Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

"Nəsib və tale"

"Nəsib və tale"

Allahın insana bəxş etdiyi ən gözəl nemətlərdən olan - cansağlığı. Sağlam fiziki, zehni və əqli inkişafla yanaşı, bizim doğulduğumuz, boya-başa çatdığımız ailəmiz də var! Bəli, biz doğulacağımız, boya-başa çatdığımız ailəni seçmək imkanında olmuruq! Ata-anasızlar, doğum evinə atılanlar - valideynləri olanlara, valideynlərindən birini itirənlər - iki valideyni də olanlara, iki valideyni də olanlar isə - valideynləri daha qayğıkeş olanlara həsəd aparır... Amma heç də insanın tam səadəti onun boya-başa çatdığı ailəsindən asılı olmur... Yeni bir ailə sahibi olana qədər insan daim ailə, sevği, hüzur axtarışında olur...
Qadın - onu sevəcək, himayə edəcək, qoruyacaq, nazını çəkəcək, təmin edəcək, daim arxalana bildiyi, anlayışlı, romantik bir kişi, həyat yoldaşı arzusunda, axtarışında olur... Hər qadının arzusu nisbətən özünə yaraşan xarici ğörkəmli, əsasən əzmli, amma nəvazişli və incəliyi də olan bir sevgili kişidir... Amma bütün cəhətləri kamil insan demək olar ki, yoxdur!
Kişilər də adətən ğözəl, özünə diqqətcil, ismətli, daha yaxşı ailədə tərbiyə görən, sevgili, özlərini də sevən və s. həyat yoldaşı - qadın arzusu və axtarışında olurlar...
Hər iki tərəfin axtardığı ilə qane olduğu heç də həmişə eyni olmur bəzən...

Samirənin Allah verdiyi sağlamlıqda, gözəllikdə, ağıl və insani keyfiyyətlərdə heç bir qüsuru yox idi. Allahın sevərək xəlq etdiyi, sevgili qullarından idi... Amma bir sınaq idi, ya bir alın yazısı, qədər - doğulduğu ailə heç də belə mələk kimi övlada uyğun deyildi. Atası Hikmət kişi daim içki içən, gündüzlər çalışıb ailəsini bir babat keçindirəcək pul qazanıb, axşamlar daim evə içkili gələn bir pinəçi idi. Anası Solmaz xanım imkansızlıqdan baxımsız halda olan, daim zəhməti ilə, alın təri ilə ailəsinə halal ruzi gətirən, amma daim söyüşcül, deyingən, həyatından narazı bir ev qulluqçusu idi...
Samirəni dünyaya gətirmək də istəmirdilər. Bilsəydilər ilk övladları qız olacaq, yəqin ki, indi Samirə də olmayacaqdı, bu hadisələr də...
Altıncı sinifə qədər daim dərsdən evə tələsər, kiçik işlərdə anasına yardımçı olardı. Amma altıncı sinifdən sonra dolanışıqları ucbatından daha çox çalışmalı oldu. Pırtlaşıq saçları, daim kirli üzü belə iri ala gözlü, çox gözəl simalı bu kiçik məleykənin huritək camalını ört-basdır edə bilməzdi...
Məhlədə hamı kiçik məleykədən pıçıldaşardı. Pinəçi Hikmət və qulluqçu Solmaza Allahın bəxş etdiyi bir hurinin - Samirənin hələ kiçik yaşdan adı dillər əzbəri olmuşdu....

"Nəsib və tale"

On üç yaşı tamam olanda Samirə namaz qılmağa, ibadətə başladı. Atasının daim içki içməsinin namazlarını batil edəcəyindən nigaran olsa da, sonradan bunun ona maneə olmadığını, namaz qılmaması üçün bir səbəb olmadığını dəqiqləşdirdi. İndi özünə baxar, daim təmizliyə riayət edər, hicabla gəzərdi. Məktəbdə hicaba icazə verilmədiyindən, örtüyünü çarəsiz açan qız, məktəbi yarımçıq da qoymaq istəmirdi. Amma hicabla təhsil ala biləcəyi bir məktəb də yox idi...

Allah sevgisi ilə namaza başlayıb, geyiminə diqqət yeirdikdən sonra onun gözəlliyinin, gözəl üzü ilə yanaşı, gözəl xislətinin də tərifi aləmə yayıldı. İndi məhlədə bu qıza baxmaq üçün gələn oğlanların sayı artmışdı. Namaz qılan oğlanların anaları da bu məhlədə tez-tez görünərdilər. Yaxşı və pis daim vəhdətdədir, pis gözlə bu qızı aldatmaq eşqi ilə bura gələn oğlanlar da var idi...
Allahın sevgili quluna daha bir ənamı Sərxan oldu. Atasını vaxtsız itirmiş, qeyrəti, isməti ilə yanaşı qüvvəti ilə də məhlədə hörmətli olan Sərxana bacısı bu qız haqda danışmışdı. Sərxan ilk olaraq bu qıza sadəcə hamilik etmək, onu pis gözlü əclaflardan qorumaq üçün laqeyd qalmadı. Samirənin arxasınca düşən “çaqqallar” cüdo ustası olan, çox sərt xasiyyətli, şəhərdə çox hörmətli Sərxanın qorxusundan, yalançı sevdalarından vaz keçməli oldular.....
Amma Sərxan qızın arxasınca gedib-gəldiyi vaxt, şəhərin zəngin ailələrindən olan, ibadəti, şücaəti ilə, isməti və tərbiyəsi ilə hörmət qazanan Rəsul adlı birinin də qızı güddüyünü sezmişdi...
Rəsulla cümə namazlarından tanış idi. Zəngin olduğu qədər sadə, xeyriyyəçi insan idi Rəsul. Sərxan Rəsulun bu qızı sevdiyini biləndə geri çəkilməli oldu. Hələ bu qıza heç nə deməmiş, onu uzaqdan-uzağa seyr etmişdi. Amma ürəyində gızli eşqi vardı... Bu eşqi elə içindəcə söndürmək qərarına gəldi...

Samirə həm Rəsulun, həm də Sərxanın onu təqib etdiyini, aralarındakı kiçik mübahisəni rəfiqələrindən eşitmişdi. Rəsul onların ailəsinə heç cür uyğun biri deyildi. Düzdür, çox yaraşıqlı, qızların çoxunun arzuladığı bir oğlan olsa da, Rəsulun ailəsini öz ailəsi ilə heç cür uyuşdura bilmirdi Samirə...
Atasını vaxtsız itirən, kiçik bir evdə anası və bacısı ilə qalan Sərxan çox yaraşıqlı olmasa da sevimli idi. Samirə ona gözucu baxsa da, bu oğlanın çox ismətli və ləyaqətli biri olduğunu dərk etmiş, onu sevmişdi...

"Nəsib və tale"

Rəsul öz ailəsini bu kasıb ailəyə elçi saldı. Anası Məryəm xanım əsl ibadət əhli idi. O oğlunun kasıb da olsa, ismətli qız seçdiyinə şad idi. Ərini də razı salmışdı. Çox qəribə də olsa, bu zəngin ailə Samirəyə görə onun kasıb ailəsini də qəbul etməyə hazır idilər. Özü də səmimi qəlbdən...
Elçilik xəbəri Samirəni çaşdırdı. Yaşı az olsa da, dərrakəsi iti, əqli kamil, ibadəti yetişkin olan bu qız bilmədi nə etsin. Anası qızının hələ kiçik olduğunu bəhanə edib, hələ bir söz vermədi...
Beləcə bir il ötdü... Amma Rəsul və ailəsi əl çəkmədilər. Qız on beş yaşına çatmamış nişanı və kəbini kəsmək istəyirdilər. Bu arada Sərxandan səs-səmir yox idi...
Sərxanın Samirəyə sevgisi olsa da, Rəsulun ciddiyəti və qarşılıqlı hörmətləri ucbatından Sərxan Samirə sevdasından vaz keçməli olmuşdu. Samirə isə Sərxanın fikirlərini bilmirdi. Məsum qız dərdini necə və kimə anlatacağını da bilmirdi. Nəhayət, ona namazı öyrədən, daim ağıllı yol göstərən müəlliməsi Fatma xaladan nəsihət istədi. Fatma xala da bu məsələni eşidəndə duruxdu. Hələ Sərxanın niyyətini bilmirdi, amma səbrin hər xeyirli qapının açarı olduğunu da bilirdi....Samirəyə də səbrli olmağı tövsiyyə etdi...
Fatma xala əl altından Sərxanın anası və bacısından onun Samirəyə qarşı niyyətini araşdırmaq istədi. Amma fayda olmadı. Axırda açıq söhbət etməli oldu. Sərxanın kiçik bacısı Nərmin də namaz qılardı. Daim din kitabları üçün Fatma xalaya üz tutardı. Bu barədə Fatma xalaya yalan demədi. Sərxanın yalnız bacısına dediyi sirrləri Fatma xala da Samirəyə çatdırdı. İndi qız lap çaşıb qalmışdı. Rəsulu sevmədiyinə əmin idi. Amma Rəsul da elə-belə "yox" deyiləsi oğlan da deyildi. Samirəgilin ailəsinin qapısına gələn qismətə ”yox” deməsi, Sərxanın da olara elçi göndərməsi lazım idi...
Beləcə, Sərxan bacısından eşitdiyi xəbərdən sevincini gizləyə bilmədi. Samirənin ilk baxışdan onu sevməsi, onu seçməsi xəbərindən qanadı olsa quş kimi uçardı yəqin...

Sərxangilin ailəsi pinəçi Hikmət və qulluqçu Solmazın halal süd əmmiş qızlarına, Samirəyə elçi düşdülər...

Ailəsi - qisməti, Rəsul və Sərxan isə nəsibi idi, taleyini isə Samirə özü seçməyə qərarlı idi... O həyatının qalan hissəsini Sərxanla birgə, kasıb da olsa bəxtəvər olacağına ümidlə həm ağlının, həm də qəlbinin hökmünü verdi...

P.S. Dəyişə bilmədiyin qədər - yaranışın, ölümün; seçə bildiyin - nəsib; yaşayacağın - bir taleyin var!

Səslərin sayı: 8
35
5578
loading...
Şərhlər
Offline
aydan hesenova
maraqliydi tewekkurler. duzdu samire serxani secdi. qelbini dinledi.ama indi gerek agilnan iw goresen. resulu da sece bilerdi. QISMET!!!
23 dekabr 2013 23:59
Offline
SR (Nişanlı)
Cox gozel movzudur Allah razi olsun senden
23 dekabr 2013 13:18
Offline
damla
maraqli hekayedir kas hami bele sevdiyine qousa
23 dekabr 2013 08:52
Offline
L...E
Cox gozel xeberdi ALLAH RAZI OLSUN good superr
23 dekabr 2013 02:14
Offline
LƏMAN BAYRAMOVA
Maraqlı hekayə idi. Təşəkkürlər. Amma Sərxan bir az aciz gəldi mənə. Sanki bir az da Rəsulun duyğularıyla oynadılar. Başda Samirəni sevdiyini bildirib cavabını alsaydı heç yazıq Rəsulu da bu qədər ümidləndirməzdilər. Amma Samirə ən doğru olan qərarı verdi. Sevdiyinlə yerdə oturub yediyin bir tikə quru çörək belə sevmədiyin birisi ilə bahalı bir restoranda şam yeməyindən daha daha ləzzətlidir. kiss
23 dekabr 2013 02:07
Offline
Aysel İ.
Çox maraqlı mövzudur. Maddiyyat və xarici görkəm gəlib gedəndir. İnsanı gərək xasiyyətinə, namus və qeyrətinə görə qiymətləndirəsən. Mən inanıram ki, insana xasiyyətinə görə önəm verənlər heç vaxt peşiman olmayıblar.Təşəkkür edirəm, Elnur bəy.
23 dekabr 2013 01:21
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥Çalıkuşu ♥
Allah her kese halal biri ile aile qurmagi nesib etsin
23 dekabr 2013 01:11
Offline
leman
Çox maraqlı və tərbiyəvi xarakterli bir yazıdır,sonluğu əla bitir,təşəkkürlər
23 dekabr 2013 00:22
Offline
Inci mirzezade
Coox maraqla oxudum.Qurtarmagini istemirdim.Cox sag olun.Tesekkurler.Ozume cox seyler goturdum.
22 dekabr 2013 23:43
Offline
Ellada Babayeva
Maraqla oxudum..Bu olmuş bir əhvalatdı? Oxuyanda maraqlı idi axrı Samirə kimlə ailə quracaq.Yaxşıkı Sərxan oldu..Çox sağ olun. i_am_so_
22 dekabr 2013 23:41
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Alina
Şükr Rəbbim sənin lütfünə.Sevən nə olurda olsun sevdasından vaz keçməməlidir.Onun uğrunda mübarizə aparmalıdır.Sonunda qovuşmaq varsa təbiiki give_hea .
Bu hekayə çox xoşuma gəldi.Təxəyyülünüzün məhsulu olan bir hekayə necə də gözəl alınıb.Məncə kitabınız olmalıdır sizin.Çünki yazdığınız şeirlər,hekayələr ustadlıqla yazılıb. smile
Əməyinizə Təşəkkürlər give_ros
22 dekabr 2013 23:41
Offline
aygul,alizade
Cox maraqli movzudur.Maraqlidir ardi olacaq?
22 dekabr 2013 23:28
Offline
Gulum
Maraqli ve terbiyyevi bir yazidir cox beyendim teşekkürler sizə,
22 dekabr 2013 21:21
Offline
yagmur atasoy
Cok guzel bir hikaye.cok beyendim.bende sevgimi secerdim.ALLAH herkese guzel bir aile ve hakiki sevgi nasib etsin.INSALLAH.
22 dekabr 2013 21:20
Offline
Fatma xanım
Əlbətdə bu bir taledi Allah bütün düz yolda olan övladların hamısını xöşbəxt eləsin
Rəsul kimi oğlanlarada haladı ki pula görə , cızığından çıxmırlar
22 dekabr 2013 19:00
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ayla
Maraqla oxudum trşekkürler.
22 dekabr 2013 17:57
Offline
sadka huseynova
İsan haqqinda neyin xeyir neyin ziyan olduguna bezen ozu duzgun qerar vere bilmir..
22 dekabr 2013 17:45
Offline
APENAS
Movzunu bashdan sonacan diqqetle oxudum, chox amma chox maraqli movzu idi. Hekayeni sona chatmamish ele bildim ki Samire Serxani sececek love hekayenin axirinda Samire Serxani sechdiyi uchun de chox sevindim. Indi eses madiyyat deyil Halal, Saf sevgi, Namuslu insandir. ALLAH maddiyyata onem vermeyen butun qizlarin qarshisindan Serxan kimi insan chixartsin inshAllah Amin. Minnetdaram size Chox gozel movzu uchun give_ros
22 dekabr 2013 17:09
Offline
HUSNA
Maraqla oxudum,Samirenin Serxani secdiyine cox sevindim. girl_ten
22 dekabr 2013 16:52
Offline
nigar
Maraqli movzu idi cox maraqla oxudum. Duzduki vardan cox insanin daxilidi.Her kesin oz fikri var ,Men olsaydim Resulu secerdim daxili de gozeldi xaricide gozeldi vari da var. Her ana qizini ele oglana vermek isteyer.Her qizada ele oglan isteyer/Amma Samire Serxani secdi.
22 dekabr 2013 15:40
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!