Saat 15 radələrindən sonra xəstəxanalarda yalnız növbətçilər gözə dəyir. Modern.az yazır ki, dövlət xəstəxanasına üz tutan pasient həkimi yerində tapa bilmədiyindən ağrıdan qıvrıla-qıvrıla səhəri gözləməyə məcbur olur.“Ağrını həkim deyil, çəkən bilir” deyib dözümü olmayanlar isə məcburiyyət qarşısında qalaraq həkimlə əlaqə saxlayıb həkimi xəstəxanaya çağırtdırmaq istəsə də, bu xahişlər də yerə düşür. Dövlət xəstəxanasını “ağa yarıdıb, haqq çıxardan” həkim isə pasientini günorta saatlarından sonra işlədiyi özəl klinikaya dəvət edir. Sözsüz ki, bu da hər xəstənin cibinə uyğun gəlmir. Beləcə, həkimlərin maddi maraqları “Hippokrat andı”nı üstələmiş olur.Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, dövlət xəstəxanalarında çalışan həkimlər iş qrafiklərini Səhiyyə Nazirliyi və Nazirlər Kabinetinin müəyyənləşdirdiyi əmək və fəaliyyət şərtlərinə uyğun qururlar. Deputatın sözlərinə görə, ümumi normativə əsasən, həkimlər həftə ərzində 36 saat işləyirlər. Yəni həftənin hər günü işləyənlər gün ərzində 6 saat, həftənin 5 günü işləyənlər isə günə 7 saat işləməli olurlar. “Hər bir müəssisənin iş qrafiki var. Bu qrafikə uyğun olaraq işçinin müəyyən olunmuş iş qrafiki olur. Dövlət klinikaları da həkimlərin iş qrafikini müəyyənləşdirir. Orada həkimlər ümumilikdə gün ərzində 6 saat çalışırlar. Özəl klinikalarda isə həkimlər sərbəstdirlər. Bu mənada ilk növbədə xəstələr sahə həkimləri vasitəsilə klinikanın, həkimin iş qrafikini öyrənməlidirlər. Digər tərəfdən bütün xəstəxanaların qəbul şöbəsi var ki, xəstə onlarla əlaqə saxlayaraq həkimin iş qrafikini dəqiqləşdirə bilər. Hər klinikanın daxili nizamnaməsi var və bu nizamnaməyə uyğun olaraq iş qrafiki tənzimlənməlidir. Tibb müəssisələri iş qrafiklərini xəstələrin istəyinə uyğun qurmur. Səhiyyə Nazirliyi və Nazirlər Kabinetinin müəyyənləşdirdiyi əmək və fəaliyyət şərtlərinə uyğun qurur. Həkimlərlə bağlı ümumi normativə görə həftənin bütün günü işləyən həkimləri 36 saat, həftənin 5 günü işləyirlərsə, günə 7 saat işləməlidirlər. Əmək Məcəlləsinə uyğun olaraq iş saatından erkən işi tərk edən həkimlər ilk dəfə ciddi xəbərdarlıq alırlar, növbəti dəfə isə işdən azad olunma ilə nəticələnir”, - deyə Musa Quliyev bildirdi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Makiyaj ustasından dodaq makiyajı
Hicablı model gözəlliyi ilə diqqət çəkdi-FOTO
Hamiləlikdə USM
Beyni öldürən 10 təhlükə
Dəbli çantalar
"Seksenler"in Nazlısı oğlu ilə - FOTO
"Bu, Qarabağ üçün intihardır"
Paris Moda Həftəsində üst geyimlər
Ölkəmizdə daşqın gözlənilirmi?
Qeyri-adi faktlar
Beyonce olduğunu iddia edən qadın həbs olundu-FOTO
Qısa donlar
Gözaltı torbalardan xilas olmağın yolları
Riberi küsdü
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Azərbaycanda planşet istehsalına başlanacaq
Boyunu cavanlaşdıran 4 təsirli üsul
Mehriban Əliyeva xalqı təbrik etdi
Ağ pendirli pomidor (foto resept)
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
Bir-birini çoxdan tanıyıb, illər sonra aşiq olan məşhurlar
"İstanbullu gəlin" üçün stilini dəyişən aktrisa-FOTO
Diqqət testi
41 yaşlı Diana Kryuqer ana olacaq-FOTO
Ceyms Bondun maşını satışa çıxarıldı-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Türkiyədə kütləvi dəfn mərasimi keçirildi
Ən böyük savab
Azərbaycan əhalisinin sayı artdı
Hazal Kaya kafe açır
Gələcəyin maşını
Dünyada növbəti soyuq müharibə
Ananas pəhrizi
Toyuq ətli salat (foto resept)
Sellülitdən aspirinlə xilas olun
Döş böyütmə əməliyyatı haqda ümumi informasiya
Uşaq bağçalarına qəbul YENİ QAYDALARLA olacaq
Hər kəs BU GÜNÜ GÖZLƏYİR: sabah başlayacaq və...
Çağatay Ulusoya 200 minlik təklif
Oskar gecəsinin aksesuar seçimləri
Məşhur aktrisa öldü-FOTO
Bakı sürücülərinə şad xəbər
Kosmetikanı necə saxlamalı?
Fərqli çay içmək istərdinizmi?
Gürcüstanda zəlzələ şaxtanı dağıdıb
Süd,bal və kələm
İlin Ən Yaxşıları Seçildi - FOTO
Ebola həyəcanı sona çatdı
Bədbəxtliyimizdən qurtulaq!
BASDIRMA (foto resept)
- ŞƏRHLƏR