Bakıda hava 20°
USD AZN
EUR AZN
10:41aysel hesenli Sizinlə bahəm 08:38Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:38Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinii salamlayırıq!
41080

Əsl sevgi və "sevgi"

 

Əsl sevgi və "sevgi"

Sevgi insanın sahib ola biləcəyi ən böyük, ən gözəl nemətdir. Çünki xoşbəxliyin sirri sevgidə gizlənib. Xoşbəxt olmaq da insanın yaradılış fitrətinə uyğun olaraq həyatda tək istəyəcəyi şeydir. Hər kəs xoşbəxt olmaq istəyir. Həyatdan almaq istədiyimiz çox şey olsa da hər birimiz bilirik ki, bizim xoşbəxtliyimizin açarı sevgidir. Bizi xoşbəxt edəcək tək şey budur. Bunun üçün hər birimiz axtarışdayıq. Hər birimiz axtarırıq və tapırıq. Lakin bəzilərimizin tapdığı əsl sevgi olur, bəzilərimizinki isə “sevgi”. Müxtəlif səbəblərə əl atırıq. Məsələn, götürək evlənmək anlayışını. Bununla sevgini, yəni bizi xoşbəxt edəcək tək şeyi əldə edə biləcəyimizi zənn edirik. Evlənmək insanın həyatında ən mühüm hadisələrdən biridir. Bu mərhələ gənc qadın və kişinin müəyyən yaş həddinə çatması ilə başlayır. Evlənərkən insanlar müxtəlif səbəblərə sarılırlar. Təbii ki əsas səbəblərin önündə xoşbəxt olmaq, yəni insanların tək yaşlanmaq istəməmələri, gözəl ailə sahibi olmaları, valideyni razı salmaq, cəmiyyət və ailə qarşısındakı borc dayanır. Bunlar çox gözəl səbəblərdir. Bəs evlənəcəyimiz insanları necə seçirik? Biri ilə evləniriksə, onun hansı xüsusiyyətləri bizi cəlb edir ki, bütün həyatımızı onunla paylaşmaq istəyirik?!

Məsələn, bəzi qadınlar var, onların evlənəcəyi vaxt müxtəlif meyarları olur. İlk əvvəl pul, bəli, birinci dərəcəli şey puldur. Sonra təhsil, yaxşı mövqe, maşın, ev... Bunlar hamısı bir kişidə varsa, deməli bu kişiyə ərə getmək olar. Bu meyarları axtaranda isə Allahın ona verdiyi sevda hissini insan istifadə edə bilməz. Evlənər, amma xoşbəxt olmaz. Evi olar. Amma ev sadəcə ona bomboş karvansara kimi gələr. Maşını da olar. Amma ki sadəcə onu bir yerdən başqa yerə aparan metal yığını kimi olar. Pul belə insanlarda bədbəxtlik, narahatçılıq və durğunluq yaradır. Çünki pulu qorumaq üçün daha çox tədbir almalıdır. Məsələn, “çeklərim ödənmədi”, - deyir, onun üçün ürəyini sıxır, pulunu banka qoyur, “birdən bank iflas etsə, nə edərik”, - deyir, yastığın altına qoyur, yenə olmur. “Birdən tapsalar” narahatçılığı ilə hüzurunu pozur. Mənim fikrimcə, insan yalnız Allah sevgisi ilə hüzur tapa bilər, təvəkkülü və rahat olar. İnsanın ruhu qaralıbsa, onsuz da heç nədən zövq ala bilməz. Məsələn, bir gözəllik, çiçəyin gözəlliyi, meyvənin gözəlliyi, qadının gözəlliyi onun üçün texniki gözəlliyə çevrilər. Yəni bu insanlarda sevginin dərinliyi, ruhdakı "şiddətli" həzz olmaz. Bu da çox böyük bir bəladır.

Səmimi sevgi ilə “sevgi”nin arasında çox böyük fərq var. Filmlərdə çox görürük. İnsanlar sevgi təqlidi edirlər. Filankəs filankəsə aşiq oldu, amma növbəti aylarda problemlər başlayır. “Bir-birlərini başa düşmədiklərini” anlayırlar. Bunların hamısı sevgi təqlididir. Heç biri əsl sevgi deyil. Hamısı mənfəətə əsaslanan, təqlidə əsaslanan romantizm təqlidli oyunlardır.

 

Əsl sevgi və "sevgi"

Əsl sevgidə dərinlik var. İnsan birini Allahın təcəllisi olaraq gördüyü üçün ruhunda təsvir edilə bilməyən çox şiddətli bir həzz duyar. Sevgi deyirlər ürək işidir. Amma bu, insanda iman və ağıl gücü ilə bağlı olaraq dayanılmaz dərəcəyə gələ bilər. Ruhunu çox şiddətli - yaxşı mənada sarsan bir zövqə çevrilə bilər. Biz buna sevda deyirik. İnsanların bunu yaşaya bilməsi böyük nemətdir. Yalnız inancla, səmimiyyətlə və dərinliklə belə gözəl duyğuya qovuşmaq olar. Ancaq hər kəsə nəsib olmur. Çünki insanlar Allahı unudublar, Darvinin tərbiyəsi ilə tərbiyələniblər. Kişi evləndiyi qadını bir meymun növü olaraq görür, yəni meymundan təkamülləşmiş bir heyvan, yox olub gedəcək bir heyvan. Başında bir az saçı olan, əli-ayağı düz bir meymun. O da - qadın da kişini elə görür. Yəni daha inkişaf etmiş, daha fərqli, elmli-bilikli meymun kimi bir-birlərini qəbul edirlər. “İki meymun bir evdə yaşayır”, düşünürlər. Yəni necə mağaralarda meymunlar daha əvvəllər yaşayırdılarsa, "biz də evdə yaşayırıq" deyirlər, onlardan daha inkişaf etmişik.

İndi düşünün ki, bu vəziyyətdə sevgi, dərinlik ola bilərmi? Yəni mümkündürmü bu? Adamın beyni dumanlanır. Baxırsan ki, sütun kimi dəliqanlı gəncdir, ancaq robort təsiri bağışlayır. Ya maniken kimi qadınlar... Çox gözəl, çox cazibəli. Amma gözlərində ən kiçik bir dərinlik parıltısı, sevgi parıltısı görünmür. "Gəl evlənək",- deyirlər, "peşən nədir?" soruşur. "Budur" deyir, "çox gözəl" deyir. "Maşının var? Var." Birdən-birə içində bir sevgi hiss etdiyini söyləyir ona. Deyir ki, saxtakarcasına, “təsvir edə bilməyəcəyin bir eşq yaranıb ürəyimdə”. Malın gücü artdıqca sevginin dərinliyi də artır. “Dəlicəsinə sevda oldu mənimki”, - deyir. Kişi, “iflas elədim”, - deyir. Üç gün sonra qadın deyir ki, “bəlkə ayrılaq? Biz anlaşmırıq.”

Belədir də.. Malla gələn malla gedir. Ətlə gələn ətlə gedir. Məsələn, tipinə görə evlənir. Başqa tipi, daha münasib birini tapır. Bunla da bitir. Pulu üçün evlənir.  Daha varlı biri ona bir az göz qırpır, əvvəlkini atıb ona gedir. Peşəsi üçün deyir, məsələn kişi mühəndisdirdə, baş mühəndis olur, daha da inkişaf edir, qadın ona  ərə gedir. Onun üçün əsl sevgi yaranmır. Sevgi olmadan da dünyanın mənası yoxdur. Geriyə qalan sürünmə olur. Yəni yemək yeyəcək, televizora baxacaq, yatacaq, oyanacaq, duş qəbul edəcək, yenə yemək yeyəcək, yenə yatacaq, hamama girəcək, işinə gedəcək və s. İş yerləri də adətən onun üçün həbsxana kimi olur. Kiçik beton yığını, məsələn, ofis, altı var, üstü var, sağı-solu beton. Qarşısına da bir komputer qoyurlar. Səhər səkkizdən axşam altıya, yeddiyə qədər işləyir. Sonra evə gəlir, başqa bir betonun içinə girir, orada da yeməyini yeyir, qabları yuyur, paltarları yuyur, ailəsi ilə sözü çəpləşir. Mübahisə edirlər. Səhər olur, yenə həmin şeylər... Yeməyini yeyir, işləyir. Pul qazanır. Bu, otuz il belə davam edir. Sonra təqaüdə çıxır. Təqaüdə çıxandan sonra da tək beton yığınının içinə girir. Bu həyatdırmı ki? Buna görə gəldik biz dünyaya? Bu sürünmədir, yaşamaq deyil. Sevgi varsa həyat var, yaşamaq var, yoxdursa yoxdur.

 

Əsl sevgi və "sevgi"

Zənnimcə sevginin gücü imanın dərinliyə ilə bağlıdır. Məsələn, qadın hər şeydən əvvəl Allaha hörmət eləməlidir. Yəni yaradıcısına. Allahı çox sevməlidir. Bağlanmalıdır Ona. Quran əxlaqına qarşı həssas olmalıdır. Namuslu, iffətli olmalıdır. Belə qadında Allah xüsusi nur, cazibə yaradır. Yəni onun ruhunda bir qadın gücü vardır, bu ortaya çıxır. Qadın əti ilə, sümüyü ilə qadın olmaz. Yəni ət yığını kimi olar. Başqa heç nə olmaz. Amma gözəl əxlaqı ilə, dərinliyi ilə, Allaha olan yaxınlığı ilə Allah onun ruhundakı qadını ortaya çıxarar. O ağlı başında, eyni özünə xas xüsusiyyətləri daşıyan, Allaha hörmət edən kişi ilə qarşılaşanda ruhları bir-birini cəzb edir. Çünki Allah, kişini də xüsusi olaraq ondan çox təsirlənəcək şəkildə yaratmışdır. Allah ağıllı kişidə də xüsusi kişi ruhu ortaya çıxarır və qadında ona qarşı qeyri-adi təsirlənmə duyğusu yaradır. Biz də buna əsl sevgi deyirik. Yoxsa ki kişi də ətlə, sümüklə kişi olmaz. Yəni kişi nəhəng bir ət kütləsi olar. Qəssabda da nəhəng ət kütlələri olur. Kişinin ondan fərqi olmaz.

İnsan gözəl əxlaqı ilə, dərinliyi ilə, Allah sevgisi ilə insan olur. Belə olanda isə onların, yəni imanlı, ağıllı qadın və kişinin ruhundakı əsl cazibəni Allah bir-birləri ilə qarşılaşdırır. Qadın da, kişi də heyrət edəcəkləri təsirlənmə gücünə girirlər. Yəni təsvir edilə bilməyən bir 6-cı hissin içinə girirlər. Hər kəs bu duyğunu bilmir. Məsələn, Allahı tanımayan bir insana bunu danışsan da heç bir şəkildə anlamaz. Amma ki bu, bütün insanlarda instinkt kimi vardır. Ona görə filmlərdə həmişə sevgidən danışırlar, amma demək olar ki, əksəriyyəti sevgini heç anlamır. Axtarar, cəhd edər, lakin tapmaz. Beynində gizli heyranlıq duyar bu duyğuya, amma nə olduğunu heç vaxt bilməz. Ya da nə vaxtsa sevgini tapdığını zənn edər. Qarşındakının füsunkar gözəlliyi onu heyran edər. Ya da varı-dövləti. Evlənər bəlkə də. Amma ki malı üçün evlənən malından məhrum olar, gözəlliyi üçün evlənən gözəlliyindən. Bir gün qrip olar, gözəlliyi xəstəliklə solarsa, bir anda bundan diksinə bilər. İnsan heç ummadığı şeydən də diksinə bilər. Məsələn, onun aciz vəziyyətini görər, xəstələnib möhtac vəziyyətə qaldığını. İyrənər bundan. İnsan zəif varlıqdır. Amma Allah sevgisi ilə sevəndə, Allahın təcəllisini sevdiyi üçün, Allah da sonsuz böyük güc olduğu üçün və sonsuz gözəllik olduğu üçün o sonsuz gözəlliyə, sonsuz mükəmməliyə qarşı heyranlığının bir təcəllisi olaraq insana qiymət verdiyi üçün əsla sarsılmayan bir sevgiyə və getdikcə dərinləşən bir sevdaya sahib olar. Bununla insan xoşbəxt ola bilər və bununla çox şiddətli təsirlənər. Bunun xaricində ev də çox iyrənc gələr insana, maşın da, qadının gözəlliyi də, hamısı - evlənən insana mənasız gələr. Bu hisslər əvvəllər olmasa da sonralar bu duyğulardan qurtula bilməz. Bu Allahın qoyduğu qanundur. Ona tərəf yönələn əsl həyat tapar, yönəlməyən də batar. Süni ləzzətlər yaratmağa çalışarlar. Alınmaz təbii ki. “Ölürəm, ürəyim gedir sənin üçün”, - deyib evlənirlər. “Sevgi budur”, - deyirlər... Birdən kişi iflas edir. Vəziyyət tam əksinə dəyişir. Bir anda sevgisi alt-üst olur qadının. Başqasının göstərdiyi var-dövlətə tərəf gedir. Amma bu tam vicdansızlqdır. İnsan sevdiyini ölənə qədər buraxmaz. Əsla. Ən çətin anlarda belə buraxmaz. Bu, çünki vəfasızlıqdır. Amma “tiplər” də var ki, qadını bir dəfə makyajsız halı ilə görür, onunla da hər şey bitir. Yəni sevgisi bu qədər bəsitdir. Xəstələnir, halsız vəziyyətini görür, hər şey bitir. Qadın uşaq dünyaya gətirir, bu da onun xarici görkəmini bir az dəyişdirir. Təbii ki, əvvəlki gözəlliyi bir az solur.

Doğumdan sonrakı boşanmaların sayı günü-gündən artır. Ümumiyyətlə, boşanmalara diqqət etsək, görərik ki, əksəriyyəti doğumdan sonrakı dövrlərdə ya da qəzalardan sonra baş verir. Məsələn, üzünə bir şey olur. Sırf bu səbəbdən sevdiyini buraxmaq hansı vicdana sığar? O sənin bir parçandır. Allah sənə onu əmanət edib. Sonsuza qədər də buraxmayacaqsan. İnsan guya neçə il gözəl qala bilər ki... Çox gözəl qadın da nə vaxtsa yaşlanacaq. Qocalığın gözəlliyi gələcək, yəni qadınlıq vəsfi gedəcək, insani gözəlliyi gələcək üstünə. Onda o halı ilə sevəcəksən. Əksi zülm etməkdir. O da zəif varlıqdır. Sənə 24 saat gəlincik kimi bəzəkli necə görsənə bilər? Amma belə şeyi qətiyyən güzəştə getməzlər. Vəfasızlıq edərlər dərhal. Allah sevgisi ilə sevən onu hər halı ilə sevər. Çünki dərin sevgidir Allah sevgisi. Bitmək-tükənmək bilməyən bir sevgidir bu. Hər nə olursa olsun dəyişməz. Məsələn, əli, üzü yanar, daha da şəfqətlə sevərsən. Qolu sınar, daha şəfqətlə sevərsən.

Sevgidən hər kəs danışır, amma üslublarından sevgisiz olduqları dərhal anlaşılır. Çünki Allahdan heç bəhs etmirlər. Allahdan bəhs etmədən necə sevgi yaşaya bilərsən ki?

Görür ki, kişinin altında Bentley avtomobili var. Keçmiş dövrün qadınların şahzadələrinin ağ atı indi Bentley, Rangerover, Hummer ilə əvəz olunub. Bəli, kişi Hummer-dən düşür Bred Bitt kimi. Cibi də dollarla dolu. Qadın deyir: “Mən bu kişidən elektrik aldım.” Sonra başlayır ki, “Ay aman, bu sevgi öldürəcək məni. Qəlbimdə fırtınalar qopdu. Pərişan olmuşam. Saralıb-solmuşam eşqdən, filan-bəsməkan.” Sonra kişi avtomobil qəzası keçirir. Maşın da gedir. Əli, üzü yaralanır. Qadının sevgisi də bununla alt-üst olur. Çünki saxta sevgidir.

Səmimi insan əsl sevgini yaşayar. Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar. Fədakar, səbirli insan əsl sevgini yaşayar ki bu duyğuya layiq olan da odur. Səmimiyyətsiz, içində Allah sevgisi olmayan, vicdansız insanlar isə özlərini dəyişmədikləri müddətcə elə “sevgi” yaşamağa davam etsinlər. Onlar da bu “sevgiyə” layiqdirlər. 

Səslərin sayı: 9
46
8983
loading...
Şərhlər
Offline
Deniz N-va
Maraqlidir tesekkurler dash
7 may 2014 17:33
Offline
Fatima_
En gozel ewq Allaha olandir..
20 aprel 2014 13:35
Offline
sevinc sever
Esl sevgi bizim sevgimizdi mence.9 il sevmiwik bir birimizi ve il yarimdirda aileliyik wukurler olsun
24 mart 2014 20:26
Offline
Sevgi
Teshekkurler xebere gore...
23 mart 2014 19:58
Offline
Sunay
Sevgi var ama her adama rast gelmir.men 1 ile az qalib aile qurmuwam 5 ildide biri birimizi sevirik nehayet aile qurduq.xowbextik sevgimiz artir ki azalmir.cox adam bize paxiliqda edir ALLAH pis gozlerden saxlasin ailemi cox xowbextem love
26 fevral 2014 01:34
Offline
♥NiLuFeR♥
Təşəkkürlər xəbərə görə give_ros
24 fevral 2014 00:07
Offline
Ako
men hele 9 gundu yasayiram.insAllah sona kimi bir birimizi bele delicesine severiy.AMIN love A+E=S kiss
9 fevral 2014 15:48
Offline
yagmur atasoy
Cok guzel yazmissiniz.bence sevgi cok guzel birsey ama yasayanlar icin,karsiliksiz oldugunda insan zaten yiniden sevmeye cok korkar.ben seviyorum,ama o bilmiyor.sabr edib zamana birakiyorum.ALLAH sewgisinden zaten bahs etmek istemiyorum.cunku o,sewgi insanin icinde kalbinde yoksa ona insan demem.ona ancak lanet okurum.
4 yanvar 2014 01:46
Offline
aliye
Alinmasa da wukur bu sevgini yawamiwam.mene taniw duygulardi.yawamayanlar bu sevgini bawa duwmez.

1 yanvar 2014 13:36
Offline
Afet ismayilzade
Sevgi gozeldi Allah hamiya temiz sevgi yawamagi gismet elesin..
17 dekabr 2013 23:11
Offline
Fidan Haciyeva
Heyatda sevgiye menim qeder deyer veren nadir insanlar olur amma teessuf ki o arzuladigim boyuk sevgini ne yasamadim ne gormedim ve bundan sonra gormeyim de mumkun deyil heccc....
12 dekabr 2013 23:29
Offline
Qəribə
Bacim sevgisiz heyat yoxdu give_ros
2 dekabr 2013 12:17
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥A.Ravana♥
Həqiqətən sevgi çox gözəl şeydir,həqiqi olsa . give_hea
1 dekabr 2013 18:46
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
KenkaSenka
ESL SEVGİ-ONU BUTUN QELBİNLE SEVMEK ONUN HER NAZİNA DOZMEK VE BASLİCASİ ONU İTİRMEKDEN OLUMUNE QORXMAQ ONU ALLAHİN SENE VERDİYİ CANİNDANDA COX SEVMEKDİR BAX MENİM FİKRİMDE ESL SEVGİ BUDU.
'SEVGİ'İSE EVVEL SENİ SEVİREM DEYİB SONRA SENE XEYANET EDEN İNSANİN DUYQULARİDİ.
ONA GOREDE ALDANMAMAQ UCUN TEZ-TEZ SENİ SEVİREM DEYENE YOX HER DEFESİNDE SENİ SEVDİYİNİ SUBET EDENE İNANMAQ LAZİMDİ.
MENCE ESL SEVGİ XEYANETDEN UZAQ OLAN SEVGİDİ. girl_ang
1 dekabr 2013 14:09
Offline
Miss lady-89
Cox maraqliydi. Tewekkurler))
30 noyabr 2013 22:03
Offline
Narin...
Xanımlar və bəylər şərh yazarkən diqqətli olun hərf səhvi etməyin ən azından cümləni başlayarkən böyük hərflə yazmağı unutmayın... Ama, twk yazmayın əks halda şərhləriniz silinəcək.!!!
29 noyabr 2013 18:07
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Aysun Memmedova
Cox maraqli xeberdir tesekkur
29 noyabr 2013 15:16
Offline
Togrul Amirov
Esl sevgim..<Nuray>!! give_ros give_ros give_hea give_hea give_hea give_ros drinks
29 noyabr 2013 14:07
Offline
_BeautifuL_
SEVINI QELBE DOGURAN UCA ALLAHDI.AMA EN BOYUK SEGI ALLAHA OLAN SEVGIDI.SEGI HER SEYI HELL ETMIR.BEZEN BIRISIN COX SEVIRSEN AMMA BAXIB GORURSENKI,SEVDIYIN INSANLA SEVGININ GUCU CATMIRKI XOSBEXT YASAYASAN...SEVMEK O,DEMEK DEYILKI,MUTLEQ QOVUSASAN.SEVGINI EGER TEMIZ SEKILDE,DURUSCE YASAMISANSA BU OZU BOYUK SEYDIR..MEHZ BELE SAF SEVGINI SENE QISMET EDEN ALLAHA SUKUR ET...HEQQI SEVGINI ALLAH HER ADAMA YASATMIR...TEESSUFKI,BU GUNKI,GUNUMUZDE INSANLAR HER HEVESI SEVGI ADLANDIRIRLAR..BUDA SEVGININ UCUZLASMASINA GETIRIB CIXARIR...
29 noyabr 2013 12:07
Offline
Farida_Asadova
bəzi qadınlar var, onların evlənəcəyi vaxt müxtəlif meyarları olur.
Bu cür ailə quranlara artıq çox tez tez rast gəlmək olar.adını da qoyublar məntiq evliliyi.Sevgisiz hec nə gözəl ola bilməz.
29 noyabr 2013 07:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )