Amma ginekoloq müsahibimiz deyir ki, gələcək körpənin cinsini təyin etmək üçün istifadə olunan metodlardan ən dəqiqi kimi implantasiyaönü perinatal diaqnostika hesab olunur. Başqa sözlə, süni mayalandırma vasitəsilə embrionun cinsinin təyini. Bu zaman lazer sitometrlə lazımi xromosom dəstinin seçimi aparılır. Müvafiq xromosom tərkibli spermotozoidlə mayalandırılmış yumurta hüceyrəsi qadının uşaqlığına implantasiya edilir və bununla da süni mayalanma başa çatır. Bu üsulun dəqiqliyi 90% təşkil edir. Bu üsuldan ən zəruri hallarda, məsələn ailədə irsi xəstəlik (hemofiliya, talassemiya və s.) olduğu zaman istifadə olunur. Belə ki, misal üçün hemofiliya genlərinin daşıyıcısı qadın olduğu halda bu xəstəliyə yalnız oğlan uşaqları tutulur.Azərbaycanda qadınların sayı azalır Oktyabrın 11-də dünyada qız uşaqlarının günü qeyd olunurdu. “Science” jurnalının araşdırmasına görə, dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə hər 100 qıza qarşı 115 oğlan dünyaya gəlir.Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2012-ci ildə ölkəmizdə 174 min 469 uşaq doğulub. Bunlardan 93 min 587-i oğlan, 80 min 882-i qız uşağıdır. Bu ilin birinci yarısında isə ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda hər 1000 kişiyə 1013 qadın düşür. Sosioloqlar isə düşünürlər ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməniş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur, əzilir. Bu səbəbdən də heç bir ana öz yaşadıqlarını övladlarının da təkrarən yaşamasını istəmir. Bu isə cəmiyyətin özünün zəifliyindən irəli gəlir. Cəmiyyət zəif olduğundan zəif hesab etdiyi qadını qəbul etmək istəmir, zəifdən utanır. Halbuki, müasir cəmiyyətdə qadının rolu dəyişib, indi fiziki güc mühüm deyil. Bu cür halların qarşısını almaq lazımdır. Bu işlə hökumət də ciddi məşğul olmalıdır, əgər hökumət etmirsə, onda qeyri-hökumət təşkilatları, ziyalılar, media etməlidir.
Qızların 10 faizi dünyaya göz açmadan məhv edilir Bu yaxınlarda açıqlanmış bir araşdırma üzə çıxarıb ki, Azərbaycanda qızların 10%-i dünyaya göz açmadan məhv edilir. Sözügedən araşdırmanı, ayrı-ayrı ölkələrin rəsmi statistikasına dayanaraq, ABŞ-da mənzillənən, cinsi və reproduktiv sağlamlıq üzrə ixtisaslaşan Quttmaxer İnstitutunun əməkdaşları aparıblar. Bu araşdırmadan o da bilinib ki, Azərbaycan və Ermənistanda cinsə görə selektiv abort geniş yayılıb. Müəlliflər özəlliklə ultrasəs müayinəsinin tətbiqindən sonra bəzi postsovet ölkələrində selektiv abortların artdığını vurğulayır.Tədqiqat 3 postsovet ölkəsində - Ermənistan, Azərbaycan və Gürcüstanda 2005-2009-cu illərdə 100 qıza azı 116 oğlan düşdüyünü üzə çıxarıb. Bu rəqəmlər Çin və Hindistanla müqayisə olunur. Bənzər fenomenə başqa postsovet ölkələrində, məsələn, Qazaxıstan, Moldova və Ukraynada rast gəlinməyib.Bu arada Milli Məclisə ultrasəs müayinəsi zamanı dölün cinsini açıqlamağın həkimlərə qadağan edilməsi ilə bağlı təklif verilib. Amma hələlik bu təkliflə bağlı müzakirələr gedir və sonuc əldə edilməyib. Ekspertlər hesab edirlər ki, bu qadağa tətbiq edilsə də, ona riayət etmək, bu mexanizmi tapmaq çətin olacaq: “Bu halda da ultrasəs müayinəsi ilə bağlı qara bazar yaranacaq. İnsanlar hansısa gizli yollarla bu üsuldan yararlanmağa çalışacaqlar. Nəticədə isə vəziyyət daha da pisləşəcək. Ona görə də qadağa tətbiq etmək yerinə təfəkkürlərdəki qüsuru aradan qaldırmaq lazımdır”. Məktəblərdə isə oğlan uşaqlarının sayı get-gedə artmaqdadır. Müəllimələr daha çox şagirdlərin cinsi arasındakı fərqdən narazılıq edirlər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Kəpənək" qurabiyəsi (foto resept)
Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlandı - RƏSMİ
"Santa Barbara"nın aktrisasının 30 ildəki dəyişikliyi
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Gəlin bir az da gülək
Koronavirusla bağlı son STATİSTİKA
“Karib dənizinin quldurları” filminin 6-cı hissəsi çəkilir?-FOTO
Məşhur müğənni 5 günə milyonçu oldu
İstirahət gününün HAVAsı
Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?
Koronavirusa yoluxmuş hamilə qadın insanlara müraciət etdi-FOTO
Azərbaycanda internet xidmətlərinin dəyəri aşağı salınacaq
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Koronavirusla bağlı donor olanların sayı bilindi - RƏSMİ
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Gəlinlər üçün saç modelləri
Neymar üçün mundial bitdi
Bətndə boğulan gələcəyimiz
Dövrümüzü tənqid edən şəkillər
Dəniz tısbağaları
Yaralıyam, dəymə…
Asan 7 gəlinlik saç düzümü
Əroğanın qızının toyundan FOTOlar
Saç qırıqlarından xilas olmaq üçün...
Xəbərdarlıq: “Facebook” profilinizi bağlayın!
Bu gün imtahandır
Özünüzə inanırsınızmı? (Psixoloji test)
Qarabağ Universiteti yaradılacaq
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Zərif toyuq salatı (foto resept)
Qızıl payız
Ayna modelləri
3D formatlı yataq dəstləri
Mövlanə Cəlaləddin Rumidən
Adriana Lima türk sevgilisi ilə tətildə - FOTO
Serenay Sarıkaya onu bağışladı
Kate Moss tərzinin əvəzedilməzləri
Hindistan qozlu şokoladlı tort (foto resept)
Məşhurları belə də tanıyın
BÜRCLƏR bizə nə vəd edir? -23 iyun
Məşhur aktrisa YENİ SERİALDA-VİDEO
Beren Saat BBC-nin diqqətini çəkdi
HAVA necə olacaq? 10 İyun
Bakıya qar yağacaq
Bloqer özünü əlibastr ilə çəlləkdə basdırdı - VİDEO
İki müğənnimiz Xalq artisti oldu - SƏRƏNCAM
Qurban bayramında İŞİD-dən təhlükə
Emin Ağalarov qarda çimdi – FOTO
Cazibədar xanımlar üçün çimərlik geyimləri
Qış aylarında yaz tətili üçün 10 ölkə
- ŞƏRHLƏR