Bakıda hava 15°
USD AZN
EUR AZN

Qadın.Netlilərin həyatdan qorxuları və qorxmadıqları (Son)

Qadın.Netlilərin həyatdan qorxuları və qorxmadıqları (Son)

Fatma xanım

Həyatdan qorxuram, çünki çox zalım zəmanədir, qorxuram ki övladlarımın qarşısında aciz qalam, onların istədiyini verə bilməyəm, bir də ən çox qorxduğum odur ki, övladlarımı yerbəyer edə bilməyim. Həyatdan qorxmuram, çünki Allah verdiyi bir candır alacaq bir gün.

Dr Agayeva

Mən yalnız Allahdan qorxuram, qorxuram Rəbbim məni çətin sınağa çəkər. Qorxuram bu sınağa dözə bilmərəm, səbir edə bilmərəm... Bu qorxularım yalnız itkilər və carəsiz xəstəliklərdir. Sonra qəbir əzabından qorxuram, ölümdən qorxuram... Dərinliyə gedəndə yuxularım qaçar, ona görə fikirləşməməyə çalışıram. Qorxmadıqlarım insanlardır. Düzdü deyirlər elə insandan qorxmaq lazımdır... Ancaq məndə Allaha təvəkkül boyükdür... Pis xasiyyətli, paxıl insanlardan qorxmuram, Allaha sığınıram.

Qadın.Netlilərin həyatdan qorxuları və qorxmadıqları (Son)

Realist (A-N)

Allah razı olsun sizdən. Amin. Keçək xəbərinizə... Başlığı görəndə bir an duruxdum və dərin düşüncələrə daldım. Mən nədən qorxuram və yaxud nələrdən qorxmuram... İlk əvvəl onu deyim ki, var olduğumuz bu həyat sınaq meydanıdır. Allah biz qullarına bu dünyada can bəxş edib sınaqlarla sınayır. Mükafatını isə hər iki dünyada verir. Mən Allahımdan qorxuram. Onun mərhəmətinə, sevgisinə nankorluq etməkdən qorxuram. Hər addımımda Allahımı yadıma salıram. İnsanın düşüncələri hər an dəyişikliyə məruz qalır. Bir il bundan öncəki düşüncələrimə nəzər saldıqda belə yadırğayıram. Çünki bu gün mən bir "ANA" olaraq düşünürəm. Bu adın məsuliyyətindən qorxuram. Qızıma hardasa yalnışı öyrətməkdən qorxuram. Çünki cəmiyyətimiz günü-gündən korlanır, ədəbsizlik və daha ağır məqamlar adi hala çevrilir. Uşaqlarımı bu "müasir" cəmiyyətə atmaqdan qorxuram... Hər şeyə rəğmən ana olmağın yaratdığı çətinliklərdən, şirin əziyyətlərdən zərrə qədər də qorxmuram. 

Qadın.Netlilərin həyatdan qorxuları və qorxmadıqları (Son)

Happiness lady

Həyatda hər kəsin qorxuları vardır. Mənim isə qorxum sevdiklərimlə bağlıdır, Allah heç kimi sevdiklərinin itkisi ilə imtahan etməsin, içində də məni. Anamı, atamı, qardaşımı və nişanlımı çox sevirəm, Allah onları mənim üstümdən əksik etməsin. Əvvəl nişanlımı itirməkdən çox qorxurdum, o anlar mənim həyatda ən qorxduğum anlar olub. Şükürlər olsun ki, Allah heç kimə izn vermədi bizi ayırmağa. Allahımın mənim üçün verdiyi məsləhətə şükürlər olsun. Qorxmuram ölümdən, Allahdan başqa heç kimdən qorxmuram.

Qadın.Netlilərin həyatdan qorxuları və qorxmadıqları (Son)

PrOsTa NiKa

Həyat sürprizlərlə doludur. Gələcəkdə nə olacağını bilmək olmur. Mən həyatın üzlərindən qorxuram. Sabah məni nəyin gözləyəcəyini bilmirəm. Allahdan çox qorxuram. Onun qarşısında cavab verməkdən qorxuram. Ölməkdən qorxuram. Həmişə Allahdan mənim canımı nə vaxt alacaqsa yuxumda almağını istəyirəm. Ölümü hiss etməkdən qorxuram. Əlbəttə ki ölüm həyatın qanunudur, amma ailəmi itirməkdən qorxuram. Allah anama, atama uzun ömür versin. Onları çox sevirəm. Hər zamanımda yanımda mənim dayağım olurlar. Onlar olduqda heç nədən qorxmuram. Çox gülməli olsa da qocalmaqdan qorxuram. Həmişə 30-35 yaşında qalmaq istəyirəm. Allahın hər zaman sevimli bəndəsi olmaq istəyirəm. Allah hamımızı şeytanın pis əməllərindən qorusun....

Qadın.Netlilərin həyatdan qorxuları və qorxmadıqları (Son)

Qafarova Aynur

Mövzu çox maraqlı mövzudur. Həyatda qorxduqlarım daha çoxdur. Hər bir insanın qorxduğu şeyler var. Kimisi diş həkimindən, kimisi təyyarədə uçmaqdan qorxur, mənim isə ən  çox qorxduğum varlıq hamı kimi Allahımdır. Bir də ki əzizlərimi itirməkdən çox qorxuram, artıq atamı və doğmalarımın bir çoxunu itirmişəm, bundan belə heç bir itki itirməyə gücüm belə yoxdur, bunun üçün də çox qorxuram. Amma qorxmadığım şeylər o qədər də yoxdur. Çünki gələcəyə ümidlə baxıram.

Qadın.Netlilərin həyatdan qorxuları və qorxmadıqları (Son)

♥ TƏRİŞ♡H ♥

Xəbərimdə iştirak edən bütün dostlarıma təşəkkür edirəm. Allah sizi qorxularınızla imtahan etməsin, Amin. Qorxularınıza qorxmadıqlarınızla qalib gələsiniz.

Mənimdə qorxularım bir çoxunuz kimi sevdiklərimi itirməkdir. Bilirəm hər kəs əbədi dünyadan köç edəcək. Amma bunun vaxtsız olmasını razılaşa bilmirik. Zamanla acılar keçir unudulmurlar, amma onlarsız yaşamağa öyrənirik. Kimlərdənsə təsəlli alaraq... Və bu vaxtsız heç birinizin başına gəlməsin. Amin.

Qorxuram Allahdan qorxmayanlardan. Çünki Tanrıdan qorxmayan utanmayan insandan hər şey, bütün pislikləri gözləmək olar. Vicdanı olmayanlardan qorxuram. 

Qorxmuram, çünki Allahımı sonsuz sevgi ilə sevirəm. Onun mərhəmətinə  sevgisinə layiq olmaq üçün də yaşayıram. İki üzlü olub bir dünyam üçün yox, bir üzlü olub iki dünyam üçün yaşamağa çalışıram. 

Qorxmuram, çünki ümidim var....

Səslərin sayı: 7
32
4094
loading...
Şərhlər
Offline
Terane Allahverdiyeva
Qorxuram heyatda tek qalam evladim yoxdu on dord il olacaq ki,evlenmiwik.cox qorxuram hec vaxt olmaya.fikir edib derd cekmekden ereb qocasina donmuwem.insan ne qeder her gun olub diriler.yuz yerden yaraliyam inanin.bu,meni qebr evine qeder qorxudur ki,tek qalam.Tenhaliqdan cox qorxuram.hami ozu ucundu ana ata baji,qardaw,qayin uwaqlari baji balalari.HECkes bilmir nece qocalib dunyasini deyiwecek.Agzima su verenim olmayacaq bundan daha cox deli olub collere duwmuwem.
15 may 2014 22:52
Offline
Mimi
Həyatda çox şeydən qorxuram,yazsam qısa olmayacaq.

Salam xanımlar mən saytın köhnə useriyəm.
30 aprel 2014 01:10
Offline
nermin
Tek qorxum yanimda olan insanlardi cunki hec gozlemediyim anda arxamdan vurmagi cox gozel bacarirlar TEESSUF recourse
24 aprel 2014 16:09
Offline
Ako
Qorxum Ali mektebe gire bilmemeydi...birde ozumnen qorxuram.ede bilec eylerimnen.edibde pesman olacagim seylerden cox qorxuram.insallah her zaman duz yolla gederem cray
13 aprel 2014 12:21
Offline
MÜSƏLMANKA
Fobiyabos (qorxu)) - təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s.Allahdan bawqa hecneden qorxmayin awiri qorxu ise xestelikdir bunu unutmayin
9 aprel 2014 17:14
Offline
milane sirinova
Xebere gore tesekkurlerrrrrrrrrrr
5 aprel 2014 01:27
Offline
Abdullayeva Gunay
Allah komeyiniz olsun..!!
31 mart 2014 23:18
Offline
Elvida
Men hayatda yalniz ALLAHDAN QORXURAM
31 mart 2014 14:08
Offline
♥ TƏRİŞ .H. ♥
Şərhləriniz üçün təşəkkür edirəm Xanımlar ...
.Hər birinizin duasına Amin.......
30 mart 2014 16:38
Offline
AFET
ALLAH HEC KESI QORXULARI ILE IMTAHANA CEKMESIN AMIN TESEKKURLER XEBER UCUN.
27 mart 2014 23:37
Offline
Seher Nur
Xeberi cox beyendim. Alllah haminin komeyi olsun.
27 mart 2014 13:26
Offline
AFƏR
Ne maraqli xeberdi,menim qorxularim ancaq ovladlarimdan yanadi,dushunurem birden gelecekde men olamasam nece olar,qarshilarina nece insanlar cixar,hemde ki,allaha hemishe dua edende bunu deyirem allahim ne olar ovladlarimizi heyata hazirladiqdan sonra,rahat ayaqlari ustunde durduqdan sonra al canimi,yoxsa gozum arxada gedecem ancaq qorxdugum bu ve birde cehhenem ezabidirki,allah butun gozel,xeyr emel sahiblerini,muselman baci qardashlarimizi ondan qorusun.AMIN.
27 mart 2014 13:04
Offline
ღМоя большой любовьღ(Ailəli)
Təşəkkürlər maraqlı xəbər idi, Happiness-lady, canım mənim senin yazdığın super idi, sanki mənim ürəyimdəkiləri yazdın girl_smi
26 mart 2014 21:15
Offline
qenire atasova
Men olumnen qorxmuram
26 mart 2014 10:19
Offline
toma676
Allah bizi qorxduqumuz islerle imtahan etmesin,amin
26 mart 2014 09:36
Offline
Seninle Bir Omur
Qorxmadığım ölüm, qorxduqlarım sevdiklərimi itirmək və günahlarıma verəcəyim hesab.
25 mart 2014 20:23
Offline
Flowers
Allah hər birimizə gözəl günlər nəsib etsin, Amin. girl_ten
25 mart 2014 13:26
Offline
Efsane Orucova
Heyatda sevdiklerimi itirmekden cox qorxuram.Onlara bir sey olsa yasaya bilmerem.Qardaslarim yanimda olanda ise hecneden qorxmuram.
25 mart 2014 11:58
Offline
Happiness-lady
Canim menim gozelim Allah senin sevdiklerini yaxinlarini qorusun,can saqliqi uzun omur versin her birine..Nishanlinnanda aile qurub bir omur boyu xoshbext olub yariyanlardan olasiz..Aminnnnnn

COOOOOX SAGOLUN MENIM GOZEL QELBLI MELEYIM ALLAH SIZIDE DAIM AILENIZLE BIRGE XOSBEXT VE BEXTEVER ETSIN AMIN insALLAH girl_ang
QIZLAR ALLAH SIZLERI QORXDUQLARINIZLA IMTAHAN ETMESIN girl_ang
25 mart 2014 11:42
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Qəribə
Allah komeyiniz olsun,ve qorxulari def ede bilesiniz. Allah bizleri qorxdugumuz seylerden uzaq etsin, tewekkurler gozel xeber hazirlamisiniz. give_ros girl_ang
25 mart 2014 02:36
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )