Bakıda hava 13°
USD AZN
EUR AZN
15:07Nermin_Guler Vessalam koronaviurus geldi bura da catdi 14:37Nermin_Guler Hər kəsə salammm
41467

Heydər Əliyev Mərkəzində bərpa edilmiş "Arşın mal alan" filminin təqdimatı olub

 

Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filminin premyerası olub.Ekran əsərinin nümayişindən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə "Arşın mal alan" filmi və bu filmin bərpa olunmasının əhəmiyyəti barədə çıxışının videogörüntüsü yayımlanıb: "Müasir texnika, texnologiya imkan verir ki, film yarandığı kimi bərpa edilsin. Bunu mütləq etmək lazımdır. "Arşın mal alan" filmi Azərbaycan mədəniyyət tarixinin ən böyük nailiyyətlərindən biridir. Ona görə o film daim yaşamalıdır. O film yaşamalıdır ki, gələcək nəsillər Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu görsün, Rza Təhmasibin nə qədər böyük rejissor oldugunu görsün, Rəşid Behbudovun nə qədər istedadlı müğənni olduğunu görsün".Trend xəbər verir ki, daha sonra tamaşaçılar bərpa olunmuş və rənglənmiş "Arşın mal alan" filmini izləyiblər.Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan" filmi 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilib. Rza Təhmasib və Nikolay Leşenkonun quruluş verdiyi ekran əsərində Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi korifeylər rol alıblar."Arşın mal alan" filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan "Hollywood"da bərpa edilərək rənglənib. Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerikadan olan 157 nəfərlik heyət çalışıb. Onların arasında "Oskar" mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olub.

 

Mənbə: Milli.Az
Səslərin sayı: 0
0
630
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )