Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Gözəl bir sevgi hekayəsi - "Mina çiçəyi"

Gözəl bir sevgi hekayəsi - "Mina çiçəyi"
Hakim boşanmaq üçün müraciət etmiş yetmiş yaşlarında olan cütlükdən soruşdu:
- Bu qədər ildən sonra nə üçün ayrılmaq istəyirsiniz? 
Yaşlı qadın:
- Hakim bəy, bir ay əvvələ qədər ağlımda belə bir şey yox idi. Yoldaşım mənə mina çiçəyi gətirdi, mən də çiçəkləri çox sevirəm.
Çiçək çox sulanması lazım olan bir çiçəkmiş və ərim nizamlı aralıqlarla sulanmadığı zaman öləcəyini söylədi. Xüsusilə də gecə sulamaq lazım imiş. Mən sümük xəstəliyi olan insanam. Gecələr yuxudan oyanıb çiçəyi sulamağım lazım olduğu halda, bir gün fərq etdim ki, ərim bir dəfə olsun mənim ağrılarıma baxmayaraq gecə qalxıb çiçəyi sulamayıb. Buna görə də mən bu qədər düşüncəsiz bir insanla yaşaya bilməyəcəyimə qərar verdim.
Gözəl bir sevgi hekayəsi - "Mina çiçəyi"
Hakim qadına haqq verdi, amma bir də qoca ərindən soruşdu:
- Sənin deyəcək sözün varmı?
Yaşlı adam:
- Yoldaşımın danışdığı hər şey doğrudur, tək bir şeydən başqa. Mina çiçəyi çox sulandıqda ölər. Arvadımın sümük xəstəliyi var və yaxşılaşması üçün nizamlı idman hərəkətləri etməlidir. Amma yoldaşım bunu etmədiyi üçün mən bu yalanı uydurdum. Çiçəyi ölməsin deyə hər gecə qalxmaq məcburiyyətində qaldı. O, oyandığı zaman mən də oyanıq olardım, işini bitirib yatdıqdan sonra gedib çiçəyin suyunu boşaldar, salfetlərlə torpağını qurudardım. Sonra da yatağa gəlib, mənə həyatı bəxş edən, canımdan çox sevdiyim yoldaşımı doyunca sevərdim...
Gözəl bir sevgi hekayəsi - "Mina çiçəyi"
Bu hekayə realdırmı bilmirəm, bəlkə həyat yoldaşım kimi: "Ola bilməz belə şey, kiçik bir problemə görə boşanmaq, həm də bu yaşda, uydurmadır" - deyə düşünənlər də var. Amma real olmasa da dərs götürüləcək hekayədir. Öz həyatımıza baxaq - əslində nə qədər səbr edəcəyimiz, zamanı gələndə qarşılıqlı danışaraq çözə biləcəyimiz problemlərimiz olur ki, şişirdərək qarışqadan fil düzəldirik. Yaradan insana dil vermişdir. Danışaraq, amma yenə də səbrlə, güzəştə getməyi bacararaq həyatımızı daha problemsiz edə bilərik.

Bir də diqqət çəkmək istədiyim məqam - görün nə qədər xoş rəftardır: "həyatının yoldaşı"nın rahatlığı üçün öz rahatlığını pozmaq. Bunu edən bəxş etdiyi xoşbəxtliyin qarşılığında xoşbəxtdir! Bir düşünək, bəlkə bizim də həyatımızda belə yoldaşlar var, bəlkə biz "görmürük"? Bəlkə biz də hekayədəki yaşlı qadın kimi nələrisə nəzərdən qaçırırıq, bəlkə kimlərəsə diqqət və təşəkkür borcumuz var?..

Həyat çox qısadır, günahkar olmasaq belə üzr istəyəcək qədər qısa...

Səslərin sayı: 19
65
8384
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
  ๑۩۞۩๑  Бест модел๑۩۞۩๑,
fidan ,
kamile,
Təşəkkür edirəm,Allah razı olsun
22 noyabr 2014 23:53
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
๑۩۞۩๑ Бест модел๑۩۞۩๑
Çox sağ olun Fatma xanım.Xoş,sevincli günləriniz daim olsun Amin inşaAllah.
9 noyabr 2013 07:49
Offline
fidan
yazmaga soz tapmadim...evliyem.yoldasim menle arvadi kimi yox sanki adi qadinla reftar eleyir
9 noyabr 2013 00:38
Offline
kamile
Bir gun hirslenib niye hemise yaxsi insanlarin qarsisina pisler cixir deye gileylendim,xalam birden dillendi:Bir gun bir qoca bulaqdan su getiren qizin qabagini kesib deyir:qizim mene su ver icim.Qiz deyir:o de bulaq orda get icde men niye sene su vermeliyemki??Qoca deyir sag ol ay qizim Allah senin qarsina gozel bir insan cixartsin.Bunu deyib qoca yoluna davam edir.Bu defe arxadan gelen qizin qarsisini kesib deyir:qizim mene icmeye su ver.Qiz deyir:Buyur babacan,ic.Qoca sudan icib deyir:Allah senin qarsina pis insan cixarsin.Yolun kenarindan qocani izleyen bir qadin sorusur:Ay qoca sene su vermeyen qiza yaxsi insan,su veren qiza pis insan arzuladin,bu nece olur axi?Qoca deyir:Yaxsi onsuz da yaxsidir,amma pisle pis nece yola gede biler??Diqqetli qulaq asdim ve hardasa heqiqet oldugunu gordum.Bele bir atalar sozu de var"iki qocun basi bir qazanda qaynamaz"bu hekayede de aydin olurki kisi daha cox diqqetcil ve qaygikesdir.Allah bilir ne edir,sukur onun meslehetine!
8 noyabr 2013 23:21
Offline
Hacət-i Vuslat
Elif♡,
Gunay Aliyeva,
Çox sağolun,bəyəndiyinizə sevindim. give_ros
Aytac Mammedova,
good lol
8 noyabr 2013 20:02
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Aytac Mammedova
çox təsirli hekayədi.Qoca qarı demişkən bir lətifə düşdü yadıma.Qoca kişi arvadına deyir:qarı gəl cavanlığımızı yada salaq,təsəvvür elə mən səni görüşə çağırıram.Kişi bağın aşağısına gedir 1 saat,4 saat,8 saat qarı gəlib çıxmır.Havada yağışlı.Kişi axırda suyun içində əsəbi halda gəlir arvadı söyür,niyə gəlib çıxmadın öldüm soyuqdan əvəzində qarı deyir:anam icazə vermədi görüşməyə blum
8 noyabr 2013 19:55
Offline
Gunay Aliyeva
Tesir eledi ey mene cray
8 noyabr 2013 19:39
Offline
Elif♡
Her zamanki kimi cox gozel yazidi/ menali hekaye idi. tesekkurler bacim
8 noyabr 2013 19:31
imza: Her insan ölecek yaşdadır.....
Offline
Hacət-i Vuslat
PERVANE ELIYEVA .......,
Nura,
Тихий,
هههSeymur Tovuzههه,
Ruhəngiz,
Yasemen,
قلب  Ro-Xe-Sa قلب ,
R.G.AL-SU,
Ləman_,
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰,
Şərhləriniz üçün hər birinizə təşəkkür edirəm. give_ros
R.G.AL-SU,
قلب  Ro-Xe-Sa قلب ,
Haqlısız,həyatlarımıza örnək olacaq hekayədir...
8 noyabr 2013 19:27
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
MARAQLIDI give_ros HEMDE COX MENALIDI COX SAGOLUN
8 noyabr 2013 19:13
Offline
Nigar
Hacət-i Vuslat,
laləm çox gözəl hekayədir Allah razı olsun
8 noyabr 2013 10:15
imza: Allahın cümləmizə yar olsun amin
Offline
GülnaR
təsirli və olduqca düşündürücü bir hekayə idi,dogrusu kovrəldim və düşünməyə basladım,deməli Lalə xanım,uşaqların baxçasına gorə saat 7-də dururam deyə,gecə 9 üçün bütün işlərimi gorurəm uzanırıq yatmaga.Amma necə yuxu məni aparmaq istəyirsə,yoldaşım başlıyır-''Gül 1 stəkan çay gətirdə (halbuki yeməkdən sonra çaylarını da verirəm) recourse ya deyər su ver,yadaki-süd qaynat gətir,bəzənsə meyvə istiyər''.Deyirəm-ay Rafat sən zülmkarsane,mən ayaqüstəyəm səhərdən nə istəyirsən dedə,uzanan kimi baslıyırsan onu gətir,bunu gətir.Deyir nə edim indi istəyirəmdə dash dash dash
bu hekayəniz məni düşündürdü-bəlkə bilmədiyim 1 şey var və oda mənim yaxşılıgım üçün edir recourse
8 noyabr 2013 10:00
Offline
أحبك
Cox dusundurucu hekayedir, hem qadinlar , hemde kisiler bu hekayeden ders goturmelidir, ozumde onlarin icinde olmaq serti ile. maraqli xeber ucun cox-cox tesekkur edirem
7 noyabr 2013 23:53
imza: فراق
Offline
Yasemen
Gozel hekayedir esil sevgi hekayesi...tesekkurler baci
7 noyabr 2013 22:12
Offline
Ruhəngiz
Fatma xanım,
Çox sağ olun Fatma xanım.Xoş,sevincli günləriniz daim olsun Amin inşaAllah.
7 noyabr 2013 20:31
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
هههSeymur Ihsanههه
Cox Gozel Ornekdir.
Sevgi gozeldi,onu yasayib yasada bilenlere.
Minnetdaram hekaye ucun.
7 noyabr 2013 19:37
Offline
тихая
maraqli hekayedir. realda var goren bele evliler? minnetdaram hekaye ucun give_ros
7 noyabr 2013 19:32
Offline
Nura
Allah bu xow bextliyi hamiya versin. Amiiin
7 noyabr 2013 18:53
Offline
PƏRVANƏ ƏLİYEVA......
Bacim bu hekaye meni cox tesirlendirdi.Cox kovreldim..Allah butun ailelere bele gozel sevgi bexsh etsin.Teshakkur edirem sene bacim.. give_ros
7 noyabr 2013 17:47
Offline
Hacət-i Vuslat
KERBELAYI KEMALE XANIM.,
lala,
xeyale bedelova,
tutu abbaszade,
Nergiz Aliyeva,
Afət,
Ruhəngiz,
NURAY ,
ToRmEnTo,
gunel,
Ellada Babayeva,
  Nur,
Ibrahimova Gulya,
aygul,alizade,
Məhsəti,
Memmedova.F,
Dəyərli zamanını bu hekayəni oxumağa, şərh yazmağa sərf edən hər kəsə təşəkkür edirəm. Allah ürəyinizcə versin inşaAllah...
7 noyabr 2013 14:59
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!