Bakıda hava 20°
USD AZN
EUR AZN

Qadın.Netlilərin tərcümeyi-halı - 6

Qadın.Netlilərin tərcümeyi-halı - 6

MAYA EL

Adım Xəyalədir, 1982-ci ilin soyuq qış axşamında - yanvarın 29-da dünyaya göz açmışam. Ailədə 6 nəfərik: atam, anam, bacım mən və məndən kiçik iki qardaşım. Bacım və qardaşlarım ailəlidirlər. 1988-ci ildə birinci sinifə getmişəm. 1999-cu ildə əla qiymətlərlə məktəbi bitirib tibb texnikumuna qəbul olmuşam. 2005-ci ildə nişanlanıb 2007-ci ildə ailə qurmuşam 2008-ci ildə şirin-şəkər qızım Maya dünyaya gəlib. 2012-ci ilin 13 yanvarından Qadın.Netliyəm və buna çox şadam love hamınızı çox istəyirəm.

muslim woman (şirinlər:))

Adım Dünyadır. 1986-cı ildə Bakıda anadan olmuşam, adımı da nənəm qoyub. Anamın dediyinə görə dız-dız uşaq olmuşam biggrin Ailədə 4 nəfərik: atam, anam, mən və qardaşım. Aramızda qalsın, bir bacım olmasını çox istəmişəm. 1993-cü ildə məktəbə başlamışam, 2004-cü ildə də bitirmişəm. Məktəb illəri həyatımın ən maraqlı illəri olub. Universitet illəri qismət olmayıb. 2006-cı ildə ailə həyatım başlayıb. Allaha sonsuz şükürlər olsun 2007-ci ildə qızım, 2008-ci ildə oğlum anadan olub. Belə. Türklər demiş, yuvarlanıb gedirik, çox şükür Allaha.

Qadın.Netlilərin tərcümeyi-halı - 6

Elif♡

Adım Sevincdir. 14 fevral 1993-cü ildə Göyçay rayonunda anadan olmuşam. 1999-cu ildə 1-ci sinifə getmişəm. Ailədə 6 nəfərik: atam, anam, bibim, 2 bacım və mən. Evin sonbeşiyi mənəm. Mən anadan olandan sonra xalam bizə qonaq gəlibmiş. Evdəkilərdən "Uşağın adını nə qoymusuz?"- deyə soruşub. Atam da "Sevinc qoymuşuq"- deyib. Mən də artıq üçüncü qız övladı idim. Xalam da zarafatla: "Pah, lap elə sevinmişik ki, hələ bir adını Sevinc də qoymusuz"- deyib. Atam da deyib ki "Niyə sevinmirik?! Sevinmişik!" love İlk günlərdə xalamın sevimlisi olmasam da indi çox istəyirik bir-birimizi. Bacılarım ailəlidir. Böyük bacımın bir qızı, bir oğlu, ikinci bacımın isə bir qızı var. İnşaAllah onun da ikinci övladının bu yaxın günlərdə aramıza qatılmağını gözləyirik Allahın köməyi ilə.  Allah olmayanlara nəsib etsin. Amin. Mən isə 2010-cu ildə məktəbi bitirmişəm və həmin ildə də universitetə qəbul oldum. Hal-hazırda Bakı Dövlət Universitetində qiyabi təhsil alıram... Məndən bu qədər...

Şəri Babayeva

Mən, Babayeva Şərafət 1989-cu il dekabrın 2-də Bakıda dünyaya gəlmişəm. Ailədə 5 nəfərik: atam, anam iki bacım və mən. Hələ mən dünyaya gəlməmişdən atam artıq adımı qoyubmuş, deyirmiş ki, qız olacaq, adı Şərafət olacaq. Anam deyirmiş ki, "Hardan bilirsən, bəlkə oğlandır?" Atamsa "Yox, yox, qızdır, Şərafətdir" deyirmiş. İlk dəfə məktəbə gedəndə çox sevinirdim, 220 saylı məktəbdə oxumuşam, tam oxumadım, 9-cu sinifdən çıxdım (tənbələm blush). Hərdən məktəb illəri üçün çox darıxıram. Subayam, bacılarım da subaydır. Ən böyük arzum xala olmaqdı, hələ ki qismət olmayıb.

Qadın.Netlilərin tərcümeyi-halı - 6

aydan əsgərli 

Adım Aydan Əsgərlidir. 1994-cü ildə Biləsuvar rayonunun Xirmandali kəndində anadan olmuşam, amma Atam Biləsuvar rayonun Aşağı Cürəli kəndindəndir. Yəni mən də o kənddənəm. Bakıya 2 yaşından köçmüşəm. Məktəbi Bakıda oxumuşam və 9-ci sinifdən çıxıb kollecdə oxuyuram. Ailədə 4 nəfərik: anam, atam, qardaşım və mən. Qardaşım məndən 2 yaş böyükdür. Ailəli deyiləm, tələbəyəm və dil-ədəbiyyat müəlliməsi olmaq üçün hazırlaşıram. girl_ten

vefa elizade

Adım Vəfadır. 1997-ci ildə Biləsuvarda anadan olmuşam. 16 yaşım var. 10-cu sinifdə oxuyuram. Deyəcəksiniz ki niyə 11-də oxumursan. Açıqlayım: 4 yaşında Biləsuvardan Bakıya köçdük. Bakıda öz evimiz yox idi, kirayə qalırdıq və evimizi tez-tez dəyişməli olurduq. Elə məktəb yaşıma çatanda da məktəbə getmədim, çünki tez bir zamanda yenə evimizi dəyişməliydik. Qismət oldu, 7 yaşında məktəbə getdim. Hal-hazırda oxuduğum məktəb 3-cü məktəbdir və evimiz də öz evimizdir, şükür Allaha. girl_ang Məktəbimin dəyişməyi mənə o qədər də təsir etmədi, yeni dostlar qazandım, savadlı müəllimlərdən təhsil aldım. Yəni itirmədim, qazandım. Dərslərimdə də heç bir geriləmə olmadı. 10-cu sinfə qədər əlaçı olmuşam, niyyətim məktəbi qızıl medalla bitirməkdir, amma olmasa da eybi yox. 3-cü qrupa hazırlaşıram. İstəyim idarəetmə, tərcüməçilik, ya da turizm fakültəsinə daxil olmaqdır, inşaAllah olaram. Olmasam belə Allah inşaAllah zəhmətlərimi boşa verməz. Mütləq daxil olmalıyam, yoxsa atamın, anamın üzünə baxa bilmərəm. Onlar mənə heç nə deməz, amma mən özümü heç vaxt bağışlamaram. Sonrası isə qismətdir... Bu da mən - sizin Vəfa Əlizadə.

Qadın.Netlilərin tərcümeyi-halı - 6

Nigar

Mən, Cəfərova (Zeynalova) Nigar 1981-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində, ziyalı ailəsində doğulmuşam. Ailədə 5 nəfər olmuşuq - atam, anam, böyük qardaşım və biz - əkizim qardaşımla mən. 7 illik uşaq musiqi məktəbini 1997-ci ildə, orta məktəbi isə 1999-cu ildə bitirib, həmin ildə də ADPU-nun filologiya fakultəsinə daxil olmuşam. Qiyabi olduğumdan 2000-ci ildən bitirdiyim uşaq musiqi məktəbində işləmişəm (5-6 il). Sonra diplomsuz işlədiyimdən oranı tərk etməli oldum. 2004-cü ildə universiteti bitirib, oxuduğum orta məktəbdə ixtisasım üzrə işləməyə başladım. 7 ildir musiqi məktəbində işləmirəm, təvazökarlıqdan uzaq olsa da deyim, hələ də məni təriflə yada salirlar. İşlədiyim orta məktəbdə də kollektivin və şagirdlərimin hörmətini qazanmışam - bu, mənim üçün hər şeydir. girl_ten 2011-ci ildə sevdiyim insanla ailə qurdum. Əli adlı bir oğlumuz var. Qardaşlarım da ailəlidir. Birinin 2, o birinin isə 1 qızı var. Mən onları dünyalarca sevirəm. Allah sizi sevdiklərinizdən, sevdiklərinizi də sizdən ayrı salmasın, Amin! Avqust ayından sizlərlə bərabərəm və çox yaxşı ki, sizin kimi səmimi insanlarla virtual da olsaünsiyyətdəyəm. Qadin.Net məni bir qadin olaraq hərtərəfli püxtələşdirir. Bu qədər.

APENAS

Mənim adım Yeganədir - qısaca olaraq hamı Yeqiş deyir. 1994-cü ildə Gəncə şəhərində anadan olmuşam. Dünyaya axşam saat 8-də göz açmışam. 2001-ci ildə birinci sinifə gedib 2010-da 9-cu sinifdən çıxıb Gəncə musiqi kollecinə daxil olmuşam. Hal-hazırda 4-cü kursda oxuyuram, pianoçuyam. Ailəmiz 4 nəfərdən ibarətdir: atam, anam, mən və məndən bir yaş kiçik olan canım qardaşım. İnşaAllah bu il kolleci bitirib işləmək fikrindəyəm, sənətimi çox sevirəm, qarşıma hələ ki istədiyim kimi birisi çıxmayıb. Burada hələ ki yeniyəm, amma buna baxmayaraq dostlarım oldu, buranı və dostlarımı çox sevirəm. love Mənlik bu qədər, dəyəsən mən çox yazdım. Sonda isə bütün qızlarımıza xoşbəxtlik arzulayıram.

Qadın.Netlilərin tərcümeyi-halı - 6

leyla esgerova

Mən Leyla Əlizadə 1998-ci ildə Biləsuvar rayonunda anadan olmuşam. Ailəmiz çox böyük olub. Nənəmgillə bir yerdə qalmışıq. Rayonda imkan yaxşı olmadığından atam Bakıda iş tapdı və biz Bakıya gəldik. Ailədə 4 nəfərik: atam, anam, bacım və mən. Evin ən kiçiyi mən olduğuma görə atam məni ərköyün böyüdüb. Bakıya gələndə çox çətinlik çəkmişik. 7 yaşımda məktəbə getmişəm. İndiyə kimi 7 evdə kirayə qalmışıq və 3 məktəb dəyişmişəm (rekord qırmışıq mocking ). İndi artıq 9-cu sinifdə oxuyuram, imkanımız da şükür Allaha əladır. Dərslərim də yaxşıdır. Ali məktəbə daxil olsam, çox xoşbəxt olaram. İnşaAllah o da olar. 

arzum_muradim.

Mən Əlizadə Fəridə, 15.07.2000-ci ildə Bərdə rayonunda dunyaya gəlmişəm. Ailədə 5 nəfərik, bacım ailə qurandan sonra 4 nəfər qaldıq. Atam, anam, qardaşım və mən. Ailədə ən kiçik mənəm. Bacımla 10, qardaşımla 9 yaş fərqimiz var. 11 yaşımda xala olmuşam.  Dunyalar qədər çox istədiyim bacımın 2 balası var. Ən böyük arzum bibi olub adını Murad qoymaqdır. Nikim də ona gorə belə qoymuşam. yes

Səslərin sayı: 10
54
3520
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
Çox gözəl və maraqlı xəbərdi girl_ten
27 fevral 2014 22:48
Offline
Parvina İbrahimova
Hamınızı tanımaq xoşdur qızlar laughing
4 noyabr 2013 22:08
Offline
ZEHRAM
Maraqli alinib xeberiniz lap yaxindan tanimis olduq
4 noyabr 2013 16:21
Offline
MAYA EL
xanımlarımızı yaxından tanımaq çox xoş oldu çox saq ol canım davaml xəbərlər give_ros


Ləman_
MAYA EL
a ne yaxwi 1 ilde 1 ayda gelmiwik sen 13-u men 24-u Xowbext ol canim Allah mayani saxlasin amin

çox saq ol gözəl bacım nə yaxşıkı səndə bizimləsən
4 noyabr 2013 11:51
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Nigar
LEMAN_ BACIM,TESEKKUR EDIREM.ALLAH SIZE HER ZAMAN KOMEK OLSUN
3 noyabr 2013 22:34
Offline
Şəri Babayeva
Çox sağolun qızlar Amin İnşaAllah give_ros give_ros give_ros blush
3 noyabr 2013 19:46
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
איסון ממדוב.
ne gozel 6ci hissede geldi ele bildim 5 sondu
3 noyabr 2013 19:02
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
zehra
təşəkkür yeqis tanisliga sad oldum qizlar davamli olsun insallah bu xeberin sonu olmayacaq deyesen cunki her an saytin istifadecileri artir girl_ten
3 noyabr 2013 17:33
Offline
guleresmer
MasAllah uje 6 da cixdi.maraqlidi qizlarmiznan yaxindan tanis olmaq.tesekkurler Yeqis i_am_so_
3 noyabr 2013 17:32
Offline
♥♥♥ Türkanə ♥♥♥
xeberiniz cox yaxsi alinib ellerinize saglik
3 noyabr 2013 15:06
Offline
GülnaR
shirinlər-DÜNYA nə gozəl addır,bayıldım vallah

 Şəri Babayeva,-Allah arzunuza çatdırsın
3 noyabr 2013 14:49
Offline
Nigar
MAYA EL
a ne yaxwi 1 ilde 1 ayda gelmiwik sen 13-u men 24-u winked Xowbext ol canim Allah mayani saxlasin amin
muslim woman (şirinlər:))
Allah xowbextliynizi daimi etsin amin
Elif♡
Allah senide xowbext etsin amin
Şəri Babayeva
inwAllah butun arzularniz cin olar amin
aydan əsgərli
inwAllah qebul olarsan amin
Nigar
Allah sizide her zaman aileniz ve sevdiklernizle xowbext etsin amin
APENAS
Allah senide xowbext etsin amin
leyla esgerova
inwAllah qebul olarsan amin
arzum_muradim.
inwAllah seninde arzun cin olar amin

Yeqiwim bele gozel xebere gore cox sagol me ele bilirdim qutarib sen deme davam edirmiw davamli olsun amin
give_ros
3 noyabr 2013 13:51
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Şəri Babayeva
Oy xəbər cıxıbki girl_ang Ellada Babayeva,
görümdə bacişkam give_ros air_kiss
3 noyabr 2013 13:37
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
seadet
Rebbim her kese yar olsun
3 noyabr 2013 13:11
Offline
wwwwwwwwwwwwwwwww
ALLAH HAMINIZA XOS GUNLER QISMET ETSIN.HARALI OLMAQINIZDAN ASLI OLMAYARAQ BIZ MEHRIBAN AILEYIG.
3 noyabr 2013 12:07
Offline
aydan əsgərli
SALAM çoxxxxxxxxxxx sağolun menide ve xalamqizdarinida yazdiqiniz üçün
3 noyabr 2013 11:19
Offline
Xedice 033
Yeqis canim xeberin davamli olsun

Xanimlarimizla tanis olduq
3 noyabr 2013 11:09
Offline
Ellada Babayeva
Maraqlıdı..Qızlarımızıda yaxından tanımaq maraqlıdı..Bacımın yazısı lap kövrəltdi məni..
Ən böyük arzum xala olmaqdı, hələ ki qismət olmayıb.
İnşaAllah arzun ürəyində qalmaz.. blum
3 noyabr 2013 00:42
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Hemolina
Yeqiş təşəkkürlər sənə. Çooxxx maraqlı alınıb xəbərin, həmişəki kimi give_ros
3 noyabr 2013 00:40
Offline
♥Selena♥
Artıq 6-cı hissədir, vay-vay, gərək vaxt tapdıqca hamısını oxuyum.
Yegişim, xəbərini, möhtəşəm ideyanı çox bəyənirəm həmişə. Maraqla da oxumuşam indiyə qədər, sadəcə bir-iki hissəsini çatdırıb oxuya bilmədim recourse üzrlü say.
Təşəkkürlər give_ros davamı gəlsin.
3 noyabr 2013 00:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış