Bakıda hava 23°
USD AZN
EUR AZN
10:36Surayye qizlarim qiillarim necesiz gormuyeli 08:56Xəyalə Murad Sabahınız xeyirli, gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41065

Körpələrdə burun tutulması

Körpələrdə burun tutulması

Hər kəs körpəsinə yaxşı qulluq etmək istəyər. Yeni ana olmusuz? Körpənizin burnu tutulur? Bilmirsiniz ki, körpənizi ağlatmadan, incitmədən bu problemi necə həll edəsiniz? Bunları nəzərə alaraq bu xəbərimi sizlərlə bölüşmək istədim.

Anaların ən çətin dövrlərindən biri körpələrindəki burun tutulması problemidir. Həm körpə üçün çətin, həm də anaları üçün kədərli olan bu dövrdə nələr edilə bilər? Əvvəlcə burun tutulmalarının səbəblərini gözdən keçirək. Körpələrdə burun tutulmaları ya anadangəlmə olur, ya da sonradan təsir edən amillərdən əmələ gəlir. Anadangəlmə burun tutulmaları zamanı genetik olaraq burun arası sümük və ya pərdə toxuması ilə bağlı olur. Sonradan tutulmalarda isə quru mühit, allergik narahatlıqlar, yuxarı tənəffüs yolu infeksiyası səbəb ola bilər.

Körpələrdə burun tutulması

   Burun tutulması qidalanma pozğunluğuna səbəb ola bilər

10 günü keçən intihablı burun tutulması sinüsit əlaməti ola bilər. Tək tərəfli axıntılarda isə səbəb burun daxilində xarici bir cismin olmasıdır. Uzun sürən burun tutulması orta qulaq intihabı və sinusit riskini artırır. Eyni zamanda körpələrin yuxu nizamı da pozulur. Sağlam körpənin burnu mühitin nəm nisbətinin kafi olmadığı üçün burun içinin quruması səbəbiylə tutulur. Qısası, hər burun tutulması xəstəlik göstəricisi deyil.

Körpələrdə burun tutulması

    Körpələrdə burun tutulmasının müalicəsi

Burun təmizliyi hər qidalanmadan və yuxudan öncə edilməlidir. Təmizlik prosesinin sayının sıxlığı tutulmanın ağırlığından asılı olaraq dəyişir. Yaşı 2-dən az olan uşaqlarda mümkün olanda siroplardan istifadə edilməldir. Burun damcısından isə ancaq 6 aydan böyük olan uşaqlarda istifadə edilə bilər. Körpələr üçün burun aspiratoru istifadə edilməlidir. Bu alətlə burnu tutulmuş və çətinlik çəkən körpənizin burnundakıları çəkib çıxarır və rahat olmasını təmin edirsiniz. Uşağın burnunu mümkün olduqca təmiz saxlamaq əhəmiyyətlidir, çünki bunun sayəsində balacanız rahat nəfəs ala bilər və eyni zamanda, meydana gələ biləcək otit və sinusit kimi iltihabların da qarşısını ala bilərsiniz. Aspiratorlar burun tutulmasını aradan qaldırır, yumşaq silikon ucu ilə yara etmədən təmizlədiyi üçün körpəni narahat etmir. Eyni zamanda, yeni çıxan burun aspiratorlarının bəzilərində tozsoran kimi çəkmə xüsusiyyəti də var. 

Səslərin sayı: 4
39
114489
loading...
Şərhlər
Offline
Qəribə
Təşəkkür Nika faydalı xəbər üçün... give_ros
30 iyun 2015 22:16
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Realist
Qızımın burnu əvvəllər çox tutulurdu, indi, şükür, azalıb bir az.
28 noyabr 2014 19:13
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Дождь ♪
menim qiziminda burnu tutulur mualicesi nedi etrafli yazin zehmet olmasa


Niyə həkimə aparmirszi ? Bəlkə timusu var , bəlkə burnunda ət var , qizinizin burun tutulmasi ola bilsin burundaki sümüy və ya qiğirdağin sağa yaxud da sola əyilməsilə əlaqədardir.. USM etsinlər dərdini bilin , onu həkimlər müaynə etməsələr mümkün deyil .. endokrinoloq yanina aparin baxsin..
21 yanvar 2014 09:09
Offline
Xeyale Lebeyeva
menim qiziminda burnu tutulur mualicesi nedi etrafli yazin zehmet olmasa
21 yanvar 2014 01:51
Offline
MELEK
Mendede usaqlarda olub burun tutulmasi korpe vaxti,timus vezi boyuk olduqu ucun olurdu.1yasdan sonra kecib gedir sukur.
3 yanvar 2014 22:06
Offline
Xedice 033
Sukur bizde usaqlarda bele hal olmayib amma herden qrip tutanda burunlari tutulur
8 dekabr 2013 23:18
Offline
marika14
Cox deyerli xeberdir menim balalarim çox əziyyət çəkib burundan indi 8 10 yaslari var o vaxtlar bele
şeylər yox idi
7 dekabr 2013 19:23
Offline
J e a l o u s y
Boyuk adam burun tutulanda doze bilmir,qalmisdi usaq ola.Tesekkurler xebere gore.
6 dekabr 2013 22:47
Offline
Inci mirzezade
Men subayam,hele ele problemlerle rastlasmamisam.Allah butun balalari saxlasin.Xestelenmesinler.
6 dekabr 2013 21:56
Offline
GÜLÇİN
Ən zəhləm getdiyim burun tutulmasıdır.Nəyinki uşaqda,elə böyükdədə.
6 dekabr 2013 19:51
Offline
Farida_Asadova
Xəbər ücün təşəkkürlər
6 dekabr 2013 19:01
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
Uwaqliqdan menim burnum cox vact tutulur,men burnumnan nefes aliram cox vaxt tutulanda ureyim partiyir((
6 dekabr 2013 18:53
Offline
Happiness-lady
DEYERLI XEBERDIR COX SAGOL BACIM SOYOQ OLANDA USAQLARLA BIRLIKDE BOYUKLERDEDE BELE HALLAR OLUR MENIM OZUMDE NECE VAXTDIR BU HALDAYAM recourse
6 dekabr 2013 18:25
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Gulya
Lazimli mellumat ucun cox tewekkurler
6 dekabr 2013 18:24
Offline
Realist
Mənim qızım 4 aylıqdır. Doğulandan bir neçə gün sonra burun tutulmaları başladı. Şükür Allaha ki, probrem yaratmadı, çünki hər gün nəzarətim altındadır. Mən belə vasitələrdən, dərmandan çox qorxuram. Qızımın ən gözəl dərmanı ana südüdür. Ana südündən burnuna bir damcı damızdırıram və o andaca asqırır, beləliklə, burnunun çirki çıxır. Pambıqla da təmizləyirəm, vəssalam. Təşəkkürlər
6 dekabr 2013 17:40
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
APENAS
Chox sag ol Nika bacim, faydali melumatlardir. Qish ayinda bu hal ile tez tez rastlashiriq, ele menim ozumde soyox olan kimi bashlayir burnum tutulur recourse burun uchun damci dermanindan istifade edirem kechib gedir give_ros
6 dekabr 2013 17:31
Offline
mehdiyeva aynur
EN EFEKTLISI DUZLU SUDU KORPE UCUN

MEN BURADA TEZEYEM.AMMA TEZ TEZ OLACAM.2KORPE BALAM VAR BASIMI QATIRLAR.O UZDEN.
6 dekabr 2013 16:14
Offline
Ruhəngiz
Xəbərə görə çox sağ ol Nika.Artıq yadıma gəlmir uşaqlarımda necə olub,belə problem olsaydı yəqin ki həmişəlik yadımda qalardı.
6 dekabr 2013 16:09
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
nigar
N,
Aysun Memmedova,
lala,
meryem eliyeva,
totuwun mamasi,
Narın Əliyeva,
♥♥♥YEGiŞ♥♥♥,
Dəniz84,
Günəş,
N.(SaTuOr),
guleresmer,
aylin youlin,
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ,
Sonay Quluzade,
Aytac Mva ,
R.G.AL-SU,
Aytac Mammedova,
AYSUN MEMMEDOVA,
Sevgi.,
WERHLERINIZ UCUN COX COX TEWEKKURLERRR)))))))
6 dekabr 2013 15:56
Offline
Nigar
Tesekkur,Nika.Hal-hazirda balaskam qripdir,ustunuze sagliq.Sonuncu sekildeki aspiratordan almisdim,hec sormadi.Burnuna interferon tokurem-gunde 3 defe,ona yaxsi komek edir
6 dekabr 2013 15:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış