Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

"Hər bəlamda günahkar sənsən!"

"Hər bəlamda günahkar sənsən!"
Hörmətli Qadin.Net və oxucuları. Yazdığım bu etiraf Müqəddəs Qurban bayramını təklikdə, xəstəxanada keçirən bir insanın qəmgin, ibrətamiz həyat hekayəsidir. Oxuyun və nəticə çıxarın... Qınamaq asandır, amma nəticə çıxarmaq hərdən çətin olur...

1. "Ailə sadəti axtarışında"... Hər oğlan kimi o da ailə qurmaq, səadət, sevgi dolu günlər yaşamaq arzusunda idi... Axtarıb nəsibini tapdı... Ailə quracağı qızı dəlicəsinə sevir, özü də sevilirdi. Nigah mərasimi yeni ailənin ilk təməli oldu. O özünə ömür-gün yoldaşı, ata-anasına həyan olacaq gəlini evlərinə gətirəndə Allahına şükr etdi..."Xoş günlər yəqin qarşıdadır", deyə düşündü...

2. "Gəlin-qaynana, arada qaldım yana-yana"... Çox rast gəlinən bir problem heç özünü gözlətmədi. Evin bir oğlu, ata-ananın sakit, sözəbaxan oğlu indi sevgisini, diqqətini təzə "qonağa" yönəltmişdi. Bax, hər bəla, pis düşüncədən, pis niyyətdən başlayır! Gəlninə qızı gözündə baxa bilməyib, onu əlindən alan, özəlləşdirən rəqib bilən ana indi rahatlıq tapmırdı. Daim dodaq-dodağa öpüşən, övladını, varisini, yeganə oğlunu canından çox sevən, hamının hörmət və sevgilərinə həsəd apardığı ata və oğul da bu təzaddan kənar qalmadı... Ömür gün yoldaşını daim haqlı bilən, onu gəlnin ayağına verməyən ata da get-gedə oğlunu onlara hörmətsizlikdə ittiham eləməyə, onun sevgisi isə qəzəbə çevrilməyə başlayırdı... Həyat yoldaşının onun əzilməsinə, ailəsinin əzminə qarşı qorumağa çalışan, daim sevgi və səbrlə hər şeyi yola verməyə çalışan gənc həyat yoldaşı isə tam arada qalmışdı. Bir yandan bundan sonrakı ömrünü birgə xoşbəxt yaşamaq istədiyi gənc həyat yoldaşı, bir yandan da ata-ana... Nə qədər "gəlin, həyat yoldaşı tapılar, ata-anadan yox", deyən oğullar var. Amma indi belə olmadı... Hətta ailəsinin təzyiqlərindən usanan, cana gələn sevgilisinin ilk qışqırıqlarına da səbrlə dözdü... Onu sakitləşdirməyə cəht etdi, zorla susdurmağa yox... Bax gəlin də bunu düz anlamadı... Elə bildi belə də olmalıdır...

 

"Hər bəlamda günahkar sənsən!"

3. "Hörmətdən salan hörmət"...Ailəsinin konfliktlərində həyat yoldaşının haqqını tapdamayan, haqsız olduqda belə onu təklikdə sakitləşdirən gənc ailə başçısı səbrinin "mükafatını" tərs aldı... Həm ata-anası, həm həyat yoldaşı yanında hörmətini itirdi. "Sən yaxşılığını elə, Şeytan özü bəlanı verəcək", yəqin eşitmədiyiniz bir istehzalı atalar sözü də var. Necə də yerinə düşdü elə bil...İndi hər gün evə gəlişdə, əvvələr sevgi ocağı olan yataq otağı, deyingən həyat yoldaşının şikayətləri ilə şeytan karnavalı keçirilən bir qaranlıq otaq olmuşdu... İşıq sönür, hamı bu an yaşayır, sevinir, sevişir, bunlar didişirdi... Bir gün, iki gün, üç gün... bir tərs sillə... Daha otağı ayırmağa macal belə olmadı (dində buyurulduğu kimi). İndi sillə yeyən, çaşan ədalı gəlin küsüb, otağını ayırdı... Səbr ... yenə barışıq, bir gün, beş gün... sonra yenə dığ-dığ... Sonra da qadınlar deyir kişilər tək özlərinə bəraət qazandırmağı bilir... Burda bəraət nəyə gərəkdi. Kişi elə ən böyük günahkar idi, həyat yoldaşını da ağlı olan kişi ailəsindən, ata-anasından üstün tutar?! Tutanda da belə olur... Qalırsan "ayaq altda"...

4. "Bəladan-bəlaya"...Bu söz-söhbətə son qoymaq üçün gənc ailə başçısı evdən ayrıldı... Küsdülər ata-ana ilə oğul... Amma bir qədər sonra bacılarının təkidi, anasının razılığı ilə geri gəldilər, üzr istədilər atadan, barışdılar... Şərt isə sadə idi, söz-söhbət olmayacaq, gəlin -qaynana bir masa arxasında bir-birinə sözlərini şax deyəcəkdi... Amma "qozbeli qəbir düzəldər"... Anaya deyib ataya deməyəndə, günahkar gənclər oldu...Ata onların müstəqilliyini qəbul edə bilmirdi... Ana da gəlinə qızı yox, bir düşmən gözündə baxırdı... Axır yenə bir konflikt... Günahkar axtarmadan... Bir gün yenə ata "Daha sən adda oğlum, gəlinim, nəvələrim belə yoxdu" deyə coşdu. Bu bir partlayış oldu. O gündən gənc oğul içki aludəçisi oldu. Özünü bu dərddən bu yolla uzaq tutmağa çalışdı. Anlamayan ağlını daim məst etdi... Amma nəvə həsrətinə dözmədi baba... Nəvələri tez "bağışladı"... Beləcə, bir evdə gəlin və oğlunu silən ata, sağ ikən oğluna ata həsrəti çəkdirdi...
"Hər bəlamda günahkar sənsən!"

5. "Hər bəlamda günahkar sənsən"... Beləcə içki düşkünü oldu gənc. İndi ailəsinin də gözündə" alkaş" idi, xəstə idi. Amma o qədər sevdiyini şikəst ikən belə tək qoymayanları gördüm. Bu gəlin isə dözmədi. Uşaqları da alıb evi tərk etdi. İndi xəstəxanaya gələn ana "Gördün bizi ayağına verdiyin arvadın səni atdı. Ara yerdə özünü gözdən saldın" və s. ittihamlar etdi. İndi nə desə cavab eşitmirdi... Nə fərq edəcəkdi ki...

Qurban Bayramı günü övlad həsrəti ilə özündə güc tapıb içmədi... Amma heç hələ boşanmadığı həyat yoldaşına çata bilməmiş, övladlarını görə bilməmiş qəzaya uğradı... Son sözlər filmlərdə Kəlmeyi-Şəhadət olur. Onun son sözləri isə belə oldu: "Hər bəlamda günahkar sənsən, ey mənim..." Son sözləri eşitmədik, nə demək istədiyini, kimi günahlandırdığını da bilmədik...

Bəlkə siz bilərsiz?...

P.S. Hər haqq bildiyindən xeyir gəlməyir, hər haqq axtaran ənam görməyir! İnsan su kimi saf olanda bir kiçik çirkab belə onu bulayar, əgər axarı olmasa... Axırı girdaba dönmək olar saf suyun...
Allah bizim günahlarımızdan keçsin!
Səslərin sayı: 8
92
6585
loading...
Şərhlər
Offline
Nubar
dehwetdiyeee.kovreldim lap.gerek gelin qaynana bir evde qalmasin,yazig oglan.....
18 yanvar 2014 19:16
Offline
Guler Eliyeva
coox gozel.ela.ALLAH razi olsun qardas
16 noyabr 2013 07:54
Offline
Fatma xanım
.indiki qaynanalarda

sən hələ keçmiş qaynanaları görməisən görsəydin indikilərə rəhmət oxuyardın
7 noyabr 2013 23:02
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
tutu abbaszade
hamini oz yeri var ailede,ata ananinda,heyat yoldasininda.indiki qaynanalarda yeni xususiyyet askarlanib,oglanlarini gelinlere qisqanirlar,mehribanciliq gorende paxillanirlar.adam baxir nifret eliyir belelerine.qaldiki yazi ile bagli fikirlerime gunahkar here ozudu.evvelden o ailede istek olmuyub bir birilerine qarsi,qaynana gelini,gelin qaynatani sevmiyib.aile temeli mohkem mehebbetnen qurulmuyub,hemde mohkem hormetnen
7 noyabr 2013 23:00
Offline
ÖzDüNyAm
bele yazilarinizi cox olsa ela olar.
7 noyabr 2013 20:24
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
ToRmEnTo
En yaxsisi ayri yasamaqdir.O zaman hormet de olur sevgi de.Qonaq kimi gedib gelmek.
7 noyabr 2013 20:22
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
Elnur Məmmədov
AİLƏ-AXİRƏTƏCƏN İTİRMƏKİSTƏMƏDİYİN LƏYAQƏTLİ ƏMNİYYƏT....ATA-ANA,BACI QARDAŞ-SƏNİN İLK AİLƏNDİ,EVLİLİK-HƏYAT YOLDAŞI,ÖVLADLAR... İKİNCİ AİLƏNDİR....HEÇ BİRİNİ İTİTRMƏK İSTƏMİRSƏNSƏ,BİR-BİRİNƏ QATMA...QAYNAYIB-QARIŞMAQ İSTƏSƏLƏR,MANE OLMA,QOY ÖZLƏRİ XOŞLUQLA ,ARAMLA QARIŞSINLAR.......ÇÜNKİ İKİ AİLƏ BİR VƏHDƏTDƏ BİRLƏŞSƏ-BU TAM SƏADƏTDİR!
DƏlƏGEYLƏR-YƏNİ VECSİZ İNSANLAR BU DÜNYADA -VİCDANSIZ OLDUQLARINDAN(YƏNİ DA AZ VİCDAN SAHİBİ OLDUQLARINDAN,HƏR ŞEYƏ ÖTƏRİ BAXA BİLDİKLƏRİNDƏN,UTANMADIQLARINDAN) -XÖŞBƏXTDİR...peyğəmbərimiz son kəlamı-"UTANMIRSANSA NƏ İSTƏYİRSƏN ET"-UNUTMAYIN!....
7 noyabr 2013 18:11
Offline
Aytac Mammedova
məncə oğlan gqnhı- vicdanıbda bilib! arsız,vicdansız olsaydı başınaa bular gəlməzdi

hami ne vaxtsa gelin/qayana olacaq,yerde yaxsiligi gormeselerde,goyde allah gorur.hersey sebirdi'ata anada hami sehvin bilecek ama tezi,geci var.olmek her seyin cares deyil,calis yasa mehriban
6 noyabr 2013 20:42
Offline
Qəribə
maraqli yazidir ellerine saqliq.XƏBƏR UCUN TƏŞƏKKUR EDİREM.
6 noyabr 2013 16:27
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
LittleMRS
Men hec vaxt sevdiyimi cetin veziyyetde qoymaram menim ucun vacib olan onun xosbextliyidir girl_ten
5 noyabr 2013 23:58
Offline
nigar quluzade
mənim yoldaşım məndən ayrılan kimi valideyinləri ona hansı maşını istəsə alacaqlar. amma təki məni boşasın. istədikləri budu.
5 noyabr 2013 21:47
Offline
Ibrahimova Gulya♥S♥
niye bele olur axi? hec bu weyler olmaya bilerdi ve aile xowbext ola bilerdi,bele ailelelere ne deyim bilmirem vallah, mence gunah her iki terefde de vardi, Allah bele weylerden qorusun recourse
5 noyabr 2013 20:25
Offline
Nergiz
Duz deyirsiz,bizim qohumun evine iranli 1 aile qonaq gelmiwdi,kiwi arvadin ayagini yuyurdu,uwagi cimizdirirdi,paltarlarini yuyurdu,arvad elini hec neye vurmurdu,butun gunude kiwi onun nazi ile oynayirdi,burdaki bezi qaynanalara 1ce heftelik iranli gelin getirmek lazimdi,"Qaynana"filmindeki kimi.Onda gelinlerinin deyerini bilerler.
4 noyabr 2013 10:47
Offline
Elnur Məmmədov
axşamımınız. xeyir!tək onu qeyd edim ki,İranda nadir halda qaynanalı evə kimsə gəlin gedə,o da qohum,o da qaynata ayaqı yox,heç libasını yuyan gəlin tapmazsan!! bizim xanımların qədrin bilməyən qaynanalar və ərləri İrana göndərin...Azərbaycanın namuslu bütün gəlinlərimizi,xanımlarımızı Allah bəxtəvər eləsin! oların bu vaxtacan dəyərin anlamayanlar,gəlin görün gəlin nə hökmlüdü burda,evdəkinə heykəl qoyarsız!
4 noyabr 2013 00:47
Offline
A.Nursen
Bu metn 1 az menim taleyimlə üst üstə düşür.Mən də 4 ilin gəliniyəm.Qaynanam oğlanlarını həmişə gəlinlərə qısqanır.1ci gəlin yanından ayrılıb,mənsə kiçik gəlinəm onlarla qalıram.1 ci gəlinle 1 gun də duz emelli yollasmadi,indi de men gelin olandan menle.Sadec men bas qosmuram,cunki anadir da oglunu qisqanir.Tesevvur edin ki meni yoldasimla hec yere tek buraxmaq istemir,adice telefonla onla danisanda da gelib qapida durub gozleyir.Hamisi qisqancliqdi,cox istediyi oglunu qisqanir.Sadece ifrata varmaq lazim deyil,her seyin 1 heddi var,her kes gerek yerini bilsin.Yoxsa elbette aile bos sylerin ustunde dagilar
3 noyabr 2013 21:09
Offline
Nura
Men ilyarimin geliniyem. Allaha cox wukurler olsunki qaynananam meni 3ovladindan secmir. Ele ''qizim'' deyirki bezi dogma analar qizina ele urekle muraciet elemirler. Movzuya gelince ise haminin gunahi var. Gelinin gelin yeri var qaynananin qaynana. Her kes oz missiyasini yerine yetirse narazicilig olmaz mence
3 noyabr 2013 16:29
Offline
xanim cabarova
Maraqli yazidir.tesekkurler.Gunahkar mene ele gelir gelin ve qaynanadir.cuki kisiler ise gedirler hec neden xeberleri olmur.eve gelen kimi arvadlari qulaqlarin doldurur.esas evde onlar yola getmelidir.oz problemlerini de ozleri hell elemelidir,bundan ne erin ne de qaynatanin xeberi olmamalidir.Bir daha tesekkurler maraqli yaziya gore give_ros
3 noyabr 2013 16:03
Offline
Sevil Mamedova
evlilikler her aylede ferqlidi .
3 noyabr 2013 15:39
Offline
Incim.
burda gunahkar her kesdi.her kes oz yerini bilse problemlerde asanliqla hel olunar mence!
3 noyabr 2013 15:07
Offline
GülnaR
1 cümlə deyirəm-günahkar özüdür-təsəllini,problemlərin həllini içkidə tapan ''ÖZÜ''
3 noyabr 2013 14:54
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış