Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

"Münasibət və münaqişələr"

"Münasibət və münaqişələr"

Hər gün aktual olan bu mövzuya bir qədər fərqli prizmadan yanaşaraq, bu günün aktuallıqlarına daha real qiymət vermək, yanaşmaq olar. Amma nə qədər istəsək, səy göstərsək də, münasibətlərdən, münaqişələrdən uzaq qaça bilmərik.

"Dil ünsiyyət vasitəsidir" - deyilsə də, hətta lallar, karlar belə ünsiyyətdə, münasibətdə olurlar, onların da mübahisə etdikləri, hətta münaqişəyə belə düşdükləri hallar yəqin ki, hamımıza məlumdur.

Elə isə sual yaranır, ünsiyyət və münasibətlərdə, hansı mövqe bizə mübahisələrdən uzaq dayanmağa, münaqişəsiz ötüşməyə kömək edə bilər?

1. İlk olaraq illərin sınağından keçən atalar məsəllərindən örnək çəkim: "Danışmaq gümüş, susmaq qızıldır", "Bilmədiyin işə (söhbətə) burnunu soxma", "Başından böyük danışma" və s. - adətən dinləmə mövqeyində olan, özlərinin əmin olmadığı mövzulara müdaxilə etməyənlər, əmin olmadığı fikri "mən belə eşitmişəm (hardasa oxumuşam)" - ifadəsi ilə vurğulayanlar, mübahisədən daha uzaq olurlar. Onlar iradla yox, faktlarla əks tərəfin fikrinə fikir bildirəndə də, "sizin fikrinizə hörmət edirəm, amma"... - deyərək, fikir bildirməklə alicənab mövqe tuturlar, daha asan münasibət, daha gözəl fikir mübadiləsi şəraiti yaradırlar. Bu zaman mübahisə belə yaransa, bu münaqişə halında yox, fakt və bilgilərin qarşılaşdırılması, ayrı-ayrı prizmadan baxış mövqelərinin qarşılaşması kimi təzahür edir.

Adətən az danışan insanların münasibət qurarkən, dinlədikləri əsasında qarşı tərəfin "özlərinə nə dərəcədə uyğun həmsöhbət" olduğunu dəyərləndirə bilərək, ilk baxışdan "qaradinməz" və ya "ünsiyyətcil olmayan" kimi görünsələr də, sonradan daha rahat ünsiyyət qurulan tip insanlar olduğunu nəzərdən qaçırmayaq.

"Münasibət və münaqişələr"

2Susmaq - heç də həmişə yaxşı qarşılanmır, bəzən bu "fikir ifadə edə bilməməyin" və ya fikrini deməkdən çəkindiyi, qorxduğu ilə əalqəli hallar da var. Belə insanlar haqda bəzən biz "Ağrımayan başına yaylıq istəmir" - deyərək, mənfi münasibət də bəsləyir, sumağını irad tuturuq. Amma sumaq, hətta cinayətdə ittiham olunanların, müttəhimlərin belə, toxunulmaz haqqıdır.

İki tərəfin qarşılıqlı münasibət və ya bir neçə nəfərin ünsiyyəti hallarında fikir təzadı daha çox yaranır, hər kəsin dünya görüşü, dərrakəsi fərqli olduğundan, fikirlər də bəzən haçalanır. Bu zaman mübahisəyə şərait yaratmaq yox, söylənilən fikri dinləmək, fikrini dinlətməyi bacarmaq önəmlidir! Çığırmaqla, siz haqlı yox, mübahisəçi kimi tanına bilərsiz. Mübahisəni münaqişəyə çevirən tərəf, münaqişəni sürətləndirən "katalizator" olmaq sizə də mənəvi, fiziki zərbə ola bilər! Çünki, bir müddət sonra haqq yerini tapanda ən haqsız - münaqişəni gücləndirən tərəf olur!

Adətən bir neçə insanın hansısa fikir mübadiləsi zamanı, mübahisə yaransa belə, sakitləşdirici mövqe seçmək, bu mübahisəni münaqişəyə çevrilməmək üçün, səbrli olmaq, sakitcə söhbəti dəyişməyə cəhd etmək, daha effektivdir. Ən azından siz "Araçı arada gedər" misalından ibrət almalı, müalyim mübahisə mühitinin münaqişəyə çevrilməsinə əngəl olmağa çalışmalısız, bu zaman özünüzün də münaqişə "qurbanı" olmamanıza diqqət etməlisiniz.

3. "İki tərəfin münasibəti necə münaqişəyə çevrilir?" Yəqin bu suala cavab verməzdən öncə, həyatınızda rastlaşdığınız münaqişələri xatırladınız? Amma elə münaqişələr var ki, üstündən illər belə keçsə, səbəbi çox müəmmalı qalır.

İlk olaraq səbəbləri araşdırmağa çalışaq, şərt deyil ki, məhz sizin iştirak etdiyiniz münaqişə olsun, sadalananlar ümumi hallardır.

"Biri od olsa, digəri su olsun gərək", "Birinizin sözü o birinizin boğazından keçmir?!" və .s kimi deyimlər, adətən iki nəfərin münasibətinin mübahisəyə, daha sonra münaqişəyə çevrildiyi hallar üçün daha məntiqlidir. Sadə bir söhbət, ağıllı mübahisə-münaqişəyə çevrilir, etik qaydalar belə yaddan çıxır. Bu üç tip mübahisəyə ayrı-ayılıqda yanaşma, daha aktual olardı.

"Münasibət və münaqişələr"

İki eyni cinsin münaqişəsi

Kişilərin münaqişəyə səbəb olan mübahisələri adətən daha fəsadla nəticələnir. "Savaş, dava" halını alan münaqişələr bəzən ölüm hallarına belə gətirib çıxarır. Məhz bu cəhətdən, qadınların olduğu münaqişədən fərqli, daha təhlükəlidir! Kişilər söz, ağıl mübahisəsini, qol güçü, silah münaqişəsinə qədər gətirib çıxarmalarına səbəb, adətən təhqir, söyüş, alçaldıcı ifadələrə yol vermələridir. Bir çox hallarda isə spirtli içkili olan tərəfin olması bu münqaişəni fəsadlı dərəcəyə çatdırır. İlk olaraq içklil biri ilə mübahisə etmək - ağılsızlıqdır. Əgər iki tərəf də içkilidirsə, artıq "mübahisə" başladığı andan, nəticənin ağır olacağı daha realdır.

İki kişinin mübahisəsi zamanı münaqişəyə yol açmamaq üçün ilk olaraq təhqir və alçaldıcı hərəkətlər, əl-qol hərəkətləri, yüksək ton - yol verilməzdir. Əlbəttə, buna yalnız "ayıq başla" mübahisə edənlər əməl edə bilər. Silah, hətta xəsarət törətmədiyi halda belə cinayət faktorudur. Silah gücünə həll ediləcək mübahisələr, kriminal aləmdə daha çox rast gəlinir. Amma bu aləmdə də "ağsaqqal" sözü, "kəsərli söz" amili mövcuddur. Kriminal aləmin də öz "yazılmamış qanunları" var. Hər silah işlədən, haqlı olmur! Amma məsəl var "günah öləndədir"... 

"Münasibət və münaqişələr"

Qadınların münaqişəyə səbəb olan mübahisələri adətən "saçyoldu", söyüşlərlə sonlanan, nadir hallarda ölümlə nəticələnən münaqişələrdir. Qadınların mübahisəni bu həddə çatdırması adətən tərəflərdən birinin, ya da hər iki tərəfin əxlaqı dəyərlərinin aşağı olmasından irəli gəlir. Tez-tez mübahisə etsələr belə, qadınlar bir-biri ilə daha tez "dil tapır", küssələr belə barışıq üçün "ayaq yeri" qoyurlar. Bu da qadınların daha humanist olmasından xəbər verir. Amma qadınların mübahisədə kişilərdən fərqli, mənfi cəhəti - eyni anda fikir söyləmələri, "ağız deyənin qulaq eşitməməsi", adi mübahisə zamanı belə, bildiklərini yox, eşittdiklərini əsas götürmələri, başqasının fikrini dinləməyə səbirsiz olmalarıdır. Bu isə qadınların beyin quruluşunun inkişafı ilə əlaqədardır, onlar eyni anda "həm fikir yürüdə, həm də qulaq asa" bilirlər. Kişilər bu barədə ya dinləmək ya da danışmağa üstünlük verir, onlarda beyinə informasiya "sanki bir arxla, ya gedir, ya da gəlir". Həm də kişilər dedikləri sözün cavabını, effektini gözləməyə daha meyillidirlər. Qadınlar isə daha çox mübahisədə "mən deyəndir, vəssalam" prinsipi ilə çıxış etməyə meyillidirlər. Əlbəttə, etik, dini, elmi savadı, tərbiyəsi olan insan istər qadın, istər kişi - mübahisəni münaqişəyə çevirməz, real faktlar əsasında fikir mübadiləsi edərlər.

Kişi və qadın münasibətlərinin mübahisəyə çevrilməsi bu ən acınacaqlı münaqişə tipidir. Kişinin qadınla mübahisəsi, təəssüf ki, bəzən sonluqda münaqişəyə çevrilir. Çox hallarda qadınlar fiziki xəsarət alır. Bəzən kişilərin də qadın tərəfindən münaqişədə xəsarət alma faktı mövcuddur. Bu, qadının özünümüdafiə fəndləri bildiyi xüsusi hallardır. Hər iki halda hər iki tərəf psixoloji, mənəvi zədələnir. Kişilər bunu büruzə verməsə belə qadınla münaqişə edən kişi ilk olaraq özünü alçaldılmış hiss edir. Qadına əl qaldıracaq hədd - istər qadının günahından, stər kişinin kobud və qabalığından olsun, yol verilməz, acınacaqlı faktdır. Ailədaxili münaqişələrdən savayı başqa bir qadınla münaqişə edən, ona əl belə qaldıran kişiyə başqa kişilər haqq qazandırmazlar (həttda özləri də belə bir yaramaz iş ediblərsə də.) Çünki, əvvəla "dava" heyvana yaraşar, ikincisi isə kişi qadına (mümkün qədər) əl qaldırmaz...

Mümkün qədər bu fikir ətrafında mübahisə ola bilər. Amma etiraf edək ki, ailə daxilində bəzən ictimaiyyətdə özünü "döydürmək istəyən", "kişi tərəfindən vurulacaq, döyüləcək" həddə çatdıran qadınlar da var. Bəzən qadın heç ictimai yerdə belə olduğuna fikir vermədən elə alçaldıcı hərəkət edir ki, kişi "özünü müdafiə" etməli, qadına "güc tətbiq etməli" olur. Söyüşlərlə, həyasıscasına təqib edən, "xoruz kimi" kişinin az qala "üstünə tullanan" qadını, bəzən yalnız bir "tərs sillə" susdurur, durdurur, ayıldır... Allah belə hallardan hamımızı hifz eləsin, hamımıza səbr versin!

Bu hallar çox acınacaqlı olsa da, hələ də mövcuddur. Bir qadın ya kişi, əks cinslə mübahisədə çox diqqətli olmalıdır. Bunu davamı daha şiddətli bir münaqişəyə çevrilə bilər. Kişinin hər bir sözü sabah onu öz cinsindən olan biri ilə qarşı-qarşıya qoya bilər! Bu zaman "əzilən", "təhqir olunana" qadının hamiləri çox aqqresiv ola bilərlər. Bəzəm kimin - qadının ya kişinin haqlı olduğunu heç araşdıran da olmaz. Qanlı münaqişə hər iki tərəf üçün acınacaqlı nəticə verə bilər!

"Münasibət və münaqişələr"

Bir neçə nəfərlik mübahisə münaqişəyə çevrilən hallar. Bu zaman fəsadlar daha çox ola bilir. İki nəfərin münaqişəsinə nisbətən, burda sakitlik yaratmaq, mübahisəni sakitləşdirmək, münaqişəyə yol verməmək, yarandıqdan sonra isə dayandırmaq daha çətin olur. Adətən belə münaqişələrdən uzaq qaçmaq, gərək osa polisə belə müraciət etmək daha ağlabatandır. Tu tip münasibətlərdə də "ağız deyəni, qulaq eşitmirsə", demək münaqişə gözlənilir. İstər tərbiyəvi, etik nöqtədən, istər dini mövqedən - bu mübahisələrdə ədaləti bərpa etmək tək adamın işi deyil.Sizin öz şəxsinizə, nüfuzunua belə xələl toxuna bilər. "Dinlənmədiyin yerdə (cahillərin arasında), kitab kimi susumaq lazımdır"!

Etikadanın pozulması səbəbindən münaqişələr - nədənsə məhz bizim tez-tez şahidi olduğumuz bu münaqişələr ilk olaraq bir tərəfin bir başa və ya dolayı yolla qarşı tərəfə hörmətsizlik, etikadan kənar, ləyaqətsiz davranışlarında təzahür edir.

Məsələn: Yolla gedən xanıma (xanımlara) qarşı yerli-yersiz söz atma, fit və ya başqa formada qeyri etik davranan, hətta çiyin belə atmaqdan çəkinməyən, bəzən isə daha kobud, nalayiq tərzdə "ünsiyyət qurmağa" səy edən, daha doğrusu qarşı tərfə sataşanlar da var. Bunun əks cins nümayədəsinin kişilərə qarşı fərqli tərzdə təzahürü də rast gəlinir - gənc oğlana söz atmaqdan, "göz atmaqdan", hətta saçlarını onun "gözünü yaşardacaq tərzdə havalandıran", ayağını tapdayan xanımlara da rast gəlinir. Düzdür, adətən münaqişə kişi tərəfindən qadına qarşı qeyri-etik davranışdan yaranır. Amma hərdən qadının da qeyri-etik davranışı münaqişəyə səbəb ola bilir. 

Qadınalrın etik olmayan daha fərqli "mənəvi təzyiq" forması da avropasayağı geyimlər çoxaldıqdan sonra çox "populyarlaşıb". Belə ki, ictimai yerdə, sanki nəyisə yerə salıbmış kimi özünü "sığortalyan", sonra hədsiz açıq paltarla, öz abrına belə hörmət qoymadan, qeyri-adi tərzdə əyilən, bu zaman öz bədəninin (şəhvətamiz) intim yerlərini "gözə soxan"lara da rast gəlinir... Hədsiz açıq-saçıq geyinən xanımların bəziləri isə ictimai yerlərdə, marşrutlarda sanki "əyləncə axtarımış kimi" çox anormal hərəkətlərə belə əl atırlar... 

Kişilərin münaqişəyə səbəb olan qeyri etik davranışı, bir xanıma qarşı nalayiq hərəkətlərinə bəzən bəraəti də qadının hədsiz "çılpaqlığı" olur... 

"Münasibət və münaqişələr"

Amma təssüf ki, normal geyimli, bəzən isə hətta hicablı bir xanıma qarşı qaba davranan ləyaqətsizlərə rast gəlinir. Bunun sonu isə hətta sonda ağır yaralanma, savaş və ya ölüm kimi cinayət faktlarına yol açır. Xanımların ismətinə nəinki doğmaları, bəzən heç tanımayan kəslər belə hamilik edir, ləyaqətsiz davranan şəxsə qarşı sərt reaksiya verirlər. Sonda isə bu namuslu, qeyrətli bir kişinin, ləyaqətsiz biri ucbatından cinayət törətməsi, cinayətkar olması ilə nəticələnir. Amma hədsiz açıq-saçıq geyinən xanımın ləyaqəti, alçaldılmış mənliyini qoruyan yəqin ki, az tapılar. Ya da öz qohumu olar. Hətta xanım heç bir "intriqa yaradıcı" hərəkət etməsə belə hədsiz açıq-saçıq geyinən xanımı qoruyanın eşitdiyi ilk ağır ittiham isə "bacarırsan, belə ləyaqətlisən, xanımını abırlı geyindir, açıq-saçıq geyinən birinin ismətini qoruyursan?"

Baxın, açıq-saçıq geyim geyən xanımlar, sizi sevən, qeyrətli kişiləri sizin sadə, avropasayağı saydığınız geyim necə alçalda, cinayətkar olmağa vadar edə bilər!

Hər bir münaqişə müəyyən səbəbdən, ünsiyyətin düzgün qurulmamasından yaranır. Bu tip münaqişələr isə tərəflərdən birinin (və ya hər iki tərəfin) tərbiyə və etik normaları pozmasından, ya da xanımın ifrat dərəcədə açıq geyimindən yaranır.

Səslərin sayı: 2
12
8201
loading...
Şərhlər
Offline
Deniz N-va
Hec sevmirem munaqiseni . Bacardigim qeder engellemeye calisiram
13 noyabr 2014 19:08
Offline
_BeautifuL_
MUNAQISE ONSUZDA ELE SEYDIKI BEZEN EN XIRDA NUANSDANDA DUSE BILER... ODURKI ALLAH ICIMIZDEKI SEYTANI OLDURSUNKI,ONUN DEDIKLERINE QULAQ ASMAYAQ... AMIN..
12 dekabr 2013 11:35
Offline
Aysel İ.
Həmişəki kimi gözəl mövzudur. ancaq bir şeylə razılaşmıram ki, hicab getinməyən xanıma nə desələr olar. Bu tam yalnış fikirdir. Qadınlar var ki, hicabı yoxdur, ancaq kişi qeyrəti, kişi namusu var. Təəssüflər olsun ki, Müasir zəmanəmizdə elə hicablıya da hicabsıza da kobud davaranan kişilər var. Bu kişilər qadınlara qarşı bu cür mövqedə olmaqdansa düşmənimiz , torpaqlarımızı işğal edən yağılara qarşı mübarizə apaesınlar.
Mövzunu çox bəyəndim.Təşəkkür.
12 dekabr 2013 01:29
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Qəribə
Mövzuya görə çox sağolun.
12 dekabr 2013 01:13
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
meryem eliyeva
Maraqli movzudu dogurdanda men heckesle munaqise mubahise yeni ele dava derecesine catacaq qeder etmemisem hele heckesle ede de bilmirem hemise bu cur olaylarlar movzulardan uzaq olmaga calisiram bir sozle desem qeliz davakar insanlarla esla munasibet qura bilmirem
11 dekabr 2013 14:15
Offline
nigar
Munaqişələrdə mubahiseler menim heyatimda cox olmur olsada calişiram uzaq olum. yene gozel movzuya toxunmusunuz teşekkurlerr good
11 dekabr 2013 11:38
Offline
Zehra Bedirxanli
Kişinin qadına əl qaldırması acizlikdi. Bu o demekdirki kişi qadının öhdəsindən gələ bilmir. sad Mən belə başa düşürəm.Gözəl mövzu üçün təşəkkürlər.
11 dekabr 2013 09:30
imza: QADİN.NET
Offline
N.(SaTuOr)
Cox sukur olsun ki, hec kimle mubahise etmemisem.Amma haqqimi teleb ederek, sozlerimi ifade edecek derecede aqressiv oldugum bir hadise olub ve bu zaman arxamda demek olar meni destekleyen onlarla yoldaslarim olub.O ki qaldi kisinin qadinla mubahisesi ve ona el qaldirmasi, bu hec de kisiye yarasan bir is deyil.Yoldasim hemise deyir ki, kisi qadinina ya dilinin uzunlugu ucbatindan el qaldirar, ya da namus ustunde.Olub ki hanisia movzuda muzakireler olub fikrimi bildirmisem, ve eger deqiq 100 % bilmemisemse inadkarliq etmemisem, sen deyen dogru olsun men bele oxumusam dediyim hallar olub.
amma niyə sizə elə gəlir ki qadın hicablı deyilsə ona nə desələr olar ,mən də açıq-saşıq geyinən qadına yaxşı baxmıram hətta nifrət edirəm amma hicab geyməyənədə hörmətlə baxmaq lazımdı

Tamamile fikirlerinizle raziyam, eger bir kisi abirli geyinib, amma hicabda olmayan xanima satisirsa bu artiq kisinin exlaqsizligindan xeber verir.
Bir sual vermek istedim , amma yazmayacam.
Mene ismaric yazan dostlarim ismariclari aca bilmirem, ne de onlayn sms yaza bilmirem.Uzurlu sayin.
11 dekabr 2013 08:10
Offline
Parvina İbrahimova
Mövzuya görə çox sağolun.Həqiqətləri yazmısınız.
11 dekabr 2013 03:17
Offline
Ruhəngiz
Xəbərə görə çox sağ olun.Şükür ALLAHIMA ki,mübahisədən.münaqişədən uzaq biriyəm.Heç kimlə işim yoxdur.Nə gizlədim əvvəllər yoldaşım içirdi,mübahisəmiz ən çox onun üstündə düşürdü.İndi çox şükür 5 ildir namazdadır,ELHAMDULİLLAH hər şey qaydasındadır.Qadın da öz növbəsində özünə hörmət qoymalıdır ki kənardan baxanlar da ona hörmət etsinlər.
10 dekabr 2013 22:29
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Fatma xanım
Amma təssüf ki, normal geyimli, bəzən isə hətta hicablı bir xanıma qarşı qaba davranan ləyaqətsizlərə rast gəlinir.
yazınızı diqqətlə oxudum amma niyə sizə elə gəlir ki qadın hicablı deyilsə ona nə desələr olar ,mən də açıq-saşıq geyinən qadına yaxşı baxmıram hətta nifrət edirəm amma hicab geyməyənədə hörmətlə baxmaq lazımdı
10 dekabr 2013 21:33
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Gulum
Elnur bəy olduqca maraqli bir movzudu. Münaqişeler mübahiseler menim en cox qacdiğim bir veziyyetlerdendir.Cünkü buna menim terbiyyem qetiyyen imkan vermeyib.İstenilen zaman oldugum mühutde etrafimdaki insanlardan hörmetsizlik görmemişem deyerdim ki belke de buna şerait yaratmamişam Cünkü eger kimnense hörmet görmek isdeyirsensə gere hörmet de edəsən.Olurki bəzən mübahiseli söhbetlerde mecbüren iştirak etmiş oluram lakin qarşimdaki insanin sadece ozünden başqa hec kimi eşitmediyini gördükdə deyecəyim sozlərə hayıfım gəlir ve danişmağa dəyməz deyib üstündən kecirəm.Ailede mübahisə yaranan zaman ise susmagi bacarmaq lazimdir ve o zaman münaqişələr yaranmaz.Xəbərin sonunda yazılan münaqişələr haqqında rəy yazmamağımın sebebi ise bu halla rastlaşmamağimdi
10 dekabr 2013 20:37
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!