Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

 

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?


Bütün qadınlar mükəmməl bədənə sahib olmaq istəyirlər. Problemli zonalardan biri də ombalar olur – axı ən çox (əksər hallarda) məhz orada ilk növbədə artıq kiloqramlar və sellülit təzahürləri gözə çarpır.

 

Amma hər şey elə də qorxulu deyil, "portağal qabığından" qaçmaq üçün, rasiondan sellülitin yaranmasına səbəb olan bəzi məhsulları çıxarmaq kifayətdir. Hansı məhsulları?

Kofein

Əksəriyyətimiz səhəri qəhvəylə başlayırıq, çoxlarını isə bu dadlı, gümrahlandırıcı içki bütün gün ərzində "müşayiət edir". Problem ondadır ki, qəhvəni gün ərzində 1 fincandan artıq istifadə etdikdə qan dövranını aşağı salır, bu da piylənməyə səbəb olur. Kofeini yalnız kiçik dozalarda istifadə etmək əlverişlidir ki, qan dövranına və metobolizmə müsbət təsir etsin. Əgər siz sellülitlə mübarizə aparmaq istəyirsinizsə, qəhvədən tam imtina edib, onu təbii çaylarla əvəz edin.

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

Şəkər

80 q şəkər qəbul etmək kifayətdir ki, qadın orqanizmində azad radikalların sayı demək olar ki, bir yarım dəfə böyüsün. Buna görə arteriyaların və damarların divarları öz elastikliyini itirir, qan dövranı ilə sellülit əmələ gəlməyə başlayır. Bundan başqa, şəkər istəyini gücləndirir, məhz bu maddənin bolluğu "portağal qabığı" effektinə təsir edir.

Alkoqol

Əgər siz sellülitin "xoşbəxt sahibəsi" olmaq istəmirsinizsə, unutmayın: alkoqolun cəmi bir qədəhi kifayətdir ki, qanda yağların miqdarı artsın və qan dövranı yavaşısın. Bundan başqa, spirtli içkilər orqanizmdə estrogenin səviyyəsini artırır və vitaminləri mənimsəməkdən məhrum edir. Buna görə əgər siz sellülitdən qurtulmağa qərar verdinizsə, pivə, şərab, viski və başqa spirtli içkilərdən sui-istifadə etmək lazım deyil.

Buğda unu tərkibli məhsullar

Lektin – orqanizm üçün zəhərli olan təbii mənşəli maddədir. O, buğdada olur və qida allergiyasını yarada bilər. Əgər siz sellülitin yaranmasını istəmirsizsə, tərkibində buğda unu olan məhsullardan çəkinməlisiz. Xatırlayın ki, indi onu çox məhsullara əlavə edirlər – məsələn, souslar, sosiskalar, bulyon kubları və sair.

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

Təmizlənmiş karbohidratlar

Yarmalar, çörək, makaronlar – karbohidratların mənbəyi olan bu məhsullar, şəkərin səviyyəsini və orqanizmdə qlükozanı artırırlar. Həmçinin bu məhsullar insulinə həssaslığı azalda bilər və yağların yığılmasına səbəb olur. Əgər siz gözəl qamətli olmağa çalışırsınızsa, rasionunuzda belə qidaların miqdarını aşağı salmalısız. 

Sellülitin yaranmasına səbəb olan 10 məhsul

Sellülitin əmələ gəlməsindən qorunmaq üçün və ya onun təzahürlərini azaltmaq üçün, rasionunuzdan bu məhsulları çıxarmaq lazımdır:

1. şokolad

2. vetçina

3. mayonez

4. kolbasa

5. duz

6. konfetlər

7. yağlı ət

8. banan

9. pivə

10. çörək-bulka məmulatları

 

Hansı məhsullar sellülitin yaranmasına səbəb olur?

Sellülitə qalib gələn 13 məhsul

Bu məhsullar sizə "portağal qabığı"nın yaranmasının qarşısını almağa kömək edəcək:

1. badam (həftədə iki dəfə istifadə etmək lazımdır)

2. soyutma yumurtalar (qızartmaları rasiondan çıxarmaq lazımdır)

3. təzə cəfəri

4. qreypfrut və başqa sitrus meyvələr

5. ananas (150 q, həftədə ən çox 3 dəfə)

6. kök (istənilən növdə və miqdarda)

7. yağsız süd məhsulları

8. balıq

9. şəkərsiz müsli (30 q həftədə iki dəfə)

10. qabıqlı paxla

11. kələm – brüssel, ağ, brokkoli, rəngli

12. bolqar istiotu (ən çox həftədə 300 q)

13. təmizlənmiş içməli su

Qidalanmanın bu rasionuna riayət edərək sellülitlə mübarizə apara bilərsiniz.

Səslərin sayı: 11
44
8231
loading...
Şərhlər
Offline
Mələksima
Makaron verməşil çox sevirəm onlardan atkaz edə bilmərəm.
19 yanvar 2016 20:55
Offline
Nermin_Guler
Bu məhsullar sizə "portağal qabığı"nın yaranmasının qarşısını almağa kömək edəcək:
1. badam (həftədə iki dəfə istifadə etmək lazımdır)
2. soyutma yumurtalar (qızartmaları rasiondan çıxarmaq lazımdır)
3. təzə cəfəri
4. qreypfrut və başqa sitrus meyvələr
5. ananas (150 q, həftədə ən çox 3 dəfə)
6. kök (istənilən növdə və miqdarda)
7. yağsız süd məhsulları
18 yanvar 2016 19:12
Offline
Suzanna
Ən sevdiyimiz məhsullar selulit yaradır. crazy
18 yanvar 2016 17:31
Offline
איסון ממדוב.
1. şokolad
2. vetçina
3. mayonez
4. kolbasa
5. duz
6. konfetlər
7. yağlı ət
8. banan
9. pivə
10. çörək-bulka məmulatları

Piveni cixmaq serti ile hamisi cox sevdiyim mehsullardi dash
16 noyabr 2014 08:22
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aytac Mammedova
Naile Ehmedli,
Sağolun canım,təşəkkürlər
15 yanvar 2014 20:22
Offline
Naile Ehmedli
allah sizden razı olsun.
15 yanvar 2014 14:21
Offline
mira-kerim
son vaxtlar bir balaca kilo almişam...deməkki banandandir... girl_cray
24 noyabr 2013 14:40
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
ANAWKA
faydali meslehetdir good
23 noyabr 2013 01:48
Offline
xanim. nazli
faydali melumatlardi. tesekkur edirem
blum
22 noyabr 2013 23:40
Offline
Aysun Memmedova
1. badam (həftədə iki dəfə istifadə etmək lazımdır)

2. soyutma yumurtalar (qızartmaları rasiondan çıxarmaq lazımdır)

3. təzə cəfəri

4. qreypfrut və başqa sitrus meyvələr

5. ananas (150 q, həftədə ən çox 3 dəfə)

6. kök (istənilən növdə və miqdarda)

7. yağsız süd məhsulları

8. balıq

9. şəkərsiz müsli (30 q həftədə iki dəfə)

10. qabıqlı paxla

11. kələm – brüssel, ağ, brokkoli, rəngli

12. bolqar istiotu (ən çox həftədə 300 q)

13. təmizlənmiş içməli su


BUNLARIN HAMSINI EDIREM XEBER UCUN COX TESEKKUR EDIREM
21 noyabr 2013 21:36
Offline
S U S E N _BACI
SALAM MELUMATIN UCUN COX SAGOL amma ele seyler varki ele lezzetlidi
YEMESEN OLMUR
21 noyabr 2013 16:03
Offline
Aytac Mammedova
Mehrim bacım selilüt başqa səbəblərdəndə yarana bilər ama bildiyim,kitsblardan oxuduğum bunlardı,istədim bildiklərimi içimdə saxlamayım,mən yazıb sizə çatdırıram istəyən inanan etsin xeyrin görsün,mənimdə bir az problemim var ama tənbəllik edirəm,şərhlərə görə hamıya give_ros
16 noyabr 2013 15:33
Offline
Mehrim_
xebere gore tesekkurler ama bi heqiqet gormedim bu yazida bunlari yemeyib basqa sey yesende yene yaranacaq cunki indi hec kim duzgun qidalanmir satilan erzaq mehsullarinin terkibinde kim bilir neler var hamisi insan orqanizmini pozan omru azaltan seylerdi tebii temiz erzaq yoxdu indi seher yerlerinde qetiyyen yoxdu ona gorede caniniza zulm elemeyin
16 noyabr 2013 12:53
Offline
Qəribə
deyerli xebere gore cox sagolun give_ros
16 noyabr 2013 11:01
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aytac Mammedova
insanlıq adlı olan şəxs sənə kimsə nəsə yemə deyir,bəzilərinə selulitçin mübarizə aparır,onlar üçündü bu məsləhətlər,əgər olmaz yemə deyilirsə yemədə,yeyib ölməkdənsə yemədə məcburdu...
Tutaqki biri şəkər xəstəsidi məsləhət verilir şirni yemə,allahın neməti di deyib ye,sonra uzan öl,sadəcə şərh yazsan yetərdi
15 noyabr 2013 08:51
Offline
insanliq
EEEEEEEEE butun yeyeceklerin haqqinda gunde her sey deyirler,bunu yeme onu ye,teki derdimiz selulit olsun,qurban oldugum ALLAHin verdiyi butun nemetleri yemek lazimdi,yasamaqcun,cavan qalmaqcun esebden uzaq olasan,deyib-gulesen,hecneyi ozune derd etmeyesen,bunu da hami bacarmir,bacaran eline keceni yeyirde,yasayirda,cavan da qalir
14 noyabr 2013 20:19
Offline
Nigar
deyerli xebere gore cox sagolun
14 noyabr 2013 20:02
imza: Allahın cümləmizə yar olsun amin
Offline
lala
Adi cekilenlerin icinde birde duz istifade edirem her gun bide herden bir moyanez salatda.skalatdan ,konfetden imtina etmishem ))
14 noyabr 2013 18:31
Offline
Ayka S
Fatma xanım,
maşallah Fatma xanim
ele mendede yoxdu niye bilmirem
xeber uxcunse give_ros
14 noyabr 2013 00:54
Offline
Fatma xanım
selülit yardanlardan çox istifadə etmirəm ama yenədə ondan məndə çoxdu
14 noyabr 2013 00:53
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır