Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Xasiyyət təhlilləri (1)

Xasiyyət təhlilləri (1)
Söyüş tutqunları

Günlük ədəbi dəyərlərdən uzaq küçə insanının danışıq dilində danışan insanların xüsusiyyətləri:
Bu tip insanlar bu cür danışıqla bir növ qorunma mövqeyi alırlar. Özlərinə fərqlilik və xüsusilik qatmağa cəhd edirlər. Nəzarət düşkünü olaraq söyüş və lənət sözləri ilə güc qazanmağa və qarşısındakını əzməyə çalışırlar. Diqqət çəkmək, basqın olduqlarını sübut etmək və başqalarının reaksiyasını ölçmək üçün söyüşdən istifadə edirlər.

Yuxarıdan baxanlar 

Bu insanlar hər şeyi bildiklərinə inanırlar. Öz aləmlərində zəka fışqıran fikirlərini ətrafındakı adi insanlara bəxş edərlər. 
Belə bir "fərqləri" olduğunu düşündükləri üçün də başqalarına yuxarıdan baxmağa haqları olduğunu hesab edirlər. O qədər yuxarıda olduqları üçün də başqalarının səsini belə eşitməzlər. Bu davranışları ilə ətrafdakı insanlarda çatışmazlıq duyğusu oyandırmağı sanki məqsədə çevirmişlər. Çox zaman da hörmətsiz olurlar. Belələri ilə ünsiyyət qurmaq çətindir. Onlar ancaq öz fikirlərinin doğruluğuna inanan tiplərdir. Əgər əsəbləriniz sağlamdırsa, sırf əylənmək xatirinə onları danışdıra bilərsiniz. Amma məndən soruşsanız, bu, heç də sağlam bir əyləncə növü deyil.
 

Xasiyyət təhlilləri (1)

Bəhanə tutqunları 

Bir anlıq hər zaman bəhanəsi olan bir insanla birlikdə olduğunuzu təsəvvür edin. Nə qədər darıxdırıcıdır, deyilmi? Çünki, belə insanlarla birlikdə olmaq həqiqətən çətindir. Əvvəla, onlara etibar etmək olmur. Bəhanələr axtararkən zamanla ipin ucunu qaçırırlar və həqiqəti görmək bacarıqları dəyişir. Onlar üçün bəhanə tapmaq asılılıq halını alır. Bəzən elə yaradıcı, ağla, xəyala gəlməyən elə bəhanələr tapıb inandırıcı tərzdə söyləyərlər ki, təqdir etməmək mümkün olmur. Onlardan əla ssenarist olar.

Xasiyyət təhlilləri (1)
Kinayə xoşlayanlar

Belə insanlar çox sevimli olmaq istəyirlər. Amma daxilinizdə bir bulantı yaradarlar. Sözlərini birbaşa söyləməzlər, zarafatla deyərlər, lakin bu, zarafatdan çox kinayəyə bənzəyər. Onlar kinayəni zarafat sandıqları üçün əslində düşmənlik və qısqanclıq dolu ifadələrdən istifadə etdiklərinin fərqinə varmazlar. Kənardan baxsanız, beləsinin halına yana da bilərsiniz, amma kinayəyə özünüz məruz qaldıqda bu, ağlınıza gələn son şey olacaq. Sizi əsəb girdabına salacaq, bundan narahat olduğunuzu bildirdikdə isə böyük ehtimalla geriyə addım atıb, "Elə şey olarmı, canım, mən səni çox istəyirəm" mənasına gələcək sözlərlə, üzsüz sevgisi ilə əzməyə çalışacaqdır. Beləsi ilə ünsiyyətdə olmaq üzünüzə bir gülüş maskası taxmaq deməkdir. Uzun müddət ünsiyyət saxlasanız, maska üzünüzə yapışa bilər, xəbəriniz olsun.

Xasiyyət təhlilləri (1)

Qeybət edənlər

Onlar ikiüzlü, hiyləgər və qısqanc insanlar olur. Bəzən olan hadisələrdən durmadan bəhs edirlər. Və danışarkən də özlərini belə müdafiə edirlər - "Mən həqiqətləri danışıram". Ancaq danışdıqları həmin həqiqətlərə aid olan insanların bunlar haqqında eşidilməsini və bilinməsini istəmədiklərini düşünməzlər. Amma heç bir dedi-qodu da olduğu yerdə qalmaz. Qulaqdan-qulağa ötürülən hekayə onu yaşayan insanın qulağına başqa cür gəlib çatır. Bu dəyişməz qaydanı unutmayın: bir insan sizə birinin qeybətini edirsə, başqasına da sizin qeybətinizi edir.

Xasiyyət təhlilləri (1)

Sözü kəsənlər

Bilirik ki, insanlar danışarkən sözlərinin kəsilməsinə tab gətirmirlər. Bu, çox insan üçün belədir. Bəs sözü kəsənlər kimlərdir? Gəlin onları tanıyaq. 

Sözü kəsənlər daha çox nəzarət etmək istəyənlər, liderlik hədəfləri olanlar, qarşısındakılara əhəmiyyət verməyənlər və həyəcanına təslim olanlardır. Onlar əslində qorxar, başqalarına hökm etmək cəhdi ilə onların sözlərini kəsərək öz qorxularından yaxa qurtarmağa çalışırlar.

Səslərin sayı: 11
64
6834
loading...
Şərhlər
Offline
Aysel İ.
Sözü kəsənlər daha çox nəzarət etmək istəyənlər, liderlik hədəfləri olanlar, qarşısındakılara əhəmiyyət verməyənlər və həyəcanına təslim olanlardır. Onlar əslində qorxar, başqalarına hökm etmək cəhdi ilə onların sözlərini kəsərək öz qorxularından yaxa qurtarmağa çalışırlar.

Ən böyük mədəniyyətsizlikdir, kiminsə sözünü kəsmək.
11 noyabr 2014 11:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
---------------
Eziyyete tewekkur maraqliydi yes
23 mart 2014 21:14
Offline
prosta barbi
Maraqliidi coxxxxxxxx beyendimmm tewekkürlerrrrrrr i_am_so_
25 yanvar 2014 12:35
Offline
MIRA
İnsan hec zaman xasiyetini deyise bilmez
23 yanvar 2014 15:57
Offline
V_E
Syluper heqiqeten maraqli geldi tewekkurler)))
11 yanvar 2014 01:23
Offline
AFET M_VA
COX MARAQLI IDI COX SAG OLUN HER WEY DUZGUN YAZILMIWDI BUNLARIN BEZILERINDEN MENIM HEYATIMDA VAR bye
7 yanvar 2014 23:26
Offline
Jale Ismayilova
Maraqli xeberdi fellow
20 dekabr 2013 23:46
Offline
Aysel İ.
Əslində bütün bu xasiyyətlər dünya görüşü olmayan, savadsız, ailə tərbiyyəsi zəif olan insanlarda olur. Çox maraqla oxudum, və ətrafımda belə insanların az olmadığının fərqinə vardım. İnsanlara yuxarıdan aşağı baxanlar, qeybət edənlər, söz kəsənlər...Belə insanlardan uzaq olmağa çalışıram həmişə)) Təşəkkür Ceylan xanım.. give_ros
17 dekabr 2013 17:39
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Xanımlar, xəbəri belə bəyəndiyinizə görə, təşəkkürlər laughing
17 dekabr 2013 17:15
Offline
Zehra.
ÇOXmaraqlıydı canım təşəkkür edirəm
17 dekabr 2013 16:20
Offline
S U S E N _BACI
ALLAH YANINDA BENDELER 1 DIR ANCAQ YER UZUNDE COOOX
17 dekabr 2013 10:39
Offline
J e a l o u s y
Beyenilmeyen insan xarakterleri!!! Uzaq durmali!!!
16 dekabr 2013 17:41
Offline
Gulnare
Çox maraqlı həmdə lazımlı məlumatdr.bununla ətrafdakı insanlarn necə olduğun bilmək maraqldır.
16 dekabr 2013 16:38
Offline
aska
Maraqlı mövzuya görə təşəkkürlər!İnsan xasiyyəti müxtəlif olur!
Əlbətdəki ətafımızda belə insanlar çoxdu-nə qədər xoşa gəlməzlik olsada bu xasiyyətli insanlardan uzaqlaşmaq mümkün deyil-Bəlkə özümüz bu cür xasiyyətləri pis başa düşüb bizdə olmadığını düşünürük-ancaq ətrafımızdakılar bilə-bilər onu mən inanmaram ki,kimsə həyatında qeybət eləməmiş olsun-
Allah bizi bu cür çirkinliklərdən uzaq tutsun inşallah! give_ros
16 dekabr 2013 15:25
Offline
Дождь ♪
Bir balaca diqqətimi çəkənlər haqqinda fikrimi bölüşmək istərdim..)
Söyüş tutqunları - bir qadina , qiza qətiyyən etməsinlər ..
Yuxarıdan baxanlar - yəni hər yerdə belə insanlar var , vəzifəcə aşaği olanlari , statusu aşaği olanlari , təhsili olomayanlari ucuzlaşdiran , onlara dəyər verməyən insanlar kateqoriyasi.. Bu əlamət insani mütləq ki birinə pis davranmaq , təhqir etmək deyil , üstdən aşağiya baxmaq daha az dəyər verməkdir , hörmət bəsləməməkdir.
Sözü kəsənlər - Hər birimiz real həyatimizda belə insanlarla çox rastlaşmişiq yəqin ki.. Beləsi insanlar ya komplekslik , ya bir açığı vardır bağlamağa çalışır , ya da qarşıdakından çox qorxduğu üçün ünsiyyət etdiyi şəxsin sözünü kəsib danişmağa başlayir. Mənim " sözümü bitirməmiş icazə ver" sözünü deyən insani hələ xatirlamiram , çünki onsuz da həyatda az danişan , olduqca dinləməyi sevən bir insanam , düzü çox danişanlara da təəcüb edirəm. Onlar çox yorucu olurlar..
15 dekabr 2013 19:51
Offline
Flowers
Təbii ki bəyənilməz xarakterlərdir bunlar. what Nə qeybət, nə kinayə ilə danışmaq ya gülmək mənə də xoş gəlmir, həm də çox günah. no
Maraqlıdır görən 2-ci hissədə hansı xarakter təhlilləri olacaq? biggrin
Təşəkkürlər, Ceylan xanım, araşdırmanız gözəldir. girl_ten
15 dekabr 2013 18:00
Offline
Ruhəngiz
Təşəkkürlər Ceylan xanım,maraqlı xəbərdir.
Söyüş tutqunları
Ailəmizdə ümumiyyətlə söyüş nədir bilməmişəm,bu mənə yad bir termindir.Amma qaynanamgil söyüşcüldür.
Yuxarıdan baxanlar
Qohumlarda belə tip insanlar var.Həmişə özlərinin dediklərini doğru hesab edirlər.
Bəhanə tutqunları

Belə insanlar yalançı olurlar,hər sözə bir bəhanə tapırlar.
Kinayə xoşlayanlar
Var bu tip insanlar da çox görmüşəm.Məncə sözü zarafata salıb qarşı tərəfi acılamaq düzgün deyil.Nə var onu elə qaydasında de.Hər şeyin öz yeri var.
Qeybət edənlər

Onun dərdindən həyətə düşmürəm.Uşaqlar balaca olanda onlara görə düşürdüm.Ay ALLAH qonşular hamını,hər şeyi müzakirə edir.Yersiz sualları ilə adamı yorurlar.Günahdan qaçmaq lazımdır.
Sözü kəsənlər
Belə insanlar özlərini daxildə alim hesab edirlər.Bir sözlə,görəsən belə insanlar kənardan özlərini izləsələr özləri haqqında nə qənaətə gələrlər?
15 dekabr 2013 14:13
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
ToRmEnTo
Nifret edirem soz kesen insanlara.Dinlemeyi bacarmayan biri ile sohbet edende ele bilirem meni soyurler.Bacardigim qeder bele insanlarla elaqe qurmamaga calisiram.Bezen ele biri ile sohbet edende,meselen men filan seyi filan cur edirem deyirsen,o deyqe sozu kesib mende ele edirem,bele edirem deyir.Men bele anlayiram ki ele insanlar ozlerini tesdiq etmek cabasi icinde olurlar ve ya qarsisindakinin yaxsisini qaldira bilmirler deye sozu kesib tez ozune getirirler sohbeti.
15 dekabr 2013 01:27
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
Ellada Babayeva
Ceylan Mumoğlu,
Mənim müəlliməmsiz axı..Necə izləməyim..Allah sizdən razı olsun.Xoşdu. blush
15 dekabr 2013 00:01
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ayka S
Söyüş tutqunları..

Malesef helede belə insanlar etrafimizda var..

Yuxarıdan baxanlar ..

Mənim həyatimda belə insan var padruqam demek olarki butun bu yazilanlar onda var herzaman adi bircesini deyim pul ilə deyer verendi insana...

Bəhanə tutqunları ..


Bahənə tutmaq yada etmək sadece insanin yalan danişiqinan ireli gelir buna eminem.

Kinayə xoşlayanlar



"Elə şey olarmı, canım, mən səni çox istəyirəm" mənasına gələcək sözlərlə, üzsüz sevgisi ilə əzməyə çalışacaqdır.
Kin saxlamaq pis şeydi...

Qeybət edənlər


Oyyy bunan neqeder yazsam az olar bezi insanlar varki heyatlarini qiybetle yaşayir elede basa vuracaq..
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür...


Sözü kəsənlər..

qADİN YADA KİŞİ GREK HERKES OZUNƏN YA BOYUK YADA KİCİN OLAN ŞEXSİ DİNLESİN SONRA DİNLETSİN..
Bu qeder xeber ucun cox sagolun.. give_ros
14 dekabr 2013 23:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!