Bakıda hava 24°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

 

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

 

Xəyalə Murad

Əziz 16 yaşlı Xəyalə!

Bilirəm, artıq 25 yaşlı Xəyalə üçün məktubunu yazmısan və illər boyunca o məktubu gizlədə biləcəyin yer haqqında düşünürsən. Tapacaqsan da. O məktubunda bizim gələcək həyatımız üçün qurduğun böyük arzulardan və ümidlərdən yazmışdın. Amma zamanından 5 il öncə (20 yaşın tamam olan gün) təsadüfən həmin məktubunu xatırlayıb, orada qeyd etdiyin arzulardan hansılara nail olduğunu, hansıların artıq bir əhəmiyyət kəsb etmədyini bilmək istəyəcəksən. İndi qismətə bax ki, mən sənə - 16 yaşlı mənə məktub yazıram. Sənə indi nəsihət verə biləcək yaşda olduğum üçün deyirəm. İlk növbədə təhsillə bağlı olan o arzunu çox ideallaşdırma. Ananın səni görmək istədiyi peşəyə sahiblən. Sənə xəyallarda yaşayan biri kimi baxan sinif yoldaşlarından incimə. Bu sənin ayrılmaz hissəndir. Hər kəsdən şübhə etmə. Kimsə ideal deyil. Seçimlərindən əmin ol. Məqsədlərinə doğru addımlamağa davam et. Yolun sonunda qarşına çıxacaq maneələrdən çəkinmə, mübarizə apar. Bil ki, “öz dünyana” inanaraq qalib gələcəksən hər zaman.

Səni sənin qədər çox sevən Xəyalə Murad!

Ramile Husna

Ey 16 yaşındakı mən!

Sənə  deyəcək sözüm çoxdur, kaş ki sənə məktub yazmaq yox, elə üzbəüz oturub danışmaq qismət olardı, amma heyf ki Narın xalanın imkanları ancaq buna çatır. Buna da min şükür. Məni yaxşı-yaxşı dinlə, bəzi hərəkətləri tam doğru etmisən bu həyatda, bəzilərini səhv. Məsələn, tez ailə quracaqsan, səni canından çox sevən, səni ovucunda da yox, gözünün üstündə saxlayan, Allahını çox sevən həyat yoldaşın olacaq, 2 şirin balan olacaq, heç kimi dinləmə, get o oğlana, uduzmazsan. Amma onu bil ki, illər keçdikdən sonra səni çox çətin sınaq gözləyir, bax o sınaqdan keç, yoxsa mənim kimi hər gün əzab çəkəcəksən. Kaş geriyə dönə biləydim, sənin əlindən tutaraq bu yaşa çatdıra biləydim səni, heç kimə izn verməzdim səni incitsin, səni ağlatsın, amma göründüyü kimi bu, mümkün deyil, dediyim kimi Narın xalanın əlindən ancaq bunlar gəlir, buna da şükür.

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

Ayten

16 yaşındakı Aytənə!

Hal-hazırda 22 yaşımda olsam da 16 yaşlı Aytənə bunları demək istəyirəm - dərsdərini əla oxu, necə ki 6-7-ci sinifdə oxuyurdun, bax elə. Heç kimə qulaq asma, hər kəsin acığına ali məktəbə qəbul ol. Hə, birdə hər şeyə ağlama, sənə kimsə nəsə desə, ürəyinə salma. Həyatda hər kəsə inanıb, ümidlərin yıxılanda həyatdan bezməyəsən gərək. Hər kəsə inad, səni yıxmaq istəyənlərə qarşı güclü dayan. Məqsədinə əmin addımlarla get. Az da olsa qardaşına oxşa. Hə, bir də anan qardaşını əzizləyib səni unudanda qardaşını qısqanma. Çünki o qardaş sənin canındır, aldığın nəfəsindir. 22 yaşlı Aytəndən 16 yaşda olan Aytənə hörmətlə...

Şəri Babayeva

Artıq 23 yaşım var, 16 yaşım çoxdan keçib gedib, 24 yaşım olmasına da çox az qalıb. İstərdim yenə 16 yaşında olum, 16 yaşında qalmaq istərdim, heç böyümək istəməzdim, amma neynəmək olar, böyüyürəm, arzularım var, hələ də gerçək olmayan arzularım... 16 yaşımdakı mənə o arzuları yerinə gətirməyə çalışsın demək istərdim. Gözlərim doldu lap. recourse

gunel

Salam, əzizim Günel...

Mən 16 yaşında olsaydım, fikirlərimi dəyişərdim, həyatımın istiqamətini bir az fərqli yerlərə aparardım... Düzdür, 27 yaşla 16 yaş arasında fərq var, amma 16 yaşımda həyata baxışımı, insanlarla davranışımı, çox inamımı bir az da bir qırağa qoyardım. Tez inanan və tez bağlanan biriyəm... Hər kəsi özüm kimi bilirəm... Bax, bu hərəkətləri özümdən qoparıb atardım və cəsarətimi daha da ön plana çıxarardım. 16 yaşımda elə bir həyat yaşayardım ki, elə addımlar atardım ki, 26 yaşımdakı addımlarımdan daha da möhkəm və cəsarətli olsun. Səhvsiz insan olmur, amma səhvlərimin az olmağı üçün mücadilə aparardım. Bir də ki özümə güvənməyi daha çox istərdim. Sən mən, mən də sən olduğum üçün sənə deyirəm: çalış həyatında az səhvlər burax... Uğurlar, səni yəni özümü çox sevirəm..

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

meryem eliyeva

Salam, Məryəm, sənə artıq 24 yaşımda, yəni 8 il sonradan yazıram bu məktubu. 8 il bundan əvvəl həvəslə hazırlığa gedir, ali məktəbə hazırlaşırdın və istədiyin fakultəyə də daxil oldun. Bir il yarım oxudun, sonra valideynlərinin istəyi ilə nişanlandın, indiki zamanda, yəni bu ağlımla olsaydım, o 16 yaşlı Məryəmə buna razı olmamağı deyərdim. Ən əsas da məktəbini oxuyub qurtarana qədər... Yenə də artıq keçib, bu gün də xoşbəxtəm, həyat yoldaşımı da çox sevirəm, amma məncə, 16 yaşda ərə getməyə yox, oxumağa və həyatını qaydasına salmağa çalışmaq lazımdır.

Melek Babazade

Çox düşündürücü mövzudur! Uzun sürən fikirləşdikdən sonra qərara gəldim ki, 16 yaşlı gənc "mənə" nə yazım. Və başladım yazmağa.

Salam, mən. Necəsən? Bu gün sənə 9 yaş böyük "mən" olaraq məsləhətlər verəcəm. Bilirəm gəncsən, ətrafında fikirlərini dağıdacaq bir çox şey yaşanır. Amma sən heç nəyə fikir vermədən bu həyatda dik, ayaqda durmaq üçün, heç kimə möhtac olmamaq üçün, özün özünü ağası olmaq üçün, zirvələrdə olmaq üçün oxu... Bilirəm oxuyursan... Amma daha da çox oxu, gələcəkdə "kaş ki..." deməmək üçün hər şeyi bir daha düşün, addım at. Çünki geriyə yol olmur heç vaxt.

aysu aliyeva

Əziz Aysu, sən indi 21 yaşındasan, sənə bir neçə məsləhətim var. 16 yaş hələ gəncliyə addımladığın ilk mərhələ, ilk yaş dövrüdür. Bu addımları ehtiyatla atmalısan, çalışmalısan ki, heç vaxt büdrəməyəsən, büdrəsən də yıxılmayasan, yıxılsan belə qalxmağı bacara biləsən. Qalxmağı bacara bilməsən, hər zaman kimlərsə tərəfindən pis qarşılanacaqsan. Sənə məsləhətim - hər zaman başını dik tut və arzularının, xəyallarının arxasınca get. Həyatı sev, unutma ki sevgi və yaxşılıq hər qapını açar. Həyatda uğurlar sənə.
Memmedova.F
Salam, unuda bilmədiyim mən. Hərdən əzabdan ağladığım, hərdən də sevincdən göz yaşımı axıtdığım illərim, salam... Səni incidən hadisələrə səbrlə yanaşmağını çox istərdim. İnan ki zaman hər şeyin dərmanıdır. İllər ötəcək və anlayacaqsan ki, həyatda olan hər bir şey sənin istədiyin kimi olmasa da sənin xeyrinə olur. Təki üzülmə. Anla ki, insan əzablarla imtahan olunur, anla ki, sən getdikcə böyüyürsən. Uşaq kimi hər istədiyin üçün mübarizə aparma. Sadəcə arzu et, amma Allahdan xeyirlisini istə, inan ki zaman düzəldəcək, inan. Təki sən səbrli ol. Dinlə, ibrət al və anan kimi olmağa çalış, çünki sən də gələcəyin anasısan... love
 

♥YAQUT♥

Salam 16 yaşındakı mən!

Sənə demək istərdim ki, bu qədər roman oxumağa vaxtını sərf etməkdənsə dərslərini oxu. Oxu ki, gələcəkdə sənin də ali təhsilin olsun, işləyə biləsən, arzuların ürəyində qalmasın, ağ xalatlı həkimləri görəndə onlara həsrətlə baxmayasan və deməyəsən ki, kaş mən də həkim olaydım. recourse

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

PrOsTa NiKa

Əziz mən!

Bu məktubu sənə 2013-cü ildən yazıram və yazmağımın səbəbi odur ki, arada qalan 2 ildə nələr etməyinə görə bəzi məsləhətlər verəcəm. Sən ağıllı qızsan, hamısına əməl elə. Heç kəsə inanma, ürəyini heç kəsə açma, hamını özün kimi saf bilmə, yadında saxla ki, yaxınların, dostların, tanışların səni nə qədər çox sevirəm desələr də onun ikiqatı qədər də pisliyini istəyirlər. Ona görə də həmişə 1-ci ağlınla hərəkət et. Qəti pəhriz saxlama, müəyyən yaş dövründən sonra sevdiyin müğənni Rihanna kimi incə bir qız olacaqsan. Bütün oğlanlar arxanca düşəcək, "Səni sevirəm" deyəcək və əlbəttə ki, sən həmişə etdiyin kimi heç birinə fikir verməyib yolunu düz yeriyirsən. Cavab belə vermirsən. Fikrin yalnız dərslərində olsun. Bilirəm, bunların hamısına əməl edəcəksən. Çünki səni mənim qədər heç kəs yaxşı tanıya bilməz. Mənim canım Nikam, öpürəm yanaqlarından kiss

Səslərin sayı: 14
53
3609
loading...
Şərhlər
Offline
veliyeva zeyno
salam fellow kjkkjhvyjukju

salam eziz doslar biggrin
7 fevral 2016 20:32
Offline
ملاك
hmm, heyatinizda ugurlar............
4 dekabr 2014 11:09
Offline
Narin...
PƏRVANƏ ƏLİYEVA......,
nigar mamedovaaaaa,
 ♥Gülicka♥,
Zeyneb-Esger,
aysun94,
SR,

Şərhləriniz üçün hər birnizə minnatdaram. Çox sağ olun xanımlar. kiss
3 dekabr 2014 12:52
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
PƏRVANƏ ƏLİYEVA......
Haminin mektubu cox maraqlidi...
Xeberde super alinib..Eline saqliq canim..coxsaqol give_ros
13 noyabr 2014 22:20
Offline
nigar mamedovaaaaa
Bilmirem niye 16yasda agil deyisir ibsanin cosqun vaxti olur. 16yasda o qeder delilik etmisemki. Duzdu seflerim olub ama yadima dusende gulurem dogrudan gozel gunler idi. O qeder ozumu xosbext gozel bordene sayirdimki. Yekexanaliq etmirdim sadece ozume qarsi cox inamliydim. Hele olmaq istemezdim yebe sadece cox gozel gunleriydinsiriniydi. Hecneden qorxmurdum sanki 16yasda boyumusdum
15 aprel 2014 17:27
Offline
♥Gülay♥
Çox maraqlı alınıb tesekkurler winked
13 aprel 2014 13:43
Offline
Zeyneb-Esger
Dogrudanda maraqlidir insan donub arxaya gelecekden kecmise baxdiqda ilin az olmasina baxmayaraq mesafenin ne qeder uzun oldugunu gorur bu aci bir heqiqetdir bezen geri qayitmaq deyise bilmek ve deyise bilmediyimiz ne cox sey var calisaq sehv etmeyek ki gozumuz hec vaxt arxada qalmasin
11 aprel 2014 10:51
Offline
aysun94


İllər keçir, sonra dərk edirik keçmişdə nəyi necə etməyin düz olduğunu.
,


Həqiqətəndə elədir.
23 dekabr 2013 11:56
Offline
SR (Nişanlı)
Cox gozel alinib tesekkurler give_ros Bes men hardayam cray
18 dekabr 2013 12:53
Offline
Narin...
APENAS,
Fidan Haciyeva,
agayeva sebine,
_BeautifuL_,
BIBIXANIM,
garibe mamedova,
Parvina İbrahimova,
Xedice 033,
yagmur atasoy,
Arzu.M.,
Lovable_MadaM,

Şərhləriniz üçün hər birinizə sonsuz təşəkkürlər xanımlar kiss

Təşəkkürlər, Narın, davamı olacaq?

İnşAllah Madamçik 3-cü hissə olacaq girl_ang Amma xanımlarımız istəsə 3 son olmaz 4- eliyərik 4-də azdır 5- eliyərik lap (çox istədim ey deyəsən) crazy
15 dekabr 2013 21:04
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Flowers
İllər keçir, sonra dərk edirik keçmişdə nəyi necə etməyin düz olduğunu. feel Özü özünə məktub yazmaq çox gözəldir, amma səhvsiz, nöqsansız yaşamaq daha gözəldir. love
Təşəkkürlər, Narın, davamı olacaq? biggrin
15 dekabr 2013 20:54
Offline
Arzu.M.
Yaqutun yazisin beyendim.
15 dekabr 2013 17:22
Offline
yagmur atasoy
Cok guzel bir movzu.cok beyendim.bilmiyorum 16 yasimdaki bana ne soyliyim.cunku henuz 2 yil gecmis uzerimden.
14 dekabr 2013 22:36
Offline
Xedice 033
Xeberin davamli olsun Narin canim haminin heyatinda kas ki dediyi bir gun olur
14 dekabr 2013 18:25
Offline
Parvina İbrahimova
Qız yenə yakıb yıkıb ortalığı xəbəriylə girl_ten Təbriklər.Daha çox geridəki illərə yazılan məktublar adamı kövrəldir.Hər kəsin həyatı bir başqa romandır..
14 dekabr 2013 01:58
Offline
Qəribə
Maraqli xeberin uchun chox sag ol canim give_ros
14 dekabr 2013 01:25
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
BIBIXANIM
Narin super xeber ucun tesekkür
14 dekabr 2013 01:15
Offline
_BeautifuL_
,,,,MARAQLI IDI,,,,

give_ros give_ros give_ros
13 dekabr 2013 20:10
Offline
agayeva sebine
Aytən xanimin məktubu xoşuma gəldi.Eynən mənim kimidir, mənim də anam qardaşımı əzizləyəndə qısqanıram
13 dekabr 2013 19:19
Offline
Fidan Haciyeva
Haminin "kaw" lari o qederdir ki menim yarali yerim tahsilimle baglidir.Duzdur 2 ali mekteb bitirmisem dusunmeyin ozeli dovlet univ-ni bitirmisem(ozeli pislemirem sadece dusunule biler ki pulla oxumusam ona gore yazdim) amma hec biri menim istediyim deyil men tibbde oxumagi isteyerdim amma artiq gecdir orda oxumaq da cetin 25 yasdan sonra alinacaq sey deyil teessuf ki amma 16 yasim olsaydi kaaaaaaaaas kiii.....
13 dekabr 2013 19:06
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!