Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Hamilə ruhi xəstə

Hamilə ruhi xəstə

 "Ruhi xəstə"

 Onun irsən, doğuşdan ruhi xəstə olduğunu hamı bilirdi. Anası həm onu, həm də xəstə atasını xəstəxanaya verməyib, evdə qayğılarına qalırdı. Bir tibb bacısı kimi əlindən gələni onların xoşbəxtliyi üçün edir, onlara hamilik etməkdən vaz keçmirdi. Elə indi də qızının bu halında - hamiləliyində təslim olmur.

"Məqalənin qəhrəmanı" həm ruhi xəstə, həm də geyiminə baxmayan bir qızdır. 1983-cü il təvəllüdlü bu qıza kim "tamah saldı", onun günahına girib bir ehtirasa qurban etdi, hamilə qoydu?... Bu sualı onu ilk gördüyümdə özüm-özümə verdim və səbəbkarı, doğulacaq uşağın atasın lənətləməyə bilmədim düzü...

Fəridə çox baxımsız, geyimindən "cin hürkən", həm də ruhi xəstə idi. Ona tamah salan yəqin ondan da pis xəstədir! Kirli paltarları üst-üstə, zövqsüz geyinər, saçları daim pırtlaşıq olardı. Allah keçsin bu təsvirimdən və heç kəsə belə bir müsibət göstərməsin, ona gülmək, sizi onun halına güldürmək yox, sadəcə onu təsəvvür etmənizi istədim... Yanından keçənlərə sataşar, gülər, uşaqları qorxuzar, ona sataşanlara isə daş da atardı... Anası yazıq, neçə insanla üz-göz olur, camaata başa salırdı ki, "sataşmayın, Allahınız olsun, onu dəlixanaya aparmasınlar". Amma hamını başa salmaq olurdumu?... Bu qızı təsvir edəcək bir foto da tapa bilmədim... z şəklini isə qoya bilmərəm! Axı indi ana olmağa hazırlaşır bu həyatı belə dərk etməyən ruhi xəstə qız...

 "Kimlərə qaldı dünya?" 

 Anasını iynə vurdurmaq bəhanəsi ilə gördüm. İlk sualım onu özündən çıxardı. Cavab vermək belə istəmədi. Uzaqlaşmaq istədim. Qadın göz yaşı içində idi..."Nəylə kömək edəcəksən məgər? Mən körpəyə qıya bilmərəm. Atasını (belə demək olarsa) ittiham edib məhkəməyə versək, pulla canını qurtatacaq. Bu bədbəxtin başına elə oyun açıblar ki, onun əməlini ancaq uşaq doğulsa, DNT analizi ilə sübut edə bilərik. Qızımın halı da ki, göz qabağında... Uşağı götürmədik, o da pulla günahını yuyacağına söz verib.. Hələ pul da verib yalvardı ki, uşağı saldıraq, eləmədim. Uşaq nə cür doğulacaq, nə olacaq aqibəti, Allah bilir". Atasının kim olduğunu demədi... Qadın seçimini naəlac da olsa etmişdi... Uşaq dünyaya gəlincə səbr etməkdən və pulu almaqdan başqa əlacı da yox idi...

Hamilə ruhi xəstə

İndi ata qayğısını maddi təminat əvəz edəcəkdi. Bu uşaq atasız doğulacaq yəqin ki... Hələ ruhi xəstə olmayacağı, sağlam doğulacağı da məlum deyil. Pul, pul, pul... Pul dünyası kimlərə qaldı gör?!.

"Hamilə ruhi xəstə"

 İndi küçədə qarnı dəbərmiş, altı ayıq bu hamilə ruhi xəstəyə baxanların bəzisini də məni də narahat edən suallar narahat edir. "Atası kimdir, necə edib bu əclaflığı? Uşaq necə doğulacaq, onu hansı aqibət gözləyir? Aldıqları pulla evini təmir edən çarəsiz ana bu uşaqla (nəvəsi ilə) cəmiyyət içinə necə çıxacaq?" Suallar, suallar... Həyətdə hamilə ruhi xəstə bir qadın dolaşır... Suallar isə başımda tüğyan edir. Nə edə bilərəm ki? Sadəcə bu suallar tək mənim üçün çoxdur, ağır yükdür... Etiraf edim ki, gördüyün pisliklərə qarşı aciz olmaq çox çətindir. Əgər vicdanın, ruhun varsa, sən bu cür bəlaya göz yuma bilmirsən. Baxa da bilmirsən.

Hamilə ruhi xəstə

"Səbr... Hara kimi?"

 Uşağın doğulmasını, doğulduqdan sonra "atasının" maddi təminatını gözləyən ruhi xəstə bir qız anası... Səbr edir... Dözür... O, qızının halından daha utanmır... Onu bu hala salanın kimliyi deməsə də sanki bütün aləmə qızının timsalında "Dəli mənim qızım deyil, xəstə o deyil, cəmiyyət xəstədir, ondan da pis xəstələr var" deyə səssizcə car çəkir... Sözlə yox, sadəcə qızına dikələn baxışlarla... Fəridə yenə də küçələrdə gəzir, hamilədir, ruhi xəstədir... Analıq nə olduğun anlayırmı? O özünə nə verə bilir ki, bu doğulacaq məsuma da nə verəcək?... Səbr... Nə vaxtadək?... Axı sonluğun heç cür xeyirli olma ehtimalı yoxdur. Ən yaxşı halda körpə sağlam dünyaya gəlsə də, onun taleyini düşünmək belə çətindir. Allah rəhm etsin. Barı sağlam olsun, özünə gün ağlaya biləcək bir ağılda, düşüncədə olsun... Bəlkə də bir dahi doğulacaq, bəlkə də bir alim. Amma ata-ana sevgisi bilməyəcəyi yəqindir! Həyatda daim "gözdəndüşmə" biri kimi nəzərlərin təqibində böyüyəcəyi yəqindir. Daha yaza bilmirəm... Gözlərim də, qəlbim də qan ağlayır. Allahdan xeyirli nəsibini diləmək, Allahdan hamımızı belə müsibətdən hifz eləməsini diləməkdən başqa heç nəyə gücüm çatmır.

Səslərin sayı: 9
46
8638
loading...
Şərhlər
Offline
Дождь ♪
Meger ruhi dispanserler pulsuzdur? Bizim Bakidaki evimizin heyetinde 2 ruhi xeste var idi, heyetde gezisirdiler, kimse onlara pis niyyetle baxmirdi, gulmurdu, ele de salmirdi. Her sey cemiyyetden asilidir, ne qeder ki, ruhi xesteye tamah salanlar olacaq, bir o qeder bu kimi ve bundan da beter hadiseler esideceyik.


Belə hadisələrdən balalarimiz əzizlərimiz uzaq olsun , inşallah.. Xanim , ana bildiyi haldaki qizini hər cürə təhlükə gözləyir bəs nə səbəbdən onu küçəyə öz başina buraxir.? Hələ gülməli tərəfi də odur ki gələcəkdə doğulacaq uşaqdan atasinin kimliyini təsdiqləmək üçün analiz gözləyir . Sizcə bu düzgündür.? O uşaği təzə təzə abort etmək olardi. İkinci də sağlam ağac sağlam bar verər. Bu bədbəxtin sağlamliği əlində deyilsə o necə övlad dünyaya gətirəcək , qaranti varmi.?

Mən heç qizi zorlayan oğlani müzakirə etmirəm , təbii ki haqq qazandirmiram , amma real həyatdir da təsüf ki , gündəlik Tv-lardan eşitdiklərimiz gördüklərimiz hadisələrdən biridir.

Xanim sizle razi deilem bu qiza kim pisdik edib Allah cezasin versin insallah.Xeyr abort edib ozunu gunaha batirmaqdansa belkede o korpe boyuyub cox gozel insan olub atasinin cezasin ozu verecek.Yaziq neneni nece qinamaq olar axi yoldasida xestedi usaqida amma nece boyuk insandisa her ikisinede ozu baxir hec kimin umudune buraxmir bir isdide qizin basina gelib men bilmirem saba basima nee gelecek o qizi neneni nece qinamaq olar?


Bu santa - Barbara serialina oxşadi bir az..) Hələ Allah bilir doğulan uşaq sağlam dünyaya gələcək ya yox , Allah göstərməsin olmadi elə oldu belə , baxin onda lap qinanilasi vəziyyətdə qalacaqlar. "atasının" maddi təminatını gözləyən ruhi xəstə bir qız anası.. <--- bu cümlədən hər şeyi asanliqla görmək olar , küçələrdə hamilə - hamilə dolaşan qizinin dərdini çəkmir , amma gələcəkdə dünyaya gələn körpənin maddi təminatini gözləyir , özü də ata tərəfdən. Raz ki atasi pul da verib yalvardı ki, uşağı saldırsinlar onda razi olmali idilər..
Həə istintaq davam edir..
31 dekabr 2013 17:37
Offline
eliyeva gunel
Belelerine agir ceza vermey lazimdirki hamiya ders olsun.O, qizin etrafinda olan butun kiwilere.İndi ozune hormet etmiyen,vicdansiz "kiwicikler" hamisi bir weyi fikirlewirler.O, eledi bizde nese edek buna,onsuzda yiyesi yoxdu.Ona gore elesini cezalandrmaq lazimdi.ALLAH belani versin senin eclaf shout
31 dekabr 2013 14:24
Offline
turkay soltanli
Men helede inanabilmirem insan yeni bu derecede heyvan xarakterinde olabiler........ALLAHIM bizi bele sheytanlardan qoru.Ozude kisi ailelidir o arvad gerk ondan boshansin xesteye bunu eden gor saglam qadina insana neler edir.Qadin gerek ondan qorxmasin boshansin,usaqlarida ondan uzaq tutsun gor usaqlari nece olar bele caninnnnnnnn.Goresen bu insanlarin axri ne olacaq..........
31 dekabr 2013 13:28
Offline
Ellada Babayeva
Elnur Məmmədov,
Ailəlidi..Allah lənət eləsin beləsinə.Zəhmət çəksin əl tutsun idi.Heç olmasa bunu eləsin..Vicdansız. ireful

Ləman Bayramova,
Necə bir vicdansızlıq edib, indi də iksinədə baxsın.Ağılla hərəkət etmək lazım idi.
31 dekabr 2013 13:17
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
LƏMAN BAYRAMOVA
Elnur Məmmədov,
Bizim qızların bu acizliyinə nifrət eləyirəm. Deyirsiz yoldaşı fağır kənd qızıdı, başanıb hara gedəcək. Kəndə gedəcək, ailəsinin yanına. Yoxsa siz onun boşanmaqdan qorxub bu cür çirkin niyyətli, iyrən biri ilə yaşamağa razı olmasını haqlı görürsünüz. Əsla razı deyiləm. Zəifdirsə qoy əzilsin.... negative
31 dekabr 2013 10:09
Offline
Elnur Məmmədov
Ellada Babayeva,
Siz oxuyub əsəbləşən,gör indi mən şahidi olub nə haldayam?!Elə sarsılmışdım ki,...səbəkarın kim olduğun biləndə (əclafın) lap şoka düşdüm...Amma əlimizdən nə gələr...Xəstənin anası şikayət də edə bilmir,...dah doğrusu etsə də qızına,nəvəsinə faydası olmayacaq...Çarəsiz saziş bağlayıb ....Maddi təminat alır...Amma inanın pula görə balasın"satmayıb"...sadəcə nəvsinin sağlam dünyay gəlməsi üçün çalışır....kasıbdılar,əri də xəstə,böyük qızıda evdə qalıb,alan yoxdu...kiçik də bu halda....bəlkə də körpə doöulub...amma səs soraq yoxdu hələ...Sabah "Yeni ildə"..."oğlan evi"... gecə gələcək də,ziyarətə,bir maşın"küpəgirən,bir də arsız zırrama..Amma ruxi xəstənin anası oğlana elə xox gəlib ki,gədə ayda iki dəfə mütləq özü gəlir.Bunun öz ailəsi də var,,.yazıq bunun həyat yoldaşına...bu gdəni hər görəndə yəqin ürəyi bulanır...Amma o da boşanmayıb,fağır,yetim kənd qızıdı,boşanıb hara gedəcək...nəysə...bu xəbərin ardı üçün bir az tezdi hələ...Uşaq haqda məlumat olsa,yazaram inşAllah
31 dekabr 2013 01:23
Offline
Ellada Babayeva
Əsəbləşirəm bu yazını görəndə..Belə şəxslərə nifrətim çoxdu.Əlimdə olsa başını bədənindən ayırıb,of da deməzdim.. diablo ireful
31 dekabr 2013 01:06
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
.kaş uşaq gözəllik və sağlam fiziki halın ona oxşayaydı...qalan isə...Nə bilim...belə vid-fason...belə iyrənc olmaq necə olur...

Manyakdan başqa ona nə ad vermək olar məncə o da xəstədi əgər ehtirasını bir ruhi xəstəylə söndürə bilibsə ona xəstədən başqa nə ad vermək olar
30 dekabr 2013 12:28
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Seadet Sexavet
Elnur dogrusu səhər səhər oxufum və kaş oxumayaydım......Bu üsnyada Allahın elə sınaqları var ki......Amma hər kişi görünümü kişi olmaq deyil.Əgər bu cür bir xəstə insanın acizliyindən anlamamasından istifafə efənlər olubsa bu yerdə sevirəm İranda tətbiq olunan edam üsulunu.Bir ikisi belə olsa birdə heç vaxt bu səhvlər təkrarlanmaz.Ay bədbəxt ana sən qızının yükünü güclə çəkirsəndə körpənin saglsm olacagı nə məlum.ki onun da yükünü çəkəsən.Allah gpstərməsun.Heç kimi qınaya bilmırəm.bilmirik bizi sabsh nə gözləyir.Amma bu cür itə tsmah ssla biləcək hıddə olan kişiciyəzlərə nifrətim sonsuzdur.Dogrudan da bəzi indsnların heyvandan heç bir şüur fərqi yoxmuş....Çox sarsıldım.İndi bu xəbərlə bütün saytın qzdınlarının ürəyi agtıdı.Zəhmət çəkib nəticəni də bizkmlə bölüşərsiz.dogrudan urəyim agrıdı.Allah hrç kimi belə imtshan eyməsin...
30 dekabr 2013 09:28
Offline
איסון ממדוב.
Sahib çixib deyəndə o öz qizini qoruyub sahib çixa bilməyib , kiminsə uşağina necə sahib çixacaq.?

Xanim sizle razi deilem bu qiza kim pisdik edib Allah cezasin versin insallah.Xeyr abort edib ozunu gunaha batirmaqdansa belkede o korpe boyuyub cox gozel insan olub atasinin cezasin ozu verecek.Yaziq neneni nece qinamaq olar axi yoldasida xestedi usaqida amma nece boyuk insandisa her ikisinede ozu baxir hec kimin umudune buraxmir bir isdide qizin basina gelib men bilmirem saba basima nee gelecek o qizi neneni nece qinamaq olar?
28 dekabr 2013 23:02
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Memmedova.F
Burda esa xeste o namusu olmayan kiwicikdir.aqlida xeste qelbide xestedir onun.o cur insanlari ALLAH ele cezalandiracaqki inwallah.Bu dunya bele hadiseleriyle muveqqeti olduqunu bir daha subut edir.men bele hallari ewidende wukr ediremki ne vatsa son olacaq ve hesab sorulacaq.cox tesirlendim.ALLAH o anaya sebr versin mujdesi cennet olar inwallah.
28 dekabr 2013 14:30
Offline
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
Oxudum ve cox pis oldum..Ruhi xeste olan onu bu hala salan eclafdir insanliqdan cixmiw qeyretini ayaqlar altina atan namussuz kiwi adina laiq olmayan eclafdir..Beleleri coxdu heyatda Allah herkesi bele dinsiz imansizlardan qorusun..Xeber ela xeberdi..Tewekkur
28 dekabr 2013 14:28
Offline
AFET
Allah kömek olsun o anaya bütün yük onun çiyinlerindedi.
28 dekabr 2013 13:25
Offline
yagmur hesenova
Yazini oxudum ve cox pis oldum.O usahin atasina ata demek olarsa allah nehlet elesin.Onsuzda o qiz bedbext olub,niye bu bedbextliye bir serik daha elave eleyrsen.Ne bilm ,belkede o adamin ozude belr xestedi kim bilir.Bilrem belkede duz demirem amma o usagin oldugundan olmadigi yaxsidi vallah.Allaha agir getmesin.Adam bele seyler esidende dehsete qelir.Yenede Allah bilen mesehetdi.Allah ozu komek olsun.Amin
28 dekabr 2013 13:17
Offline
Aminim
Ele vicdansizlar Allah qarwisinda ne cavab verecekler goren.Agir derddir vAllahi.
28 dekabr 2013 13:00
imza: qadin.net
Offline
Elif♡
Oxudum, cox pis oldum. bezen ele bilirik ki, heyat hemise gulluk-gulustanliqdi. ama aci terefi, acinacaqli terefleri ne qeder coxdu. birde dusundum ki,her xirda probleme usyan eden, ruhdan dusen bizler, ne qeder az sukur edirikmis REBBIMIZE. ne deyim ALLAH yardimcilari olsun
28 dekabr 2013 12:00
imza: Her insan ölecek yaşdadır.....
Offline
Buket
Ne dehsetli bir yazidir....((( Pis oldum, en cox da dogulacaq usagin aqibetine uzuldum. Hec dogulmasa, mence, daha yaxsi. Ananin veziyyeti dogusdan sonra daha da agirlasa biler. Nene ise omru yetdiyi qeder o usaga baxa bilecek, bes sonra?.... Yene de Allah ozu bilen meslehetdir.
Paylasim ucun tesekkurler, Elnur bey. Herden heyatin diger uzunu de gormek lazimdir.

İlk öncə onu deyim ki əgər sənin normal düşünmə qabiliyyətin vardisa övladini hansisa bir klinikada yatira bilərdin ki , həm gülünc vəziyyətə düşməsin , həm el qinamasin , həm başina bu kimi işlər gəlməsin , ana yəqin ki qizini qoruya bilmir.. Beləsinin də , yəni küçəyə öz başina buraxilan bir insanin başina belə olaylarin gəlməsi təbiidir.

Meger ruhi dispanserler pulsuzdur? Bizim Bakidaki evimizin heyetinde 2 ruhi xeste var idi, heyetde gezisirdiler, kimse onlara pis niyyetle baxmirdi, gulmurdu, ele de salmirdi. Her sey cemiyyetden asilidir, ne qeder ki, ruhi xesteye tamah salanlar olacaq, bir o qeder bu kimi ve bundan da beter hadiseler esideceyik.
28 dekabr 2013 11:32
imza: Sonralar olmur :)

Offline
turkay soltanli
Belkede qadinda(ANADA) gunah gorerdim amma gorebilmirem cunki qadinin eride xestedir.Yaziq neylesin.Mence burda xeste olan tecavuz eden kisidedir.Cunki o gorun neqeder xestedirki bele bir gunahsiz insana meyl salib.(yeqinki bilirsizde ruhi xesteler gunahsiz sayilir ve cennetlik olurlar)
28 dekabr 2013 11:06
Offline
Дождь ♪
Bu məqaləni oxuyanda düzü əsəbləşdim , nə qədər məsuliyyətsiz valideynlər varmiş.. İlk öncə onu deyim ki əgər sənin normal düşünmə qabiliyyətin vardisa övladini hansisa bir klinikada yatira bilərdin ki , həm gülünc vəziyyətə düşməsin , həm el qinamasin , həm başina bu kimi işlər gəlməsin , ana yəqin ki qizini qoruya bilmir.. Beləsinin də , yəni küçəyə öz başina buraxilan bir insanin başina belə olaylarin gəlməsi təbiidir. Lap tutaq ki , uşağin atasini doğuşdan sonra dəlillərlə kimliyini açiğa verdin , bəs sonra nə olacaq.? Lap tutaq ki müəyyən qədər atani cərimələdin , axi körpə ana nəvazişindən , ana oxşamasindan , ana laylasindan uzaq qalacaq.

Uzun sözün qisasi mən günahi , səhvi nə ruhi xəstə qizda , nə də oğlanda gördüm , səhvin böyüyü övladina məsuliyyətsiz yanaşan valideynlərdədi, təəcüb edirəme xəstəni də özbaşina yola küçəyə buraxarlar.? " ölünü öz başina buraxsan " .. məsəli..

Allah nənədən razı olsunki xəstə uşaqına sahib çıxıb saxlayıb.uşaqın atasınınsa allah cezasın versin xeste qizin ahi tez gec tutar o insanı.


Sahib çixib deyəndə o öz qizini qoruyub sahib çixa bilməyib , kiminsə uşağina necə sahib çixacaq.?

Valideyni tam tanimadan bəlkə də fikir bildirirəm , amma haqqli deyillər , o qizinin hamilə olduğunu bildiyi andan abort etdirməli idilər. Deyirlər ot kökü üstə bitər , indi bu qizin nə kökü də var ki nə də bitəcək , yəqin uşağ da anormal olar .. Allah qorusun..
28 dekabr 2013 09:45
Offline
Shokolad Tvix(Evli)
Allah hamimizin komeyi olsun sadece bunu yaza bildim
28 dekabr 2013 00:43
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )