Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Birlik istəyirəm

Birlik istəyirəm
Birlik istəyirəm... Fələstində, Suriyada, İraqda, Əfqanıstanda, Kərkükdə su yerinə axan müsəlman qanının dayanması üçün, atasız-anasız qalan uşaqların fəryadını eşitməmək üçün, hər an ölmək qorxusu ilə yaşayan, əzilən, təhqir edilən müsəlmanların hüzura, rahatlığa qovuşması üçün Birlik istəyirəm... Məsum insanların çəkdiyi maddi-mənəvi əzabların sona çatması üçün Birlik istəyirəm... Dinc yaşamaq üçün, sevgi və etibarın, sülhün, qardaşlığın, bərabərliyin hakim olduğu həyat tərzi üçün Birlik istəyirəm...
Bu birlik olmalıdır. Bizim hal-hazırda görəcəyimiz ən vacib iş bu olmalıdır. Çünki birlik olan yerdə həmişə dirilik olur. Mütəfəkirlərdən biri belə deyib: “Bir olaq, iri olaq, diri olaq”. Uca Rəbbimiz Allah da bütün müqəddəs kitablarında insanlara bir olmağı əmr etmişdir.  Nə qədər ki, aramızda birlik yoxdur, bizi hələ çox bəlalar gözləyir.
Dünya əhalisinin təkcə 1.5 milyard nəfəri müsəlmanların payına düşür. Bu həqiqətən də çox böyük rəqəmdir. Lakin təəssüf olsun ki, 1.5 milyardlıq müsəlman nüfuzu parça-parçadır. 1.5 milyard müsəlman İslamı 70 firqəyə bölərək, hərəsi öz mənsəbinə qulluq edir. Digərlərinə isə ögey münasibət bəsləyir. Halbuki, bir dam altında birləşərək bütün dünyaya liderlik də edə bilərlər. Müsəlmanlar illərdir ki, təzyiq altındadırlar, illərdir ki, başqalarından mərhəmətsizcəsinə rəftar görürlər. Dünyanın müxtəlif yerlərində müsəlmanlara böyük əzablar yaşadan bu parçalanmışlıq əslində böyük fitnədir. Bu fitnənin sona çatması, axan qanın dayanması ancaq Birliyin qurulması ilə mümkün ola bilər. Dünya müsəlmanlarını, İraqı, Şərqi Türküstanı, Çeçenistanı, Fələstini, Əfqanıstanı xilas edə bilən tək çarə Birlikdir. Əgər bu birlik baş tutsa, inanıram ki, nəinki müsəlmanlar, bütün dünyada başqa dinlərə, inanclara qulluq edən vicdanlı insanlar da çox rahat olar, hüzura qovuşar.  Yer üzündə heç qan axıdılmaz. Çünki bu birliyi qurmaq Allahın əmrinə itaət etmək deməkdir həm də. Allah da itaətli olmağın müqabilində müsəlmanları xoşbəxtliklə mükafatlandırar, hər işlərini bərəkətləndirər. Bu birlikdə əsas ölçü Quran əxlaqı olduğuna görə, inancından, dinindən, millətindən, irqindən, siyasi mövqeyindən asılı olmayaraq, hər insana şəfqətlə, sevgi ilə yaxınlaşan, hər kəsin haqqını qoruyan hüzur və sülh birliyi yaranar. Birlik terrorlara, anarxiyaya, hər cür fitnəyə tam mənası ilə son qoyar. Bu birliyi bütün müsəlmanlar əlbəttə ki istəyirlər. Lakin istəmək kifayət etmir. Müsəlmanlar hərəkətə keçməlidirlər. Kiminsə onları bəlalardan qurtaracağını gözləməməlidirlər. “Biz sadə adamlarıq, heç nə edə bilmərik, bacara bilmərik, bu siyasətdir, siyasət isə bizlik deyil” deyib yaxalarını kənara çəkmək heç də vicdana uyğun deyil. Qan tökülmədən, müsəlmanların sevgi ilə bir yerə gəlməsi ilə, şəfqətlə, gözəl sözlə, ağıllı, hikmətli üslubla, dostluğu yaymaqla bu birlik təsis ola bilər. Bu birliyin qurulması da yer üzünün tamam başqa bir gözəlliyə bürünməsinə, bolluq və bərəkətin artmasına, sənətin, estetikanın və elmin daha çox inkişaf etməsinə, çox güclü və köklü bir mədəniyyətin inşa edilməsinə səbəb olar.
Birlik istəyirəm
Tarix də İslamın Şərqə ədalətli, xoşgörüşlü, ağıllı bir idarəçiliyi təqdim edən tək inanc olduğunu sübut edir. Bu gün Şərq müharibə meydanına çevrilmişdir. Amma əvvəllər belə deyildi. Müsəlmanların bir dam altında yığışdığı dövrlərdə bu bölgədə əsrlərlə davam edən sülh və hüzur dövrü yaşanmışdı. Şərqdə 20-ci yüz illiyə qədər davam edən bu sabitliyin səbəbi də bu torpaqlarda İslam əxlaqının hakim olması və müsəlmanların bir olması idi.  İstər Peyğəmbərimizin (s.ə.v), istərsə də sonrakı dövrlərdə, məsələn, İman Əli(ə)ın hakimiyyəti dövründə, hz. Ömərin Fələstini fəth etdiyi dövrdə, Səlahəddin Əyyubinin 1187-ci ildə Xaçlı ordusunu məğlub etdiyi və Fələstində hakimiyyəti ələ keçirdiyi dövrdə, eləcə də  Səfəvi şahlarının və Osmanlı xəlifələrinin dövründə müsəlmanlar sülh və rifah içində, qardaşcasına və mehriban həyat tərzi keçirirdilər. Çünki birlik vardı. Bu birliyi quranlar da ağıllı və ədalətli rəhbərlər idi. Onların ağıl və ədalətinin mənbəyi isə Quran əxlaqı idi. Keçmişdəki yuxarıda nümunəsini göstərdiyimiz müsəlman dövlətlərin ağıllı və ədalətli idarəçilik sistemi qurmalarının səbəbi Allahın belə bir sistemi Quranda onlara əmr etməsi idi. (Nisa surəsi, 58-135) Bu gün də Birlik damı altında müsəlmanları qoruyan, onlara himayədarlıq edən ağıllı rəhbərlərə ehtiyac var. Bu rəhbərlərin gəlməsi üçün də müsəlmanlar dua etməlidirlər. Allahdan “Ya Rəbbi, bizə qurtarıcı, xilaskar göndər”, - deyə kömək istəməlidirlər. Müsəlmanların dəhşət dolu xəbərlərini qəzetlərdən, televizorlardan izləyən bizlər üçün heç bir şey olmayıbmış kimi həyatımıza davam etməyimiz doğru deyil. Biz məsuliyyətsizcəsinə yaşamamılıyıq. Bütün dünyanı Allaha iman gətirməyə, din əxlaqının gətirdiyi gözəllikləri yaşamağa dəvət etmək və Quran əxlaqının qarşısında böyük din düşməni olan ideologiyalara qarşı fikri mübarizə aparmalıyıq. Ümid edirəm ki, nə vaxtsa bu birlik qurulacaq. Çünki Peyğəmbərimiz (s.ə.v) də hədislərində bizə bu müjdəni verib. Xüsusən də Allahın Elçisinin axırzamanla bağlı hədislərinə nəzər salanda əlamətlərin bir çoxunun gerçəkləşdiyini görürük. Bu hədislərdəki əsas cəhət hz. Mehdi əleyhissalam zühur edənə qədər Şərqdə qarışıqlıq, fitnə və böyük hadisələr yaşanacağıdır.
Birlik istəyirəm
Silsilə hadisələr cərgəsində İran-İraq müharibəsi, Azərbaycanın işğalı, ərəb məmlüklərinin öldürülməsi və s. axırzaman əlaməti kimi təsvir olunmuşdur. Bir hədisdə isə Mehdinin (ə.s.) nə vaxt gələcəyi ilə bağlı belə məlumat verilmişdir: "İnsanlar 1400-cü ildə hz. Mehdinin (ə.s) yanında toplanacaqlar". (Risaletül Huruc-ül Mehdi, s. 108)  
Bu hədis Mehdi əleyhissalamın hicri təqvimi ilə 1400-cü ildə, yəni 14-cü əsrdə, yəni miladi təqvimi ilə 21-ci əsrdə zühur edəcəyini göstərir. Hal-hazırda da 21-ci əsrdə yaşayırıq və digər tarixi hadisələri hədislərlə müqayisə edəndə zənnimiz daha da böyüyür. Bəlkə də axırzamandayıq, bəlkə də yaxınlaşırıq. Deməli o müqəddəs insanın gəlişinə də ümid edə bilərik. Bəlkə o mübarək insanı görmək, onun gəlişi ilə hüzura, rahatlığa qovuşmaq bizə də qismət olar. Dünyanı qurtaracaq sonuncu Xilaskar, Birlik quran, müsəlmanlara himayəlik edən, qoruyan, sevgi, şəfqət müəllimi hz. Mehdinin gəlişi bəlkə də yaxındır. Əlamətlər isə  bəlkələrin çox yaxın zamanda reallaşacağını göstərir. Bizə düşən, öz öhdəmizdəki məsuliyyətləri yerinə yetirməkdir. Bu məsuliyyətlərdən ən böyüyü isə İslam Birliyi üçün cəhd etməkdir. Biz əvvəlcə öz aramızda birləşməliyik bunun üçün. Fərqlilikləri, ixtilafları, təriqət ayrı-seçkiliklərini bir kənara qoyub, Allahın varlığını, yaradılışı öyrənib başqalarına da öyrətmək üçün birləşməliyik. Kainatın hər tərəfi inkarçıların yanlış və azğın fəlsəfələrini yerlə-yeksan edən dəlillərlə doludur. Vicdanının səsini dinləyən, səmimi və ön mühakimələrdən uzaq bir şəkildə kainatı və təbiəti araşdıran hər kəs ətrafındakı yaradılış dəlillərini dərk edir. Canlı-cansız hər varlıq Allahın üstün yaratma sənətini bizə tanıdan mesajlar daşıyır, ətrafımız Onun varlığını və birliyini açıqca ortaya qoyan işarələrlə əhatə edilmişdir. Hal-hazırda bir çox insan bu gerçəklər üzərində heç düşünmədən Allahın nemətlərindən istifadə edir, ONA şükür etməyi ağıllarına belə gətirmədən qəflət içində yaşayır. Bu qəfləti aradan qaldırmaq üçün Allaha və axirət gününə iman gətirən səmimi müsəlmanlar əl-ələ verməlidirlər. Biz eləcə də Darvinizmə qarşı birləşməliyik. Çünki Darvinizm insanlara yaradılışı inkar etdirərək onları ateizmə sürükləyir. Məqsəd dünyanı "güclülərin ayaqda qaldığı bir həyat mübarizəsinin arenası" kimi təsvir edərək, insanları İlahi dinlərin gətirdiyi əxlaqi üstünlüklərdən uzaqlaşdırıb eqoist və mərhəmətsiz heyvanlara çevirməkdir. Elm və düşüncə dünyasındakı darvinist diktatorluğa qarşı Allah'a inanan insanların birləşərək etiraz etmələri olduqca vacibdir. Gəlin, darvinizmin böyük yalan və saxtakarlıq olduğunu bütün dünyaya izah edək, həyatın həqiqi mənşəyinin yaradılış olduğunu bütün insanlara eşitdirək. Nəhayət ki, sülh naminə birləşək. Bərabərlik naminə birləşək öz aramızda. Bəlkə oxuduqca kimsə düşünə bilər ki, danışmağa nə var ki, yazmağa nə var ki. Amma əmin olun ki, hərəkətə keçirmək də yazmaq, danışmaq qədər asandır. Sadəcə qətiyyət, iradə və güclü istək lazımdır. Həm də ki, ümidsizlik, pessimizm, kədər, bezginlik, zəiflik güclü insanlara, xeyir gözəllik axtarışında olan insanlara əsla yaraşmayan xüsusiyyətdir. Biz əgər birlik içində hərəkət etsək, Allah mütləq bizə müvəffəqiyyət nəsib edəcək.
Səslərin sayı: 6
32
6160
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Varlida ozunu fikirləşir kasibda.Hec kim basqalarini ac qalanalrini dusunmur
29 yanvar 2015 09:21
Offline
Xanim_Xatun
Varlida ozunu fikirləşir kasibda.Hec kim basqalarini ac qalanalrini dusunmur
29 yanvar 2015 09:21
Offline
Xanim_Xatun
Varlida ozunu fikirləşir kasibda.Hec kim basqalarini ac qalanalrini dusunmur

Varlida ozunu fikirləşir kasibda.Hec kim basqalarini ac qalanalrini dusunmur
29 yanvar 2015 09:21
Offline
Deniz N-va
Canim tapsan mene de gonder o birlikden ne olar cray
4 avqust 2014 20:36
Offline
MELEK
Axirete yaxin muharibeler artacaq ,insanlar ozlerini cine seytana oxsadacaq,goz onunde exlaqsizliq edecek hamisi var demek axirete az qalib.Allah en duzgun bilendir.
3 yanvar 2014 22:27
Offline
Nuridə Nuriyeva
Sırf bu hədisi nümunə olaraq verməyim və ona izah gətirməyim ylanız Azərbayca tarixini bildiyimdən deyil. Sadəcə olaraq bu hədisin bizimlə, ölkəmizlə əlaqəsi var.600-dən çox hədis var. Axırzaman şarə edir hansı ki. baxanda da əlamətlərə, istər-istəməz "yəqin axırzamandayıq" düşüncəsi yaranır. Amma yenə də ən doğrusunu Allah bilir
3 noyabr 2013 17:07
Offline
aygul,alizade
Ay baci sen deyesen ancaq Azerbaycan tarixini bilirsen. Peyqamberimizin olumunden 14 esir kecmisdir.Ve bu muddet erzinde o qeder muharibeler olubki ozude tek bizde yox butun dunyada onlari niye saymirsan.Bundan elavede peyqamberimizin dovrunde Azerbaycan vardi?Azerbaycan ondan ne qeder sonra yaranmisdir.Ozude Sah Ismail Xetai yaratmisdir bizim olkeni.En esasi ise o od ki cixacaq haaa o bizde hele cixmayib hec burdan cixmayacaqda.O basqa yerden cixacaq.Ozude o vaxt artiq dunya dagilacaq.Allah qorusun bizi o gunden.Delilleri sehih menbelerden goturun.
3 noyabr 2013 16:28
Offline
Nuridə Nuriyeva
Əbu Basir dedi: İmam Əbu Abdullah Cəfəri Sadiq belə buyurdu: Atam mənə belə buyurdu:AZƏRBAYCANDAN MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQ.VƏ HEÇ NƏ ONUN QARŞISINDA DAYANA BİLMƏYƏCƏK.BELƏ BİR ŞEY OLDUQDAN EVİNİZDƏ OTURUN.Biz nə etsək siz də onu edin. (yəni biz evdə otursaq, siz də oturun.) Bizim qiyam edənimiz (Hz. Mehdi ə.s.) hərəkət etdikdə sürətlə və heç dayanmadan ona doğru qaçın. (Şeyx Muhamməd b. İbrahimi Numani, Qaybeti Numani, səh.311)
Peyğəmbərimizin hədisində 144 il əvvəl verdiyi bu xəbər keçdiyimiz illərdə reallaşan Azərbaycanın işğalına işarədir. 20 yanvar 1990-cu ildə masonların və ateist sionistlərin planları nəticəsində yüzlərlə azərbaycanlı müsəlman şəhid olmuşdur. Qorbaçovun rəhbərliyindəki qırmızı ordu tərəfindən tank və əsgəri güc ilə günhasız əhaliyə divan tutulmuşdur. Azərbaycandakı bu hadisə əsnasında böyük fəlakatlər yaşanmışdır. Bu da peyğəmbərimizin bildirdiyi kimi, Mehdi əleyhissalamın çıxış əlamətlərindən biridir. Hədis ona işarə edir. Sayca belə hədislər çoxdur. Hamısını yazmağa vaxt məhduddur, oxuyub araşdıra bilərsiz amma. Qaldı ki, qiyamət həqiqətən də quranda bildirildiyi kimi Allahın sirridir. Allah bunu hətta peyğəmbərə də açıqlamayıb. Ancaq peyğəmbərimizin axır zaman nə vaxt olacaq mövzusunda, əlamətləri nədir mövzusunda 600 dən çox hədisi var. Rəbbimiz qiyaməti gizlədir saatını biz bilmərik, amma axırzamanla bağlı hədis çoxdur.
3 noyabr 2013 14:53
Offline
aygul,alizade
Can baci cox gozel movzudur.Cox gozel yazidir.Her sozu duz dedin esas bir meselede yanilirsan.1-si Mehdi(e.s.) qiyamete yaxin gelecek.Qiyametin vaxtini hec Peygamber(s.a.s.) bele bilmirdi.Cunki qeybin acari Allahin elindedir.2-cisi ise hec bir hedisde gelmeyib ki Azerbaycanda ,Iraqda,Suriyada muharibeler olacaq yox.Hedisde bele gelirki butun dunya 2 yere ayrilacaq kafir muselman muharibesi olacaq.Bax o zaman 1-ci Deccal sonra Isa(e.s.) sonda ise Mehdi axir zaman gelecek.Yer uzunde butun haqsizligi edaletsizliyi yox edecek.Ve muselmanlar kafirler uzerinde qalib olacaqlar.Amma bunun ne zaman hansi esirde olacagini ancaq ve ancaq Allah bilir biz bilmerik.Ama O duzdur ki qiyametin butun elametleri bizim dovurdedir.Boyuk elametleri yoxdur hele.
3 noyabr 2013 11:52
Offline
Titi
cox gozel yazidi. basqa bir yerde oxumusdum bu yazinizi. tesekkurler
2 noyabr 2013 12:38
Offline
Дождь ♪
Allah bütün körpələrin köməyi olsun.(((((((((
Hərdən düşünürəm ki , bizim də balalarimiz onlarin yerində ola bilərdi. Amma nə olsun onlar da baladirlar.. cray
1 noyabr 2013 17:55
Offline
Sirli_dunyam
Memmedova.F,
Amin canim Amin

Allah Agamizin zuhurunu tezlesdirsin insallah muselmanlari eziyyetden qurtarsin,,zemane yezidlerini meglub elesin insallah.allah haqsiz yere muselmana ezab verenlerin cezasini bu dunyada olmasada axiretde kesinlikle verecek insallah.gerek aganin zuhurunu her gun isteyek biz mominlerden aslidi her sey.emellerimizi duzeldek.onu caqiraq.edrikni ya SAHIBEZZEMAN(e.t.f) EDRIKNI>>>>
1 noyabr 2013 14:45
Offline
Memmedova.F
Allah Agamizin zuhurunu tezlesdirsin insallah muselmanlari eziyyetden qurtarsin,,zemane yezidlerini meglub elesin insallah.allah haqsiz yere muselmana ezab verenlerin cezasini bu dunyada olmasada axiretde kesinlikle verecek insallah.gerek aganin zuhurunu her gun isteyek biz mominlerden aslidi her sey.emellerimizi duzeldek.onu caqiraq.edrikni ya SAHIBEZZEMAN(e.t.f) EDRIKNI>>>>
1 noyabr 2013 14:38
Offline
MAYA EL
bu birliyi istəyən çoxdu amma birliyə riyayət edən yoxdu. Ağacı içindən qurd yeyər. özümüz-özümüzə quyu qazırıq Allah axırımızı xeyir etsin çox dəyərli yazıdı çox saq olun davamlı olsun
1 noyabr 2013 13:56
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Ibrahimova Gulya♥S♥
Cox gozel movzudu,herden duwunurem goresen muswlmanlarin bir birini qirib qan axitmasi ne vaxt dayanacaq,axi bu muharobleler niye olur? Niye gunahsiz insanlar ölur,niye yaxinlarini itirir,axi niye mehriban olmur muselmablar? Daha dogrusu ola bilmir? Bu suallar o qeder duwundurur insani,goresen ne boluwdure bilmirik axi recourse
1 noyabr 2013 13:24
Offline
SR (Nişanlı)
Cox gozel xeber idi ALLAH sizden razi olsun baci
1 noyabr 2013 11:00
Offline
Flowers
Çox sağ ol Nuridə, əllərinə sağlıq. Allah razı olsun səndən Amin girl_ang
1 noyabr 2013 00:13
Offline
Turkane Selim
Cox sag olun NURIDE!Yazdiginiz her kelimede heqiqet var,amma neylemek olar ki,muselmanlar hemise qapaz altindadir ve o muselmanlari ezen "vicdansizlar"allahdan qorxmayaraq oz cirkin emellerine hele de davam edirler,ALLAH hamimizin komeyi olsun AMIN!!! girl_ang
31 oktyabr 2013 23:46
Offline
Zehra.
ALLAH SIZDEN RAZI OLSUN.KOMEYINIZE CATSIN
31 oktyabr 2013 22:40
Offline
nigar
xeberiiii cox ama cox beyendiimmmm hemcinin werhlerideeeeeeeeeeeeeeeeeeeeeeeee
31 oktyabr 2013 21:30
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!