Bakıda hava 20°
USD AZN
EUR AZN

Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (5)

Qadın.Netlilərin həyatda qorxduqları və  qorxmadıqları (5)
قلب Ro-Xe-Sa قل
Mən həyatda tək Allahdan qorxuram. Ondan başqa qorxduğum bir şey yoxdur, qalan hər sey bizim öz düşüncələrimizdir. Çünki hər şey Allahın yazdığı yazı ilə olur. Düzdür əzizlərimi, yaxın insanlarımı, sevdiklərimi itirməkdən çox qorxuram. Allah uzaq etsin bunları məndən. Həyatda çətinliklər olmasa həyatın marağı olmaz, sadəcə bu çətinliklərə sinə gərmək lazım. İnsan oğlunun bu dünyada bacarmadığı, gücü çatmadığı heç nə yoxdur. Hər insanın ömrü, yaşadığı həyat, yazılmış bir kitabdır, bizlər də bu kitabı hər gün, hər saat varaqla-varaqlaya, oxuya-oxuya həyat kitabının sonuna dogru gedirik. Allahıma çox şükürlər olsun, həyatda xoşbəxt olmaq üçün lazım bildiklərini verib mənə. Şükürlər olsun! Allah hamını pənahında saxlasın, bizlər də bunların içərisində Amin. 
Ayka S
O qədər düşündürücü xəbərdir ki, hər insan həyatı boyu heç vaxt pis şeylərlə üzləşmək istəmir. Həyatda ən çox qorxduğum bilərək, ya da bilməyərək edilən günahlardır. Allahdan həmişə istəmişəm ki, məni doğru yola yonəltsin. Bir də həmişə valideyinlərim və ailəm Allah uzaq etsin, onları itirmək ya da onlarsız bir həyat məni çox qorxudur. Allaha sığınıram, ona yalvarıram, maldır, mülkdür- hər şey gəldi gedərdir, əsas Rəbbim bizi dərd-qəmdən uzaq etsin. Həm də nə  üçün darıxmıram səbrim əvvəl yox idi, indi isə şükür olsun var, səbirlə Allaha inamla hər şeyin yaxşı olacağına əminəm, ümidim, inancim o qədərdir ki, inanıram ki, heç vaxt həyatın mətnliyi mənə qalib gələ bilməyəcək. Bir Allah məni və hamını şərdən qorusun, ən pis dözülməz məncə bu olar. Sonda isə həyatdır da, yaşayırıq, kimi pis, kimi yaxşı, amma heç vaxt hər şey dörd-dördlük olmur təki Rəbbim bizləri xəstəlikdən uzaq etsin, Amin. 
aydan əsgərli
Mən həyatda ancaq Allahdan qorxuram, bir də Allahdan qorxmayandan da qorxuram, çünki onlar hər şey edə bilər... Amma həyatda ikiüzlü insanlardan qorxmuram, çünki onlar yaltaq və qorxaq olur, ona görə də heç kimə heç nə edə bilmirlər qorxudan. Həyatda bir şeydən qorxuram ki, o da ölümdür. Düzdür, ölüm bizə Allahın hədiyyəsidir, amma ölümdən qorxuram, çünki hesab verəcəyəm, bilmirəm necə olacaq, amma ondan çox qorxuram, ölümü fikirləşəndə ağlayıram, arada ölümü fikirləşəndə öz ölümümə  görə ağlayıram... Bir də ondan qorxuram ki, mənim sevdiyim insanlar məndən uzaqlaşar, mənim başıma elə hadisə gəlib, mənim ən yaxın dostum məni başqa birisiylə əvəz etdi, o mənim ən yaxın rəfiqəm idi və məni atdığına görə onunla 5 ay danışmadım, axırda yenə də dost olduq, amma mən əvvəlki kimi deyiləm. 
Ayten
Təbii ki, bu həyatda hər birimizin qorxduğu və qorxmadığı şeylər var, eləcə də mənim. Bu həyatda ən qorxduğum Allahdır. Allahımdan çox qorxuram. Ondan qorxuram ki, Allahımın qarşısında cavab verə bilməməkdən qorxuram. Bir övlad kimi, bir bacı kimi, bir həyat yoldaşı kimi, bir gəlin kimi, ən əsası da bir bəndə kimi yaşadığım bu həyatda etdiyim günahların cavablarını verə bilməməkdən qorxuram. 
Amma bunlarla yanaşı bu həyatdan qorxmuram da, çünki bütün sevdiklərim yanımdadır, onları çox sevirəm, onlar da məni. Sevdiklərim yanımda olduqca bu həyatdan qorxmuram. Tanrımın göndərdiyi bütün gözəllikləri yaşayıram.
Qadın.Netlilərin həyatda qorxduqları və  qorxmadıqları (5)
dombish.
Məncə həyat qorxulu deyil. Həyat həmişə olduğu kimi davam edir. Həyatda insanlara qorxulu anları yaşadan elə insanların özüdür.
Mənim həyatda çox qorxduqun anlardan biri valideyinlərimi itirməkdir. İnşaAllah bu qorxunu uca tanrım mənə yaşatmaz. Hətta bu qorxum ağlıma gəldikdə belə gözlərim yaşarır. Allah bütün valideyinlərimizə kömək olsun canlarını sağ və ömürlərini uzun etsin Amin. 

Fatih Harbiye

Həyatın hər bir anı mənimçün qorxuludur. Ən çox nədən qorxmuşamsa başıma o gəlib. Atamın ölümü, anamın məni evdən qovduğu gün. Bu həyatda ən çox qorxduğum da ailəmin olmamağı idi. O da oldu. İndi isə ən çox həyatdan qorxduğum şey oğluma və yoldaşıma bir şey olmağıdı. Allah onları mənə çox görməsin, Amin!
Bu dünyada tək ümidim inandığım Allahdır. Allahıma inanaraq, dua edərək, həyata tutunmağı öyrənirəm. Yanımda tək və yeganə insan yoldaşımdır. Ona inanıram və güvənirəm. Göydə Allahım, yərdə yoldaşımla oğlumdur məni yaşadan.
Mademoiselle
Qorxu - Tanrı, ölüm və cəhənnəm qorxusuna bərabərdir. Bu qısa ömürdə bizi qorxudacaq o qədər misal var ki... Məsələn, birinin evinə qonaq getdiyimiz gün bilirik ki, ən qısa zamanda oranı tərk etməliyik. Və o kiçik çarxdan o qədər gözəl istifadə etməyə çalışırıq, qonaq olduğumuzu bilib gəldiyimiz yerə geri qayıtdığımızda özümüzlə əvəzolunmaz xatirələri aparaq deyə. Dünya böyük bir supermarketdir- istədiyini səbətinə yığ, amma unutma ki, sonda aldığın hər şeyin hesabını ödəməli olacaqsan. Mən Dinara, qorxularımın siyahısına ilk olaraq bu yazıda sərf etdiyim ilk cumlə daxildir. İkinci- sevdiklırim və can sağlığım... Onlar dənizə getdiyimizdə suyun dibindən ovucumuza almağa calışdığımız qum təkdirlər. Dənizdə də dalğa qorxumuz var elə deyilmi? Qorxularımıza qalib gəlməyə çalışmadığımız zaman ayağımız burxular və o əlimizdə bərk-bərk tutduğumuzu da o dalğa suyun dibinə geri göndərər. Olduğum kimi görünə və davrana bilməmək təlaşı olur bəzən, amma şükur ki, bu qorxuya rast gəlməmişəm. Mühitimiz qorxunc olub. Rəhmətlik babamın bir məsəli vardı: "Ölüdən qorxma, diridən qorx."  Yaşadığımız dövr bu məsəli təsdiqləyir. Həyatda qorxmadığım isə qorxularımla üzləşməkdir və təbii ki, yaşamaq!
Aysun Memmedova
Həyatdan qorxuram, həyat çox amansızdir. Ölümdən qorxuram. Ölməkdən deyil, bu canı veribsə əlbəttə bir gün alacaq Allah. Sevdiyim insanları vaxtsız itirməkdən qorxuram. Ailəmi itirməkdən çox qorxuram. Hər zaman çətin sınaqlarla qarşı-qarşıya qalmışam və bu sınaqlardan yalnız mənə göz yaşı qalıb, yenidən göz yaşı axıtmaqdan qorxuram. Ən əsası şeytana aldanmaqdan qorxuram, qorxuram nə vaxtsa Allahın qarşısında imtahandan üzü ağ çıxa bilərəmmi... Həyatdan qorxmuram, öncə Allahımı, dinimi, Peyğmbərimi (s.ə.v), kitabımı, kəlmeyi şəhadətimi tanıyıram.
Xedice 033
Həyatdan qorxuram... Çünki bir çox səbəbim var. Ölümdən qorxmuram, amma nə vaxtsa olsəm Allah dərgahında olan günahlarımdan qorxuram, çünki qorxuram ki, birdən Allah qarşısında öz insani borcumu yerinə yetirmədən ölərəm. Allahdan qorxuram... Kimisə bu həyatda bilməyərəkdən incitməkdən qorxuram... Bilirəm, bu canı bizə Allah verib və verdiyi canı da bir gün gələcək alacaq, amma inşaAllah o gün mənim əməllərimin saleh olduğu bir gün olar. Bu həyata mən nağıl kimi baxıram, hər bir nağılın sonluğu yaxşı qurtarır...
Həyatda ölməkdən qorxmuram, çünki can verən Allahdır, alan da odur, həyatda unudulmaqdan qorxmuram, çünki elə insanların əhatəsində yasayıram məni heç vaxt unutmazlar. Həyatda Allahdan başqa heç  bir şeydən  qorxmuram.
nura84.
Qızların yazısını oxudum, gördüm ki, əksəriyyəti mənim kimi qəfil ölümdən, qəfil xəbərdən qorxur. Bəli, mən də həyatda qəfil itkilərdən qorxuram. Hətta anamın telefonundan gün ərzində 3-cü, 4-cü zəng gələndə səksənirəm. Telefona cavabım: "Həə maaa, nə olub?" olur. Bir də sağlamlığımı itirib kiməsə möhtac olmaqdan qorxuram. Allah heç kimi kimsəyə möhtac etməsin. Təki canımız sağlam olsun. Hərdən fikirləşirəm ki, Allah göstərməsin tək qalsam, uşaqlarıma, özümə baxacaq gücüm var. Öz  ayaqlarımın üstündə durmaqdan, həmisə irəliyə getməkdən, riskdən, yenilikdən, çətinlikdən qorxmuram.
Səslərin sayı: 3
37
2906
loading...
Şərhlər
Offline
Naile Ehmedli
maraqlıdırrrrr
22 yanvar 2014 13:59
Offline
Sahile.
xeberin hemweki kimi yenede cox maraqliydi.tewekkurler bacim.
8 noyabr 2013 16:26
Offline
Happiness-lady
CANIM ELEBILDIM MENDE BURDAYAM INSALLAH GELEN SEFERKI XEBERDE GELECEM YEQIN DAVAMLI OLSUN CANIM XEBERIN ALLAH HECKESI QORXDUQLARI ILE IMTAHAN ETMESIN girl_ang
8 noyabr 2013 14:48
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
AY İŞIĞI
Baci mende yazmisdim hardayam?
8 noyabr 2013 14:45
Offline
Gozel Abbasova
maragli movzudu.Mende Allahdan ve sevdiklerimi itirmekden qorxuram.Allah mene yasatmasin o hissi.Amin
8 noyabr 2013 12:09
Offline
ஐ◄▓▒░Yağmur ░▒▓►ஐ
Maraqli xeberin davami.Allah hec birinizi qorxulu anlarla sinaqa cekmesin qizlar.Amin
8 noyabr 2013 11:40
Offline
Ayka S
♥ TƏRİŞ♡H ♥,
Canimmmmmmmmmmmmmmmmmmmmmmmmmmm bacimmmmmmmmmmmmmm xeberimiz cixib uraaaaaaaaaaaaaaaa tebriklerrrrrr baciişşşşşş menede yer verdiyin ucun give_ros
8 noyabr 2013 11:35
Offline
((()))
aaaa bes menim yazdiqim ne vaxd cixacaq ?

aaaa bes menim yazdiqim ne vaxd cixacaq ?
8 noyabr 2013 11:18
Offline
MEMMEDOVA BAKINKA
mən ümumiyyətlə hər şeydn qorxuram
8 noyabr 2013 11:16
Offline
aydan əsgərli
SALAM çox sağolun mende varam burda
8 noyabr 2013 10:15
Offline
8 noyabr 2013 09:47
Offline
Qəribə
Allah hamını qorxduqu yerlərdən qorusun.Amin girl_ang
7 noyabr 2013 23:39
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ibrahimova Gulya♥S♥
Allah haminiza komek olsun qorxulariniza ustun gelesiz
7 noyabr 2013 23:32
Offline
zenfira
hamisi cox maraqlidir. o biri dunyada Allah haminin yardimcisi olsun. Amin...
7 noyabr 2013 23:24
Offline
DENIZ
Allah hamını qorxduqu yerlərdən qorusun amin
7 noyabr 2013 23:05
Offline
أحبك
ب Ro-Xe-Sa قل, Ana səhifə şəkli super.

O sekili secende xosuma geldi ele ozumunde biggrin , cunki qorxanlarin hamisi ele qadinlardir. shok
Yoo, artıq özümə oxşamağa başladın

Ucenik muellime oxsasa yaxsidir i_am_so_
7 noyabr 2013 22:53
imza: فراق
Offline
Yusifim Fatimem
Fatma xanım,
cox sagolun. ALLAH HEC KIMI SEVDIKLERINDEN EZIZLERINDEN AYIRMASIN. AMIN!
♥ TƏRİŞ♡H ♥,
xeberin cox qeseng alinib give_ros
7 noyabr 2013 22:51
Offline
Beren Saat.
Haminin yazisini oxudum,maraqli idi.Allah komeyiniz olsun.....
7 noyabr 2013 22:49
Offline
Mademoiselle
Cox sagol Teriw,Allah davamli ve ugurlu etsin inwaAllah.tewekkur
7 noyabr 2013 22:37
Offline
APENAS
Chox maraqli xeberdir, maraqla oxudum. Allah hech kesi qorxu ile sinaga chekmesin. Mende chox sheyden qorxuram recourse xeber uchun minnetdaram give_ros
7 noyabr 2013 22:35
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış