Bakıda hava 26°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:24Surayye Qizlarim qizilalrim necesiz?İstilerle aranız necedi 11:36Sima salma millet necesiz
40643

Ən böyük etirafım

Ən böyük etirafım

Bu, mənim həyatımda ilk etirafımdır və sizin məsləhətlərinizə ehtiyac duyuram.

Mən 10 il əvvələ qayıtmaq istəyirəm. 2003-cü ildə tələbə adını qazandım. Bu vaxt mənim sinif yoldaşım, həm də qonşumuz olan Samir (ad şərtidir) başqa bir yerə qəbul oldu. O, bizdən aşağı küçədə qalırdı. Samir bir gün məndən xahiş etdi ki, "Mənim otaq yoldaşım Şəlalə adında qızı sevir, qız sənin təhsil aldığın yerdə oxuyur və onların yerlisidir. Sadəcə, qiz bilsin ki, oğlan onu sevir. Bu xəbəri qıza çatdırarsanmı?" Mən də dedim: "Hə, çatdıraram". Və çatdırdım.

Səhəri gün dərsə gedəndə mənə dedilər ki, müdir səni çağırır. İçəri girəndə gördüm ki, Şəlalə, atası, anası və müdir oturub. Müdir mənə bir kəlmə söz dedi: "Qovuldun".

Dərsə girmədən evə gəldim və sinif yoldaşımı telefona çağıraraq ağlaya-ağlaya vəziyyəti danışdım.

Samir də olanları otaq yoldaşına danışıb. Aradan bir az keçəndən sonra qrup yoldaşım Ülviyyə bizə gəldi, dedi ki, "Kursun rəhbəri müdirin yanına gedib, səni qovublar". Mən də ağlaya-ağlaya durdum paltarlarımı yığım, rayona qayıdım. Elə bu zaman evin sahibəsi məni çağırdı, dedi ki, "Səni qapıda gözləyən var". Otaq yoldaşlarım, Ülviyyə və mən bayıra çıxdıq. Samir və onun otaq yoldaşı qapıda dayanmışdı. Təsəvvür edin ağlamaqdan üzüm-gözüm şişmişdi. Samir mənə dedi: "Otaq yoldaşımın sənə sözü var". Oğlan mənə dedi: "Hər şeyə görə üzr istəyirəm. Sabahdan dərsə gedərsiniz"... "Dərsə gedərsiniz" sözünü eşidən kimi başımı qaldırdım və qeyri-ixtiyari oğlana baxdım, o zaman göz-gözə gəldik və hər şey ordan başladı.

Aradan 4-5 ay keçdi. Ülviyyə mənə dedi ki, "Sənin xəbərin varmı ki, biz Samirlə bir-birimizi sevirik və bu yaxınlarda bizə elçiliyə gələcəklər". Çox sevindim. Beləcə, elçilik oldu. Ülviyyə bir gün mənə söylədi ki, "Samirin otaq yoldaşı səni sevir". Heç bilirsiniz mən bu xəbəri neçə aylardı gözləyirdim. Sevincimdən uçurdum, çünki mən də o oğlanı sevirdim.

Və beləcə, bizim sevgimiz başladı. İnanın ki, bir-birimizi o qədər sevirdik ki, bir-birimizin gözlərinə baxmaqdan çəkinirdik. O oğlan mənə qarşı heç vaxt artıq hərəkət etməmişdi, deyirdi ki, "Mən sənə toxunmağa belə qıymaram". Mən hər həftə sonu rayonumuza qayıdırdım, amma onu tanıyandan sonra qayıtmadım. Onun üzünü görmək üçün hamıdan təcrid olunmuşdum. Onu bir dəqiqə görmək üçün nələr etməzdim. Beləcə yaşayırdım - sevgilimi hər həftə sonu görəcəm deyə...

Bir gün mənə zəng gəldi, zəng edən sevdiyim idi. Telefonu açdım, mənə nə desə yaxşıdır? "Biz ayrılmalıyıq!"

Ən böyük etirafım

Heç bilirsiniz nə vəziyyətə düşdüm?! Xəstə yatdım, qızdırmam 40 dərəcədən aşağı düşmədi, dilim-dodağım parça-parça oldu. Dayana bilmirdim onsuz, axır ki bülleten açdırdım, evə gəldim. Anama hər şeyi danışdım. Anam vəziyyətimi gördü, heç nə demədi və beləcə, yenidən dərsə qayıtdım, amma elə bil cəhənnəmə gedirdim.

Aradan bir az vaxt keçdi və özümdə cəsarət toplayıb səbəb soruşmaq üçün qarşısına çıxdım. Yalvardım, "Sevgimizi belə bitirmə" dedim... Mənə baxdı, baxdı, arxasını çevirərək çıxıb getdi...

İllər keçdi. Mən kəndimizdə ingilis dili müəlliməsi işləməyə başladım, amma yenə onu axtarırdım, onun səsini duymaq istəyirdim, onun qara gözlərinə baxmaq istəyirdim. Gələn elçiləri qaytarırdım, elə bilirdim gələcək.

Samirlə Ülviyyənin toyu oldu. O toya getdik, toya sevdiyim oğlan da gəlmişdi. Elə həsrətlə baxırdıki, bir-birimizə o toyda... Onun barmağında nişan üzüyü gördüm. Toyu tərk etdim...

Acılı günlərim başladı, aylarla xəstəxanalarda yatdım, psixoloji sarsıntı keçirdim. Yaxınlarımın köməyi ilə ayağa qalxdım və onu ürəyimdən çıxarmağa çalışdım. Sevmədiyim insanla ailə qurdum, amma sonralar gördüm ki, çox gözəl insandır, dindardır. Bir oğlum, bir qızım var. "Hər şey arxada qaldı" dediyim zamanda ondan mənə xəbər gətirdilər. Ailəlidir, amma bu yaxınlarda boşanır. İki övladı var. Mənə yaxın olmaqdan ötrü bizim kəndimizdə iş yeri açıb. İllərdən sonra başqasıyla evlənməyinin səbəbini də mənə açıqladı - babası ölərkən vəsiyyət edib ki, "bu qızla evlənərsən"...

Bu da mənim sevgim, bu da sevgimə verilən dəyər...

Tək arzum, istəyim var ki, Allah məni yolumdan azdırmasın, şeytan ailəmlə mənim arama girməsin... Allah bütün sevənləri qovuşdursun. Amin.

Səslərin sayı: 9
76
12859
loading...
Şərhlər
Offline
Iceberg
babasinin vesiyetiymiş... siz də inandız
5 iyul 2017 22:32
imza: shafaabdulla.blogspot.com
Offline
.................
Cox tesirlidir cray ALLAH ozu sevenleri qovuwdursun :( cray
12 sentyabr 2016 22:23
Offline
♥Mira♥
Cox tesirli xeberdir cray ALLAH ozu sevenleri qovuwdursun AMIN.
17 mart 2016 20:56
Offline
Xanim_Xatun
Necə pis oldum..bmən həmişə sevənlərin əzab cəkdiyini gormusəm..yaxsiki sevgim olmayib..
7 noyabr 2014 00:36
Offline
איסון ממדוב.
Oxudum cox pis oldum cray
27 oktyabr 2014 23:02
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
sehran qarayeva
Mence o oglan cox pis edim seni ve o qizi bedbext edib. en azindan sen oz heyat yolldasini ve usaglarini dusun. cunki seni seven bir ailen var
11 iyul 2014 17:43
Offline
❤qanadsiz_melek❤
AMIN! empathy caaan cox tesirlidir cray
3 iyul 2014 00:20
Offline
nigar
recourse Cox cetindir
20 iyun 2014 14:37
Offline
♥Gülay♥
mende bilmedimki qovulmaginla bu oglanin ne elaqesi var. ama cox pis oldum eske bele olasaydi. ama artiq iki ovladin var. kecmisi unutmaq en yaxsisidi cray
1 aprel 2014 14:50
Offline
sebine haciyeva
Ay onun babasinin....
28 mart 2014 15:25
Offline
Moon♥sun
Off, aglatdi meni hekayen, men sevdiyimden ayrilmamisam ama, cox isteyibler ayrilmagimizi, başa düşürem o hissleri.ne bilim Allah komeyin olsun
6 mart 2014 21:31
Offline
Xelilova Sehla
Calis aileni qoru yoldasina deyer ver onlar hamis kecmisde qaldi
19 fevral 2014 09:12
Offline
ruhiyye sofayeva
salam bacim.evvelce deyimki namusunla,terbiyenle gozel bir aile qurubsan.basa dusmedi niye qorxursanki ailenle senin arana girmenden?hislerine yenilib ona baxarsansa eger sende onun seviyesine duwersen.senin bu heyatdaki esas yolun yoldasina sadiq olub ismetli,etibarli heyat yoldasi olmagindi.kecmis kecmisde qaldi.
4 fevral 2014 16:44
Offline
seyidova lale
O senin sevgine layiq deyil
26 yanvar 2014 14:36
Offline
Дождь ♪
O vaxtile senin qrup yoldawini isteyib sonra seni goren Kimi seni sevib sonra Yadira duwubki vaxtile babasi vesiyet eliyib daha bawqasini sevmelidir vallah men hec ne anlamadim


Görünür oğlan uşaqağilli olub da.

Burda oğlan tamamilə şeytan rolunu oynayir , qizi bədbəxt edə bilmədi , bir zaman sonra qizin xoşbəxt olduğunun şahidi olub , nəticədə oğlan bunu həzm edə bilmir hələ qizgil tərəfdə obyekt açib onu bədbəxt etməyin yollarini axtarir. what O kişi olmadi uje , ne ujeli mövzu qəhrəmaninin yoldaşini balalarini düşünmür.? fellow İndi guya oğlan sevgisindən dəli divanədi , bi ki açiq aşkar artistlikdir.. yes
19 yanvar 2014 09:07
Offline
Дождь ♪
Babasinin vəsiəti imiş.. Necə dar düşüncə insanlar var elə ölən hər bir vəsiyyət buraxir gedir , bəlkə alinasi iş deyil ? Allah səbr versin daha əlinizdən də heç nə gəlməz , oğlanin səhvi orda olub ki siz olan kənddə ofis , iş yerini açib , belə əlindən iş gələn idisə çoxdan bir hərəkət edərdi.. Belə babasinin sözünü sayan idisə ailəsini dağitmazdi da. Nə isə savadsiz insanlar haqqinda nə qədər də danişsan az olar. Şəxsən elə vecsiz bir insana görə mən heç vaxt öz ailəmdən vaz keçmərəm nə ona nə bir başqasina görə.
18 yanvar 2014 21:04
Offline
R_E_N_A_
IKI GOZEL OVLADINIZ VAR..KECMISI UNUT GELECEYE BAX.
18 yanvar 2014 20:43
Offline
Aylinka M_va
esas odurki indi xosbextsen.oz ailenin qedrini bil bacim.ailene deyer ver.onun qedrini bil.amma gerek o oglan bunu sene lap evvelden deyerdiki biz buna gore ayrilmaliyiq .sende bilerdin bu qeder eziyyet cekmezdin.allah butun sevenleri qovuwdursun
16 yanvar 2014 13:17
Offline
Aygun
iLK SEHVINIZ O OUBKI NE SAMIRLE NEDEKI ULVIYYE ILE DANISHARDIM ,EGER SEVECEKDISE SENI NIYE BU ISHE QATDI.SORADAKI HEC KIMSE UCUN KIM OLUR NE OLUR OLSUN XEYANET ETME .ISTEYIR YOLDASHIN DINDAR OLSUN ISTEYIRDE ALKOQOL HER INSAN XEYANET EDENDE OZU OZUNE EDIR.SENIN YERINE HECKIMSE OLMASIN AMMA OLSA IDIM O OGLANIN HEC UZUNE BELE BAXMAZDIM ,SEVEN INSAN NE VESI DINLER NEDE HECNE BOSH SHEYDI HAMISI.

SEFIMI DUZLEDIM DANISHARDIM YOX DANISHMAZDIM
13 yanvar 2014 20:15
Offline
gulnaz semedova
BU movzunu indi oxudum, ay canim aileden basqa her sey yalandi, aileni aldatma, bax bu senin ucun heyatda en boyuk seadetdir, vaxti ile sene deyer vermeyen insani hec ne dusunmeden sil at. Eger bir zamanlar, gencliyinin ilk baharinda seni beyenmeyib basqasina deyisen kisinin qarsisinda ozunu alcaltsan,bir gun ozunu lenetleyeceyine emin ol,sene ugurlar

Sevgi var elbetdeki, amma sevgini layiq olana besleyesen, layiq olmayan qelbine bir keder tek coker
24 dekabr 2013 23:09
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış