Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9673 AZN
23:01Sima aa dogurdane meqan deyisiy saldim)))))
39305

Heydər Əliyevin vəfatından 13 il ötür

 

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. APA-nın məlumatına görə, bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunub. Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları da Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimləri təşkil ediblər. Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
 

Mənbə: Lent.Az

Səslərin sayı: 2
17
1718
loading...
Şərhlər
Offline
Arzu
Allah rehmet etsin Ulu ondermize
4 yanvar 2017 14:28
Offline
Böser Madchen
allah rehmet etsin tum olenlerimize
12 dekabr 2016 20:55
Offline
Mələksima
Allah rehmet elesin !!!!!
25 iyun 2015 00:55
Offline
Pərvanə
Allah rəhmət eləsin.
14 mart 2015 14:34
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
Allah rəhmət etsin..

Allah rəhmət etsin..
10 yanvar 2015 17:32
Offline
Qəribə
ALLAH rəhmət etsin evezsiz İNSAN...
16 dekabr 2014 15:04
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Nigar
Tarix Heyder Eliyev kimi sexsiyyetleri tek-tek yetirir...Allah rehmat elesin
13 dekabr 2013 00:37
Offline
Ayka S
ALLAH rəhmət etsin evezsiz İNSAN...
12 dekabr 2013 23:29
Offline
Zehra Bedirxanli
ALLAH RƏHMƏT ELƏSİN.
12 dekabr 2013 21:46
imza: QADİN.NET
Offline
Gulsen Isi
Cennetlik olsun.
12 dekabr 2013 21:43
Offline
Qəribə
Allah rəhmət eləsin!
12 dekabr 2013 18:28
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah rehmet elesin !!!!!
12 dekabr 2013 18:26
Offline
Jessamine
Allah rehmet etsin ulu onderimize.hele de inana bilmirem dunyasini deyisdiyine.
12 dekabr 2013 16:36
Offline
APENAS
Allah rehmet elesin Ulu onderimize recourse
12 dekabr 2013 16:32
Offline
Aysel İ.
Allah rəhmət eləsin(
12 dekabr 2013 16:11
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
zehra
Allahdan rehmet dileyirem ulu onderimize ruhu sad olsun insallah
12 dekabr 2013 13:12
Offline
GÜLÇİN
Allah rəhmət eləsin!Ölümünü bu günüm kimi xatırlayıram.1 həftə matəm idi.
12 dekabr 2013 09:01
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )