Bakıda hava 15°
USD AZN
EUR AZN

Qadın.Netlilərin körpələri - 5 (Son)

 

Ruhəngiz

 

Allah sənin də Amin balanı sənin üçün min budaq eləsin, Amin inşaAllah. Allah heç bir ailəni körpəsiz qoymasın. Amin. Mənim də 2 balam var. Oğlum Saleh 1996-cı ilin qış ayında dünyaya gəlib. Uşaqlıqdan mənim kimi çox həssas, təmizkar, sakit uşaq olub. Böyüyüncə o xüsusiyyətləri hələ də qalıb. Həyatı az da olsa dərk edəndən sonra nəyin düz, nəyin səhv olduğunu çox gözəl başa düşüb. Çox anacanlı oğlandır. Mən xəstələnən kimi qulluğumda dayanır. Çox istedadlı uşaqdır. Musiqiyə marağı çoxdur. Bir qədər gec başlasa da artıq respublika üzrə elmi-ifaçılıq müsabiqəsinin laureatı olub. girl_ten Bütün valideynlərə övladlarının xoş günlərini, nailiyyətlərinin sevincini yaşamağı arzulayıram. Qızım Rəhilə 2001-ci ildə dünyaya gəlib. Allah cəmi ölənlərimizə rəhmət eləsin, rəhmətlik anamın adı olduğundan ərköyün böyütmüşəm. Hər nazı ilə oynamışam. Bir qədər şıltaq qızdır. İnadkardır. Qardaşının tam tərsinədir. Mənə bəzi işlərdə kömək etməklə heç arası yoxdur. Ümid edirəm ki böyüdükcə düzələr inşaAllah. Əlavə kitablar oxuyur, gözəl rəsmlər çəkir. Sinifdə evdəkindən fərqli olaraq sakitliyi ilə, gözəl tərbiyəsi ilə fərqlənir. Allah bütün balaları qorusun. Heç bir ananı övladı ilə imtahana çəkməsin Amin inşaAllah.

 

 

totuwun mamasi

Totuş - Məmmədli Tofiq 10.08.2011-ci ilin isti günlərin birində atasının və anasının doğulduğu ayda dünyaya gəlib. Mənim gözəl balamdır, qardaşıma çox oxşarlığı olduğu üçün daha da çox sevirəm balamı. Adını mən qoymuşam, qaynatamın adıdır. Çox düşüncəlidir, nəzərindən maşaAllah heç nə yayınmır, cüzi hərəkətimizdən belə nə edəcəyimizi bilir. Hər bir əşyanı yerindəcə söküb necə quraşdırılmasını kəşf edir. Evimizdə bütün əşyalar qırıqdır biggrin qızlarla arası əladır, pəncərədə durub qızları səsləyir, elə ki qızlar cavab vermirlər, deyir: "Az, eşşəy bodda" . İndi məşğuliyyəti "Şimşək Makvin" çizgi filimidir, bütün günü 50 dəfə mənə diski qoydurur, çıxartdırır. Gəzməyi elə də çox xoşlamır, amma bütün günü maşınla gəzir, yolların hamısını tanıyır, elə ki evə yaxınlaşırıq ağlayır ki, "ata budan süüüür". Mən çox yazdım deyəsən, Totuşdur da - danış-danış bitmir, Allah-Təala olmayanlara da inşaAllah tezliklə yetirsin, onlar da bizim kimi həvəslə yazsınlar, Amin.

 

 

feqiw

Mənim 3 balam - 1 qızım, 2 oğlum var. Onlara baxıb həmişə fərəh duyuram.  Qızım- Raya (biz ona Raicqa deyirik) 15.03.2006-ci ildə səhər 11:55-də Rusiyada anadan olub. Qızım cox təmizkar, səliqəlidir, 1-ci sinifə gedir, yaxşı oxuyur. Oğlum - Emil 28.10.2007-ci ildə gecə 02:30 da Rusiyada dünyaya gəlib. Çox dəcəldir. 1-ci sinifə gedir bacısıyla bir yerdə. Dərsdə dara düşəndə bacısı yada düşür, yaxşı oxuyur. Sinifin ən balaca boyudur. Ən balacam Ramil - dayılarının, nənələrinin, babalarının, bibilərinin əmilərinin sevimli balası 09.12.2009-da gecə 00:30 da Rusiyada dünyaya gəlib. Lap körpəlikdən sakit olan, mamasını incitməyən balasıdır. Bağcaya gedir. Müəllimlərin sevimlisidir. love Allah bütün balaları saxlasın bizimkilər də içində. Amin!


leman

Allah bütün analara övlad sevinci bəxş etsin, Amin! Mənim 2 qızım var. Böyük qızım Ləman 2006-cı il 23 oktyabrda dünyaya gəlməklə bizə sevinc bəxş edib. Nəslin ilk nəvəsi olduğundan hamı tərəfindən çox sevilib, əzizlənib. İndi 2-ci sinifdə oxuyur. Öz səmimi və mehriban münasibətiylə müəliminin və uşaqların sevimlisidir, həm də sinfin əlaçısıdır. Ləmanım balaca vaxtından rəqs etməyi çox sevir və əla bacarır. Balaca gözəlim Nuray 2010-cu il 7 iyunda ailəmizə qatılıb. 2-ci qız olsa da totuş balamı hamı sevir, əsas da babası. Çox şən və ağıllı baladır. Bacısının bütün şeirlərini əzbər bilir. Qızlarım mənim canımdır. Allahdan onları əməli saleh və xeyirli övlad böyutməyim üçün möhlət və səbr diləyirəm. Allah bütün balaları qorusun, Amin! girl_ang


heyatimin menasisan

Mənim mələyim 21 iyul 2013-cü ildə dünyaya gəlib, çox adlardan sonra atası adını Aysel qoydu. O, hələ çox balacadır. Qızım 4-cü ayındadı. Onun xasiyyəti, xüsusiyyətləri haqqında heç nə yaza bilmərəm. Amma onu deyim ki, gülür, qığıldanır, gəzməyi, havada olmağı çox sevir. Çox ağıllıdır, gecələr mamasını qoymur yatmağa, amma gündüz yuxudan oyananda sakit durur, love yanına heç kim getməsə öz-özünə qığıldanır, elə bil adamı çağırır ki, gəlin məni götürün. Uşağa baxmaq nə qədər əziyyətli və məsuliyyətli iş olsa da, onun bir gülüşü sənə hər şeyi unutdura bilir. O mənim "həyatımın mənasıdır!. Hələlik bunları yaza biləcəm, inşaAllah qızım böyüyər daha ətraflı yazaram, sonda arzusunda olan hər kəsə övlad sevincini dadmağı arzu edirəm.

 

 

Aytac Mammedova

Bala hər nemətdən şirindir. Mənim varım, dövlətim iki qızım var. Onlar üçün canımdan belə keçərəm. Allahım qoy heç vaxt onların pis gününü mənə göstərməsin. Böyük qızımın 5 yaşı var, hazırlığa gedir. Hələ ki dərslərində yaxşıdır. Həm tez küsən, hamı ilə mehriban, həm qorxaq, həm də çox sakit baladır. Ikisinin də adını atası qoyub. Adı Nurtacdı. O atasınınn prensesidi, mənim nazımdı. Balaca isə çox həyasızdır, crazy ona kitayka deyirik, adı Sədadı. Gözləri kitayların gözünə oxşayır. Hər ikisini çox istəyirəm, aralarında fərq qoya bilmirəm. Onlarsız həyat təsəvvür etmirəm. Qismət olarsa, onlara qaqaş da istəyirik, fərq etməz, amma əli-ayağı yerində olsun. Allahıma çox şükürlər olsun ki, onları mənə nəsib edib. Olmayanlara qismət olsun. Allah hamısının balasın saxlasın, mənim balalarımla bir yerdə.

 

 

❤✰Te✰El✰Nu✰NazNaz❤✰

Adım Naznazdır. Allah bütün balaları saxlasın, bizimkilər də. İki gül balam var. Elman və Nurlan. Elman ilk göz nurumdur. Elman 15.09.11 tarixində səhər çağı dünyaya gəlib. İki yaşı var. Bir az nadincdir. İlk uşaq olduğuna görə bir az ərköyündür. Cizgi filmlərə baxmağı və maşınlarla oynamağı çox sevir. İkinci oğlum Nurlan 25.09.13 tarixində axşam tərəfi dünyaya göz açıb. Hal-hazırda iki aylıqdır. love Hobbisini hələ bilmirəm. Bir az yatağandır. Bu iki gül bala dünyaya gəlişlərilə ailəmizə sevinc gətirdilər. Vətənə, millətə xeyirli övladlar olsunlar. Amin! Allah bütün övladları nəzərlərdən qorusun!

 

 

AYGUN_1981.

Mənim iki oğlum var. Böyüyü 10 yaşında, kiçiyi 8. Hər ikisi çox dəcəldir. Əlaçıdırlar. Natiq uşaqlarla tez ünsiyyətə girir, çox mehribandır. Idmançıdır. Amma kicik oğlum Asiman davakardır, çox kaprizli uşaqdır. Eyni zamanda cox təmizkar, səliqəlidir. Hələ də mənsiz yatmır. Dekabrın 4-ü inşaAllah 8 yaşı tamam olur. Deyirəm, sən artıq böyük oğlansan, dekabrın 4-dən tək yat, deyir: "Onda 9 yaşımdan sonra tək yatımdaaaa ana." mocking Allah bütün balaları saxlasın, sağlam böyüsünlər inşaAllah. Olmayanlara qismət olsun.

 

zehra

Mənim iki gözəl mələyim var, biri Zəhram, biri də Xədicəm. Zəhra mənim ilkimdi, o 21.04.2008-ci ildə doğulub, yəni 6 yaşındadır. Çox danışan, çox sual verən və verdiyi sualın cavabın almamış heç əl çəkmir, gərək sualını mütləq cavablandırasan. Çox dəbli qızdır, paltar geyinəndə də gərək bir-birinə uyğun olsun, yoxsa istəmədiyi paltarı ağlayıb-ağlayıb geyməz. negative Hər yeməyi yeyən deyil, ən çox sevdiyi makaron yeməkləridir. Çox nazlı qızdı, istəyir ki, hər kəs onun nazıyla oynasın.

İkinci qızım Xədicə 10.11.2010-cu ildə anadan olub. Çox ərköyün qızdı, tez küsür, çox ağlağan, çox yeyən qızdı. Amma heç üzünə çıxmır. İncə-mincə qızdı. Atasına hədsiz bağlıdır, onunla nəfəs alır, yatanda da, duranda da onunladır. Hər ikisini biz çox sevirik. Allah heç bir valideyni uşaqsız, nə də uşağı valideynsiz etməsin.


QWEN

Əkizlərim 11 yanvar 2013-cü ildə keysəriyyə əməliyyatı ilə dünyaya göz açıblar. Bir qız, bir oğlan. Vaxtından əvvəl dünyaya gəldikləri üçün çox balaca idilər. Hətta, bir dəfə getdim ki, tibb bacısı uşaqların pampersini dəyişir, elə yerimdəcə çaşıb qaldim. Dedim, bunlara necə baxacam, əlimə almağa belə qorxurdum. Indi isə Maşallah normasına yaxındılar. Qızım isə ana bətnindən bəri incə-mincədir. Ana südü az-az da olsa, 5 ayına kimi vermişəm (əlavə qidalarla yanaşı). Çox dəcəldilər. Yatmağa qoymurlar. Amma çox da şirindilər love Allah (c.c.) bütün arzusunda olanlara qismət etsin.


  SON
Səslərin sayı: 13
126
7501
loading...
Şərhlər
Offline
Pərvanə
Allah qorusun bütün balaları.
22 fevral 2015 13:11
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
leman
Gulum,
Cox sagol canim werhini indi oxudum coxdandir baxmirdim bu xebere,Allah ureyine gore versin her weyi Inweallah
29 iyul 2014 02:49
Offline
Deniz N-va
Allah saxlasin heqiqeten de bizim xanimlarin ne gozel korpeleri varmis da xeberimiz yoxmusss give_ros
26 iyul 2014 21:17
Offline
Ruhəngiz
Ayy bacı şirindilər övladların

Çox sağ ol bacı.ALLAH səndən razı olsun.ALLAH sənə də qismət eləsin inşaAllah. girl_ang
25 may 2014 20:55
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
ღМоя большой любовьღ(Ailəli)
Ruhəngiz,
Ayy bacı şirindilər övladların girl_smi
Hər birinizin balası şip-şirindi,ALLAH saxlasın balalarını,inşaALLAH bizə qismət olar
9 aprel 2014 17:15
Offline
♥NiLuFeR♥
Şəkillər açılmadı e recourse
27 fevral 2014 22:43
Offline
Aygun
Mende de sekiller acilmadi..... cray Allah butun usaqlari qorusun.olmayanlarada versin Rebbim..Aminnnnnnnnnnnnnnnnnnnnnnnnn
15 fevral 2014 18:32
Offline
kiwmiwim
Menimde 1dene kiwmiwim var 2013ci il 24may.atasinin dunyaya geldiyi ayda dunyaya gelib emisinden 1gun qabag.adi OMER KAZIMLI.baldi mawallah teze weyler oyrenir gunde.allaha qurban olum onu mene bagiwladigi yerde....
13 fevral 2014 18:47
Offline
Naile Ehmedli
Yegiş bacıcan teşekkür maraqlı xeberler hazırlayırsan
22 yanvar 2014 13:58
Offline
totuwun mamasi
Geldim balami gormeye air_kiss
12 yanvar 2014 23:26
Offline
Lamiye kazimova
Allah haminizin balasin saxlasin. Mene ve butun ovladi olmayanlara verain Allahim amin.insallah.
20 dekabr 2013 19:01
Offline
Aminim
♥A.Ravana♥,
Ləman Hüseynova,
Parvina İbrahimova,
COX SAG OLUN QIZLAR
11 dekabr 2013 14:05
imza: qadin.net
Offline
♥A.Ravana♥
Şəkillərə baxmağı çox istərdim amma təssüfki şəkillərin heç biri açılmadı.Bütün yazılanları oxudum Allah hamınızı balalarını saxlasın .Arzu edirəm bütün balalar xoşbəxt olsun .Evlad arzusunda olanlara da Allah qismət etsin.Yequş canım çox gözəl və maraqlı xəbər idi ,sənə minnətdaram belə maraqlı xəbər hazırladığın üçün empathy
10 dekabr 2013 20:50
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Elvida
Mende hec bir sekil acmir gore bilmedim((((
10 dekabr 2013 20:03
Offline
Parvina İbrahimova
Niyəsə məndə şəkillər açılmadı balaşkaları görə bilmədim recourse . Yegiş bacı uşaqları görməsəm də bilirəm ki yenə ən maraqlı xəbəri hazırlamısan
10 dekabr 2013 01:00
Offline
Aminim
Yegiwim canim menim senin bu xeberini hemiwe hevesle gozduyurem Amma canim neden son

Canım inan xeberde son olanda ilk aglıma gelen siz olursuz ki,hec istemir Gülüm amma məncə yetər cox olanda dadını itirir axı.
9 dekabr 2013 21:01
imza: qadin.net
Offline
QWEN
Teshekkurler, Allah(c.c.) butun korpeleri qorusun, butun arzusunda olanlara qismet etsin, AMIN

Ekizlerin mamasi deyir qizim incedi,ince olan oglan deyilki?Kok usaq qiza oxsayir.Menim de ekiz usagdan xosum gelir,amma 2 qiz olsun

Qizim sekilde ele gorunur, qabaqda dayanib, ona gore. eslinde oglandan balacadi.

QWEN men her zaman ekiz arzusunda olmusam. Amma sonralar oyrendiklerimden anladim ki ekizlere baxmaq asan deyil.Anadan olanda da zeif olur.Seninkiler MasAllah yaxsi gorunurler.Allah canlarin saxlasin.

Mashallah gunun olsun, dogrudan da cox chetindi, hetta yoldasim isden gelende qapini aglaya-aglaya acdigim vaxtlar da olub, amma indi chox Shukur bir-birleri ile oynayirlar, baxmaq da asanlasib

Qwen bizim evvəlki qwen85di? Əkizləri çox şirindirlər

,Cox sag ol, eziz bacim. beli , evvelki qwenem winked
9 dekabr 2013 21:01
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
Aytac Mammedova
Gulum,
Çox sağol bacım mənim.Allah qoy həmişə yardımcın olsun.
Başqa şərh yazan,yazmayanlara minnətdaram
9 dekabr 2013 20:23
Offline
AYGUN_1981.
R.G.AL-SU,
HEC DEME GULI,HELE ONU 32 YASHA KECIRTMISHDI.GUNNEN ENDIRDIM ASHAGI dash INDI DEYIR 9 YASHI GOZLEYEK negative
ALLAH TOTUSH BALANI SAXLASIN SAYTI QATIB BIR B5R5NE biggrin
9 dekabr 2013 20:22
Offline
Ruhəngiz
Gulum,
Çox sağ ol gözəl bacım. give_ros ALLAH səninkiləri də xoşbəxt eləsin Amin inşaAllah. air_kiss ALLAH ürəyincə versin. girl_ang
9 dekabr 2013 19:38
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış