Bakıda hava
USD AZN
EUR AZN

Qadın.Net userləri uşaq olarkən-2

Xanımlar hamımız uşaqlığımızda dəcəl olmamıza baxmayaraq,vaideyinlərimiz tərəfindən həmişə sevilib əzizlənmişik.Artıq indi böyümüşük,indi biz öz uşaqlarımızın nazı ilə oynayırıq.Hərdən bizi o,dərəcəyə gətirib çıxarırlar ki,özümüz yenidən körpə uşaq olmaq istəyirik.Gəlin birlikdə bir anlıq da olsa uşaqlıq illərimizə qayıdaq,və o,illərdə etdiyimiz dəcəllikərin keyfini çıxardaq.

Vüsalə_Ruslan

Hə xanımlar bizim Vüsalə xanımımız deyir ki,o,özü uşaq olmasına baxmayaraq uşaqları çox sevirmiş.Onun 6 yaşı olanda balaca qaqası olub.Vüsalə xanım o,qədər qoçaq qız olub ki,qaqasına baxmaqda anasına köməklik də edirmış.Balaca qardaşını özü yedizdirib yatızdırırmış.Bilirsiniz hətta paltar da ütüləyirmiş.Vüsalənin bu qoçaqlığını görən qohumları ona balaca nanka adı veriblərmiş.wink 

Qadın.Net userləri uşaq olarkən-2


 Yekta

Xanımlar bizim Yekta xanımımız deyir ki,bunun hardasa 2-3 yaşı olarmış.Qış idi və çöldə qar yağırdı.Mən də birinci dəfə idi qar görürdüm və bunun nə olduğunu bilmirdim.Qarı görən kimi qaçmışam anamın yanına demişəm ki,ana,bax,göydən qatıq yağır.wink

 ***

Hardasa 4 5 yaşım var idi. Mamam aş bişimirşdi. Verdi bacımla mənə ki, bir boşqab aparın verin qonşumuzdakı qoca nənəylə babaya. Biz qoçaqlar düzəldik yola. Yolda gedəndə necə oldusa boşqab əlimizdən sürüşdü və yeməyin yarısı töküldü. Biz çox qorxduq ki, mamamız bizi danlayar. Qorxudan yerdən düyüləri bir bir yığdıq, qoyduq boşqaba və yolumuza davam etdik. Amma sonra mamamgil bilmişdi və gülmüşdü.wink

 


Gülşən Qaraşova. 

Xanımlar bizim yazar xanımımız deyirki,Ilk netice, ilk nəvə və ilk övlad olmuşam.Valideynlərim rayondan Sumqayıta mən doğulmadan 1 il əvvəl köçüblər.Vaxtindan bir az tez doğulmuşam.Bəkə də bunun səbəbi anamın hemin gün çox həyəcanlanması olub.Atamla anam hemin gün evimizin yaxınlığındakı -'Kosmos' kinoteatrında hind filminə baxmağa gedib.Çox qemli film imiş.Adı 'Qisas yanğısı'.Anam da çox təsirlənən idi.Filmə baxa-baxa o qədər ağlayıb həyəcanlanıb ki,birden sancısı tutub ve o gecə mən dünyaya gəlmişəm.Bəkə də romantikliyim həmin hind filminin təsirindəndir. 1 yaşım olandan məktəbə gedənədək nənə-baba yanında böyümüşəm.Məncə ilk kəlməm də elə Ana yox, Nənə olub.Məni oğlan kimi böyütmüşdülər.Böyüyəndən  sonra da oğlanlarla dostluğum daha yaxşı tutdu, nəyinki qızlarla.Hələ də evdarlığı, naz etmeyi bacarmıram.
 

Qadın.Net userləri uşaq olarkən-2


Ayten18 

Uşaqlıq illərimdən yadımda qalan 1-ci sinifde oxuyanda direktorun müavini dərsi üzündən oxutmağa gəlmişdi.Mən isə yaxşi oxudum ,axıra çatanda bir dənə sözü bilmədən oxumadım müavində dedi :Oxu sənə beş yazacam sözə baxırdım ki, bu söz nədir,dayi sözünü deyə bilmirdim ,gah ayı deyirdim,gah da day deyirdim,ne qədər dedi düz oxu oxumadım axırı mənə 4 yazdı.Yadımda bu qalıb.
 


Nazulletta
Bir dəfə  evdən icazəsiz, bu artiq nənəmgilde olmuşdu, çıxdım bir qızla qonşu məhəlləyə getdik, orda da sürüşgən kaçelli dediyim bele bir şey var idi, oturursan üstündə sürüşərək yerə enirsən, hamı bilir də. O, gün də yaman isti idi, günün günorta çağı idi. Nənəm bir də gördü mən evə ağlaya- ağlaya gəlirem. Noolub ay bala? Mən də ağlaya- ağlaya deyirəm ki, bəs dalım yandı.  Sən dəmə o, yelləncək dəmirdəndir də günün altında isti qaynar olub mən də bunun uütündə oturub bir yanımı yandırmışam. Nənəm dədi əcəb oldu! Bundan sonra icazesiz hec yere getməzsən!wink
 
Qadın.Net userləri uşaq olarkən-2

Şəfəq
Uşaq vaxtı çox sakit sözəbaxan və ağılı olmuşam,qonşumuz bağçada müəllimə işləyirdi hər gün onunla gedirdim bağçaya,bir gün qardaşim 1ci sinfdə oxuyanda ev tapşırığını edirdi (mən o zaman hələ məktəbə getmirdim)çox çətin başa düşürdü mamam ona dərsi o qədər təkrarlamışdı ki bir də gördülərki mən  qışqırıraram ata topu tut qardaşımdan əvvəl mən öyrənmişdim.
 

Rəvanə 
Mən uşaqlıqda çooox hayasız qız olmuşam, şəkildədə göründüyü kimi
hikkəmdən məni sıra ilə uşaqların yanına düzə bilməyiblər.
Həmişə mənə  deyirdilər ki, sənin etdiyin hayasızıiqlar ve başıma
gələn gülməli əhvalatlar haqda kitab yazsaq ən çox tirajla satılar.
Mən 1-ci sinifə təzə gedirdim, yaniıda oturan Roman adlı oğlan yadımda
deyil nəyə görəsə mənim saçımdaki bantımı dartdı, bunun acığını
çıxmalıydım! Mən rayon məktəbində oxuduğumdan ordakı sinifləri kömür
peçi ilə isidirdilər. Hər səhər bu peçlər kömürxanadan gətirilən
kömürlə doldurulurdu. Kömürxanada məktəbin lap arxasinda yerləşirdi,
ora balaca, qaranlıq, vahiməli yer idi, içindədə deyilənə görə çox mış
və siçan var idi və həmişədə qapısı bağlı olurdu. Bütun balaca uçaqlar
o yerdən qorxurdu ve adinada "mış damı" deyirdik, ele bilirdik orda
mış saxlayırlar. Müəllim biz hər dəfə dəcəllik edəndə sizi Mış damına
salaram deyərək qorxudurdu. Mən bir gün dərsə elə tezə gəlmışdim
Romana dedimki bəs məktəbin arxasında oyuncaq maşın var istəyirsən
gedək görsədim, o bunu eşıtcək dedi hani gedək götürüm. Həmin Mış damı
deyilən yere geldik və ona maşının damın icərisıdə olduğunu dedim,
qısası onu içəri salib qapini arxadan bağladım. Heç ne olmamış kimi
gəldim dərsdə oturdum. Müəllim bir azdan Romani soruşdu dedik burda
idi indi gələr. Dərsin sonun yaxın yenə müəllimin yadına Roman düşdü
və baxdı ki sumkasıda, pencəyidə sinifdədi. Dərs bitdi ikici dərs rus
dili olduğundan müəllim heç maraqlanmadıda Roman hardadi. 3-cü dərs
yenə sinif müəllimi sinfə qayıdanda Romanın yoxluğundan narahat olub
evlərinə adam yolladıki bes bəlkə Roman evə qayıdıb. Bütün bu vaxt
ərzində heç narahatda deyildimki yazıq uşağın o soyuq, tamami ilə
qaranliq, mişdı-sicanli yerdə ürəyi partlayar. Elə rahat
oturmuşdumki... Birdə gördük Romanin anasi ağlaya-ağlaya gəlir ki bəs
uşağım hani? Deməli bütün yuxarı sinif uşaqların səfərbər elədilərki
Romani axtarsınlar, bizidə evə buraxdilar. O balaca canimla heç
qorxmurdumdaki bu uşaq tapilandan sonra mənim halım necə olacaq.
Haçandan- haçana Romanda orda qışqırıb ağlamaqdan sesi batmış, üstü
-başıda bütöv kömür şəkildə tapırlar.  Məndə gəlmişəm evə yeyib
yatmışam. Bir də ayildımkı həyətimizdə qırğındı.Anası ele kömürün
içində uşaqla bərabər  gəlib şıkayətə.Nə isə valideyinlərim o,qadını sakötləşdirib yola saldılar.Mənə isə heç nə demədilərki uşağamdaaaa.wink
 
Qadın.Net userləri uşaq olarkən-2

samirbozkurt666

Sentyabrın biri idi.Birinci sinifə gedirdik,5 yaşım var idi.Qorxumdan az qalır ürəyim partlasın.Amma qardaşımla gedirdik deyə bir az rahatlaşırdım. Hə atam aparırdı bizi səhərlər.Səhər-səhər ağ köynəkdə bəzənmişik bəh- bəh,əlimizdə qızıgül ,heç gülü tuta bilmirdim, tikanlı idi, həmdə məndən böyük idi.Maşında oturmuşam yol boyu Allaha yalvarıram ki,anamdan ayrılmayım.Elə bilirəm daha onları görmüyəcəm.Hərdən az qalırdı ki, ağlayım.Hə  gəldik məktəbə hamı deyir gülür mən yazıq- yazıq durmuşam.Atam dedi gedin çıxında mən burda olacam.Girdik sinifə uşaqlar danışıb gülür mən yenə qaşqabağımı sallamışam.Müəllimədə hey onu sakitleşdirir, hey bunu sakitleşdirir.Birdən sinifə başqa müəllimə gəldi.Bunlar başladılar söhbətə o,biri müəllimə soruşur ki, uşaqlar necedi?Bizimki qayıdıb dediki az, hamısını öldürəcəm indi.Booooy dəli oldum,wink qorxumdan rəngim qaçdı.Birdən  sinifdən nece qaçmışam gəl görəsən.Çıxdım həyətə  tez maşınımızı tapdım.Ağlaya-ağlaya atlandım atamın qucağına,ay ata müəllim bizi öldürəcəyyyy elə ağlayıram elə bil artıq kəsirlər məni.Birtəhər atam məni  sakitləşdirdi.O,gün heç bir dərs geçməmiş evə qayıtdıq.wink 

Qadın.Net userləri uşaq olarkən-2

So_lonely 
Deyilənənə görə çox gözəl olmuşam.Bizdə hamilə olan qadınar var idi qonşuda.Uşağı tərpənəndə tez qaçıb bizə gəlmək isteyirmişki uşaq mənim üzümə təpənsinki mənə oxşasın.
 

Niyar 
Hə nəhayət ki,vaxt gəlib mənə çatdı.Mən bu şəkili 1991 ci ildə 1-ci sinifə getmək üçün şəkil lazım idi onda çəkdirmişəm.Bu şəkili çəkdirəndə o,qədər ağlamışdım ki,saçlarım yoxdu mən şəkil istəmirəm.Anam da nə qədər məni başa salır ki,qızım məktəbdən istəyirlər şəkil lazımdı.Mən də deyirəm ki,yox eeee istəmirəm nəsə iki gün getdik gəldik.Axırda anam mənə dedi ki,nə istəsən alacam sənə gə şəkilini çəkdirək.Ondan sonra razı olub bu şəkili çəkdirdim.

Qadın.Net userləri uşaq olarkən-2
Səslərin sayı: 20
112
10731
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
Ay da,şəkildəkilərdən heç bir useri tanımadım.Yenə olsun da bu xəbər,nolar.Çox maraqlı olar
4 dekabr 2014 22:02
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
♥NiLuFeR♥
MARAQLIDI,HAMISINI OXUDUM
14 yanvar 2014 20:59
Offline
DENIZ
Ehvalatlar çox maraqlı idi esasda mış damı ondan bizdede var idi :D
15 noyabr 2013 13:05
Offline
Aybeniz
hamisini oxudum maraqli idi
2 iyun 2013 08:11
Offline
18 may 2013 16:35
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
16 mart 2013 18:44
Offline
Pila
cox maraqlidi,xosh tesir bagishladi mene..kash ozum de olardim.. smile Revane xanimin ushaqligini hardasa oz ushaqligima benzetdim..men evin boyuk ushagiyam,qardashim menden 1 yash kicikdi.hacan ki balaca vaxti qardashimi kimse doymek isteyirdi,ya da ish ishden kecib doyulub gelseydi men vezifemi icra edirdim diablo ,qardashimi doyenleri beter gune salirdim..kash yene ushaq olaydim,qaygisiz ushaqligima qayida bileydim...cox sag olun,gozel xebercun ve meni bir anliq da olsa ushaqligima qaytardiginiz ucun..
4 fevral 2013 20:40
Offline
Yağmur damlası
yaman maraqla oxudum,duyunu yolda dagidib yeniden yigan usaqlara halaldi.burda bilinir ki,usaq ki,usaq.
4 fevral 2013 20:06
Offline
♥ ÜLFƏT ♥
cox maraqlidi :)
14 oktyabr 2012 22:53
Offline
♡GüNKa♡
cox gozel
6 sentyabr 2012 22:18
Offline
.
MARAQLIDIRLAR smile
10 fevral 2012 22:42
Offline
Sabrin
Ne qeşeng xeberdir. Cox teşekkurler
30 dekabr 2011 02:20
Offline
Esya
hamisini maraqnan oxudum.allah sizi guldursun.tsk.
9 dekabr 2011 02:43
Offline
Semedova
TESEKKUR XEBERE GORE
14 noyabr 2011 19:56
Offline
Senem M
Menim bacim birinci gun getdi sinfe hevesle amma
İkinci gun bacimi emelli basdi iki muellime gucle surutleye surutleye apardilar sinfe
6 sentyabr 2011 09:47
Offline
creativka
Revanenin ehvalati lap gulmeli idi,oldum gulmekden wink
13 avqust 2011 22:34
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
Weyla
Revane,yaman decel olmusan,yaziq Roman....goresen Roman uwaqliqda senin onun bawina acdigin bu oyunu xatirlayirmi?????????????? cox maraqlidir.... wink
13 avqust 2011 19:29
Offline
vlada
AY REVANE SEN NE OLMUSAN UREK OLUBE SENDE
4 avqust 2011 16:56
Offline
1
MARAQLI XEBERDI,TESEKKURLER smile
31 iyul 2011 13:13
Offline
Malvina555
cox gozel xeberdi tewekkur wink
1 iyul 2011 22:36
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək

    “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
  • 20:36 - Müəllif: Nermin_Guler
    Güldürən arxa fon (1)

    Güldürən arxa fon

    Ən çox betmana güldüm
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
  • Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

    Siçan ilində Amerika təpələrinə səfər proqnoz edilir. Daimi dəyişikliklər sizi gözləyir, narahat olmağa dəyməz, əlamətdar hadisələr də az deyil.
  • Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq

    Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )