Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

16 yaşında özünə məktub

16 yaşında özünə məktub

Əgər 16 yaşınızda siz özünüzə məktub yazası olsaydınız, ora nələr yazardınız? Bu sual 75 məşhur insana verilmişdi: yazıçılara, aktyorlara, musiqiçilərə və idmançılara. Onların yazdığı cavablardan kitab doğuldu "Əziz mən: 16 yaşlının özünə məktubu "(Dear me: A letter to My Sixteen-Year-Old Self) keçmişə məktublar toplusudur bu kitab. Onun hər səhifəsində məşhurlar tez-tez komplekslər yaşayan, özünə güvənməyən 16 yaşlı bir qız və ya oğlan üçün normal olan halları yazıblar. Böyüklərin "mən" "Sənin gələcəyin gözəl olsun deyə çalışıram, ağıllı ol, nəyin pis, nəyin yaxşı olduğunu "mən" səndən yaxşı bilirəm" deməsi bəzən onları usandırır. Beləcə, bu kitab artıq məşhurlardan yox, gənclikdən tez yaşlanmağa tələsənlərlə bu möcüzəni səbirsizliklə gözləyənlərə aid oldu.

Bu ideya o qədər tutarlı oldu ki, hətta bütün dünyada artıq insanlar özlərinə məktublar yazmağa başladı. Kitabın rəsmi saytında onların sayı artıq minlərlə ölçülür. Yəqin bizim də aramızda elələri var ki, özünün 16 yaşındakı vaxtına nəsə demək istəyir.

16 yaşında özünə məktub

 Stiven Kingin məktubu

"Əziz mən. Mən sənə 2010-cu ildən yazıram, düzdür, artıq 62 yaşımda sənə yazmaq lazım gəldi mənə, amma mənə bir məsləhət vermək istəyirəm: "Narkotiklərdən uzaq dur".

Sən çox istedadlısan və çox insanı öz tarixinlə təmizləyə, xoşbəxt edə bilərsən, amma çox təəssüf ki, bu belədir - sən həmçinin bir narkomansan... Əgər sən bu məktuba diqqət yetirməyəcək və öz gələcəyini dəyişməyəcəksənsə, azı 10il sənin həyatında 30-dan 40-a qədər narotik üzündən tutulmalar yaşayacaqsa, çox insanları məyus edəcəksən və ən əsası öz uğurlarından, müvəffəqiyyətlərindən həzz ala bilməyəcəksən. Sən həmçinin bir neçə dəfə ölümdən qıl payı qaçacaqsan. Özünə qayğı göstər və daha da işıqlı dünyada yaşamağa çalış. Hər zaman düşün ki, müqavimət sevgi kimidir, ürəyi həmişə daha güclü edir. Təmiz qal."

16 yaşında özünə məktub

 Hyu Djekmanın məktubu

"Əziz Hyu.

Mən sadəcə sənə bu məktubu yazmaq, necə olduğunu bilmək (hərçənd ki, bilirəm artıq) və "bəli!" demək istədim. Zaman keçəcək və sən zamanla Penninin səni avtobus dayanacağında necə tərk etdiyini unudacaqsan. Əslində iki il sonra sən onunla qarşılaşacaqsan və çox təəccüblənəcəksən ki, "Necə olub hər dəfə Layonela Rici "Penny Lover" mahnısına qulaq asaraq ağlamışam?"

Sənin üzündəki bu sızanaqlar tezliklə yox olacaq, amma sənin fikirləşdiyin qədər tez olmayacaq. Və böyük qardaşın Ralf evdən gedəndən sonra sən böyük otağa köçəcəksən. İndi isə sənə gələcəkdə nələr kömək olacaq, onlar barədə demək istəyirəm. Verəcəyim məsləhətlər sənə bir az dumanlı görünəcək.

Hər şey sənin təsəvvür etdiyin kimi olmayacaq. Bilirəm, indi sənə gələcəyini görmək bir az çətin gələcək və sən hətta ağlını itirmək dərəcəsinə gələcəksən. Amma inan reallıq sənin hətta ən cəsur gözləmlərini belə üstələyəcək. Səni silkələyəcək qadınla tanış olacaqsan və sənin həyatında ən yüngül addım o təklifi edəcək. Sadəcə, özünə qulaq as. İndi bir kağız vərəqi götür və siyahını yazmağa başla: etməyi sevdiyin 5 şeyi və səndə yaxşı alınan 5 şeyi yaz. Onlar dəyişəcəklər, amma bir çox gözəl günlərdə onlar üst-üstə düşəcəklər. Bunlar sənin yolun olacaq. Amma hətta onda belə öz siyahını yazmağı dayandırma, arxayın olmaq üçün ki, sən yolundan çaşmadın. Sənə çox vaxt özünə ciddi olmaq, özünü itələmək lazım gələcək. Bununla ehtiyatlı ol.

Səni sevirəm.

Sən həyatda çox xoşbəxt olacaqsan, amma zəhmət olmasa heç vaxt bu xoşbəxtliyin hardan gəldiyini unutma".

16 yaşında özünə məktub

Emma Tompsonun məktubu

"Eziz Emma.

Mən anlayıram ki, sən gəncsən, sevirsən və çox düşünürsən ki, böyüklər heç də məntiqli danışmır, amma bir halda ki mən sənəm, səndəki "məni" düşünürəm - məni dinləməyə dəyər.

2 əsas amil 50 və 16 yaş arasında:

1. Heç vaxt, heç vaxt və heç vaxt pəhriz saxlama. Mən bilirəm bu nə qədər dəhşətli bir şeydir, kafedə oturarkən yoqurt sifariş vermək (əslində isə ürəyin çipsi və pendir salatı istəyir). Buna görə narahat olma, daim ye, artıq həyəcanlardan çəkin və pəhriz saxlama. Sən nə qədər yesən də daim eyni ölçüdə qalacaqsan, buna görə pəhrizi at, qız, elə bu dəqiqə at. İnan bunların hamısına son qoymaq lazımdır. Sadəcə özün ol və bununla yaşa, bununla sən çoxlu enerji yığacaqsan və daha çox xoşbəxt olacaqsan.

2. Nə zaman ki o, danışanda səni sevmirəm deyir, inan ona. O sevmir. Bu da son... Qalan sənin tərəfindən edilmiş səhvləri mən qızıl qiymətində dəyərləndirirəm.

Emmanı sevirəm!"

16 yaşında özünə məktub

Djillian Andersonun məktubu

"Əziz Djilli.

Sən tamamiilə və tamamilə özündən asılısan. Əgər sən öz vaxtının dördə birini başqaları haqqında düşünürsənsə, bu səni daha çox məmnun edəcək. Bir şeyi mən çox gec dərk etdim: sən yalnız ləyaqətli şeylər edərək özün öz qiymətini yüksəldə bilərsən. Buna görə mən səni gələn il yay tətilində evsizlər üçün ev tikdirməyə yazdım. Miladı sən zorakılığa məruz qalmış qadınlarla keçirəcəksən, pasxada isə sən xəstəxananın pediatriya şöbəsində xəstə uşaqlara kitab oxuyacaqsan. Belə, əzizim, sənin dünyan balıqqulağının qabığından belə genişdir, üfüqlərin genişdir. Özünü sev, başqaları haqqında düşün və hər zaman həyata minnətdar ol. Səni sevirəm, sənə inanıram, sənə hörmət edirəm.

Mən. Sən. Biz!

P.S. Öz xəyallarının arxasınca get, oğlanların deyil."

16 yaşında özünə məktub

Elisa Kuperin məktubu

"Yararsız qızlar yalnız beş dəqiqə içində valehedicidir... Diqqətini kilsədəki qızlara yönəlt və bax gör onlar necə gözəl görsənirlər. Onda sən hər iki dünyadan ən yaxşısını alacaqsan!"

P.S. "The Yardbirds" sükanı belə saxla.

P.S. Mən düşünürəm ki, qəhvəylə iş düzəlsə də onu Star adlandır.

Bəs siz 16 yaşlı özünüzə nə yazardınız? Çox maraqlıdır... smile

Səslərin sayı: 15
76
6054
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
Maragli xeberdi,tesekkur
10 dekabr 2013 20:56
Offline
Narin...
Gulshen_q,
Senuber,
garibe mamedova,
AYTAC RUSTEMLI(ELNARE I.),
vefa elizade,
Şərhləriniz üçün təşəkkür edirəm give_ros
7 dekabr 2013 18:05
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Gulshen_q
qeribedir sexsen tanimasam da men onu nece tesevvur ediremse elece de tesvir edib

İnsanların bir-birini görməsi, tanıması üçün məsafə yaxınlığı vacib olmur bəzən. Qəlblərimiz, ruhumuz yaxınmış demək belə qısa zamanda bir-birimizi tanıya bildiksə. winked
5 dekabr 2013 20:06
Offline
Senuber
Baci sizi tebrik edirem bele gozel bir yaziya gore menim de artiq 34 yasim var ve dusunurem ki 16 yasima mektub yazmaqin zamani gelib reylerden menimcun en maraqlisi Gulsen xanimin idi reyini bildirib qeribedir sexsen tanimasam da men onu nece tesevvur ediremse elece de tesvir edib
5 dekabr 2013 19:19
Offline
Qəribə
Bəs siz 16 yaşlı özünüzə nə yazardınız? BACIM Çox maraqlıdır... give_ros
21 noyabr 2013 00:54
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
۩۞۩KAPRIZNI SIRINKA۩۞۩
MENIMDE 16 YASIM VAR MARAQLI MOVZUDU EN COX ELISA KUPERIN MEKTUBU MENIM COX XOSUM GELDI>
20 noyabr 2013 17:36
Offline
vefa elizade
16 yasim var insaalh yazacam bu haqda..melumatida coox maraqla oxudum eladillarrrr love
19 noyabr 2013 23:28
Offline
Narin...
sən yığmaqdan doymadın?yığışdır veş-vüşünü get məqaləni hazırla

Can baci hazirliyiram dana ona görə deyirəm yazsınlar ki sora heç kim inciməsinki mən qaldim dash
19 noyabr 2013 19:51
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Aytac Mammedova
Narın Əliyeva,
sən yığmaqdan doymadın?yığışdır veş-vüşünü get məqaləni hazırla
19 noyabr 2013 16:00
Offline
Narin...
Aysun Memmedova,
Parvina İbrahimova,
Rita ,
Senuber,
garibe mamedova,
Sirli_dunyam,
Ayka S,
Cox tesekkur edirem her birinize. Istirak etmek isteyen userler mene sexsi ismaric yazin zehmet olmasa
19 noyabr 2013 12:35
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
gozel xeberdi iwtirak etmek isterdim mende
19 noyabr 2013 12:34
Offline
Aysun Memmedova
MARAQLI XEBER IDI HER BIRINI MARAQLA OXUDUM TWK XEBER UCUN
19 noyabr 2013 09:51
Offline
Parvina İbrahimova
vaaay Narın neyləmisən? smile çoxdandır sayt əhlini belə dinamik görmürdüm.Silsilə xəbərlərdən olsun canım,uğurlar!!!
19 noyabr 2013 09:43
Offline
Rita
Her birini cox maraqla oxdumu Hju Djekmanin mektubunu esasen
19 noyabr 2013 08:51
Offline
Senuber
Cox gozel birxeber. Men de ishtirak etmek isteyerem xeberde.
19 noyabr 2013 08:25
imza: Imza: Selma ve Faruqun annesi
Offline
Qəribə
maraqla oxudum cox saqolun
19 noyabr 2013 01:39
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Sirli_dunyam
Qızlaaaaaaaaaaar! Mən artıq yazıb göndərdim Narinə, haydı növbəyə-siz də yazın, özü də Azəri şriftiylə olsun aaaaa

men hamidan 1-ci gondermiwemeeee
19 noyabr 2013 00:38
Offline
Ayka S
Maraqli yazidir goren menim yazdiqlarim nı olardi,,,,,,,,,,,
19 noyabr 2013 00:18
Offline
Narin...
budami xeber olacaq

İnsAllah qismet olsa olacaq istirak etmek istesez buyurub mene sexsi ismaric yaza bilersiz
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰,
Daha genis yazmaq istesen mene sexside yaz baci
axi 16 yashim coxdan kecib(( kecmishden yazmaq lazimdir?yoxsa nece?

Beli can bacim indiki yasindan kecen 16 yasindaki Lalaya mektub yazmalisan
19 noyabr 2013 00:17
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
wwwwwwwwwwwwwwwww
budami xeber olacaq
19 noyabr 2013 00:11
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış