Hər birimiz gözəl saçlara sahib olmaq istəyirik, amma payız və qış fəslində havada rütubətin çoxalması geyindiyimiz geyimlərin qalınlığı və ən əsası yediyimiz qidalarda vitamin və mineralların azlığı saçların tökülməsinə və saçqıranların əmələ gəlməsinə səbəb olur. Saç hüceyrələri havadakı nəmi canına çəkir və ağırlaşır və ona görə də sıx yığılma və kobud daraq saçların tökülməsinə səbəb olacaq. Sağlam və gözəl saçlara sahib olmaq istəyirsinizsə, qidanızda Fe (dəmir) və Zn (sink) ilə zəngin olan qidaları bol etməlisiz. Dəmirlə zəngin olan qidalara alma, alça, moruq, lobya, yulaf yarması, dana əti, göbələk; sinklə zəngin olan qidalara kələm, yumurta, dana əti, kəpəkli çörək aiddir.
Saçlarınızın gözəl və sağlam qalması üçün xüsusi qaydalar da var ki, onlara əməl olunmalıdır:
1. Yaş halda saçları daramaq olmaz;
2. Saçlarınızı ilıq və bir qədər də soyuq su ilə yaxalayın;
3. Saçlarınızı müntəzəm darayın və daramağa saçlarınızın ucundan başlayın;
4. Xüsusilə qış aylarında saclarınızı sıx yığmayın;
5. Saç ayırımını tez-tez dəyişin;
6. Stressdən uzaq olun.
Saçlarınızın tökülməməsi üçün sınanmış saç maskalarını sizə təqdim etmək istəyirəm.
Maska 1.
100 q dəmirov otu
100 q atpıtrağı
100 q söyüd qabığı
500 q zeytun yağı
Ərzaqlar qarışdırılıb su hamamında 15 dəqiqə qaynadılır. Sonra yağ süzülür. İstifadə edən zaman yağ ilıq olmalıdır və saçlarda 1saat saxlanılmalıdır.
Maska 2.
1 ədəd yumurta sarısı
1 x\q bal
1 x\q aloe şirəsi
1 diş əzilmiş sarımsaq
Hamısını qarışdırıb, saçların dibinə sürtüb 20 dəq saxlanılır. Saçlardan sarımsaq iyinin gəlməsindən narahat olmayın. Əgər yenə də ehtiyat edirsinizsə, 5 l suya 1 damcı lavanda, qızılgül və ya istədiyiniz digər gül yağını damızdırıb saçlarınızı durulaya bilərsiz. Əmin olun heç bir qoxusu olmur.
Maska 3.
1 x.q soğan suyu
1 x.q gənəgərçək yağı
Saçlarda 30 dəq saxlanılıb, yuyulur.
Maska 4.
1 x.q bal
1 x.q konyak
1 x.q zeytun yağı
20-25 dəq saçlarda saxlanılaraq yuyulur.
Maska 5.
1 ədəd yumurta sarısı
1 x.q xardal
1 x.q qatıq
Saçlarda 30 dəq saxlanılır.
Maskaların effektini görmək üçün ilk dəfə həftədə 2 dəfə, sonralar isə həftədə 1 dəfə olmaqla 3-4 ay mütəmadi etmək gərəkdir. Təbii vasitələr gec təsir göstərsə də təsirləri uzun müddətli olur və heç bir əks təsiri olmur.
XƏBƏR LENTİ
İnsanı tanımağın ən rahat yolu...
Bitkilər və təbabət (3)
Bel bölgəsindəki piylər infarkta səbəb olur
Qırmızı ürək muffin (foto-resept)
Dünyanın ən möhtəşəm mağaraları
Bu il manat yenə ucuzlaşacaq
Beyonsun səhnə geyimi sevənlərini heyran etdi-FOTO
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Kreativ əşyalar
Gözəlliyə kölgə salan vərdişlər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Koronavirusun əsas daşıyıcıları açıqlandı
Şokoladlı top (foto resept)
Xoşbəxtlik bizim içimizdədir
Su fitnessi
İnanılmaz: 24 saata 11 kq arıqladı
Günün qoroskopu: zövq müzakirə olunmur
AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə MÜRACİƏT
Obama İŞİD-i məhv edəcək
Nikah kağızı yoxdursa...
Sürücülərin işi lap asanlaşdı
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Əqrəb bürcü qadını
Günün qoroskopu: Risk etməyin!
Fransa erməniləri "Türk hava Yolları"nın "Marsel" klubuna sponsurluq etməsinə etiraz edirlər
Rusiyada sabahdan koronavirus peyvəndi üçün elektron qeydiyyat başlayır
Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu 2016"da iştirak edir
Günün ulduz falı
Bu vətəndaşlar cərimələnəcəklər - VİDEO - FOTO
Quru meyvə alarkən nəyə diqqət etməli?
Demet Akalından intihar etirafı
Qalkinin dəhşətli xəstəliyi üzə çıxdı
BÜRCLƏR bizə nə vəd edir? 8 İyul
Sabahın HAVAsı
Xiyar salatı (foto resept)
Yemək otağı modelləri
Çiyələk yağından necə istifadə etməli?
Qeyri-iş günləri AÇIQLANDI
Aspirin xərçəngə qarşı vasitədir.
10 halda heç zaman peşman olmayacaqsınız
Bu tərəvəz pis qoxu yaradır
Dərinizi gözəlləşdirəcək köhnə üsullar
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? - RƏSMİ
Zəlzələ onu da çökdürdü
Putindən Serjə yeni qadağa
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Ayda qeyri-adi obyekt aşkarlandı-FOTO
Qarnındakı piy həyatını xilas etdi-FOTO
Azərbaycanın ən yaxşı futbolçusu "Qarabağ"lı oldu
- ŞƏRHLƏR