Ucar və Zərdab rayonlarının ümumi sayı 145 000-dən çox olan sakini səyyar "ASAN Xidmət"dən Ucar rayonunda yararlana biləcəklər. "ASAN xidmət"-dənTrend-ə daxil olan məlumata görə, noyabrın 6-dək davam edəcək səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.Xatırladaq ki, Səyyar "ASAN Xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.İndiyədək Səyyar "ASAN Xidmət" çərçivəsində 17 məntəqədə 30 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar "ASAN Xidmət" in göstərilməsi planlaşdırılır.Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ, Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda Cəlilabad və Biləsuvar, İmişli rayonunda İmişli, Şəki şəhərində isə Şəki və Oğuz rayonlarının sakinlərinə Səyyar "ASAN Xidmət" göstərilib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
“Jet sosyete” serialı final edir
Unlanaraq qızardılan balıq xərçəngə səbəb olur-ALİMDƏN ŞOK Rəy
Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Azərbaycanda hotellərin gəlirləri artıb
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Göbələkli zapekanka(foto resept)
Ermənilər Kəlbəcəri boşaldır - VİDEO
Kişilərin 6 sirri
Bu gün Lavrov və Çavuşoğlu Rusiyada Qarabağ məsələsini müzakirə edəcəklər
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj - VİDEO
Viktoriya Bekhemin QANINDAN krem hazırlandı -Qiyməti 1500 dollar
Saç rezini modelləri
Komandan ön cəbhədə
Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ
Tramp yenidən prezidentliyə namizəd oldu
Günün ulduz falı
55 yaşlı Treysi miqrenə belə qalib gəldi
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Ümidini ipotekaya bağlayanlar, xoş xəbər var!
Tanınmış obrazlar fərqli qələmdən
Müdhiş layihə - Kosmik internet!
Toppuş qızlar arasında gözəllik müsabiqəsi - FOTO
Obama: İŞİD qruplaşması məhv ediləcək
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
BÜRCLƏR bizə nə vəd edir?-1 Yanvar
Qlobal istiləşmə - Afrikada rekord istilər
İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər - VİDEO
Seda Sayanın geyimi DİQQƏT ÇƏKDİ-FOTO
Noyabr üçün dəbli kombinlər
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi
Bu maska ilə saçlarınız daha tez uzanacaq
Azərbaycan elminə ağır itki üz verdi
50 qəpik at, avtomobilini özün yu- BAKIDA
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Meyvələrə tələbat artıb
Aforizmlər
Neftimiz neçəyə satılır?
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
İnstaqramda Yenilik
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb
Burun qanaxmasının səbəbləri və müalicəsi
Azərbaycanlı alim Nobel medalı mükafatı aldı
Apple təbiət meneceri axtarır
“Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın” - Dahilər qadınlar haqqında
Nazik saçlara qulluq
190 manat ödənilən şəxslərin sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Ece Erkenin sözləri məsxərəyə qoyuldu-FOTO
- ŞƏRHLƏR