Əzablı sevgi
Günəş batır, yavaş-yavaş gəlib düşür qaranlıq,
Sən qəlbimdən, ürəyimdən çıxmayırsan bir anlıq.
Ayırmağa çalışsalar, etsələr də yamanlıq,
Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!
Səndən ayrı qalmışam mən həsrətinlə alışıram,
Hisslərimi göstərməyib, gizləməyə çalışıram.
Allahıma yalvararaq qismətimlə barışıram,
Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!
Sən baxanda baxışınla isidirsən qəlbimi,
Sənə qismət olmasam mən, gəl özün qaz qəbrimi.
Ağaclara, çiçəklərə söyləyirəm sevgimi,
Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!
Şərabı aldım ələ, məsteyi-xumar dedilər,
Sevgidən namə dedim, Məcnunu-Leyla dedilər.
***
İstədim ki sevinib, qəm yükündən azad olam,
"Dərdi yoxdur ki bunun, bəxtəvər insan" dedilər.
***
Şam kimi mən yanıram, halımı yoxdur soruşan,
O da yandıqca mənə Əsliyi-Kərəm dedilər.
***
Bixəbərlər eşqidən məzəmmətlə tənə edib,
Ürəyimlə oynayıb, kimsəsiz insan dedilər.
Ömür keçir
Söyləsən də "dünya fanidir" deyə,
Bu fani dünyanı sevirik yenə.
Yaşadıqca görürsən ki, bəxtinə
Bir gün sevinc, o biri gün qəm düşür,
Ömür keçir, qara telə dən düşür.
İllər ötür heç xəbərin olmadan,
Keşməkeşli yollarına varmadan,
Başladığın işi sona vurmadan,
Yollarına duman düşür, çən düşür,
Ömür keçir, qara telə dən düşür.
Diqqət etsən görərsən ki, bir anlıq
Yavaş-yavaş gedir əldən cavanlıq.
Gözlərinə çökür zülmət, qaranlıq,
Gözəllər də ətrafından gen düşür,
Ömür keçir, qara telə dən düşür.
Bu dünyanın hər oduna yanırıq,
Yaman günü müvəqqəti sanırıq.
Günlər keçir, illərə adlanırıq...
Ömrümüzün qürubu birdən düşür,
Ömür keçir, qara telə dən düşür.
Ömür davam edir ta o vaxtacan,
Haqq dünyaya köçürük bu dünyadan.
Dərgahına aparanda Yaradan,
Bir günahın yüz haqq işə tən düşür,
Ömür keçir, qara telə dən düşür.
Müəllif: Sevda (Titi)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaq aləmi
Zümrüd rəngli donlar
Jerar Depardye Şimali Koreyaya getdi
Dadlı kartoflu yemək (foto resept)
Səda Sayan haqqında ŞOK İDDİA
Geyim kombinasiyaları
Boşanma sayı nədən artır?
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Siqaret çəkən qadınlar 25 il sonra
Bekhem superlüks malikanəsini satır - FOTO
Facebook videoreklama başlayır?
Azərbaycanda təhlükəli sürüşmə sahələri: vəziyyət necədir?
Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü
Bal və idman masajı
“Xəzər adaları”nda görüş
Çağırışçılar üçün yeni xidmət işə düşdü
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Xəstəliklərin psixoloji səbəbi var!
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Apple yenidən lider oldu
8 dəfə boşanmış kişi 9-cu dəfə....-FOTO
Xəzərdə suitilərinin kütləvi ölümü baş verib
Ermənistanda çörək məhsulları 6 faizdən çox bahalaşdı
Sukerberq planetin 5-ci varlısı oldu
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Gizlənməyi bacaran heyvanlar
Koronavirusla bağlı SON STATİSTİKA
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda 57 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - VİDEO
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Binəli Yıldırımdan Şuşa ilə bağlı paylaşım
Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
Emin "Qlükoza"nı Bakıya dəvət etdi-FOTO
HAVA necə olacaq?- 12 MART
Rəngarəng rulet (foto resept)
Gözəl saçların sirri
Azərbaycanda daha 323 nəfərdə koronavirusa yoluxma aşkarlandı
Planetin ən yüksək nöqtəsi deşilir
iPhone 6 gələn ay istehsal olunacaq
“Azercell” abunəçilərinə xəbərdarlıq edib
Alıcılar üçün hiylə
Qızılgül küçəsi
Sabah da yağış yağacaq
Uşaqların sosial-psixoloji inkişafı-14
Internetin yeni fenomeni bu uşaqdır-FOTO
Yazda bədənə canlılıq
Yuxusuzluqdan xilas olmaq üçün çaylar
Ofis işçiləri darıxanda
- ŞƏRHLƏR