Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Bədən dilini öyrənmək

Bədən dilini öyrənmək

Addım 1

Özünüzlə təmasda olun...
Nə düşündüyünüzü və istədiyinizi bilmək özünüzü tanımada ilk addımdır. Ancaq bir çox adamlar, narahatlıq duyduğu düşüncələrə gətirib çıxaran hadisələr və insanlarla qarşı-qarşıya gələrkən bu narahatlıqlarına görə özlərini sakitləşdirməkdənsə, "qaçmağa" üstünlük verirlər. Qaçmanın asan olduğu vəziyyətlərdə adam narahat olduğu hadisəni yox sayaraq diqqətini başqa şeylərə yönəltməyə çalışır. Özünüzlə təmasda olma və sakitləşdirmə ilə bağlı narahatlıq duyduğunuz şey hər nədirsə, onu "yox" saymadan və narahat olmadan özünüzü belə də qəbul edə bilə və sakit ola bilərsiniz.
Məsələn, başqalarının duyğularını anlamaqdan məhrum olanlar narsist (özünə heyran) bir idarəçi ya da iş yoldaşı ilə hər gün qarşılaşmaq məcburiyyətində olan hipotetik iki zidd insana nəzər salaq.
Birincisi özüylə təmasdan çəkinməyən mənfi duyğularıyla müübarizə aparmağı bacara bilən "Hiss" olsun. Digəri isə narahat olduğu məsələləri həll etmək yerinə narahatlığını "yox" kimi sayan, "zəiflik" sözünə nifrət edən və səhvlərini bağışlamayan "Məntiq" olsun. "Hiss" və "Məntiq"i sırayla eyni narsist müdirin günahlandırıcı rəftarına məruz "qoysaq", rəftarları necə fərqli olardı? Müdirlərinə verdikləri cavab və sonra da özləri ilə baş-başa qalanda öz-özlərinə söylədikləri şeylər necə fərqli olardı?
"Hiss" böyük ehtimalla müdirini dinləyər və haqsızlığa uğrayaraq hirsini fərq etdiyi anda öz-özünə "bunu özünə götürmə, bu sənə təhqir deyil, hər kəsə elə davranır, sakit ol" deyə bilər. Bunu edərkən hirsli ola bilər, təbii qəbul edə bilər. Hirsini cilovlaya bilmir, ancaq ictimai olaraq uyğun bir şəkildə qarşı tərəfin mövqesini də göz önünə alaraq uyğun şəkildə dilə gətirir.
Bədən dilini öyrənmək
Məntiq nə edir?
Məntiq hirs eşitməkdən qorxar, qəzəbinə hakim ola bilməyəcəyinə inandığı üçün, bununla mübarizə apara bilmək üçün dərhal məntiqinə "sarılar". Müdirinə qarşı iki strategiya saxlayır; ya dərhal müdafiə etməyə keçər və ya nisbətsiz bir boyun əymə əlaqəsi qurar ki hər iki strategiya çox tez-tez qarşılaşan narsist müdirlə əsla işə yaramaz. Müdafiə strategiyasında böyük ehtimalla sonu olmayan bir müzakirə olacaq və günün qalan hissəsində, hətta bəlkə bütün həftə "Məntiq" özünü öz-özüylə döyüş edərkən və müdirinə xəyali cavablar verərkən tapacaq. Nisbətsiz bir boyun əymə də tam tərs bir strategiya kimi görünsə də eyni nəticəyə gətirib çıxaracaq, bütün həftə öz-özünə əsəbləşəcək və daha da pis hirsini böyük ehtimalla həddindən artıq yeyərək, içərək ya da dəyər verdiyi bir insanla mənasız mübahisələr edərək müəyyən edəcək. Bu vəziyyətdə "Məntiq"in bədən dili çox zaman ağzından çıxan sözlərlə yarışacaq. Özünü müdafiə etsə də, boyun əysə də içində yox saymaq istədiyi üçün sakitləşdirə bilmədiyi hirsi bir şəkildə çatılmış qaşlar, gərgin çiyinlər, yellənən qıçlar ya da sərt səs tonunda özünü göstərəcək.
Özünüzlə təmasa keçmək, zəiflik və narahat olduğunuz duyğu və düşüncələrinizin öhdəsindən gəlmək - əlbəttə bir paraqraf yazı oxuduqdan sonra dərhal edilə biləək qədər asan şeylər deyil. Bu, bəzi insanlar üçün asan, bəzi insanlar üçün daha çətin bir müddətdir. Ancaq ilk addım odur ki, səhv etdiyiniz zaman özünüzə yaxşı davranmağı öyrənməlisiniz. Qalan şeylər daha asan gələcək, əmin ola bilərsiniz.
Bədən dilini öyrənmək
Addım 2
Zehni Oxuma: Başqalarıyla təmasda instinktlərinizə güvənin
Özünüzü necə hiss edirsinizsə bədən diliniz bunu bir şəkildə ələ verəcək. Burada bir neçə məşhur psixologiya məsləhəti də verə bilərəm. Məsələn, qarşı tərəf ilə bir dominantlıq əlaqəsi edirsinizsə və liderlik bacarıqlarınızı ortaya qoymağınız lazımdırsa, bir çox insanın bildiyi kimi danışdığınız an onun gözünün içinə baxmağınız lazımdır. Ancaq bədən dili mütəxəssisi Leonar Mlodinovun yazdığı kimi çox az insanın bildiyi bir şey də var; dominantlıq, liderlik əlaqəsində hədəfiniz varsa, qarşı tərəf danışarkən göz təmasınızı azaltmaq lazımdır, çünki son edilən araşdırmalar göstərir ki, lider mövqesində olan insanlar qarşı tərəf danışarkən göz təmasını azaldırları və beləliklə "ip"lərin kimin əlində olduğunu müəyyən edirlər. Yaxşı, bu cür dominantlıq ya da liderlik mesajları yalnız güzgü qarşısında ya da bir qoç üçün davranış əsasında çalışmaqla əldə edilir? Bir qismi bəli. Ancaq elmi araşdırmalar bir çox üz ifadəsinin öz əlimizdə olmadan beynimizdəki qorxu mərkəzimiz vasitəsi ilə üzümüzə verdiyini və qarşı tərəfə gerçək duyğularımızla əlaqədar mesajı hər hansı bir formada çatdırdığını göstərir.
Qarşı tərəf nə qədər yaxşı rola girsə də gerçək liderlər bu müəyyən naməlum duyğuları yaxşı oxuyub həqiqəti ortaya çıxara bilən kəslərdir. Bu dərəcə savadsız, sanki şüurlu olaraq qəbul edilməsi az qala qeyri-mümkün olan üz ifadələrini ayırd etmək və nəzarət etmək, qarşı tərəfin gerçək niyyətini anlamaq mümkündürmü? Dünyaca məşhur mütəxəssis Paul Ekmana görə cavab "Bəli"dir. 
Bir çox yerdə rastlaşa biləcəyiniz kədərli bir insan aşağıya doğru baxar, iyrənmə ya da günahkarlıq və utanc duyan insanlar göz təmasını kəsərək uzaqlara doğru baxarlar. Ancaq çox yaxşı rola girən fırıldaqçılar bədən dilinin bu ünsürlərini ayırd etməyi öyrənmişlər. İnsan əlaqələri və nevrologiya mütəxəssisi Daniel Goleman üz ifadələrini yaxşı seçə bilən fırıldaqçıların ümumiyyətlə çox detallı və üzərində düşünülmüş sözlər seçdiklərini və bir suala cavab vermə müddətlərinin dürüst insanlara nəzərən daha çox zaman aldığını qeyd edir, çünki o insanlar yalanlarını uydurmaq üçün daha çox enerjiyə ehtiyac duyurlar. Yəni içinizdən bir səs qarşı tərəfdə doğru olmayan bir şeylər olduğunu söyləyir və də qarşınızdakı adam sözləriylə "həddindən artıq" cəhd edərək sizə təsir etməyə çalışır.
Bədən dilini öyrənmək
Nəticə və tövsiyələr
Bədən dilinə çox vaxt şifahi ünsiyyətdən daha çox mesaj daxildir. Bu səbəbdən həyatın hər sahəsində əhəmiyyətli olan ünsiyyət mövzusunda özünü inkişaf etdirmək istəyənlər üz ifadəsi, çiyinlərin duruşu, gövdənin hansı tərəfə çevrilməsi, əllərin və ayaqların nə sıxlıqla sıxıldığı, yerə vurulduğu və ya yelləndiyi kimi mövzulara diqqət yetirə bilərlər.
Bundan əlavə lider mövqeyində olan idarəçilər, özünü sözlərlə ifadə etməkdə çətinlik çəkən qruplarla (məsələn, uşaq ) və ya işi insan əlaqələrində aktiv olmağı ehtiva edən peşə qrupları (satış, marketinq, rabitə) özlərini bədən dili və şifahi olmayan ünsiyyət sahəsində inkişaf etdirməkdən faydalana bilər. Bu səbəbdən bədən dili və sözsüz ünsiyyət "texnika"larına maraq varsa, yaxşı araşdırmanızı və məsləhət almanızı təklif edirəm. Çünki bu cür incə texnikalar mütəxəssis olmayan biri tərəfindən səhv tətbiq edilə bilər....
Səslərin sayı: 5
27
6027
loading...
Şərhlər
Offline
Deniz N-va
Maraqlidir canim eline saglik devamli olsun tesekkur love girl_ang
18 may 2014 11:12
Offline
Minira Aslanzade
TƏŞƏKKÜRLƏR,ÇOX MARAQLI İDİ,
22 mart 2014 02:45
Offline
Nura 45
Bəyəndim maraqlı xeberdi: give_ros
19 dekabr 2013 17:42
Offline
Сельджан
Bizi universitetden seminara aparirlar beden dili seminarna...
19 dekabr 2013 14:47
Offline
S.S.E.
Maraqlı mövzudur. Tәşәkkürlәr.
8 dekabr 2013 10:22
Offline
Ayka S
Xəbərim ucun CEYLAN XANİM give_ros
Şəkillər ucunsə Dənizə təşəkkur edirem...
6 dekabr 2013 14:30
Offline
Ayka S
Coooooooooooox sag olun canlarim..
3 dekabr 2013 17:23
Offline
Qəribə
Cox maraqli xeberdir canim give_ros
2 dekabr 2013 12:18
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥A.Ravana♥
Maraqlı xəbərdir ,təşəkkür edirəm.Mən çox vaxt qarşımdakın nə demək istədiyini tez anlayıram
1 dekabr 2013 18:54
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
♥Sevgilimi çox sevirəm♥
Təşəkkür edirəm,çox maraqlı xəbərdi.
1 dekabr 2013 13:33
Offline
totuwun mamasi
Qarwimdaki insanin baxiwindan bele ne istediyini ne edeceyini bilirem tewekkurler ayka
1 dekabr 2013 01:43
Offline
Qəribə
Maraqli movzudur tewekkurler bacim give_ros
1 dekabr 2013 01:35
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ayka S
Şəhrləriniz üçün haminiz sagolun.
30 noyabr 2013 16:49
Offline
Tər Naz Elm Nur
Maraqli movzudur tewekkurler bacim davamli olsun onuda deyimki individual zamanede insanlari tan imam olmur
30 noyabr 2013 13:17
Offline
Farida_Asadova
İnsanları tanıyan biriyəm, sevmədiyim insanlar suala sualla cavab veren, söhbət zamanı öz şəxsi fikrini deyil "filankəs demışkən" kimi sozunu tez tez dilə gətirən insanlardır, onların səmimiyyətinə heç vaxt inanmıram
30 noyabr 2013 07:19
Offline
wwwwwwwwwwwwwwwww
Men hamiya tez inaniram ve sonda uduzuramş
30 noyabr 2013 03:11
Offline
Narin...
Xanımlar şərh yazarkən diqqətli olun hərf səhvi etməyin ən azından cümləni başlayarkən böyük hərflə yazmağı unutmayın və twk yazmayın əks halda şərhləriniz silinəcək.!!! dash
30 noyabr 2013 01:24
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
nigar
Cox seyi bilmirdim tewekkurlerrrrrr
30 noyabr 2013 00:55
Offline
Aysun Memmedova
Cox maraqli xeberdir canim cox beyendim.Men helede insanlari taniya bilmirem,her kese oz ureyim kimi inaniram ancaq ne fayda .Tesekkur xeber ucun give_ros
30 noyabr 2013 00:54
Offline
Ruhəngiz
Xəbərə görə təşəkkürlər bacı. give_ros Mən hələ də insanları tanıya bilmirəm.Hamıya inanıram.Hamıya ürəyimi açıram,hamı ilə xoş davransam da sonda həmişə üzülmüşəm. recourse
29 noyabr 2013 22:01
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )