Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Meşəbəyi (3-cü hissə)

 

Meşəbəyi (3-cü hissə)

 

Şəhərin iki hamamı arasında hədəfini əldən qaçıran əlacsız meşəbəyi həyat yoldaşına verdiyi sözə əməl edə bilməyəcəyini, bu mühafizəçini əlindən qaçırdığını anladı. Fərhad özündən aslı olmayaraq bağırdı:

- Qorxaq, hara qaçırsan, adını kişi qoymusan? Bir qocanın qarşısına çıxacaq cəsarətin də yoxdur?...

Səsi Taleh də eşitdi. Duruxsundu. Geriyə qayıtdı. O qorxaq deyildi... Meşəbəyinin bayaq yanından keçmişdi, amma onu qəfil vurmaq imkanından istifadə etməmişdi. Axı bütün olub keçənlərdə onun günahı yox idi. İndi onun da həyatı bu zənginin əclaflığı ucbatından təhlükədə idi. Gec-tez zənginin harınlamış atası hadisədən xəbər tutacaq, həm ona, həm də meşəbəyiyə düşmən, qənim kəsiləcəkdi. Sanki Taleh bu fikri başından keçirəndə qəfil ayıldı. Bayaqdan düşünməyə vaxtı olmamışdı. Amma indi riskli də olsa bir plan cızdı.

Fərhad əlacsız atına sarı gedirdi. Atı minib elə yenicə yerindən tərpənmişdi ki, qəfildən boğazına kiminsə sarıldığnı hiss etdi. Köhnə kəşfiyyatçıya bu fənd tanış idi. Yatırdıcı bu fənddən qurtuluş yox idi. Ya boynu qırılacaq, ya da yuxulayacaqdı. Kəlmeyi-şəhadətni oxudu. Gözlərini yumdu...

Üzünə səpilən soyuq su Fərhadı yuxudan qəfil ayıltdı. Əl-ayağı bağlı idi. Başının üstündə bütün günü təqib etdiyi mühafizəçini görəndə çaşdı. Nə əcəb onu sağ qoymuşdu bu gənc?... Suallar başında dövr edirdi ki, Taleh sözə başladı:

- Sənin yanından çarşabda keçəndə anladım cəsursan. Dərdini bilirəm. O qadını öldürmək istəmirdim. At şahə qalxmasaydı, güllə başının üstündən keçməliydi. Mən heç o biri atlını da öldürmədim, yaraladım. Amma nə desəm, qəzəbini soyutmaz... bilirəm, məni öldürmək istəyirsən. Amma qoruduğum o əclafın əməlində mənim günahım yoxdu. Bir də məni öldürməklə də işin qurtarmayacaq. Müharibə hələ bundan sonradır. Bu zırramanın atası özündən də betər əclafdır. O oğlunun qisasını səndən də, məndən də, sənin əqrabandan da almasa sakitləşməyəcək. İndi ikimizin də ortaq bir düşməni var. Biz indi bir cəbhədə olmalıyıq. Sonra istəsən, məni bağışlaya bilməsən, mən qaçmayacam. Bu məsəsləni də kişi kimi həll edərik.

Qızını zorlayan, onun ölümünə bais olan zəngin yerli icra başçısının oğlu həm də narkotik əleyhinə mübarizə idarəsinin rəisi idi. Bu nəsil rayonda qəddarlığı, quduzluğu ilə ad çıxarmışdı. Bir qardaş icra, digəri rəis, oğul əhlikef... Rayonda son vaxtlar bu gəncin törətdiyi bir cinayət haqda əhvalatı meşəbəyi xatırladı.

Meşəbəyi (3-cü hissə)

Bir gənc dükandan nişanlısına üzük alıb çıxanda (öldürdüyü zəngin) bu əclaf da orda imiş. Maşını ilə buları təqib edir, yolun ortasında saxlatdırır maşını. Cavan oğlana utanmadan "Nişanlındır, məşuqəndir bilmirəm, buna nə qədər pul sayım?!" - deyə iyrənc təklif edir. Ətrafını saran silahlılardan, başına tuşlanmış tapancadan belə qorxmayan mərd gənc isə sadəcə onun üzünə tüpürməklə kifayətlənir. Hadisədən bir neçə saat sonra gənci "Çox miqdarda narkotiklə qaçaqçılıq edirdi, təqibdə öldürüldü" adı ilə aradan götürürlər, qızı isə zorla evdən çıxarmaq istəyəndə özünə qəsd edir, bu əclafa "yem" olmaqdansa, ölməyi üstün tutur. Amma bunlara qarşı nə bir ittiham olur, nə də bir dəlil...

Talehin "İkimizin bir düşməni var sözü" Fərhadın ağlına batır. Ürəyində sevgilisinə "Demə düşmənimiz bu deyilmiş, səni öldürsə də düşmənimiz deyil", deyə ah çəkir. Talehə baxaraq deyir:

- Mənim müharibədən çoxlu dostum var, onların çoxunun mənə can borcu var. İndi təcili dəstə yığım gərək... bu əclafın yüzlərlə muzduru var.

Taleh isə cavabında belə söyləyir:

- Mən şəhərdən nişanlımı çıxarıb, sənin yanına gələ bilərəm. Amma sən tez ailəni təhlükəsiz yerə apar. Çipin üstündə xüsusi izləmə aparatı var, lap onu da çıxarsan yenə bir neçə saat burda olduğu bilinəcək. Vaxtımız çox deyil. Onun vertolyotu, çoxlu silahlısı var. Qardaşı da bütün polis bölməsini bura tökəcək. Səni harda görəcəyəm?

Fərhad isə özünü təqdim edərək:

- "Qurd çalasında", tanıyırsan? - deyə soruşdu...

Taleh də özünü tanıtdı:

- Bəli - dedi. - İndi isə yolçu yolunda gərək - deyib şəhərə sarı qaçaraq uzaqlaşdı...

Fərhad geri - meşəyə çatanda atası arabayla gölməçəyə yenicə çatırdı. Qoca nəvəsinin acınacaqlı halını görüb az qala dəli olmuşdu. Amma göz yaşları ilə heç nə dəyişməyəcəkdi. Fərhad Sahilin axsayaraq Həcəri qollarında gətirdiyini də gördü. Arabaya hər ikisinin cəsədini köməkli yerləşdirdilər. Həcərin və qızı Aygünün. Amma bu cəsədlərin hələ torpağa tapşırmamış özləri də hədəfə, cəsədə çevrilə bilərdilər meşəbəyinin qalan ailə üzvləri. Fərhad hər şeyi Sahilə başa saldı. Özü isə yaxındakı sərhəd qoşunlarının zastavasına, silahdaşlarının bir neçəsinin olduğu hərbi hissəyə tərəf tələsdi. Qaniçən, azğın icra başçısı və onun azğın qardaşı, polis rəisi bu hadisədən xəbər tutunca dəstə yığmaq lazım idi. Əsl ədavət qarşıda idi...

(Ardı var)

Səslərin sayı: 4
15
2631
loading...
Şərhlər
Offline
toma676
Gerey evvelinide oxuyum
6 aprel 2014 01:45
Offline
PƏRVANƏ ƏLİYEVA......
Ele eclaflardan guyeki indi yoxdu..Allah koklerini kessin.Oxuyub esebleshirem..Amma en azinnan Ferhadla Taleyin birleshmesi yaxshi oldu..Eslinde Men Talehin gunahini hec gormurem burda .Oda kiminse el altisi idi..Hansisa bir eclafin vijdansizin..ardini gozluyek gorey neler olacaq..men lap bashdan izliyirem bu yazini..cox maraqlidi mene..Elnur bey teshekkurler size..
12 yanvar 2014 18:55
Offline
nigar
Beyendim tesekkurleerrr
10 yanvar 2014 09:30
Offline
leman
Nə yaxşı yazmısız ,çox xoşuma gəldi...nəolar sonunu yaxşıların qalibiyyəti ilə bitirin...realda belə olmasa da,qələminiz var olsun give_ros
10 yanvar 2014 00:30
Offline
Aysel İ.
Bu əclaflardan hər yerdə var ,Allah köklərini kəssin

"Balıq başdan iylənir" deyirlər.
9 yanvar 2014 22:00
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Seadet Sexavet
Çox xoşum gəldi..Real vəzifəliləri əks etdirəçək.Təşəkkürlər.Ardını gözləyirəm..
9 yanvar 2014 21:49
Offline
AFET
Çox maraqla oxudum ardını gözlüyürem teşekkürler.
9 yanvar 2014 21:24
Offline
Ellada Babayeva
2-ci hissə elədə maraqlı gəlməmişdi deyə fikir bildirməmişdım.Bu vicdansızın nə çox əməlləri var imiş.. diablo
9 yanvar 2014 20:08
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Bu əclaflardan hər yerdə var ,Allah köklərini kəssin
9 yanvar 2014 18:36
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
yagmur atasoy
Cok guzeldi.ben boyle hikayeleri okumayi cok seviyorum.
9 yanvar 2014 17:54
Offline
Gulum
Tewekkur size Olduqca maraqli ve bu gun de aktualligini saxlayan bir hekayedi Belkede hele yazilmamiw ve ustu acilmamiw ne qeder bele hekayelerimiz kimlerinse qara yaddawinda kok salib Amma cox xaiw edirem novbeti hisseni bu hisse kimi cox gozlemeyek,
9 yanvar 2014 17:42
Offline
ÖzDüNyAm
cox maraqlidi hekayedi
9 yanvar 2014 16:32
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
lala
maraqlidir sonu nece olacaq
9 yanvar 2014 16:22
Offline
BIBIXANIM
COX SAG OLUN
9 yanvar 2014 15:43
Offline
nigar
cox gozeldir beyendim give_hea
9 yanvar 2014 15:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!