Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

Oxuyun... Sizin də gözləriniz qızarsın...

Oxuyun... Sizin də gözləriniz qızarsın...

Gənc idi, gözəl idi, bacı-qardaşı yox idi, evin tək övladı idi. Azad idi. Rahat geyinirdi, şalvar, ya ətək fərq etməzdi. Amma hicablı xanım idi... Universitet xəyalları vardı... Və bir gün ... Qapı döyülür:
- Ana, baxarsan?
- Yaxşı, qızım.
- Kimdir?
- Poçtalyonam.
İmtahanların nəticələri gəlmişdi. Hələ xəbəri yox idi, ən gözəl universitetlərdən birinə daxil olmuşdu. Həyəcanla açdılar zərfi. Və arxasınca təxmin ediləcəyi kimi sevinc qışqırıqları və s.
Yaşadığı şəhərdən kənarda idi universitet. Amma fərq etməzdi. Başörtüsü problemi də var idi məktəblərdə. "Əşi, 3-4 ildən bir şey olmaz. Açarsan başını, nə edək məcburuq" - deyirdilər ailə üzvləri.
Çamadanlar hazırlandı, yola düşdülər. Atası Sevdanı bir evə yerləşdirdi və gəldi. Bundan gözəl nə ola bilərdi Sevda üçün. Ali məktəbə daxil olmağı istəyirdi, amma ən əsası, ailədən uzaq olmağın verdiyi rahatlıq olacaqdı. Sevgililəri olacaqdı, istədiyi vaxtda çölə çıxacaqdı... 
Məktəbdə "x" camaatından olan (müəyyən bir təriqət) biriylə qarşılaşdı. Çox yaxşı anlaşdılar. Aradan 2 il keçmişdi ki, Sevda universitetdəki təhsilini yarımçıq qoyub evinə döndü. Ailəsi çaşdı. 
‘'Qızım, gözlərin qızarıb, xeyirdir, xəstələnmisən?'' - deyə soruşdular. Cavab vermədi.
Oxuyun... Sizin də gözləriniz qızarsın...
Günlərlə otağından çıxmadı. Həkimə apardılar, bir şey çıxmadı. Amma gözləri daim qırmızı idi. İllər keçdi, çox elçilər gəldi, amma hər görən "Xəstəliyi var" deyə imtina etdi.
Nəhayət, bir gün bir gənc "Nə olacaq ki" düşüncəsiylə Sevda ilə evlənməyi qəbul etdi. Sevda gözəlliyə əhəmiyyət vermirdi. Atası oğlandan nə iş gördüyünü soruşanda, "Hamballıq edirəm" - dedi. Atası əvvəl istəmədi, amma sonra "Başqasıyla evləndirə bilmərəm" deyə razılığını verdi.
Ailə qurmalarından 1 ay keçmişdi. Yoldaşı yuxuya getdikdən sonra Sevda ortadan itirdi. Fateh bunu hiss etdi. "Mənim xanımım nə edir, yoxsa narkotikdən istifadə edir?" - deyə fikirləşdi. Şeytan vəsvəsələr verirdi hər gün: "Bəlkə də aldadır səni, boşan getsin. Sənə qızmı qəhətdir?". Onu izləməyə qərar verdi...
... Sevda yataqdan qalxdı, duşa getdi. Sonra da otağa keçdi. Fatehi qorxu bürümüşdü: "Dəqiq, yüz faiz narkotik maddədən istifadə edir".
Qapını açdı. Sevda əlləri səmada səccadənin üzərində ağlayırdı.
Oxuyun... Sizin də gözləriniz qızarsın... 
O vaxt anladı hər şeyi. Soruşdu ki, "sən niyə gizli-gizli bura gəlib namaz qılırsan, gözlərin buna görəmi qırmızıdır həmişə?"
Sevda anlatmağa başladı: "Dünyanın boş olduğunu fərq edə bilməmişdim. Başımda Allahın ayəsi varkən, üstümdə şeytanın vəsvəsəsini daşıdım illərlə. Universitetə başladım. Oğlan yoldaşlarım oldu, əllərini tutdum. Zina etdim yəni... Sonra bir gün bir yoldaşım mənə ölümü izah etdi, əzabı izah etdi ayə-ayə... Qorxdum, çox qorxdum... Yatdım, Rəbbim elə bir çəkdi ki dünyadan məni, yuxumda anlaya bilmədim. Yanırdım, atəşlər içində yanırdım. Nə edəcəyimi bilmirdim. Kömək istəyirdim...
Oxuyun... Sizin də gözləriniz qızarsın...
Hicabım mənə yaxın dayanırdı, əlimi tutub məni atəşdən çıxaracaqkən şalvarım araya girirdi, vururdu əllərimə təkrar atəşə düşüm deyə... Dönürdüm digər tərəfə, uzadırdım əlimi savablarıma - bir şimşək kimi çaxırdı günah ovuclarıma... Əllərimi oxuduğum Qurana uzadırdım - sətirdən oxuyaraq qəlbimə endirməməyim qaxılırdı başıma... Oyandım... Əfv dilədim Rəbbimdən... 
Amma elə çox günaha batdım ki... Silməyə çalışıram axirət dəftərimin sol yanını gözümdən tökülən yaşlarla... Anamgil bilsə riya olar, sən də bilsən, eynən... Bax belə. Niyyətim bir azca pay almaqdır Riza-i Rəbbdən".
 Aradan bir həftə keçdi. Sevdanın valideynləri onlara qonaq gəldilər. Və atası  xanımının qulağına belə pıçıldadı:
"Xanım, bizim qızın xəstəliyi yoluxucu imiş, kürəkənə də keçib, gözlərinə bir bax".
Səslərin sayı: 24
126
8758
loading...
Şərhlər
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Lale xanim men size nece tesekkur edim bilmirem,menim sirf sizin xeberleriniz,sherhleriniz sayesinde hicaba hevesim artir,namaza oruc tutmaga hevesim artir.
15 iyun 2014 16:52
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Hacət-i Vuslat
allah hicabi vacib saymir.

Ay bacı, tövbə edin, ALlahın ayələrini inkar edirsiz axı.
Nur (31) Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.
Əhzab 59 Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.

Görürsüz nə qədər vacibdir?
ureyinde emelinde allahla ol.

Örtülü olmaq əməlində Allahla olmağın daha bir sübutu deyilmi?
28 yanvar 2014 22:34
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
konul hesenova
allah hicabi vacib saymir.esas odurki,ureyinde emelinde allahla ol.namaz qil oruc tut .budur vacib indi hicabin agi cixib.
28 yanvar 2014 06:17
Offline
Nubar
Hacət-i Vuslat,
[hide][/hide] sagolun recourse
26 yanvar 2014 00:06
Offline
Hacət-i Vuslat
ancaq hec mende hicabda deyilem.gunahdi bu?

Allahın əmrini yerini yetirməmək günahdır bacım recourse Heç olmasa yerinə yetirməyə cəhd etmək lazımdır. Allah yardımcınız olsun.
25 yanvar 2014 23:40
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Nubar
cox pis oldumee.coxlarina ders olmalidi.ancaq hec mende hicabda deyilem.gunahdi bu?
25 yanvar 2014 23:24
Offline
Gumush-F
Heqiqeten cox gozel yazidi/gozlerim doldu .Tesekkurler
6 dekabr 2013 15:49
Offline
Hacət-i Vuslat
ama subay adamin zina edəcəyini bilmirdim

Zina hər kəsə aiddir, evliyə də. subaya da. Amma ailəli adamın zina etməyi ən pis zinadır.
29 noyabr 2013 08:44
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Memmedova.F
cox gozel cox tesirlendim/Allah razi olsun sizden bacim.HICAB ALLHIN EMRIDIRSE BIZ BUNU ETMELIYIK>HICAB BIZE EMANETDIR ONU QORUMALIYIQ>HICABINI DININI ATMAQLA ALINAN TEHSIL INSANI UCURUMA APARAR>HEM BU DUNYASI HEM AXIRETI PIS OLAR>ALLAH bizlere kamil iman versin.pis emellerden qorusun amin.
27 noyabr 2013 23:34
Offline
mira-kerim
maraqli yazidi...ama subay adamin zina edəcəyini bilmirdim
27 noyabr 2013 23:12
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
♥Çalıkuşu ♥
nə gözəl yazı idi..həm utandım,həm ləzzzət aldım oxuduqca.Çox sağol Lalə give_ros
20 noyabr 2013 16:11
Offline
Aida M-ova
Sonay Quluzade,
baci gorduyun ele mektebli formasidirsmile praktikada olanda hemise dusunurdum onlar nece sinifde oturur helede dusunurem,,, kim nece isteyir ele tikdirib geyinir esas odu rengi eyni olsun valideyin ne dusuneceye deyir ovladim niye hamiyla eyni geyinire ? Hec olmasa biraz dar biaz dizden yuxari olsun ferqlensin,, valideyinlerin beynine virus dusub medenlisemek virusu bunuda cilpaqliqda gorurler
18 noyabr 2013 11:39
Offline
Sonay Quluzade
Hacət-i Vuslat,
Elə bil ki, bir az reklam oldu hə blush
18 noyabr 2013 11:21
Offline
Hacət-i Vuslat
Elnur Məmmədov,
Allah razı olsun qardaş...
Sonay bacımız təhsil(həm də nə təhsil!!!) və hicabın (ümumilikdə dini əmr və qadağaların) birlikdə ola biləcəyinin bariz nümunəsidir. Onun da qızı var və mən özüm kimi inanıram ki, sabah Sonayın qızı hicab ya təhsil seçimi qarşısında qalmalı olsa, və seçimi hicab olsa-anası ona dəstək olacaq.həm elmdə,həm də dində axsamamsı üçün yardım edəcək. Nəticədə-Allah istəsə açacaq qapını,açmırsa,deməkki xeyirlisi bu imiş...
Sən gəl belə elə, riyaziyyata sataşma, elə tibbdən də sitat gətirsən olardı

Cannn,bağışla Gülüş,inan səni nəzərdə tutmamışam,elə dilimə gəldi... blush Sizin alqoritmlər olmasaydı indi burda bu sözləri yaza bilməzdim ay bacı!

HİCAB İTAƏTDİR!
HİCAB SİPƏRDİR!
HİCAB QADININ TƏBİƏTİDİR !
HİCAB ŞƏRƏFDİR !
Hicab paklıqdır, saflıqdır!
Hicab təqvadır!
Hicab imandır!
Hicab həyadır!
Hicab kişinin də papağıdır!
Hicab qadının özüdür!
18 noyabr 2013 11:19
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Sonay Quluzade
bir gün riyaziyyatla məşqul olum, sonra da deyim ki, filankəs.

Sən gəl belə elə, riyaziyyata sataşma, elə tibbdən də sitat gətirsən olardı lol
Tamamilə haqlısan, bu elm nə riyaziyyat, nə fikiza, nə kimya deyil. Bu elm deyəndə islami elm nəzərdə tutulur ki, bir var ibadəti qonum-qonşuda görüb edirsən, bir də var elmilə dərk edib, ibadət edirsən. Bunlar mənim şəxsi düşüncələrimdir və heç bir əks cinsin müdaxiləsini istəmirəm. Özüm yetərincə elmliyəm, lazım olandan da artıq, amma düşünəndə ki, məndən soruşulacaq ki, vaxtını nəyə sərf elədin, yaradılış səbəbin ibadətəmi, dininəmi, dini elmini artırmağamı, yoxsa ki, limitəmi, inteqralamı sərf elədin. Mən ömrümü günümü çürüdüm, hicabımı açım, töküm ki, nə var, nə var, riyaziyyat öyrənirəm.
Quranın əmri hamı və bütün dövrləri əhatə edir, bəs Quranda gəlmirmi ki,
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
Belə düşünürəm ki, Allah qatında bir əmri yerinə yetirmək üçün nə qədər çətinlik çəksən, mükafatı bir o qədər çox olar. Allahın əmrinə asilik edənlərin cəzasını Allah özü verəcək, Allah bağışlayandır deyib, səhlənkarlıq edənlər isə geri dönüşü olmayan gündə bağışlanmayacaqlarını biləndə gec olmayacaqmı?
18 noyabr 2013 11:06
Offline
Elnur Məmmədov
mənim məntiqimi anlamdınız yenə...Örtünmək vacibdir!Təhsil hicabı qoymur,adi,rəngsiz,cazibəsiz bir baş örtüyünu qadağan edirmi?Yəni kimsə seçilmək üçün yox,Allah hökmü ilə bağlanmaq istəsə,bunu etmək olar.Günahını anladığı zaman-insan anlamdan eidyi əməllər var.Sizin kimi savadlı,nümunəvi xanımlar bu anlayışı təbliğ edir,bərəkAllah!
Hər halda məntiqi odur ki,Allah sevgisi təhsilə maneə ola bilməz,thsil Allh hökmündən çıxmağa bəhə olmamalıdır!
Sizin timsalınızda bütün Allah sevgisini və hicabı üzərində olan qadınları alqışlayıram!
Təhsildən- hicab taxmağa qoymurlar-deyənlər,təhsildən uzaq düşənlər isə,səhv yoldadır!Allah elmini öyrənsinlər,savad alsınlar-hicab-konkret örtülməli olan yeri örtəcək dəlilləri siz dediz,maşAllah!
18 noyabr 2013 11:02
Offline
Hacət-i Vuslat
.Bircə onu vurğulayım ki
1.Allahın kitabında elmin üstünlüyü açıq ayətlərlə yazılıb!
Allah kitabında ağcaqanad,at,bal arısı və s hər bir gərəkən lazımi hökmlər yazılıb
2.Allahın varlığı və təkliyini danmaqdan başqa,bütün edilən günah əməllər-günahını anladığın an qəlbən və əmmələ tövbə edərsən-əhv edilə bilər.
3.Ən haram əməllərin də edilə biləcəyi(hansı məcburiyyətdən əhv edilə bilər)göstərilib!

Allah Rəhmlidir,günahları bağışlayandır,şirkdən başqa bütün gühlar bağışlayacaq- HAYDI O ZAMAN ALLAHA ŞƏRİK QOŞMADAN - CİNAYƏT, ZİNA VƏ BAŞQA GÜNAHLARI EDİN ƏZİZ "MÜSƏLMANLAR"-ONSUZ DA ALLAH SİZİ BAĞIŞLAYACAQ!!!-sizin çağırışınız budur qardaş?... Onsuz da atam məni sevir,mənim hər səvhimi bağışlayacaq deyə qızınız sizə qarşı çıxsa bəyənərsizmi?Bir ata kimi?
Sual-Allah hökmü (Quranda bir surə)göstərin ki,orda konkret olaraq hicabla təhsil almaq məcburiyyətindı qalan qız,mütləq hicabı seçməlidir!(yəni başqa bir baş örtüyü,yalıq taxsa-cəhənnəmlik olacaq,Allh günahına yazacaq -niyyət və qəlbində Allah eşqi olan qul,çarəsiz hicabı çıxardıb,bir yaylıqla kifayətlənməsinə görə bu əməli-dünya malını seçmək sayılacaq).Deməyin ki,dolayısı yolla,mənaca göstərdiyim misallar bəs edər!Allah lazım bilsəydi,bu barədə konkret hökm verərdi!

Siz məndən yox,Allahdan konkret ayələr istəyirsiz- elə isə namazda hansı sözlər deyiləcək,Zəkat bu qədər veriləcək və.s.ləri bildirən ayələr göstərə bilərsizmi?.. Sizin tələb etdiyiniz formada olsaydı-Quran gərək ələ götürülməyəcək qədər,oxuyub bitirilməyəcək qədər minlərlə səhifəli ağır kitab olaydı...Rəbbimiz anlayanlar üçün misallar çəkir deyə bildirir ayələrdə.Quranın 7 ruhu var,hər ayə yerinə və zamanına görə faydalıdır.
Əhzab 59/ Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.
Nur 31/ Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.

Bu ayələr örtünmənin vacibliyini sizə sübut etmirsə,mən nə karəyəm ki...Rəbbim şahiddir əlimdən gələni etdim.
Dində olan ayələrin hökmünün şərhi isə,hər kəsin öz ağlı ilə dərk etdiyi kimi,yozduğu kimi yox,Allahın buyurduğu kimi qəbul və şərh edilməlidir
-amma siz buna əməl etmirsiz,nəfsinizlə danışırsız,nəfsiniz "dünya daha üstündür" dedirdir sizə...
Allah köməyiniz olsun qardaş,məndən bu qədər...

Heç kim hicabını açmaqda təhsilin səbəbkar olmasını bəhanə gətirə bilməz.

əgər bir valideyn övladının həm Allahın əmrinə itaət etməsini, həm də təhsil almasını istəyirsə, Allah onlarını yolunu açacaq. Yəni təhsil alıram deyə, hicablana bilmərəm, əks halda çıxararlar kimi fikirlər şeytanın vəsvəsəsindən başqa bir şey deyil. Allah asanlaşdıracaq, təki sizə ona tərəf gedin.

Hardasan ay bacı.gəl çıx da... Allah razı olsun,eynən səninlə razıyam. Əgər kimin üçünsə təhsil faydalıdırsa,Rəbbindən yardım istəyəcək ki, Allahım,mənə yardım et,yol açki, Sənin əmrindən çıxmadan təhsilimi ala bilim!-vəssəlam.
18 noyabr 2013 10:41
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Sonay Quluzade
Xəbər ibrətli bir xəbərdir, amma hamının qarşısına Sevdanı ayıldan kimisi çıxmır axı. Ona görə də, hər bir möminin borcu xatırlatmaqdır.
Heç kim hicabını açmaqda təhsilin səbəbkar olmasını bəhanə gətirə bilməz. Mən bildiyim qədəriylə indi ali məktəblərdə elə qadağa yoxdur, orta məktəblərdə də özüm görmüşəm ki, hicabla gedən qızlar var və ya lap şəhərdə icazə yoxdursa, rayonlarda, kəndlərdə kimdir onları izləyən, əgər bir valideyn övladının həm Allahın əmrinə itaət etməsini, həm də təhsil almasını istəyirsə, Allah onlarını yolunu açacaq. Yəni təhsil alıram deyə, hicablana bilmərəm, əks halda çıxararlar kimi fikirlər şeytanın vəsvəsəsindən başqa bir şey deyil. Allah asanlaşdıracaq, təki sizə ona tərəf gedin.
orta mektebde rusveti yigisdirsinlar muellimler penceresi olmuyan otaqcun perde pulu yigir, mektebde 9 ci sinif sagirdinin sigaret cekmesinin qarsisini alsinlar,mektebde mini yupkaile uzunde 1 kq pudrayla gelenlerin qarsisini alsinlar ,,, hicaba medeniyyetsizlik kimi baxilir lut gezmey medeniyyetdi avropalasiriq axi

Dilinə sağlıq. Amma bacı, valideynlərdə də günah var. Bu gün məktəbli qızlar görürəm, düzü bizdə məktəbə gedən oğlandır deyə, qızların məktəbli formasından xəbərim yoxdur, baxıram ki, bu qızlar dizdən bir qarışdan da çox yuxarıdan dapdar ətək geyinib, mən bilən məktəbli forması enli və diz qapağından olmalıdır, bəlkə yanılıram, bilmirəm. Hər kəs ailəsində geyim-keçim mədəniyyətini qorusa, düzələr.
Çox sağ ol, Lalə, əllərinə sağlıq, ümid edək ki, nəticə çıxaranlar olacaq.
18 noyabr 2013 10:12
Offline
NUREL
bele qozel yaziya qore sene yalniz bir soz deyeceyem, xalal olsun sene
18 noyabr 2013 09:35
Offline
Elnur Məmmədov
Bacm,artıq siz mənim mənaca sizə ortaq olduğum məqamı vurğuladız!Mən də düşünürəm ki,təhsil-əyləncə deyil,ğvlada məcburiyyət qoyulmamalıdır ki seçim etsin,təhsil ya Allahın hğkmü olan hicab!Ən azından hicabı seçərsə,(öz ağıl və dərrakəsi ilə)təhsilin də təmin etmək valideyin üçün bir borcdur.(Həm də mən heç də tərəfdarı deyiləmki.qızlar zorla ya hicab.ya təhsil seçimi qarşısında hicabı seçsinlər.mən deyirəm ki, sabah 12-13 yaşında qızım,ana mən təhsilimi Allahın əmrinə(çünki siz bunu "hicab" olaraq görürsüz,Rəbbinin eşqiylə yanan ürək sahibi isə bunu" Yaradanın əmri" kimi görür) qurban verirəm desə,mən ona yox deyə bilmərəm,bu günahdır.Əksinə,əlimdən gələni edərəm ki, başqa yollarlada olsa təhsilinə yardım edim.Bura repetitorlardan tutmuş başqa çarələrə kimi fikirləşmək olar.Siz məni düzgün anlayın,mən çox istəyərimki,qızlarım ən azı anaları qədər təhsil alsınlar,bunun üçün çox çalışıram.Amma bu o demək deyil Yaradanın əmrindən üstündür bu istək...)
Dində olan ayələrin hökmünün şərhi isə,hər kəsin öz ağlı ilə dərk etdiyi kimi,yozduğu kimi yox,Allahın buyurduğu kimi qəbul və şərh edilməlidir.Bircə onu vurğulayım ki
1.Allahın kitabında elmin üstünlüyü açıq ayətlərlə yazılıb!
Allah kitabında ağcaqanad,at,bal arısı və s hər bir gərəkən lazımi hökmlər yazılıb
2.Allahın varlığı və təkliyini danmaqdan başqa,bütün edilən günah əməllər-günahını anladığın an qəlbən və əmmələ tövbə edərsən-əhv edilə bilər.
3.Ən haram əməllərin də edilə biləcəyi(hansı məcburiyyətdən əhv edilə bilər)göstərilib!
Sual-Allah hökmü (Quranda bir surə)göstərin ki,orda konkret olaraq hicabla təhsil almaq məcburiyyətindı qalan qız,mütləq hicabı seçməlidir!(yəni başqa bir baş örtüyü,yalıq taxsa-cəhənnəmlik olacaq,Allh günahına yazacaq -niyyət və qəlbində Allah eşqi olan qul,çarəsiz hicabı çıxardıb,bir yaylıqla kifayətlənməsinə görə bu əməli-dünya malını seçmək sayılacaq).Deməyin ki,dolayısı yolla,mənaca göstərdiyim misallar bəs edər!Allah lazım bilsəydi,bu barədə konkret hökm verərdi!Allah bu günümüzü də,sabahımızı da görən,bilən Allahdır!
Məncə bizim ortaq fikrimiz var,mən anlata bilməmişəm bəlkə....Qız başını mütləq ki hicabla örtməsə(yalnız təhsil almaq üçün)bunun əvəzinə qanuda qadağan olmayan yalıqla kifayətlənsə,daha məqbulur,Allh günahına yazmaz,inşAllah.
Ümumiyyətlə- məktəbli formasında,Azərbaycan milli geyimində olan qadın baş örtüyünün şagirdlərə eyni rəng və eyni qaydada(İslam qaydalarına da hörmətlə)bağlanmasına icazə verməsinə bütün xalqımız səy göstərməlidir!
18 noyabr 2013 09:26
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış