Oksford Universitetinin araşdırmalarına görə stressdən, gərginlikdən, qayğılardan xilas olmanın ən yaxşı yolu kitab oxumaqdır. Təəccüblüdür, ancaq oxumaq spirtli içki qəbulundan, gəzintidən, musiqidən daha effektiv üsuldur. Bununla bağlı bir araşdırma aparılıb. Araşdırmanın iştirakçıları gərginliyə səbəb olan müxtəlif çalışma və testlərdən keçib. Daha sonra isə relaksasiya metodu tətbiq olundu. Müxtəlif qoxular, landşaftlar və s. haqqında oxuduqca, beynin müvafiq hissələri aktivləşir. Görün bunlar reallıqda insanın gözləri önündə olsa, necə olardı?
Araşdırma prosesində məlum olub ki, oxumaq stresi 65% azaldır. Sadəcə altı dəqiqə kifayətdir ki, əzələlərin fəaliyyəti və nəbzin ritmi normallaşsın. Musiqi stresin 61%, kofe və ya çay 54%, gəzinti isə sadəcə 42% azalmasına səbəb olur. Yeri gəlmişkən, kitab seçimi bu üsulun effektivliyinə heç bir təsir göstərmədi. Gərginlikdən xilas olmaq üçün demək olar ki, istənilən kitab uyğundur.
Sadəcə süjeti anlamaq və fikrini kitaba cəmləmək kifayətdir.
İndi isə yazılmış romanlar, əsərlər haqqında...
"Yeni cəngavər"
"Qadınların qələbəsi"
Çingiz Abdullayev
Tanınmış iş adamı Paşkov köhnə Yeni ili keçirmək məqsədi ilə şəhərdən kənar bağ evinə qonaqlar dəvət edir - demək olar ki, yalnız yaxın adamlarını. Amma ziyafət başlamadan əvvəl onu öz otağında bıçaqla qətlə yetirilmiş vəziyyətdə tapırlar. Ən əlverişlisi təsadüfi qətldən şübhələnməkdir. Ancaq hər şey düşünülən kimi deyil. İş heç də tezliklə bağlanmayacaq.
"On bir dəqiqə"
Paulo Coelho
Bu əsər eşq və ehtiras haqqındadır.
Braziliyanın ucqar bir əyalətində yaşayan Mariya xarici ölkələr üçün işçi toplayan birinin təkidlərinə tab gətirməyib İsveçrəyə - qapalı klublardan birinə rəqqasə işləməyə yollanır. Orada rastlaşdığı reallıq isə vəd edilənlərdən çox fərqlənir.
"Knulp"
Hermann Hesse
Bütün həyatı yollarda keçən bir yolçunun hekayəsi, istədiyi yerə "qonan", amma heç yerdə qərar tuta bilməyib yenə "uçan" azad bir ruhun qısa dastanıdır. Əsərin qəhrəmanı yaşadığı bir hadisə səbəbilə insanlara etibarı sarsılmış, kimsəyə güvənməməyi özünə həyat prinsipi seçən yolçu, yeri-yurdu olmayan, tanış olduğu hər kəsin rəğbətini qazanan bir insandır.
Novellalar
Stefan Zweig
"Yad qadının məktubu" müəllifin ən məşhur novellalarından biridir. Məşhur romançı R. tanımadığı yad qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu onu sevib. Qadının həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.
"Bir qadının həyatından iyirmi dörd saat" novellasının qəhrəmanı qırx iki yaşlı qadındır.
"Qara Volqa"
Cəmşid Əmirov
Cəmşid Əmirovun "Brilyant məsələsi" və "Qara Volqa" kitabları 60-cı illərdə yazılmış və oxucuların böyük marağına səbəb olmuş əsərlərdəndir.
Yazıçının "Qara Volqa" əsəri Azərbaycanda cinayətkar qrupun törətdiyi saysız-hesabsız amansız cinayətlərdən və nəhayət, bu hadisələrin hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmasından bəhs edir.
"Təhminə və Zarur" və ya "Beşmərtəbəli evin altıncı mərtəbəsi"
Anar
Bu kitab xoşbəxtliyinin yeni mərtəbələrini fəth etmək və öz təmiz hisslərinə güvənərək qalxdığı ucalıqları qorumaq istəyənlər üçündür.
Oxucuların marağını cəlb edən bu roman rus, özbək, qazax dillərinə tərcümə olunaraq Polşa, Macarıstan və Bolqarıstanda kitab kimi nəşr edilmişdir.
"Babamın bavulu"
Orhan Pamuk
"Ölümündən iki il əvvəl atam öz əlyazmaları və dəftərləri ilə dolu bir çantanı mənə verdi".
Orhan Pamuk 2006-cı ilin dekabr ayında, İsveçin paytaxtı Stokholm şəhərində Nobel əməliyyat mükafatını alarkən "Babamın bavulu" adlı nitqlə çıxış etdi. Pamukun otuz illik yazıçılq səylərinin ruhunu səmimi bir şəkildə ifadə edən bu kitab bütün dünyada böyük səs-sədaya səbəb olur.
XƏBƏR LENTİ
Gəlin saç modelləri
Leyla Əliyeva poeziya gecəsində - FOTO
Zəncəfilli şirniyyat (foto resept)
Mayonezli maska ilə gözəl saçlara qovuşun!
Gənclər üçün pəhriz
Heç görmədiyiniz qəribə meyvələr
Varlı olmağın qorxulu tərəfləri
2012-ci ilin gəlinlikləri
Əsəbləşmək kökəlməyə səbəb olur
Kəlbəcər rayonunun işğalından 21 il ötür
Rubl Rusiyanı hərəkətə keçirdi
Acıbibərli acika (foto resept)
Dövlət Komitəsi: Ramazan təqvimi ilə bağlı pozuntular araşdırılacaq
"Zəmzəm" suyunun sirləri açıqlanıb
Sara Sampaionun gözəllik sirləri
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Avropanın dondurucu soyuqları Azərbaycana GƏLİR? - AÇIQLAMA
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Həyatı olduğu kimi qəbul edin
Bu gecə Ay qan rənginə boyanacaq
Ən qapalı ölkə İnstagram-da
Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi
Vanqadan şok öncəgörmə: Martın 31-də...
Ətli, makaronlu yemək (foto resept)
Putindən növbəti qadağa
Kişilər nəyə görə qadınlardan hündürdülər?
"Qız xəstəliyi" - bu nədir?
“Instagram”a çoxdan gözlənilən funksiya gəlir
Bu gün Ümümdünya Kosmonavtika günüdür
Elektrik enerjisinin qiyməti və metroda gedişhaqqı bahalaşacaq?
"Avtomobil idmanının inkişaf etdirilməsinə önəm veriləcək"
Lazanyalı rollı (foto resept)
Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı
Gürcüstan-Tbilisi (2)
Xarı bülbül Qaxa gəlib çıxdı
Xəttiniz xarakterinizdən xəbər verir
Onlar da ayrıldılar
Tuşdan istifadə qaydaları
Pensiyalar artacaq
Sentyabr ayının qalibləri!
Boksçularımız 17 medal qazandılar
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub
Azərbaycanda istirahət günü hava yağıntılı olacaq
Nişan geyimləri və gəlinliklər
Ütüləməyi bacarmır, nə etsin?
Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI
Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi
Sinoptiklərdən Azərbaycan üçün xoş hava müjdəsi
Sevimli uşaq şerləri
Azərbaycanda çörək bahalaşır?
- ŞƏRHLƏR