Hörmətli istifadəçilər!
Hər zaman sizlərin rahatlığını düşünən Azərbaycanın ilk milli qadın portalı - Qadin.Net layihəsi növbəti bir xidməti sizlərin istifadəsinə təqdim edir!
Xidmət haqda: Əgər siz dəyərli vaxtınıza qənaət etmək istəyənlərdənsinizsə o zaman bu imkanlar tam sizə görədir! İstər kommunal, istər bank, kredit eyni zamanda bu formada olan onlarla ödəniş əməliyyatlarını aparmaq üçün artıq növbələrdə gözləməyə ehtiyac yoxdur! GoldenPay şirkətinin təqdim etdiyi onlayn ödəniş əməliyyatları xidmətinin köməkliyi ilə siz tam olaraq 71 fərqli qurumun xidmətlərindən onlayn ödəniş etməklə yararlana bilərsiniz. İstənilən kommunal xidmətlər (elektrik, qaz, su) mobil və şəhərlərarası telefon rabitəsi xidmətləri, internet provayderlərin təqdim etdiyi xidmətlər, kabel televiziyalarının təqdim etdiyi xidmətlər, banklarla bağlı kredit və digər ödəniş əməliyyatları, sığorta xidmətləri, eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Kommissiyasının təqdim etdiyi xidmətləri heç bir yerə getmədən plastik kartlarınız vasitəsi ilə ödəyə bilərsiniz.
Ödəniş üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Müvafiq ödəniş əməliyyatını seçdikdən sonra plastik kartınızın məlumatlarını daxil edərək seçmiş olduğunuz xidmətin müqabilində, tərəfinizdən təyin edilmiş məbləği ödəmiş olursunuz. Ödənişlərdən sonra, əməliyyat uğurlu olduğu halda, ödəniş qəbzini öz elektron poçt ünvanınıza göndərə və ya çap edə bilərsiniz. Təqdim olunan ödəniş qəbzləri tam rəsmi qəbzlərdir və yarana biləcək hər hansı mübahisəli məqamlar zamanı rəsmi ödəniş qəbzi kimi istifadə edilə bilər.
Qeyd etdiyimiz kimi bu xidməti Azərbaycanın ilk onlayn ödəmə sistemi olan GoldenPay şirkəti sayəsində sizlərə təqdim edirik.
GoldenPay Azərbaycanda ilk onlayn ödəmə sistemidir. Şirkət Azərbaycanda elektron ticarətin inkişafında mühüm rol oynayır.
GoldenPay 2007-ci ilin iyul ayında yaranmışdır. 2008-ci ilin dekabr ayında GoldenPay rəsmi olaraq göstərdiyi xidmətlərin təqdimatını keçirmişdir.
Müştəri xidmətlərinə tez-tez ünvanlanan suallardan:
GoldenPay vasitəsilə ödəniş etdiyim zaman komissiya tutulurmu?
Xeyr. Kartınızdan yalnız ödəmək istədiyiniz məbləğ çıxılacaq.
CVC nömrə nədir?
CVC nömrə - Bank kartınızın arxasındakı 3 (üç) rəqəmli nömrədir. Bu təhlükəsizliyiniz üçündür. Kart nömrəniz oğurlandığı halda belə CVC nömrə olmadan saxta ödənişlər edilə bilməz.
Ödəmə zamanı xəta baş verdikdə, nə etməliyəm?
Xahiş edirik üzləşdiyiniz problem barədə daha aydın və ətraflı məlumatı [email protected] elektron poçt qutusuna göndərəsiniz.
Əməliyyatlarım təhlükəsizdirmi?
Bəli. GoldenPay bütün ödənişləri şifrələmək məqsədi ilə GeoTrust TL/SSL Encryption-dan istifadə edir. GeoTrust dünyada məlumatların şirfələnməsində liderdir.
Mənim kartımdan icazəsiz ödəniş edilibsə, nə etməliyəm?
Kart çıxarışınızda Sizə aid olmayan ödəniş aşkar etdikdə, xahiş edirik Bankınıza müraciət edəsiniz.
GoldenPay vasitəsi ilə ödəniş etdikdən sonra qəbzi çap edə bilərəmmi?
Bəli. Təsdiq səhifəmizdə “Çap et” imkanı mövcuddur. Orada Siz eyni zamanda 2 (iki) üsuldan istifadə edə bilərsiniz: Məlumatı Çap etmək və ya daxil etdiyiniz elektron poçt qutusuna göndərmək.
Qəbz mənim elektron ünvanıma göndərilməyib. Nə etməliyəm? Qəbz rəsmi hesab edilirmi? Qeyd edilən ünvandan istifadə etməklə hər zaman birbaşa ödənişlər səhifəsinə daxil ola bilərsiniz: http://pay.qadin.net
Xahiş edirik ödəniş barədə məlumatları [email protected] ünvanına göndərin. GoldenPay şirkətinin əməkdaşları məmnuniyyətlə qəbzi Sizə göndərəcək.
Bəli. GoldenPay təqdim etdiyi qəbz tam rəsmi sayılır və ödənişin təsdiqi kimi istifadə edilə bilər. Ödəniş etdiyiniz müəssisə ilə bu barədə hər hansı narazılığınız yaranarsa, xahiş edirik [email protected] elektron poçt qutusuna yazasınız.
XƏBƏR LENTİ
Rus ayıları Qarabağa gedir
Facebook bu il rekord vuracaq
Makiyaj qabını necə hazırlamaq olar?
Professordan xəbərdarlıq: “Qanınızın rəngi belədirsə...”
Yığmamız MMA-da medal qazandı: "Bu, Azərbaycanın qələbəsidir"
DİQQƏT: “ASAN xidmət” 4 gün işləməyəcək
Azərbaycanda dərmanların alınması qaydası dəyişdiriləcək
Qvinet Peltrou kimi yaşımıza qalib gələk-2
Lotereyada 560 milyon dollar uduldu
Zakir Həsənov veteranı mükafatlandırdı
Səhər yeyəndə arıqlamağa kömək edən 4 ərzaq
Zeynəb Xanlarova İlham Əliyevi BELƏ TƏBRİK ETDİ - VİDEO
“ATV” və “Lider” TV-nin yayımı üç saatlıq dayandırılacaq
Google buludları yoxlayır
Hava haqqında
Çində robot polislər xidmətə başladı
Şeyma Subaşı hər kəsdən üzr istədi
Samanyolunda ən sürətlə fırlanan ulduz aşkar edildi
Dəbli ayaqqabı rəfləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yumurtanın təzə olub-olmadığını yoxlayın
Şəki Xan sarayında Çinar aşdı - 19 yaralı/VİDEO
Məşhur aparıcıdan ŞOK Açıqlama
Günün ulduz falı
Beren Saat çimərlik FOTosu paylaşdı
Toyuq filesindən yemək (foto resept)
Günün qoroskopu: təşəbbüs göstərməkdən çəkinməyin
“Ramo”da gözlənilməz ayrılıq
Övladınızın onlayn dərslərə həvəsini necə artıra bilərsiniz?
Üz tanıyan bankomat
Cücərmiş kartofu tullamayın
Ailədə fədakarlıq...
Bakıya duman gələcək
Prezident sükan arxasında
İştirakçı valideynlərini məhkəməyə verdi-SƏBƏB/FOTO
Milyarder üçün superyaxta hazırlandı-FOTO
Əncirli bisküvit (foto-resept)
Qulaq plastikası - Otoplastika haqqında
Kristian Dior qadın ayaqqabıları
Barak Obama ərəb liderlərini ölkəsinə dəvət etdi
Cəbrayılın işğaldan azad edilmiş daha bir kəndinin görüntüləri - VİDEO
Tərcümə olunmayan sözlər
Putin İslamı dünyanın ən böyük dini adlandırdı
Aston Martin yeni modelini nümayiş etdirdi
Yalandan and içən insan günah edirmi?
Sınaq qiymətləndirmə keyfiyyət göstəricisini müəyyən edəcək
Göbələkli kartof piroqu (foto resept)
Bakıda ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək
İyul şəhidlərinin xatirəsi əbədiləşdirildi: “Paşam hey!” - VİDEO
ABŞ televiziya aparıcısı yadplanetlidir? GÖZLƏRƏ DİQQƏT... - VİDEO
- ŞƏRHLƏR