Bakıda hava 26°
USD 1.7000 AZN
EUR 1.9478 AZN

İşin, yoxsa mənəviyyatın?

 

İşin, yoxsa mənəviyyatın?

 

Peşə psixologiyası ilə yaşamaq insana heç də xoşbəxtlik gətirmir. Bu psixogiyadan qurtulmaq lazımdır. Çünki bu, insanların həyatda itirənlərdən olmasına səbəb olur.

Düşüncələr fərqli ola bilər, xarakterlər də həmçinin. Lakin hədəflər hər zaman eynidir və ya oxşardır. Yaşadığımız cəmiyyətdə hər xarakterdə, hər düşüncədə insana rast gəlmək olur. Bu insanların hədəfləri isə demək olar ki, eynidir: yaxşı ali təhsil, karyera, gözəl ailə həyatı, özünə cəmiyyət içində hörmət qazanmaq və s. Bunların hər biri çox gözəl hədəflərdir. Lakin yanlış olan odur ki, insanların bu hədəfləri onların psixologiyalarının mənfi mənada formalaşmasına təsir edir. Məsələn, hədəfləri gözəl ailə həyatı qurmaq olan insanlar həddindən artıq həssas psixologiyada olurlar. Ya da karyera hədəfində olanlar qəribə peşə psixologiyasını mənimsəyirlər. Elə bu yazımda da peşə psixologiyasından bəhs etmək istəyirəm. Əlbəttə ki, karyera hədəfində olan bütün insanlara burda yazdıqlarım aid deyil. Amma bəzi insanlar var ki, iş həyatları, peşələri ilə şəxsiyyət qazanacaqlarını zənn edirlər. Elə buna görə də sahib olduqları peşələrinə uyğun xarakterləri mənimsəyirlər. Yəni ki, peşələrinə uyğun obrazlara bürünürlər. Hər zamanki rəftarlarını iş yerində göstərmirlər.

Bu insanların başqalarına verdikləri dəyər də elə peşə ilə və ya işlədikləri müəssisə ilə ölçülür. Bir insanla tanış olandan sonra 10 dəqiqə içində mövzü hərlənib-fırlanıb ya onun, ya da atasının işinə gəlir. Çünki bunun öyrənilməsi qarşı tərəfə dəyər vermə baxımından çox vacibdir. Bir insanı adam yerinə qoyub qoymamağın ölçüsü karyerası, işindəki qazancı və ya mövqeyinin yüksəkliyidir. Məsələn, maaşları 1000-3000 manat arası dəyişən insanlar cəmiyyətin ən hörmətliləri olurlar. Fərqli peşələrdən olan insanlar bir məclisə yığışanda hər kəs öz peşəsinin ən yaxşı olduğunu reklam etməyə, digərlərinin isə daha az vacib olduğuna eyham vurmağa çalışır. Maraqlıdır ki, hər peşənin də özünə xas fərqli psixologiyası vardır. Məsələn, həkimləri nümunə gətirək. Tibb fakültəsnə qəbul  olduqları vaxtdan etibarən hər kəsin həyatının onların əlində olduğu və etdiklərinin ən müqəddəs iş olduğu təlqinləriylə yoğrulur və bu psixologiyanı ömürlərinin sonuna qədər yaşayırlar. Əlbəttə ki, bir həkimin xəstəni müalicə edib sağaltmaq və ölüm təhlükəsi olan şəxsi xilas etmək üçün göstərdiyi cəhd çox gözəl və təqdir ediləcək bir davranışdır. Amma özlərini müqəddəs görmələri nə qədər doğrudur ki? İnsanlara həyat verən, xəstələndə şəfa verən məgər onlardır? Xəstə birinin sağalması üçün həkim sadəcə vəsilə ola bilər. Hələ hüquqşünasları demirəm. Hüquq fakültəsini bitirəndən özlərini ədalətin dirəkləri, insanların ən ağıllıları, ən diqqətcilləri, mühakimə, qiymətləndirmə qabiliyyətləri ən güclü olan, hadisələri ən doğru analiz edib həll edə bilən insanlar olaraq görürlər. Zənn edirlər ki, şəxsiyyətdirlər, çünki hüquqşünas kimi ali peşəyə sahibdirlər. Mühəndislər isə gündəlik həyatda qarşılaşdığımız hər şeyin öz məsləklərinin məhsulu olduğuna görə öz yerlərinin, mövqelərinin çox müstəsna olduğu qənaətindədirlər. Ticarət və bizneslə məşğul olanlar da özlərini sosial və iqtisadi həyatın onurğası hesab edirlər.  Bunların hər biri öz peşəsi olmasaydı, insanların necə çətin vəziyyətdə olacağını, hətta həyatlarını belə davam etdirə bilməyəcəklərini, özlərinin nə qədər vacib, mühüm insanlar olduqlarını hər fürsətdə gündəmə gətirirlər. Əlbəttə ki, yaşadığı cəmiyyət üçün hər kəsin özünə görə xidməti olar. Amma bəyənilməyən xüsusiyyət bu insanların eqoistlik göstərərək özlərinin önəmli olduqlarını dilə gətirmələridir.

İşin, yoxsa mənəviyyatın?

Bu insanlar şəxsiyyət və xarakterlərini məsləklərinin təlqin etdiyi bu liderlik, müqəddəslik, müstəsnalıq, fərqlilik duyğusunun gətirdiyi təkəbbür, eqoizm, özündənrazılıq kimi psixoloji zəifliklər üzərində qururlar. Buna görə də onlar öz peşələri mövzusunda çox həssas olurlar. Peşəsinə qarşı deyilən hər sözü özünə qarşı deyilmiş olaraq qəbul edir və peşəsini namusu kimi qoruyur, müdafiə edirlər.

Ali təhsili olmayan, daha çox fiziki xüsusiyyətlərə və ya təcrübəyə əsaslanan, dədə-babadan qalma məlumat və bacarıqla bağlı işlərin də özünə xas psixologiyası vardır. Məsələn, dərzilər, satıcılar və ya taksi sürücüləri özlərini tərifləyərək yüksək fikirdə olmurlar. Onlar özlərini başqalarından əskik, aşağı hesab edir, əsəbi, kompleksli, bəsit və ya aqressiv rəftarlar göstərirlər. Amma əlbəttə bu saydığım xüsusiyyətlər bütün həkimlərə, mühəndislərə, ticarətçilərə, satıcılara və ya digər peşə sahiblərininni hamısına aid deyil. Sadəcə olaraq çoxlarının düşüncə sistemi məhz təsvir etdiyim şəkildədir.

Şəxsiyyət anlayışı peşə kimi kiçik kriteriyalar üzərində qurulmamalıdır. İnsanlar çox gəlir gətirən, hörmət gətirən peşələrinə görə öyünməməli və ya əksinə az gəlir gətirən, çox təqdir edilməyən peşələrə görə özlərini əzik, zəif görməməlidirlər. Çünki şəxsiyyətin ölçüləri heç də bunlar deyil. Əsl şəxsiyyət insanın ruhundan gəlir. İnsanın keyfiyyətli, əsalətli, xoşgörüşlü olması onu şəxsiyyət edər. Peşə kimi maddi dəyərlər deyil.

Peşə psixologiyasına görə iş yerində göstərilməli olan rəftarların özülünü “güclü istək” duyğusu təşkil edir. Pul qazanmaq istəyi, lider olmaq istəyi, şöhrət qazanmaq, tanınmaq istəyi. Ən əsası isə bunlar cəmiyyətdə çoxları tərəfindən yaxşı qarşılanır. Buna görə də iş yerindəki bütün danışıqlar, hərəkətlər pul və mövqe əldə etməklə bağlıdır. İşçilərin yerləri və vəzifələri də məlumdur. Hər kəs öz mövqeyinin qəlibinə girir. “Çox məşğul abu-havası, əsəbi hərəkətlər, gərgin üz ifadəsi, tələskən göstərmək ümumi rəftar olaraq işləyənlərin bir çoxuna hakimdir. Rəislər iş yerinin sahibi, maaşları verən və ya yönləndirən şəxs olmağın verdiyi rahatlıq hissi ilə istədiyi kimi danışa bilər, istədiyi şəxsə istədiyi rəftarı göstərə bilər. Qışqıra bilər. Təhqir edə bilər. Qarşısındakı insanı alçalda bilər. Amma bu rəftarlar özünə qarşı edilməməlidir. Çünki o rəisdir, özünə qarşı hədsiz hörmət gözləyər.  Rəis olduğu üçün hər zaman məsləhət verə bilər, amma işçilərin məsləhətini nəinki dinləməz, hətta onları belə “çirkin cəsarət” göstərdiklərinə görə işdən də qovar. İşçilərə “sən” deyə müraciət edər, amma ona “siz” deyə müraciət etməyən işçinin mədəniyyətsiz olduğunu düşünər.

İşin, yoxsa mənəviyyatın?

İş yerindəki adi söhbətlərdə belə iş kəlmələri istifadə edilər. Məsələn, xarici dili müəllimləri dərsdə şagirdlərlə heç bu dildə danışmazlar, amma öz həmkarları ilə başqa müəllimlərə başqa dili öz ana dili kimi bildiyini reklam etmək üçün xarici dildə söhbət edərlər. Bu insanların “telefonu tutma tərzləri” də vardır. Bahalılığını nümayiş etmək, markasını reklam etmək üçün belə edirlər adətən.  İşçilər arasında bir-birinin işini bəyənməmək, davamlı başqalarıın səhvlərin düzəldib çoxbilmişlik etmək də geniş yayılıb. İşdə ən geniş yayılmış rəftar pozuqluğu isə dedi-qodu, qiybət etməkdir. Ən böyük dedi-qodu hədəfi adətən rəislər olurlar. Üzə qarşı hər zaman gülərüz, mehriban, rəisindən çox razı qalan işçilər arxaca xeyli dedi-qodu edirlər. Öz aralarında yenə elədirlər. Təzə gələn işçilərə hər kəs təzyiq edir, davamlı bu şəxsin səhvləri axtarılır, səmimi şəkildə səhvini düzəltmək istəyi altında xətalar təzə işçinin üzünə vurulur. Köhnə işçilər təzə işçilərə yerli-yersiz ağıl verir, bununla özlərinin üstün olduğunu qabartmaq istəyirlər. Niyyət təbii ki səhv düzəltmək, qarşı tərəfi öyrətmək  deyil, özünü çoxbilmiş göstərmək və ya qarşı tərəfi əzməkdir.

Mağaza və marketlərdəki işçilərin hərəkətləri də çox qəribədir. Gələn müştərinin maddi vəziyyətinin yaxşı olmadığını hiss etsələr, soyuq-soyuq, gecikdirərək müştəriyə cavab verir, hələ müştərinin əşyanı almayacağını hiss edəndə dərhal kobudlaşır, üzünə baxmamağa, yanındakı yoldaşları ilə danışmağa, çölə baxmağa başlayırlar. Sərt cavablar verirlər. Müştəriyə onun vaxtını aldığını hiss etdirirlər. Ümumiyyətlə, belə iş yerlərində vaxt boş-mənasız, məqsədsiz dialoqlarla, vitrin şüşəsindən çölə baxmaqla, mağazanın güzgülərində özünə baxmaqla keçir.

Rəsmi iş müəssisələrində isə daha standart, qəlibləşmiş ruh halı mövcuddur. Belə yerlərdə əsəbilik və gərgin abu-hava hər kəs tərəfindən normal qəbul edilir. İşləyənlərin əksəriyyəti çox təkəbbürlü olurlar. Axı onlar rəsmi dairədə işləyən “önəmli insanlardır”. Amma eyni zamanda əzik olurlar. Özlərindən yüksək bildiklərinin yanında əzik, öz sözlərini keçirdə bildikləri yerdə isə təkəbbür göstərirlər. Yanlarında davamlı çayla dolub boşalan stəkanlar, siqaret dumanı, işçilərin öz aralarında danışdığı dolanışıq çətinliyi, ailəvi məsələlər və s. öyrəşilmiş məzərələrdir. Rəsmi dairəyə gələn kasıb görkəmli insanları qəbul edən məmurlar çox kobud, təkəbbürlü rəftar edirlər. Amma zəngin görkəmli insan gələndə üzlərində süni təbəssümlə, saxta hörmətlə bu insanları yola salırlar.

İşin, yoxsa mənəviyyatın?

Bu insanların ən pis xüsusiyyətlərini yekun olaraq sizlərə təqdim edirəm. Açıq rüşvət almaq qadağandır! Amma hədiyyə adı altında rüşvət almaq sərbəstdir! Adam öldürmək böyük günahdır! Biri ölərkən “bəlaya düşməmək” üçün görməzlikdən gəlmək ağıllı hərəkətdir! Bir insanın üzünə qarşı təhqir etmək, söymək ayıbdır! Arxasınca danışmaq, qiybət etmək isə normaldır! Öz iş yoldaşına səs tonunu qaldırıb ona etiraz edə bilərsən! Amma müdirə belə “hörmətsizliyi” etmək olmaz!

Bütün bunlar bəlkə də bu psixologiyanı yaşayan insanlara normal, adi şeylər kimi görünə bilər. Bu balığın suyu hiss etməməsinə bənzəyir. Biz insanlar bir damcı suyun varlığını dərhal hiss etdiyimiz halda, balıq hiss etmir, çünki suyun içində üzür. Həmin psixologiyanı yaşayan insanlar da eynilə balıq kimi yaşadıqları anormal psixologiyanın içində üzürlər. İllərlə kiçik bir müəssisədə işləyir, maaşlarını artırmağa çalışır, başqalarının qiybətini qırır, qısqanclıq edir, stress keçirir, rola girirlər. Daha yaxşı yaşamaq üçün, həyatlarını normal keçirmək üçün belə edirlər, amma sadəcə aldanırlar, onların əsla yaxşı həyat tərzləri olmur, sıxıcı, darıxdırıcı, gərgin notlarla da həyatlarını başa vururlar. İnsanı xoşbəxt edən şey mənəvi cəhətdən keyfiyyətli olmağa cəhd etməkdir. Hər zaman xarakterini, mənəviyyatını zənginləşdirməyə çalışmaq, ideal insan olmağa cəhd etməkdir. Elə olanda xoşbəxtlik sel kimi insanın üzərinə gələr. 

Səslərin sayı: 3
23
4914
loading...
Şərhlər
Offline
Iceberg
Ureyiniz dolu imiw ki))
Amma cox duzgun tehlildir.
24 mart 2016 16:00
imza: shafaabdulla.blogspot.com
Offline
H.M
Maraqli yazi ucun tewekkurler.
16 fevral 2015 22:24
Offline
Xanim_Xatun
"Agac bar gәtirdikcә başını aşagı dikәr".O agacın başı dik durur ki meyvә vermir sadece quru görkәmi var.yәgәr bir insan istәr savadı ilә istәrsә dә tәcrübәsi ilә bu alimindәn tutmuş taksi şoferinәdәk hamıya aiddir müәyyәn sәviyyәyә gәlibsә niyә dik gәzmәsin.Hәr bir insan әziyyәtlә qurdugu nәrdivyna baxıb fәxr etmәlidir.
29 yanvar 2015 09:20
Offline
.....
Iw varki beyem camahat acinan surunur
16 yanvar 2015 20:46
Offline
Xalidə Həsənzadə
Maraqlı mövzuya toxunubsuz .. təşəkkürlər
10 noyabr 2014 13:57
Offline
♥NiLuFeR♥
Gozel movzuya gore tesekkur
10 dekabr 2013 21:12
Offline
Zehra.
MAYA EL,
VSYO PRAVDA CANIM
10 noyabr 2013 00:49
Offline
MAYA EL
çox müzakirə ediləcək mövzudu çox danışmaq şox yazmaq olar insanları dəyişən vəzifə və puldur çoxu bunları görüb insanlığını belə itirir
7 noyabr 2013 20:27
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
هههSeymur Ihsanههه
Beli Eledir cemiyyetde,virtualdada,diqqet edek gundemimize,qadin.netin ozune,istifadeciyle vezifeli olanlara ferq qoyulur,o ferq ondan ibaretdir ki.kimisi ozunu ustun sayir,kimisi qurrelenir ve s.
Yazmaga ureyimden kecen sozler coxdur,lakin misramla bitirim.

Vezifeyle insan ferqi olcenden.
Uzaq ol Qanmazdi,ta ki ezelden.
Uzaqdi hem Peygember ummetinden.
Gozleme insaf,beterdi sanki essekden.
7 noyabr 2013 17:36
Offline
xoxx
Sağlığında qiymət verin, insanlara!

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…

Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.

Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara…

Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…

Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…

Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…

Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…

Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…
7 noyabr 2013 12:49
Offline
Дождь ♪
Insanlari belə yönləndirən onlarin peşələridir desək yanilariq , elə kasib amma özündən razi insanlar var ki gəl görəsən , sadəcə olaraq , peşəsi , sənəti olan insanlar bir balacaq digərlərindən fərqlidirlər , onlarin dünya görüşü başqa olur. O vəzifəyə böyük əziyyətlə çixdiqlarina görə dəyər vermələri də təbiidir , kənardan bizə özündənraziliq kimi görünə bilər..

maraqli movzuya oxwuyur yarisini oxudum amma sebrim catmir hamisini oxumaqa))))


Mənim də belə uzun mövzulari oxumağa səbrim çatmasa da oxumaq məcburiyyətindəyəm , əks halda söhbətin nədən getdiyini anlaya bilmirəm..

recourse Mövzu 20 - 30 cümlədən ibarət olsa qisa məzmunlu , əla olar , hövsələsi olmayanlari nəzəzrə almaq lazimdir..)
7 noyabr 2013 11:43
Offline
S U S E N _BACI
esas tepen isdesin agil olmayanda ne hormet olur nede dost dost varsa varlinin yaninda bilki o pulundostudue senin yox esil xosbextlik 1 tike core yi dostla bolende yeyende lezet elir pul el cirkidir dostsa sevincdir pul xerclenir bitir dost ise olende bitir hec olendede bitmire esl dost olende onuncun dua gonderendir
girl_ang
7 noyabr 2013 09:50
Offline
Ibrahimova Gulya♥S♥
Elbette ki meneviyyat, yazdiginiz hallarnan indi rast gelirik, o qeder iki uzlu insan varki, var dovleti olan insanlar terefe yixilir bezileri, bu haqda cox daniwmaq olur movzu cox geniw movzudu, twk
7 noyabr 2013 08:19
Offline
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
maraqli movzuya oxwuyur yarisini oxudum amma sebrim catmir hamisini oxumaqa)))) bye
7 noyabr 2013 01:17
Offline
Nigar
NURIDE XANIM,COX TESEKKUR EDIREM,MARAQLI MOVZUYA GORE.BELE BIR DEYIM VAR:HARDA OLURSAN OL,DUSUNDUYUN YERDESEN.INSAN REIS DE OLA BILER,NAZIR DE,HEKIM DE VE S.AMMA ONU INSANLARA SEVDIREN,ELBETTE YUKSEK EXLAQI,QARSI TEREFE SEMIMILIYI,HORMETI,IC DUNYASININ GOZELLIYIDIR.NE BILIM BACIM,BU BAREDE COX DANISMAQ OLAR,AMMA BURDA NOQTE QOYURAM......
6 noyabr 2013 23:29
Offline
Qəribə
Maraqlı mövzudur.TƏŞƏKKUR EDİREM.
6 noyabr 2013 23:17
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Nergiz
MARQALI IDI,NECE OLURSAN OL OZ MENLIYINI,INSANLIGINI,MEDENIYYETINI ITIRME HEC VAXT,BUNLAR OLAN YERDE HEMWE UCA OLURSAN.
6 noyabr 2013 22:43
Offline
Fatma xanım
eh əsl həyatın içindən yazmısız , oxuduqca gözümünqabağına ükü üzlülər riyakarlar yalançılar gəldibircəciyini də mən deyim indi qonşluqda da elələri çoxdu baxırlar ki kimin imkanı var onunla ikiəlli görüşürlər yox imkansızdı onun salamına həfifcə başlarını tərpədirlər nə isə çox yazmaq olar
6 noyabr 2013 22:18
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
nigar
mence meneviyyatttttt tewekkurlerrr xeber ucunnnnnnnnnnnn
6 noyabr 2013 22:16
Offline
Aysel İ.
Maraqlı mövzudur. Əlbəttə ki, ilk öncə mənəviyyat.
6 noyabr 2013 22:06
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • BÜRCLƏR bizə nə vəd edir?-16 İyul

    Günün ikinci yarısında mübahisəli məsələlərin çözülməsini bir qədər ertələyin.
  • 06:17 - Müəllif: MirarobSW
    Hüquqşunas məsləhəti (395)

    Hüquqşunas məsləhəti

    Top 3gp adult site for you. Whore online mobile porno with Best girls free classic cartoon porn mobile videos free sites of girls getting spanked ballbusting and cbt free porn big brothers africa sex ofunneka strip clubs in montclair nj gay banging hard core sex video download pee wees big adventure movie bali gay hotel kuta spa her softball pants pussy sex Svart dam naken frГҐn Kamerun close nude pic sexy stocking up vidoe clips of naked women completely naked celebrities half naked father and teen daughter sex free qaulity sleeping sex pics how many interracial relationships in the us birth control bleeding after sex bloomington illinois asian food market utube free japanese teen poern bottom of my broken heart download house wife threesomes galleries movie clip nude milf next to pool free porn guys jack off hard gie style sex movie pctures of male sex change kung pow enter the fist mp3 Free sexy girls yotube online sexy http://geflefrisbee.com/too/1353888-more_of_queenie_2http://sophiayoungblog.com/popular/query/young-girl/page1.htmlhttp://wizardofgorethemovie.com/top/hindi_gali_audiohttp://wizardofgorethemovie.com/top/homemadehttp://kellylylephotography.com/videos-female-doctor-and-patient.htmlhttp://kellylylephotography.com/videos-%E9%81%B8%E6%8B%94%E4%BC%81%E5%8A%83.htmlhttp://wizardofgorethemovie.com/top/dogginghttp://so-lution.com/top-rated/http://chimneydriptray.com/latest/http://chimneydriptray.com/new.phphttp://sophiayoungblog.com/popular/query/suuna-schoolgirl/page1.htmlhttps://so-lution.comhttp://chimneydriptray.com/top/hd_eroticaxhttp://wizardofgorethemovie.com/top/motherhttp://wizardofgorethemovie.com/top/shemale Fucked my girlfriend in her ass free. Large PornTubeВ® is a free porn site featuring a lot of Escort porn videos. New videos added every day! Dick Hannah Toyota is the dealership you can trust to provide an exemplary car-buying and servicing experience. Dick Hannah Toyota includes a FREE LIFETIME LIMITED POWERTRAIN WARRANTY on all new and certified pre-owned Toyota vehicles. Standard. Mar 27 В В· Flavor on Main: Lovely Evening - See traveler reviews 83 candid photos and great deals for Culpeper VA at TripAdvisor. Culpeper. Culpeper Tourism Culpeper Hotels Culpeper Bed and Breakfast Harrisonburg Virginia. 73 Reviewed March 5 via mobile. Birthday celebration.55. Watch Real Black Strippers porn videos for free here on Discover the growing collection of high quality Most Relevant XXX movies and clips. No other sex tube is more popular and features more Real Black Strippers scenes than ! Browse through our impressive selection of porn videos in HD quality on any device you own. Watch Tranny Art Two Black Trannys Fuck a White Dude shemale video on - the ultimate selection of free Shemale Tranny Tube & Tranny Shemale Tube HD porn movies! Tranny Art Two glamorous trannys and one straight guy threes 97%. Two trannys fuck a black and white guy 94%. Brooke Morgan fucks Christian. Kporno porn tube has the biggest collection of free porno videos. Tons of asian fetish hardcore or anal sex movies virgins fucked by huge monster cocks. We provide free Euro Nubiles xxx video casting best teens students and matures. Stream milf pregnant and celebs xxx movies for free.
  • Jeleznikovun “Müqəvva”sında uşaq psixologiyasına baxış

    Bu kitab uşaqların, valideynlərin və ən önəmlisi müəllimlərin oxumalı olduğu əhəmiyyətli əsərlərdəndir. “Müqəvva” Rusiyada orta məktəb dərsliklərində tədris olunur. Sevindiricir ki, Lenkanı artıq azərbaycanlı uşaqlar da tanıyacaq.Mən də oxumuşam
  • 16:14 - Müəllif: Feride
    Şokoladlı kokteyl (foto-resept) (3)

    Şokoladlı kokteyl (foto-resept)

    Kafedə elə baha verirlər ki. Hazır evdə edərəmŞərhim hara yox oldu?
  • Beyonce şahzadə ilə görüşə belə geyindi-FOTO

    Şahidlərin sözlərinə görə, müğənni Sasseks hersoginyasnı "Mənim şahzadəm" adlandırıb və “oğlunuz inanılmaz dərəcədə gözəldir" söyləyərək mədh edibNiyə axı Megan şahzadə deyil
  • Taxtadan hazırlanmış əl işləri

    Qartal elə bil dogurçudu
  • Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparıldı

    Allah komeyi olsun cetindi
  • 14:39 - Müəllif: Iceberg
    Manikürdə yarım ay trendi (2)

    Manikürdə yarım ay trendi

    cox gozel gorunur
  • Şokoladlı kokteyl (foto-resept)

    1 su stəkanı süd və 1 yemək qaşığı əridilmiş şokoladı blender ilə qarışdırın.
  • 14:37 - Müəllif: Iceberg
    Saç uzadan soğan suyu (2)

    Saç uzadan soğan suyu

    2 ədəd soğanı qatı meyvə sıxacağından keçirin. Bu suyu saç dərinizə masaj edərək çəkin. Bir saata qədər saçlarınızda saxlayın, saçlarınızı masaj edərək yuyun.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )