Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadın.Netlilər 2013-cü ili necə keçirib?

 Qadın.Netlilər 2013-cü ili necə keçirib?

Xəyalə Murad

31 dekabrda qara ilan ilinin necə keçəcəyi haqda təlaş içində düşünürdüm. Lakin 2013-cü ilin ilk günü həyatıma xoş müjdə qədəm qoydu.  Bu il ikinci övladım dünyaya göz açdı. İlk kitab sevinci bəxş etdi. Eyni zamanda saytımızdakı sevimli redaktor və userlərimiz də məhz bu il analıq hissi ilə tanış oldular. Bu il mənim üçün xoş keçsə də qara olan tərəfindən yan keçmədi. Ailəcə dəyər verdiyimiz şəxsləri itirdik. Bir sözlə 2013-cü il həyatımda silinməz iz buraxan illərdən oldu.   

✰❤✰Caprice Girl✰❤✰

Bu il mənim üçün çox maraqlı keçdi. Yeni vəfalı dostlar qazandım. Onların hamısını çox istəyirəm, Allah onları mənə çox görməsin! Dərslərimdə uğur qazandım. Ailəmi sevindirdim. Maraqlı günlərim də oldu. Ən maraqlı günlərimdən biri o idi ki, illərdir görmədiyim dostumla təsadüfən qarşılaşdıq. Çox darıxmışdıq bir-birimiz üçün. Maraqlı günlərimdən biri də o oldu ki, əmim qızının övladı oldu. Həqiqətən çox şirindir. İlk dəfə körpə bir uşağı qucağıma alırdım. Allah olmayanlara nəsib etsin. Dostlarımla və ailəmlə çox gözəl vaxtlar keçirtdim. Hamısını yazsam kitab alınar. Beləcə bu ilim çox maraqlı keçdi. Hər kəsin yeni ilini indidən təbrik edirəm. Yeni il at ilidir. At muraddır. İnşAllah mən də daxil olmaqla hamı bu il bütün muradına çatar. İnşAllah bu yeni il köhnə ildə yaşadığımız sıxıntıları yox edər... girl_ang
✰PrINcESsA ✰Samir❤
Demək olar ki, 2013-cü il keçən illərə nisbətən elə də düşərli il olmadı mənim üçün. Çətinliklər çox oldu, ən çox da stressli, həyəcanlı günlərim. Başıma gələn mənim üçün xoşa gəlməz hadisə universitetə qəbul olmamağım idi. Qismət deyilmiş yəqin ki. Allah bildiyi məsləhətdir. Yaxşı günlərim də olub, düzü, elə də yadımda deyil.lol Bu il dərslərimdə uğurlar əldə edə bilmədim. İnşAllah, gələn il 2014-cü il hamımıza uğurlu olar, düşərli illərdən biri olar. Mən də ən böyük arzuma çataram. Qadın.Netlilərin qabaqdan gələn yeni illərini təbrik eliyirəm. Bu il xeyirli,uğurlu olsun sizə, həmişə belə mehriban olaq. At ilidir, at murad deməkdir. Allah hamımızı muradımıza çatdırsın. Amin!love
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
PrOsTa NiKa
Mənim bu ilim bir az maraqlı keçib. Yarı gəzib, yarı dərs oxumuşam. Bütün günü hazırlıqlarda olurdum, heç başım açılmırdı. Amma dostlarımla, sinif yoldaşlarımla maraqlı günlərimiz olub. Heç yadımdan çıxmaz, hazırlıqda müəllimənin başına oyunlar açırdıq. Axır ki müəllimələrimin sayəsində ali məktəbə qəbul oldum. Hələ də müəllimələrimlə, sinif yoldaşlarımla danışıram. Bu il həm də dayım oğlunun oğlu oldu. Birinci dəfə idi ki, təzə anadan olan uşaq görürdüm. Çox balaca idi, qucağa almaq mümkün deyildi. Bu mənim üçün çox maraqlı olmuşdu. Allah olmayanlara qismət eləsin. Yay tətilində də həmişə getdiyimiz kimi xalamgilə - Moskvaya getdik. Xalam qızıyla çoxlu gəzdik və çox maraqlı oldu. Hamısını yazmaq üçün kitab lazımdır. Nə isə, yenə çox danışdım. biggrin   
Cute angel
Mənim bu ilim çox da maraqlı olmadı, bütün ili stress və həyəcan içində keçirdim. Qara ilan sanki bütün zəhərini üstümə tökmüşdü, bunların arasında yaxşıları da oldu, tək sevindirici hadisə dayım qızının körpəsinin olması oldu. Bir sözlə, sevinc dolu bir il keçirmədim, necə deyirlər - "İlə necə başlasan elə də gedər". Mən də ilə kədərlə başladım, elə də getdi. Bu ilə ancaq gülərək girəcəm - bütün ilim sevinclə keçsin deyə. Ümidim qarşıdan gələn ilədir, deyirlər at muraddır. İnşAllah mən də daxil olmaqla hamı bu il muradına çatar. Hər kəsin yeni ilini təbrik edirəm. İnşAllah bu yeni il köhnə ildə yaşadığınız sıxıntıları yox edər.fellow
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
AYSUN MƏMMƏDOVA
Bu il mənim üçün çox gözəl keçdi, çünki gül balam Aysu dünyaya gəlib. Qardaşıma toy etdik, gəlin gətirdik. Ən maraqlısı isə yazıq oğlumun ad günündə oldu, günorta yadıma düşüb ki, bu gün uşağın 3 yaşı olur.mocking
İncim
2013-cü il mənim üçün sakit və maraqlı keçib. Çox sevdiyim insanların sevgisi və nəvazişi ilə şükürlər olsun ki, bu ilin də sonuna çatdıq. Qızımın 2012-ci ildə dünyaya gəlməsinə baxmayaraq kaprizli dövrü bu ilə təsadüf editdiyindən mənim üçün sanki 2013-cü il digər illərdən daha tez keçdi. Allahım bundan sonra da qalan ömrümün sevdiklərimin əhatəsində yaşamağı nəsib etsin. Hər kəsə qarşıdan gələn illərin uğurlu keçməsini arzulayıram!give_ros
๑۩۞۩๑NazliMemmedova๑۩۞۩๑
2013-cü ildən istədiyim şey çox deyildi. Sevdiyimi istədim sadəcə. İlin əvvəli çox çətin oldu. Bir neçə ay imtahan verirəm kimi keçdi. Hər şeyi olduğu kimi bunun da öhdəsindən sevdiyimlə birgə gəldik. Düzü, onun səyi, onun böyük istəyilə bütün maneələri keçdik. Belə-belə günlərimiz keçdi, axır mən razı oldum, sevdiyimin ailəsi bizə gəldi. İlk öncə anamgil təkidlə "yox" desələr də bacımın vasitəsiylə mənim də istədiyimi bildilər. Anam yenə razı olmadı, çünki ən böyük arzularından biri də məni oxutmaq idi. Düzü, iki il cəhd elədim, alınmadı. Daha yoruldum, həvəsim qalmadı, amma anam deyirdi ki, "səni oxutmamış heç kimə vermərəm". Sonra sevdiyimin ailəsi növbəti dəfə mayın 17-də yenə gəldilər, anam atamdan xəbərsiz yenə öz qərarında idi Yenə məni Allahın izniylə istədilər, atam uzun susqunluqdan və düşündükdən sonra "Allah xoşbəxt eləsin!" cümləsi ilə sanki mənə qanad verdi. Anam da çox təəccübləndi. Düzü, mən atama arxayın idim, çünki mən balacalıqdan nə istəmişəm, məndən əsirgəməyib. Bu ilə bu xoş günüm damğasını vurdu. Həyatımda yeni və xoşbəxt səhifə açdı. Artıq nişanlıyıq, Allah bütün sevənlərə bu xoş günləri nəsib etsin İnşAllah! love
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
Narin Əliyeva
2013-cü il həyatıma ilk öncə kədər və hüzün gətirsə də sonunda çox xoşbəxt etdi məni. Çox şükür Allahın məsləhətinə, ilk öncə Qadın.Netdə qeydiyyata düşdüm, sizin kimi gözəl insanlarla tanış oldum. Sonra sevdiyim insanla nişanlandım, bu sevinci sizlərlə paylaşdım. Yəni 2013-cü ilin sonlarını həmişə xoş xatirələrlə yadıma salacam. 2014-cü ildə aranızda ola bilməsəm də qəlbim heç vaxt sizi unutmayacaq. Bəlkə də bir neçə ildən sonra mənim dostlarımdan kimsə bu xəbəri açıb oxuyacaq və adımı burda görəcək, ümid edirəm ki, kiminsə yadına düşəcəm. Bilmirəm məni necə xatırlayacaqsınız, amma hər birinizin qəlbində İnşAllah gözəl xatirələr, izlər buraxmış olaram. Sizi çox sevirəm.smile
♥ Fatimə Cəfəri ♥
2013-cü ilin gəlişi mənim üçün il qədəm qoymamışdan çox maraqsız idi. Çünki ötən illərdə istəmədiyim hadisələr baş vermişdi. 2013-cü ilin də mənim üçün sıradan bir il olacağını düşünürdüm. Amma belə olmadı. Mənim üçün yadda qalan illərdən biri oldu. Bu il kollecə qəbul oldum, ailəmi sevindirə bildim. Dostumu, düşmənimi tanımağa imkanım oldu. Ailəmizdə də xoş hadisələr baş verdi. Qardaşım neçə vaxt arzuladığı ziyarətə - Məşhəd ziyarətinə getdi. Ümumiyyətlə, xoş xatirələrim var. Növbəti ildən də gözləntilərim çoxdu. Allah hər birimizə xoş anlar, xoş günlər nəsib etsin. Amin.girl_ang
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
Leyla Əsgərova
2013-cü il normal il oldu. Həm sevincli, həm də kədərli günlərim oldu. Ən kədərli günüm nənəmin ağır xəstə olduğu gün idi. Hamımız rayonda idik, gecə qəfldən nənəmin halı pisləşdi. Sonra Bakıya gətirdik. Şükür Allaha, indi hər şey yaxşıdır. 2013-cü ildə ən kədərli günüm bu oldu. Qalan günlərim də normal günlər idi. 2014-cü il də İnşAllah hər kəs üçün uğurlu olar. Amin! girl_ten:
Ardı var...  girl_smi
Səslərin sayı: 10
65
4160
loading...
Şərhlər
Offline
Abbasova Gozel
insAllah 2014 hamimiza duserli olsun ugur getirsin.Amin
20 may 2014 16:51
Offline
♥Sevgilimi çox sevirəm♥
a.angel,
Dr Agayeva ,
zehra,
Sevinc,
ilhame ibrahimova,
Cute angel,
Incim.,
GUNIS,
NiCaT_NiLuFeR,
Cox saqol xanimlar
ღМøя бøльшая любøвьღ,
Ureyim mende istemezdim getmeyi amma bilirsende
7 aprel 2014 14:55
Offline
ღМоя большой любовьღ(Ailəli)
Lamiyəm,Könülüm bugün,bu il yoxsuz burda,sizdə getdiz cray
7 aprel 2014 13:39
Offline
♥NiLuFeR♥
Qızlar belə xəbərlər hazırlayanda mənə də xəbər edin blush
27 fevral 2014 22:41
Offline
GUNIS
2013 menim ucun cox pis gecti,amma 2014 de, coxxxxxxx ugurlu geldi.cox diqqetimi ceken prosta nikanki oldu.ugurlar
5 fevral 2014 21:19
Offline
Incim.
Aaaaa bu xeberi men gozleyirdim sen deme coxdan cixibmis!Her kese ugurlar arzulayiram!Insallah bu il her birinize duserli olsun!
2 yanvar 2014 23:02
Offline
SR (Nişanlı)
Cox maraqli alinim ama deyesen 2013 cox adama dusmeyib give_ros
Narın Əliyeva,
Canim Allah xosbext etsin insallah tezlikle qayidarsan love
Mot de fille,
Ay Şəbiş dedim axi sevindirici hallarda olub.Canim sizin kimi dostlarim olmasina coxxxx sevinirem yaxsiki varsiniz air_kiss
23 dekabr 2013 11:57
Offline
ilhame ibrahimova
EZIZLERIM,BU ILI YOLA VERDIK YAXSHI PIS,INSHALLAH UZUMUZE GELEN IL HAMIYA SEVINC .XOSH GUNLER,COXLU SHAD XEBERLER GETIRSIN.QOY PIS GUNUMUZ AZ OLSUN.UZULMEYEK.AMIN...
18 dekabr 2013 15:12
Offline
Sevinc
Gözəl xəbər alinib 2014 daha yaxwi kecər inwallah wink
18 dekabr 2013 02:56
Offline
Zehra.
ÇOX MARAQLI XƏBƏRDİR.
Mən burda iki aydı olduğum halda,özümü burada sanki çoxdandır burdayam kimi gəlir. girl_ang
18 dekabr 2013 00:49
Offline
Dr Agayeva
2013 cu ilde menim korpe quzum Yusifim dunyaya geldi...Yoldawim Hecce getdi bu ilde...Umumiyyetle Allaha cox wukur edirem sag saglam ili bawa vurduq,valideyinlerimizle birge ...ALLAHIN her iline her gunune min wukur...Itkiler olmasin 2014cu ilde ...sakit huzurlu bir il olsun inwAllah...
17 dekabr 2013 15:49
Offline
a.angel
Maraqla oxudum.Ay bu ilan ilinin bitməsini gözləyirəm.Ürəyimizi şişirtdi
16 dekabr 2013 23:45
Offline
SON
Narın Əliyeva,
Ay baci niye gedirsene biiy getmede duzdu seni coxda tanimiram amma uzuldum getmeyine cunki cox mehriban semimi guleruz qizsan Allah sene heyatinda gozel gunler nesib etsin amin xosbext olasan bizi unutma hecvaxt opdum


✰❤✰Caprice Girl✰❤✰,
qiz olmus xeberin cvixibki eladi inwallah davami ugurlu olar tebrikler. give_ros
16 dekabr 2013 23:21
Offline
♥Çalıkuşu ♥
Narın Əliyeva,
Sebrsizlikle gozleyeceyem give_ros
16 dekabr 2013 21:23
Offline
Alina
Məndə istəyirəm iştirak etmək
16 dekabr 2013 20:14
Offline
_BeautifuL_

✰❤✰Caprice Girl✰❤✰
XEBER ELA ALINB... BES MEN YOXAM AXI unknown ????????????
16 dekabr 2013 19:31
Offline
16 dekabr 2013 16:21
Offline
Сельджан
Bu il chox shey olub menim heyatmda...Hech bir zaman olmayacaq sheylerin merkezinde olmusham.Bu il nishanlanmisham.Chox yaxshi bildiyim englishden univecitetde imtahandan kesilmishem.Elbette 2-ci defe berpa etdim.Uzun sozun qisasi,men bu il yeni Seljanla tanish olmusha;)
16 dekabr 2013 16:00
Offline
♥Sevgilimi çox sevirəm♥
[bFatma xanım
Çox sağol gözəl xalam hə məndə üzüldüm Narinin getməyinə amma İnşallah qayıdar[quote=26947]
♡ ✰PrINcESsA♡ ✰Samir❤
İnşallah canım
Narın Əliyeva
Çox sağol mələyim.Amin
hekim qiz
Təşəkkürlər
Aytac Mammedova
Amin xanım!
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
Hə canım
FİDAN HÜSEYNOVA
Çox sağol canım Allah saxlasın balalarını
Lovable_MadaM
Amin
eleqantka
İnşallah canım hamı öz arzusuna çatar
ULYA
Hər kəs üçün uğurlu il olsun!
Melek Babazade
Dəniz84
Hə düzdü amma yenə də əvvəl ki kimi tez-tez gələ bilməyəcək
AYSUN MEMMEDOVA
Amin canım.Allah səni güldürsün.
Ceylan Mumoğlu
Hə Ceylan xanım əsas elə odu da
Gulshen_q
♥ Fatimə Cəfəri ♥
BIBIXANIM
HUSNA
Ramile
♥ имя Нет Фамилия секрет ♥
meryem eliyeva
nura84
leyla esgerova
N
yusifova zibeyde
APENAS
p...r...n.. Ehmedli
Aytac Mva
asel
Happiness lady
ANGELICKA
♥A.Ravana♥
Narın Əliyeva
Happiness lady CANIM ELE MENDE TOYDAN SONRA GELE BILMEYECEM MENDE COX DARIXACAM Ay canım mənim mən gələcəm amma bilmirəm haçan gələcəm Fatma xanım Bu qədər fanatları olanda gedirəm deyərmi ay xalam Canım xalam Vallah məndən olsa getmərəm amma məcbur ayrılmalıyam ANGELICKA Canim Allah seni xowbext etsin.Inwallah donersen saytimiza Çox sağ ol canım Allah cümləmizi xoşbəxt eləsin İnşAllah leyla esgerova Narin baci hara gedirsen? Gedirəm da xoşbəxt olmağa ✰❤✰Caprice Girl✰❤✰ Ay canım bağışla xəbərini zəbt eləmişəm
Yox canım qurbandı sənə biz səni çox istəyirik görürsən sənin gedişinə hamı üzülür Getdiyin yerdə xoşbəxt ol yanında olmasaqda qəlbimiz həmişə səninlədi. love
Happiness lady
ARiEL_ViViAN(SaMiRə)
Əziz istifadəçilər şərhlərinizə görə hər birinizə təşəkkür edirəm.Qarşıdan gələn yeni il münasibəti ilə hamınızı təbrik edirəm girl_ang Bu il hamımıza düşərli olsun.İnşallah girl_ang
16 dekabr 2013 15:20
Offline
S U S E N _BACI
QIZLAR INSALLAH 2014U
BU ILKINDEN DAHA MARAQLI
DAHA GOZEL KECIRESIZ
AMIN
girl_ten

mende insallah
16 dekabr 2013 15:18
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!