Bakıda hava 22°
USD AZN
EUR AZN
19:29aysel hesenli Məktəbə kim hazırdı?
41000

İlahə kimi həyat yoldaşı

İlahə kimi həyat yoldaşı
Bir zamanlar ər-arvad yaşayırdı. Kişi işdən gəlib televizor önündə otururdu, qəzet oxuyurdu. Onun həyat yoldaşı isə yemək bişirirdi, süfrə hazırlayırdı və elə hey deyinirdi, ərinin fərsiz olmağından, az pul qazanmağından şikayətlənirdi. Deyingən arvad kişini qıcıqlandırsa da, ər kobudluqla cavab vermirdi. Amma özlüyündə düşünürdü ki: "Özü bir şey deyil, mənim üçün deyinir. Təzə evlənəndə isə başqa cür idi - gözəl və mehriban".
Bir gün arvad deyinərək kişidən zibil atmağı tələb edəndə, televizorun önündən həvəssiz də olsa ayrılan ər zibili götürüb həyətə çıxdı. Geri qayıdanda qapının önündə dayanaraq içindən Allaha dua etdi: "Allahım, Allahım! Taleyim şirin olmadı mənim. Yəni mən ömürümün sonuna qədər bu deyingən, üstəlik heç də gözəl olmayan qadınla yaşamalı olacağam?! Bu həyat deyil, başdan-başa əziyyətdir..." 
Və birdən səmadan bir səs eşitdi:
- Oğul, sənə yardım edə bilərəm: sənə arvad olaraq gözəl, ilahə kimi qadın verə bilərəm. Lakin qonşulara, tanışlara bu ani dəyikşikliyi necə izah edəcəksən? Gəl belə edək: mən sənin arvadını hər gün az-az dəyişəcəyəm, ona yavaş-yavaş ilahə xüsusiyyətləri yerləşdirəcəyəm. Amma sən unutma, indi ki ilahə kimi həyat yoldaşı istəyirsən, sənin həyatın da, özün də ilahəyə layiq olmalıdır.
- Allahım, təşəkkür edirəm. İlahənin naminə həyatını  hər kəs dəyişə bilər. Yalnız mənə de görüm ki, mənim arvadımı nə vaxt dəyişdirməyə başlayacaqsan?
- Yüngülcə indi dəyişdirəcəyəm. Və hər an mən onu yaxşıya doğru dəyişəcəyəm.
İlahə kimi həyat yoldaşı
Sevincək ər evə daxil oldu, qəzetini götürüb yenidən televizoru işə saldı. Lakin nə isə nə qəzet oxumağa, nə də kino izləməyə həvəsi yox idi. Səbri yoxdur, baxmaq istəyir ki, görəsən arvadı azacıq da olsa dəyişibmi? O, qalxıb mətbəxin qapısını açdı və diqqətlə  həyat yoldaşını izləməyə başladı. Arvadı arxası qapıya axşam yeməyindən sonra qalan qab-qacağı yuyurdu. Qadın anidən yoldaşının nəzərlərini üzərində hiss etdi və qapıya sarı çevrildi. Onların baxışları görüşdü. Ər həyat yoldaşını diqqətlə nəzərdən keçirirdi və düşünürdü: "Xeyr, həyat yoldaşımda heç bir dəyişiklik baş verməyib."
Ərinin qeyri-adi diqqətini görən və heç bir şey anlamayan qadın, birdən əlini  saçlarına yüngülcə gəzdirərək düzəliş verdi, yanaqlarına incə qızartı çökdü:
- Nə olub, niyə belə diqqətlə baxırsan mənə?
Qəfil sualdan özünü itirən ər, birdən dedi:
- Fikirləşdim ki, bəlkə qabları yumağa kömək edim sənə?
- Qabları? Mənə, kömək ?- çaşqın halda olan qadın çirkli önlüyünü çıxararaq soruşdu. - Mən artıq yuyub bitirmişəm - dedi.
"Bax a, göz qabağında dəyişilir,- düşündü ər - qəşəngləşib elə bil..."  Və dəsmalı götürüb qabları silməyə başladı.
Növbəti gün işdən sonra ər evə tələsirdi. Onun həyat yoldaşının  tədricən ilahəyə çevrilməsini görməyə səbri çatmırdı: "Bəlkə artıq ilahə xüsusiyyətləri daha da çoxalıb arvadımda? Hər ehtimala qarşı bir gül alım ki, ilahənin qarşısında pis vəziyyətdə qalmayım".
Evin qapısı açıldı və ər gödüklərinə heyran qaldı. Arvadı onun keçən il aldığı gözəl paltarda idi. Saçları səliqəli şəkildə yığılmışdı. Ər özünü itirmış vəziyyətdə gözlərini arvadından çəkmədən əlində tutduğu gül dəstəsini ona uzatdı.
Qadın gülləri aldı və yüngülcə "ah" çəkib nazlanaraq kipriklərini endirdi. "Oh, ilahənin kiprikləri necə də gözəldir! Onların təbiəti necə də incə olurmuş!". Masanı görən ər də öz növbəsində bir "ah" çəkdi. Masa, servis qabları, şam və iştah açıcı qoxuları olan yeməklərlə bəzənmişdi. 
O masada oturduğu zaman, onunla üzbəüz oturan həyat yoldaşı birdən yerindən atılaraq dedi:
- Bağışla, mən televizoru yandırmağı unutdum, budur, təzə qəzet də var.
- Lazım deyil televizor,  qəzetlərə də ehtiyac yoxdur, eyni hadisələr haqqında oxumaq istəmirəm daha- deyərək ər səmimi cavab verdi. - Daha yaxşı olar ki, sabahki şənbə gününü necə keçirmək istədiyini de mənə.
Olduqca karıxmış qadın yenə soruşdu:
- Bəs sən?
- Teatra iki bilet almışam bu gün. Lakin gündüz bəlkə alış-veriş etmək istəyərsən? Teatra gedəcəyiksə, sənin üçün layiqli paltar almaq lazımdır axı. 
Az qalmışdı ki, kişi ağzından: " İlahəyə layiq geyim" sözlərini qaçırsın. Utanaraq arvadına baxdı və yenidən "ah" çəkdi. Onun qarşısında bir İlahə oturmuşdu. Üzü xoşbəxtlik saçırdı, gözləri isə işıldayırdı. Sual dolu gülmsəmə vardı çöhrəsində. "Pərvərdigara, ilahələr necə də gözəl olur! Və əgər o günbəgün gözəlləşirsə, mən ilahəyə layiq ola biləcəyəmmi? - düşünürdü ər və birdən ağlına ildırım kimi bir fikir gəldi - Yetişmək lazımdır! Nə qədər ki, İlahə yanımdadır yetişmək! Gərək uşaq barəsində ondan xahiş edim, hətta yalvarım. Məndən və gözəllər gözəli İlahədən olacaq bir uşaq!"
İlahə kimi həyat yoldaşı
- Nə düşünürsən, yoxsa üzündə həyəcan görürəm mən? - deyə qadın ərindən soruşdu.
O isə həyəcanlı halda oturmuşdu, bilmirdi ki istəyi barədə necə soruşsun. Zarafat deyil - İlahədən uşaq istəmək. Süfrənin kənarını əlində didişdirən ər üzü qızarmış halda soruşdu:
- Mən bilmirəm... Mən... Mən... demək istəyirdim ki... çoxdan... Bəli, mən səndən övlad istəyirəm ey, gözəl İlahəm.
Qadın ərinə yaxınlaşdı. Məhəbbətlə dolu gözlərindən xoşbəxt damla endi yanağına. İsti nəfəsi ilə yandıraraq əlini ərinin çiyninə endirdi... 
"Ah, necə  gecə idi! Ah, bu səhər! Bu gün! Ah, bir İlahə ilə olan həyat nə gözəl imiş" - ikinci nəvəsini gəzinti üçün hazırlayan ər düşünürdü...
Səslərin sayı: 21
83
4636
loading...
Şərhlər
Offline
Pervane M-va
Çox bəyəndim,maraqlı hekayə idi.Deməli ki hər bir şey insanın özündən asılıdır.Dünyaya fərqli gözlə,baxışla baxsaq ən adət edtdiyimiz və hər gün gözümüzün qarşıdında olan adi xırdalıqlar belə bizə daha fərqli,maraqlı və gözəl görünə bilər.Olar bu hekayəni face-də paylaşım?
29 noyabr 2013 10:25
Offline
♥Çalıkuşu ♥
oxumaq maraqlı oldu..Allah hər kəsə mələk kimi pakç təmiz həyat yoldaşı nəsib etsin..amin.
10 noyabr 2013 16:33
Offline
Hacət-i Vuslat
R.G.AL-SU,
Все будет хорошо,
sevil aliyeva,
APENAS,
Çox sağolun xanımlar,Allah hər birimizə həyat yoldaşımızın gözündə İlahə kimi olmağı nəsib etsin girl_ang
8 noyabr 2013 19:25
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
APENAS
Ayyy Allah necede gozel hekayedir, chox maraqla ve diqqetle oxudum, chox da beyendim girl_ten Muellife minnetdaram give_ros
8 noyabr 2013 19:23
Offline
sevil aliyeva
ibretamiz hekaye idi esas wey qadindan asilidir
3 noyabr 2013 22:26
Offline
Все будет хорошо
maraqlidi cox saolun
31 oktyabr 2013 14:29
Offline
GülnaR
bu yazını oxuyub dərindən dərk etsək və əlbbətdəki əməl etsək 100 fazi ''ilahə kimi həyat yoldaşı'' olarıq.Onda ilahəni gorməyən kişi kordur,1 şeyidə unutmayaqkki kor kişi yoxdur sadəcə kişinin gozlərini acmagı bacarmayan qadın vardır(bu sayt məni filosof edəcək biggrin )

təşəkkürlər Lalə xanım,bu yazını çıxan günü oxumuşdun şərh yazmaga imkan etməmişdim,hətta facebookdan yoldaşıma da oxumuşdum.şoooox lazımlı yazı idi give_ros
31 oktyabr 2013 10:13
Offline
Hacət-i Vuslat
aygul,alizade,
Çox sağol Aygül bacım, əlbəttəki, müsəlmanlar bir-birinin nöqsanını deməsə deməli düşmənidir, çox təşəkkür edirəm give_ros
30 oktyabr 2013 08:50
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
aygul,alizade
Can baci men ne bilim sen bu hekayeni hardan goturmusen ?! Men dusundum ki yeqin ibretamiz olsun deye ozun yazmisan.Beledeki men cox yaxsi bilirem peyqamberin ve ya Allahin adindan yazmaq ne qeder boyuk gunahdir.Sadece muselman- muselmanin guzgusudur.Guzgu neyi gorerse onuda eks etdirer ye'ni nesihet bizim xeyrimizedir.
30 oktyabr 2013 08:46
Offline
Hacət-i Vuslat
aygul,alizade,
Çox yaxşı edib fikrini bildirirsən bacı, narahat olma inciməli bir şey yoxdur- əksinə sevindim ki, mənim diqqətimi çəkən məqama kimsə fikir verib. air_kiss Heç rəva bilərəm bacılarımın ürəyi partlasın? Kimin nə sözü varsa buyursun- mədəniyyət çərçivəsini aşmadan səmimi iradlara varam love
Bilirsən bacı, bu hədis deyil ki, deyim Nəbinin adından yalan danışılıb (Allah qorusun). Bu rusların "pritça" dedikləri bir növ əfsanə, mif tipli hekayə növüdür və pritçalar realda baş verən hadisələrə qeyri real nüanslar qatmaqla insanlara faydalı olmaq üçün var.
Amma bir sey deyimki hekayede deyilirki semadan kisiye nida olundu ye'ni bu Rebbimiz adindan uydurmadir.Peygamberimiz soylemisdirki,kim menim adimdan yalan danisarsa cehennemde yerini hazir bilsin.

Allah qorusun Peyğmbər (s) və Allah adından yalan danışmağı recourse Ağlı normal olan hər kəs anlayır ki, bu uydurmadır (yalan odur ki, olmayan bir şeyin olmasına inandırasan), sadəcə xeyrə sövq edir (şərhlərdən də görünür). Allahın adından yalan danışmaq odur ki, Quranı kənara qoyub Peyğəmbər (s) belə dedi deyərək inandırmaqdır. Burda kimsə dedi deyilmir gözəl bacım. Həm də pritçalar bir rellığa dayanır- Allah hər şeyə qadiridir. Sözüm düz anlaşılsın- mən demirəm ki, bu hekayədə Allahın insanla danışması relda olmuşdur. Amma Yaradan "Ol!" deyincə olar... O istərsə arzu etdiyi qulunun könlünə ilham da edə bilər: Şura 51/ Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir.-aygül bacım, sən şəhadət verə bilərsənmi ki, Allah bəndələri ilə danışmır? Mən verə bilmərəm, çünki Allahla danışmaq iki insanın səs tellərini və baş qulaqlarını istifadə edərək danışması demək deyil. Bu başqa aləmdir... Necə ki. Hz.Musa peyğəmbər olmasına baxmayaraq Allahı baş gözləri ilə görmək istəyərək peşman olmuşdu.
İnşaAllah sən də incimədin gül bacım give_ros
30 oktyabr 2013 08:08
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
aygul,alizade
Lale xanim sizi burda bele adlandirirlar onuncun bele muraciet etdim.Hekayeniz cox gozel ve ibretamizdir.Amma bir sey deyimki hekayede deyilirki semadan kisiye nida olundu ye'ni bu Rebbimiz adindan uydurmadir.Peygamberimiz soylemisdirki,kim menim adimdan yalan danisarsa cehennemde yerini hazir bilsin.O ki qaldi Allah adindan nese uydurmaq olmaz.Can baci incime men bunu soylemesem partlayardim.Xahiw edirem yazilarinizda ehtiyatla yazin.incimeyin xetrinizi cox isteyirem onuncun bunu yazdim.
29 oktyabr 2013 23:17
Offline
GULU
oxumagima pewman olmadim...ama heyifsilendimki her qadini ilahe eden kiwiler niye evdekine nezer salmirlar belay
29 oktyabr 2013 21:44
Offline
Seadet Sexavet
Canım yenə də ibrətamiz fərqli mövzudur.Bilmirəm nədəndir.Sanki siz mənim ürəyimi oxuyursuz.Məişət mətbəx mövzularını sevmirəm.Bu cür yazıları oxumaq mənə zövq verir.Dogrudan gözəldir.
Kaş bütün kişilər qadınını şeytan kənardakı nı ilahə görməkdənsə öz yoldaşına vurun olsun.Hər şey qarşılıqlıdır. Kişinin bir addımı cox şey dəyişər amma bağışlanmaz səhv olmasa.Təşəkkür Lalə xanım.
29 oktyabr 2013 19:16
Offline
nura84
cox maraqla oxudum.Dogurdan da her bir qadinin daxilinde bir Ilahe var.Sadece o ilaheni uze cixaran insan lazimdir. girl_ang
29 oktyabr 2013 14:27
Offline
N.(SaTuOr)
Lale baci cox sag ol bu hekaye ucun.bu hekayeni her iki teref oxusa daha da uaxsi olar.
Bunu birtərəfli qəbul etməyək. Hekayədə ilk addım əks cinsin nümayəndəsi tərəfindən atılsa da, biz qadınlar da ilk addımı ata bilərik.

Bax bunu duz deyirsen, herden simlerin qirilmamasi ucun qururumuzdan kecib ilk addimi biz qadinlar ata bilerik, hansi ki kisilerin de buna ehtiyaci olur.
29 oktyabr 2013 13:29
Offline
Sahile.
ma maraqli hekaye idi tewekkurler.
29 oktyabr 2013 12:04
Offline
Fatma xanım
xuduğunuza peşman olmadız

nə danışırsan belə maarifləndirici yazını oxuyan peşiman olarmı əksinə dahaçox yazmaq lazımdı
29 oktyabr 2013 12:00
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Hacət-i Vuslat
Oxuduğunuza peşman olmadız inşaAllah- çox sağolun şərhləriniz üçün, əksəriyyətimiz elə eyni fikirdəyik-qalır əməl etmək love
29 oktyabr 2013 11:59
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
MAYA EL
Çox maraqla oxudum çox gözəl ibrətamiz yazıdı çox saq ol Lalə xanım davamlı olsun inşallah
29 oktyabr 2013 11:39
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Ayka S
Mence her qadin ele erine bele olmalidir amma kişide farkinda olmalidir REBBİMİZ deyibki hanis kisi arvadindan razi qalsa o qadin cennete girer
Helede omrumun yarisi demiyek başindayam bacardiqim qederi ile diqqetde olmaqi xoslayirAM oda eynen beledir yeni ferqi yoxdurki o yorqun ya sebebsiz eseb yada derden nolur olsu evde meni acilasin yadaki dindirmesin şikayetim yoxdur sukur olsun ALLAH her eve ovlad nesib etsin teki dava dalaslar ovlad ustunde olsun.
Cox sagol bacim deyerli yazi ucun
29 oktyabr 2013 11:12
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
  • Ofis işçiləri üçün qidalanma tövsiyəsi

    Ofis şkafınıza quru meyvələr qoyun
  • Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB

    Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib
  • 08:46 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.
  • Serdar Ortaçın keçmiş xanımı Türkiyəni tərk etdi-FOTO

    İstirahətdən şəkillərini İnstaqram səhifəsinə yerləşdirən Loughnan bikinili fotosunu da bölüşüb. 27 yaşlı model fotonu "Mənim xoşbəxt yerim" şərhi ilə paylaşıb
  • Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA

    Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
  • Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO

    Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun hamilə olduğunu paparassilər ortaya çıxarıb. Bu günlərdə isə 34 yaşlı Kiranın ana olduğu ortaya çıxıb. O, ikinci övladını dünyaya gətirib.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!