə Əliyar, yenə o müdhiş şücaət... Əliyar Əliyevin dəstəsi "Tikanlı zəmi" deyilən dağa qədər irəliləmişdilər. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdı. Lakin o, yüksəkliyə çata bilmədi. Düşmən gülləsinə tuş gələrək şəhid oldu..

Qubadlının və bütün Qarabağın göz nuru idi Əliyar... Məzlumlar, çarəsiz xalq ona dikmişdi gözünü. Ona bağlamışdı millət ümidini.

Qardaşları Rüzgar Əliyev və Vəliyar Əliyev, bacıları gözlərində dərin kədər, dillərində hüzn, qəlblərində qürur qarışıq hisslərlə anırlar Əliyarı... Hamımız anırıq. Həm Əliyar Əliyevi, həm də digər Milli Qəhrəmanlarımızı.  Çünki onlar həqiqətən də anılmağa layiq insanlardır.

 

Məndən çox vaxt uşaqlar

Soruşur sevgi nədir?

Min suala bir cavab,

Gəlin biz də axtaraq.

Yuxusuz gecələrin,

Uzun illərin işi

Suala cavab tapmaq.

Ağlımız kəsəndən

Hey axtarmışıq.

İtirə-itirə

Bir yol gəlmişik.

İtkimiz çox olub

Tapdığımız az,

İllərin sınağı

yıxmayıb bizi,.

Qırmayıb, əzməyib

iradəmizi.

Sevmək öyrənmişik

uşaq yaşından.

Eşqimiz böyüyüb

Özümüz qədər.

Hopub ruhumuza

Vətən sevgisi.

Torpağın qədrini

Sevənlər bilər.

Vətən dara düşsə,

Qurbanlar istər.

Ölüm də ucadır

Vətən yolunda.

Ayrı da düşəndə

doğma elimdən

Sevgisi özümlə

Gəzibdir qoşa.

Mənim həyatım da,

Özüm də Vətən.

Dediyim hər kəlmə sözüm də

Vətən!

"Vətənin hər qarışı dəyərlidir" deyən insanlar əbədi yaşayırlar...

Səslərin sayı: 5
20
4899
loading...
Şərhlər
Offline
ceyla ceferova
Men VETENIMI cox sevirem.Onu goz bebeyim kimi de saxlayacam!! give_ros
28 yanvar 2014 19:02
Offline
Elvida
VETEN SAGOLSUN!!!!!!!!!!
29 dekabr 2013 10:27
Offline
Allah rehmet etsin.Yazilarinin davami olsun
17 dekabr 2013 00:45
Offline
Guler Eliyeva
♥ имя Нет Фамилия секрет ♥,
Deymez baci.bBrcumuzdu,unutmamaliyiq onlari
16 dekabr 2013 16:34
Offline
ÖzDüNyAm
Allah rehmet elesin butun Sehidlere. Vetenime canim qurban 1 qariw torpaqina gore olsa bele canimdan kecerem. Cox darixiram Vetenim ucun bunu qurbetde yawayan her kes biler. Cox sagolun bele gozel movzuya gore.
16 dekabr 2013 15:53
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
S U S E N _BACI
VETEN

ANA

ISTI QUCAQ girl_ang
16 dekabr 2013 15:16
Offline
Guler Eliyeva
Cox sagolun xanimlar.
16 dekabr 2013 14:42
Offline
Fatma xanım
Heyif belə oğullara çox heyif
Ad günün mübarək vətən oğlu sənin kimi qeyrətli oğullar ölmürlər heç vaxt
16 dekabr 2013 14:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
aska
Allah şəhidlərimizə rehmət etsin! Ruhları vətən bütövlüyüylə sevinsin inşallah!!!!!! girl_ang
16 dekabr 2013 14:06
Offline
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
Şehidlere Allah rehmet etsin.Onlar olmuyubler onlar ebedi yawayacaqlar..Şehidlik zirvesi uca zirvedir,ona qovuwmaq her igidin huneri deyil
16 dekabr 2013 11:28
Offline
nigar
Allah butun wehidlerimize rehet elesin Tewekkurlerrr xeber ucun give_ros
16 dekabr 2013 11:04
Offline
Nigar
Guler xanim,ilk xeberiniz oldugunu serhinizden bildim.Tebrik edirem.Ugurlar give_ros .Bacim,fexr et ki,senin bele emin var.Ruhu sad olsun
16 dekabr 2013 10:38
Offline
Дождь ♪
Bütün müsəlman şəhidlərinin torpaği nurla dolasun.. Amin ..
16 dekabr 2013 10:30
Offline
Farida_Asadova
Veten saq olsun
16 dekabr 2013 09:47
Offline
AFET
Allah rehmet elesin şehid eminizi.
16 dekabr 2013 08:27
Offline
איסון ממדוב.
Allah bütün şəhidlərimizi rəhmət eləsin
16 dekabr 2013 07:58
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Guler Eliyeva
Cox sagolun xanimlar.İlk xeberimdi.Oxuyan gozleriniz,serh yazan elleriniz var olsun.Eliyar Eliyev menim emimdi.
16 dekabr 2013 06:08
Offline
totuwun mamasi
Veten candir veten ruhdur veten nefesdir,ALLAHtala wehidlerimize rehmet etsin
16 dekabr 2013 01:43
Offline
Aysel İ.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
16 dekabr 2013 01:24
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Nigar
Tesekkur edirem,Guler xanim,bele gozel ve vetenperver movzuya gore give_ros .Davamli olsun.Veten ugrunda canini feda etmis ogullar qarsisinda bas eyirem
16 dekabr 2013 01:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış