Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Atalar sözü:Qızlar günəşdir...

 

Atalar sözü:Qızlar günəşdir...
Leyla pəncərəyə yaxınlaşıb çölə baxdı, İlhamə hələ görünmürdü. Əslində danışdıqları vaxta hələ vardı. Buna baxmayaraq bayaqdan neçə dəfə küçəyə baxmışdı. Sevimli rəfiqəsinin gəlişini gözləməyə səbri çatmırdı. İlhamə onun uşaqlıq rəfiqəsi idi, uşaqlığının "canlı gündəliy"i idi desə yanılmazdı. Ona görə "gündəlik" deyirdi ki, uşaqlıqda olmuş, sonradan unutduğu hadisələrin çoxunu İlhamə xatırlayırdı. Bir küçədə böyümüş, eyni məktəbdə oxumuşdular. İndi də ailə qurandan sonra eyni şəhərdə yaşayırdılar. İlk əvvəl məişət qayğıları, uşaqlar başlarını qatsa da, sonralar yenə əlaqə saxlamağa başladılar. Onlar bir-birini çox gözəl başa düşürdülər, söhbətləri uzandıqca-uzanır, bitmək bilmirdi. Məktəbdə oxuyarkən, bir çoxlarına onlarla söhbət maraqlı gəlmirdi. Çünki qeybətlə heç araları yox idi. Hər dəfə maraqlı mövzular tapır və onu müzakirə edirdilər. Bir qəribə xüsusiyyətləri vardı. Ən adi bir işdə nə isə gülməli bir şey tapır, sonra isə uğunub gedirdilər. Hər dəfə onların bu hərəkətinə Leylanın anasının acığı tuturdu: "Az gülün, ayıbdır. Çöpəgülən olmayın!"- deyirdi. Onun yanında ciddi görünüş alsalar da, sonra gülməklərini saxlaya bilmirdilər. Eh...Uşaqlıq... Qayğısız uşaqlıq illərinə xasdır bunlar. Axı dünya hələ onlar üçün bir nağıl idi... Bunları xatırladıqca Leylanın dodaqları qaçdı, yun şalını çiyninə salıb həyətə düşdü. Artıq payız gəlmişdi. Payızın ilk günləri olmasına baxmayaraq havalar çox soyuq keçirdi. Neçə gündür ki, ara vermədən yağış yağırdı. Bu gün isə sanki bir yaz günündə olduğu kimi, günəş çıxıb şəfəqlərini hər tərəfə yaymışdı. Payızı, bu fəsildə olan dəyişiklikləri çox sevirdi Leyla. Türklər payıza "son bahar" deyirlər. Həqiqətən payız, bahara çox bənzəyir: otların yenidən cücərməsi, bir çox güllərin tumurcuqlayıb çiçək açması, yağışdan sonra havadan gələn xoş rahiyə... Payız, xanım səliqəsi ilə yaydan qalan tozu təmizləyib, hər yerdə səliqə-sahman yaradır, yuyub-yığışdırırdı. Leyla təmiz havanı ciyərlərinə çəkib, dərindən nəfəs aldı. Qapı döyüldü. "Gəldi"- sevinclə qapıya yaxınlaşdı.
Rəfiqələrin şən səsi eşidildi. Leyla onun oğlunu qucağına alıb üzündən öpdü.
Leyla süfrəni düzəldir, eyni zamanda İlhamə ilə hal-əhval tuturdu. Süfrədə olan növbənöv şirniyyatları görən İlhamə:
-Bəh- bəh, nə gözəl şirniyyatlar bişirmisən. Bacımın əlindən gəlməyən iş yoxdur ki...
-Yeni reseptlərdi. Ye bax görüm, dadı xoşuna gələcək?
İlhamə razılıqla başını tərpətdi:
-Bəh- bəh... Əladı. Uşaqlar hardadı ay Leyla? Görmədim onları.
-Dərsə gediblər.
İlhamə:
-Yaxşı yadıma düşdü. Gələndə kitab mağazasına daxil olub bir kitab aldım. Mənə bəzi şeylər lazım idi... Baxım, görüm, onlar orda varmı?- deyərək çantasından bir kitab çıxartdı. Kitaba göz gəzdirib razılıqla başını buladı-İstədiyim idi yar, yetirdi pərvərdigar. Atalar sözləri də var burda.
Leyla hərəyə bir fincan çay süzüb İlhaməyə yaxın əyləşdi:
-Baxım kitaba.
-Onda sən kitaba bax, məni məşğul etmə bacı. Mən də bacımın bişirdiyi nemətlərin dadına baxım.
Leyla onun zarafatına gülümsünüb kitabı əlinə aldı. Ilhamə:
-Dadı çox gözəldir, Leyla.Bunların reseptini mənə ver, evdə hazırlayaram. İnanmıram sənin kimi dadlı hazırlayım, ancaq cəhd edərəm-Leyladan səs çıxmadğını görüb, ona baxdı. Leyla diqqətlə kitabı vərəqləyirdi:
-Yenə kitab düşdü əlinə? Mənə ver onu, yoxsa səni tanıyıram, tam oxumamış əl çəkən deyilsən. Kitabı oxuyacaqsan, mən yaddan çıxacam.
Atalar sözü:Qızlar günəşdir...


Leyla:
-Elə şey olar? Atalar misallarını oxuyuram. Maraqlı gəldi mənə. Bir-ikisini sənə də oxuyum, kefin açılsın bir az:
"Qız yükü, duz yükü".
"Qız ağlı, qaz ağlı".
"Qız deyil ki, qızdırmadır".
 "Qız acı, oğul baş tacı".
"Qızın ki oldu, qırmızı donunu çıxart".
"Qızın ki oldu, canına qızdırma doldu".
İlhamə dodaqlarını büzdü:
-Nəə? Düz dedin, yaman da kefim açıldı. Ata-anaya qız övladı kimi yanan yoxdur, bu atalarımız qızlar haqqında niyə belə deyiblər axı?Həm də, əməlli-başlı övladlar arasında ayrı-seçkilik salmaqdır bu.-başını buladı.
-Hələ davamına qulaq as, bunu 100 faiz təmbəl atalar deyiblər:
"Gecənin xeyrindən, sabahın şəri yaxşıdır".-Heç razı deyiləm bu misalla. Şərin nəyi yaxşıdı? Nə gecənin, nə səhərin şəri lazımlı deyil, uzaq olsun.
İlhamə:
-Bəs bunu eşitmisən? "Gecə ev süpürən, evin bərəkətini də süpürər". -Bu da təmbəl sözüdür. Tutaq ki,gecə qonaqlar gəldi və yaxud uşaqlı evdi, məsələn mənim evim kimi. Yusifin əlinə bir peçenye verim, bir tikəsi ağzına gedirsə, on tikəsi yerə tökülür. İndi mən belə evi necə təmizləməyib, süpürməyib yatım?! Bu misalla da razı deyiləm. Yusifin səsi gəlmir, baxım görüm neyniyir orda?
İkisi də yerindən qalxıb o biri otağa keçdi, uşaq oyuncaqların arasında uzanıb, yatmışdı. İlhamə: "Gecə gec yatmışdı, yuxusunu indi alır, xalasının evində. Mənim oğlumdan bir dənədi. Mane olmaq istəmədi bizə" -deyərək pıçıldadı. Uşağı ehmalca qucağıa götürüb, Leylanın uşaqlarının çarpayısına uzatdı. Leyla uşağın üstünü adyalla örtü. Ayaqlarının uçunda otaqdan çıxdılar. Leyla çay süfrəsini yığışdırıb, yemək tədarükü gördü. Plov dəmləmişdi. İlhamə bəh-bəhlə nimçəsinə yemək çəkdi. Leyla da ona yaxın oturdu, kitabı stolun üstünə, ikisinin arasına qoyub, səhifələrinə göz gəzdirməyə başladılar. Uşaqlıqda olduğu kimi, hərdən kitabı hərəsi öz tərəfinə dartışdırmağı da unutmadılar. Leyla:
-Yadındadır? Həmişə bunun üstündə dava edərdik məktəbdə, axırda xətkeşlə partanı ölçdük və kitabı düz ortaya qoyduq. Amma nə xeyri oldu? 1 mm- in davasını o qədər etmişik ki...
Hər ikisi  güldü. Leyla:
-Bu hissəni oxu: "Ər evi, gor evi".
"Qadının ər evindən ancaq meyidi çıxar'". Buna nə deyəsən? Deməli qadın, ona zülm etsələr də dözməlidir? Düzdür ailədə çətinliklər olur, ən adi işə görə ailəni dağıltmaq olmaz. Ancaq dözülməz vəziyyətlər bura aid deyil. Əgər sonda qadın həqiqətən döyülməkdən öləcəksə vaxtında tədbir görmək lazımdır.
-Biri ilə mən də heç razı deyiləm Leyla. Bimirəm burda bu yazılıb ya yox? "Arvadın dediyini eşit, tərsinə elə".
İnanırsan, neçə dəfə olub ki, yoldaşım bu misalı çəkərək sözümü dinləməyib. Həmişə sonda mən deyənə gəlib çıxıb. Sonra da özünü sındırmamaq üçün özünü elə aparıb ki, guya mən ona heç nə deməmişdim. Mən də üzünə vurmamışam, ancaq həmin işin əziyyətini onunla birgə mən də çəkmişəm. Elə əvvəlcədən məsləhətli iş görsələr həm özləri xeyir tapar, həm biz.
Atalar sözü:Qızlar günəşdir...
Leyla:
-Razıyam İlhamə, bizdə də belə hallar çox olub. Elə bil arvad, düşməndir.
Biz də öz ailəmizin yaxşılığı üçün deyirik də... Həm də biz qadınlar uzaqgörən oluruq axı- deyərək İlhaməyə göz vurdu-Bilmirəm, niyə kişilər buna qısqanclıqla yanaşırlar? Qulaq as: "Arvad nədir, urvat nədir". Bax hələəə?
-Urvat nə deməkdi?
-Yanında yazılıb mənası-qeyrət. Nəə?
Təəccüblə baxışdılar.
-Ay qız bunlar nə danışırlar? -İlhamə qızğınlıqla sözə başladı- Sonra da feministləri qınayırlar. Bunları oxuyan qadın feminist olmasın nə etsin?!
Onun sözlərinə Leylanı gülmək tutdu:
-Qulaq as: "Gəlin evin süpürgəsidir".Bunu oxuyan qız heç ailə qurmaq istəyər?!
İlhamə:
-Süpürgə???Ay anam, ay bacım, gəlin evin gülüdür, gülü.Süpürgə niyə olur axı? Uf... Ürəyim darıxdı.
-"Ərini güdən arvad, gorunu güdər".
-Nəə? -İlhamə dik atıdı:
-Bunu 100 faiz kişilər öz xeyirləri üçün deyiblər, yəni ki: "Ay arvad, nəbadə məni güdəsən öldürərəm səni".Bundan əlavə türklərin bir atalar misalı var, daha doğrusu bəlkə də analar misalıdı: "Kişi xəmir kimidir, özbaşına qoysan daşıb tabaqdan çıxar". Yəni gözün üstündə olsun gərək.
Leyla İlhamənin sözlərinə gülməkdən uğunurdu. Gülməkdən yaşarmış gözlərini silib yenə oxumaq istəyəndə, İlhamə kitabı əlindən aldı:
-Sən bunları hardan tapıb oxuyursan elə. Cin atına mindirdin məni. Ver mən də baxım:
-"Qız ki, iydə çiçəyi iylədi, evdən iyisini kəs".
Təəccüblə baxışdılar, ikisi də eyni anda çiynini çəkdi.
-Bir şey başa düşdün indi? İydə çiçəyi? Nə dəxli var axı? Axı niyə qızlara iydə çiçəyi iyləmək qadağandır?
-Mən də  heç nə başa düşmədim.
Birdən Leylanı gülmək tutdu:
-Yadıma bilirsən nə düşdü?
İlhamə səbirsizcəsinə:
-Nə? Ay qız, burda gülməli nə var axı? Hirsimdən ölürəm. Leyla... Danış də.. Keçmə  də sənin bu xasiyyyətindən, əvvəl də beləydin, gülüb qurtarmamış sözünü deməyəcəksən indi?
Leyla sakitləşmək istəsə də, İlhamənin sözləri onu yenidən güldürürdü. İlhamə də hirslə kitabı vərəqləyirdi. Leyla gözlərini silib:
-Yadıma bilirsən nə düşdü? Keçən il, bir yerə qonaq getmişdik. Çox gözəl bir kənd idi. İnsanları da mehriban,söhbətcil... Qonaq qaldığımız evdə mehriban bir nənə vardı. Hərdən ondan elə atalar sözləri eşidirdim... Ayağım yerə yapışırdı.
-Kimə məsəl çəkirdi?
-Elə hər işə bir məsəli vardı arvadın, inan sinəsi sözlə dolu idi. Sinədəftər idi, sinədəftər. Atalar misalları, bayatılar... Eh, bir aləm idi. Hər hadisəyə uyğun elə dəqiq məsəl çəkirdi ki, elə bil elə ancaq bu iş üçün deyilmişdi həmin məsəl.
-Bir- ikisini mənə də de nənə deyən misallardan.
-Onları bərkdən demək olmaz, qulağını gətir.
-Hamısını?
-Yoox, bəzilərini.
Leyla ağzını İlhamənin qulağına yaxınlaşdırdı. Leylanın dediklərini eşidən İlhamə, əlini ağzına aparıb təəccüblə ona baxdı, birdən qəhqəhə ilə gülməyə başladı, Leyla da ona qoşuldu. Yadlarına düşdü ki, uşaq yatıb, ağızlarını əlləri ilə tutdular. İlhamə pıçıltı ilə:
-Nənə bunları hansı kitabdan oxuyub görəsən?
-Nə bilim, mənə də maraqlıdır. Yenidən gülüşdülər.
-Nə yaxşı gəldin İlhamə. Kitab da lap yerinə düşdü.
-Daha demə. İndi sənin bizə gəlmək növbəndi. Yadındadır? Uşaq olanda növbə ilə bir- birimizin evinə gedərdik. Bir dəfə sən, bir dəfə mən. Ancaq bu atalar misalları mənə çox maraqlı gəldi, axtarıb yeniləri tapacam.
-Mən də, yenilərini öyrənib gələcəm sizə.
-Onda müzakirəmizi davam etdirərik bizdə.
-Ancaq elə misallar var ki, onlar başqa aləmdi və dəqiq yerində deyilib. Məsələn, "dost gəlişi toy olar,bayram olar".
-Düz deyiblər bunu. Əslində bütün bu kəlamlar, atalar sözləri xalqın söz xəzinəsindəndir. Sadəcə biz bu gün mübahisəli məsəlləri müzakirə etməyə üstünlük verdik.
Atalar sözü:Qızlar günəşdir...
Çoxusu  dəqiq yerində deylmiş məsəllərdi. Və mən sevərək öz danışığımda onlardan istifadə edirəm.
-Mən də çox istifadə edirəm atalar sözlərindən. Ancaq hərdən elə hadisələlərlə qarşılaşıram ki, deməyə başqa söz tapa bilmirəm. Və bu zaman nənənin dediyi məsəllər yadıma düşür. Onları deməklə hirsimi soyuduram bir az.
-Bərkdən deyirsən onları?
-Yoox. Ürəyimdə.
İkisi də güldü. Leyla:
-Kitabı mənə ver İlhamə, bayaq gözümə bir məsəl sataşdı orda. Kitabı vərəqlədi:
-Tapdım! "Qızlar bir günəşdir, oğlanlarsa- ay parçası"
"Oğul arxadır, qız yaraşıqdır"
"Qızılquş əldə gəzər, gözəl qız- dildə"
"Qızın isməti- atanın dövləti"
Leyla mənalı nəzərlərlə İlhaməyə baxdı. İlhamə razılıqla gülümsədi:
-Bu məsəllər ürəyimə yağ kimi yayıldı. Gözəl deyilib- qızlar günəşdir...
İlhamənin telefonu zəng çaldı. O,telefonla danışdıqdan sonra təəssüflə Leylaya baxdı:
-Baldızım idi. Axşam bizə qonaq gəlmək istəyirlər. Bu səbəbdən mən tez getməli oldum bacım, axşama hazırlıq görməliyəm. Sən də çalış çox yubanmasın gəlişin. Gələndə uşaqları da gətir, onları görə bilmədim.
Leyla da təəssüfləndi:
-Çox istəyərdim, indi getməyəsən. Ancaq, sənə necə rahatdır elə olsun.
Otaqdan uşağın səsi gəlirdi, artıq ayılmışdı. İlhamə uşağı, geyindirdi. Leyla onu ötürmək üçün onunla birgə evdən çıxdı. Külək ağacın saralmış yarpaqlarını yerə tökürdü. Havada kəpənəklər kimi  uçuşan əlvan yarpaqlar görünürdü. Yadlarına uşaqlıq illəri düşdü. Belə zamanlarda məktəbdən vaxtında çıxsalar da evə gec gəlirdilər. "Yuxarıdan tökülən yarpaqları kim tutar?" oyununa başları elə qarışardı ki, zamanın necə keçdiyindən xəbərləri olmazdı. İndi də bunu xatırlayıb, xoş xatirələrə dalaraq, tezliklə görüşmək ümidi ilə sağollaşıb ayrıldırlar.
Səslərin sayı: 12
64
8315
loading...
Şərhlər
Offline
Deniz N-va
Biz kizlar neymisiz?
27 aprel 2014 15:26
Offline
Almaz S.
R.G.AL-SU,
-atalarda belə soz də var həyatda 1 yuxudan tez duran udur,1 də tez evlənən.Amma basqa birində isə deyirlərki-tez evlənən tez qocalar,tez evlənən tez dazlaşar-mənə maraqlıdır indi gənclər nə etsin,hansına qulaq assın laughing

"tez evlənən tez dazlaşar" winked Buna da ilk dəfədir ki,rast gəlirəm.Ay bacım,siz sinədəftərsiz ki,əcəb maraqlı məsəllər bilirsiz winked give_ros
Tez evlənən tez qocalar dedikdə yəqin,tez nənə-baba olar,bu nəzərdə tutulub.Ancaq -tez dazlaşar-bunun açmasını bilmədim.Görəsən atalar niyə belə deyiblər fellow
31 oktyabr 2013 10:52
Offline
GülnaR
Almaz S.,-dəyəriniz ücün sag olun canım,dəyərli xanımsınız ozünüz də.Ananın zəhməti haqqındakı a.s-ni Mən tez-tez istf edirəm,yoldaşıma deyirəm-onsuz zəhməti mən çəkirəm rəhmət sənə düşürdə. winked

Xatırladıqca yazmağı unutmayın,
-atalarda belə soz də var həyatda 1 yuxudan tez duran udur,1 də tez evlənən.Amma basqa birində isə deyirlərki-tez evlənən tez qocalar,tez evlənən tez dazlaşar-mənə maraqlıdır indi gənclər nə etsin,hansına qulaq assın laughing
31 oktyabr 2013 09:54
Offline
Almaz S.
R.G.AL-SU,
o qədər peşimanamki bu xəbəri gorməməyimə,ən çox maraqımı çəkən bir movzu,olduqca maraqlı xəbəri hec gorməmişəm.Çooox sag olun Almaz xanım,bu sayta gec-gec girməklə dogurdan nəsə itirdiyimi indi dərk etdim.

Siz sayta gəlməyəndə yeriniz görünür burda winked
-]ana çəkər zəhməti,ata alar rəhməti-]anlamıram nə demək istəyib atalar? recourse
-Qız ağlı, qaz ağlı-deyirsiz,sonra da ana haqqı tanrı haqqı]-deyirsiz axı bu təhqir etdiyiniz qız gələcəyin ANASIDIR ay atalar... biggrin
]örtülü bazar dostlugu pozar-deyən atalar sirrini demə dostuna,dostunun da dostu var-deyir..İndi biz yazıq hansını edək??? biggrin
-]elnən gələn qara gün toy-bayramdır- recourse :Allah eləməsin qara gün hacandan toy bayram olubkii?
-]asta qaçan namərdir-deyen atalar,tələsən təndirə düşər]-deyir.Ay atalar bir qərara gəlin nə edək necə edək indi biz?


Maraqlı araşdırma etmisiniz,fikirləriniz çox maraqlıdı.Etiraf edim,-ana çəkər zəhməti,ata alar rəhməti-bu məsələ ilk dəfə rast gəldim.Açması yəqin belədir,axı qədimdə qadından yoldaşı razı qalanda belə deyirdi,-ay atan oldu rəhmətlik-.Yəqin bunu nəzərdə tutublar winked

R.G.AL-SU,
hələlik bu qədər xatırladıqca yazaram

Xatırladıqca yazmağı unutmayın,məsəlləri çox gözəl təhlil edirsiniz winked
30 oktyabr 2013 19:37
Offline
GülnaR
o qədər peşimanamki bu xəbəri gorməməyimə,ən çox maraqımı çəkən bir movzu,olduqca maraqlı xəbəri hec gorməmişəm.Çooox sag olun Almaz xanım,bu sayta gec-gec girməklə dogurdan nəsə itirdiyimi indi dərk etdim.Movzu üçün sizə alqış,icazənizlə keçim fikirlərimə.
Atalara qurban olum,amma nədənsə dediklərinin 50 faizi analara qarşı deyilib biggrin

-]ana çəkər zəhməti,ata alar rəhməti-]anlamıram nə demək istəyib atalar? recourse
-Qız ağlı, qaz ağlı-deyirsiz,sonra da ana haqqı tanrı haqqı]-deyirsiz axı bu təhqir etdiyiniz qız gələcəyin ANASIDIR ay atalar... biggrin
]örtülü bazar dostlugu pozar-deyən atalar sirrini demə dostuna,dostunun da dostu var-deyir..İndi biz yazıq hansını edək??? biggrin
-]elnən gələn qara gün toy-bayramdır- recourse :Allah eləməsin qara gün hacandan toy bayram olubkii?
-]asta qaçan namərdir-deyen atalar,tələsən təndirə düşər]-deyir.Ay atalar bir qərara gəlin nə edək necə edək indi biz?

hələlik bu qədər xatırladıqca yazaram,bu cur movzunu qələmə alan əllərinizdən opdüm
30 oktyabr 2013 13:45
Offline
Sonay Quluzade
Mən deyəsən bilirəəm,ancaq qulağa deyilməlidi

Maraq öldürdü lap, indi mən qulağımı sizə nətər çatdırım biggrin
28 oktyabr 2013 12:41
Offline
Almaz S.
Sonay Quluzade,
Qızlar körpə vaxtı nə iydə, nə zad vecinə deyil, onlarınkı gəlincikdir, uzaq başı anasının dikdaban ayaqqabıları biggrin. İydənin də qoxulanası bir vaxt var və vaxt böyük ehtimalla yetkinlik dövrünə təsadüf edir, yəni iydəni ki, iylədi, gözü ora-bura baxmamış, ver-getsin, yoxsa xatası çıxar, əmi canı düz deyirəm lol. Bilmirəm izah edən olmuşdumu? Mən belə başa düşdüm.

Düz izah etmisən.Niyə ancaq iydəni??? winked Mən deyəsən bilirəəm,ancaq qulağa deyilməlidi wink
Gulshen_q,
Belə təxmin etdim ki, iydə çiçəyini iyləyən (həm də boyu artıq iydə çiçəyinə çatan) qızın artıq ərə getmək üçün kifayət qədər yaşı da olmalı.Nənələrimizin dövründə yeniyetmə qızların da yaşı bunun üçün kifayət edərdi.Əgər qız iydə çiçəyi iylədisə,-yəni bu yaşa gəlib çatdısa onun "iyini evdən kəsmək" lazımdır.Yəni ərə vermək lazımdır. laughing

Düzgün izahdı wink
Mən bir şey də kəşf etdim ki,atalarımız həm də həddən artıq çoxbilmiş olublar(yaxşı mənada) winked

N.(SaTuOr),
bunlarla raziyam
Arvad nədir, urvat nədir"
Qız yükü, duz yükü".
"Qız ağlı, qaz ağlı".
"Qız deyil ki, qızdırmadır".
"Qız acı, oğul baş tacı".
"Qızın ki oldu, canına qızdırma doldu".bunlarla razi deyilem
"Qızın ki oldu, qırmızı donunu çıxart" bununlasa hardasa raziyam, cunki olur ki, qiz usaqlari analarina baxir, onlar kimi geyinmek isteyir ve tez bu misali getirler
"Gecənin xeyrindən, sabahın şəri yaxşıdır"mueyyen qeder raziyam
"Gecə ev süpürən, evin bərəkətini də süpürər" bes ele olur ki usaq evi ele batirir ki, meselen corek tokur evle bir olur, mecburam supurem .amma nenelerimzden esitmisem ki, demek lazmidir toy evi supururem, nehlet seytana.men de bele deyirem.
"Ər evi, gor evi".
"Qadının ər evindən ancaq meyidi çıxar'". bu sozlerle de belke de ovladlarinin xatirine razilasmaq olar, amma da seni osrda doyub oldureceklerse, ata evine getmek yaxsidir.
"Arvadın dediyini eşit, tərsinə elə".hele yoldasim herden bele deyir ,,Arvadin sozun gah esit, gah esitme" bu misallari kisilerden srusmaq lazimdir eyy, nedense esitmeyib sonra pesman olanda boyunlarina bele almaq istemirler.

Eyni fikirdəyik.1 misal istisna olmaqla-Gecənin xeyrindən səhərin şəri yaxşıdır
28 oktyabr 2013 12:36
Offline
N.(SaTuOr)
"Qızlar bir günəşdir, oğlanlarsa- ay parçası"
"Oğul arxadır, qız yaraşıqdır"
"Qızılquş əldə gəzər, gözəl qız- dildə"
"Qızın isməti- atanın dövləti"
bunlarla raziyam
Arvad nədir, urvat nədir"
Qız yükü, duz yükü".
"Qız ağlı, qaz ağlı".
"Qız deyil ki, qızdırmadır".
"Qız acı, oğul baş tacı".
"Qızın ki oldu, canına qızdırma doldu".bunlarla razi deyilem
"Qızın ki oldu, qırmızı donunu çıxart" bununlasa hardasa raziyam, cunki olur ki, qiz usaqlari analarina baxir, onlar kimi geyinmek isteyir ve tez bu misali getirler
"Gecənin xeyrindən, sabahın şəri yaxşıdır"mueyyen qeder raziyam
"Gecə ev süpürən, evin bərəkətini də süpürər" bes ele olur ki usaq evi ele batirir ki, meselen corek tokur evle bir olur, mecburam supurem .amma nenelerimzden esitmisem ki, demek lazmidir toy evi supururem, nehlet seytana.men de bele deyirem.
"Ər evi, gor evi".
"Qadının ər evindən ancaq meyidi çıxar'". bu sozlerle de belke de ovladlarinin xatirine razilasmaq olar, amma da seni osrda doyub oldureceklerse, ata evine getmek yaxsidir.
"Arvadın dediyini eşit, tərsinə elə".hele yoldasim herden bele deyir ,,Arvadin sozun gah esit, gah esitme" bu misallari kisilerden srusmaq lazimdir eyy, nedense esitmeyib sonra pesman olanda boyunlarina bele almaq istemirler.
28 oktyabr 2013 11:50
Offline
Sonay Quluzade
Ən çox işlətdiyiniz hansı sözlərdi?Bəs istisnalar?

Atalar sözlərinin yox ey, Ataların tərəfindəyəm. Yəqin nəsə bilib deyiblər kişilərmocking
iydə çiçəyi məsələsi.Bunun izahını,açmasını bilən varsa yazsın zəhmət olmasa.

Qızlar körpə vaxtı nə iydə, nə zad vecinə deyil, onlarınkı gəlincikdir, uzaq başı anasının dikdaban ayaqqabıları biggrin. İydənin də qoxulanası bir vaxt var və vaxt böyük ehtimalla yetkinlik dövrünə təsadüf edir, yəni iydəni ki, iylədi, gözü ora-bura baxmamış, ver-getsin, yoxsa xatası çıxar, əmi canı düz deyirəm lol. Bilmirəm izah edən olmuşdumu? Mən belə başa düşdüm.
28 oktyabr 2013 08:52
Offline
Gulshen_q
"Qız ki, iydə çiçəyi iylədi, evdən iyisini kəs".
Bu məsəlin açmasını bilmək istərdim,mənə ən maraqlı gələn bu oldu.Əgər istifadəçilərdən bilən varsa yazsın xaiş Kimin nənəsi yaxındırsa o soruşub bizə yazsın,heç kim bilməsə də nənələr mütləq bilər bunu.Mənim nənəm məndən çox uzaqda yaşayır,yoxsa elə özüm soruşardım

Belə təxmin etdim ki, iydə çiçəyini iyləyən (həm də boyu artıq iydə çiçəyinə çatan) qızın artıq ərə getmək üçün kifayət qədər yaşı da olmalı.Nənələrimizin dövründə yeniyetmə qızların da yaşı bunun üçün kifayət edərdi.Əgər qız iydə çiçəyi iylədisə,-yəni bu yaşa gəlib çatdısa onun "iyini evdən kəsmək" lazımdır.Yəni ərə vermək lazımdır. laughing
27 oktyabr 2013 19:36
Offline
Almaz S.
Gulshen_q,
Ən çox bunlar:laughing
"Qızlar bir günəşdir, oğlanlarsa- ay parçası"
"Oğul arxadır, qız yaraşıqdır"
"Qızılquş əldə gəzər, gözəl qız- dildə"
Bunları mən də ilk dəfə sizə dediyim kitabdan oxumuşam.
"Qız ki, iydə çiçəyi iylədi, evdən iyisini kəs".
Bu məsəlin açmasını bilmək istərdim,mənə ən maraqlı gələn bu oldu.Əgər istifadəçilərdən bilən varsa yazsın xaiş winked Kimin nənəsi yaxındırsa o soruşub bizə yazsın,heç kim bilməsə də nənələr mütləq bilər bunu.Mənim nənəm məndən çox uzaqda yaşayır,yoxsa elə özüm soruşardım winked
"Ərini güdən arvad, gorunu güdər".
Bu da yazıda dediyim kimidir yəqin nea


Aşk Meleği,
Ona görə övlad sahibi olmaq azdır,düzgün tərbiyə vermək və onunla dost olmaq lazımdır.Belə olanda heç bir uşaq isti yuvasından didərgin düşməz.

BIBIXANIM,
seadet huseynova,
Qızınmı var derdin var deyibler atalar.qızıma deyirem herden gören seni kim alacaq vay onun halına.çox erköyü nlük edir ancaq atasına.

Ay Səadət xanım,qızı olanın dərdi niyə olur,əksinə sevinv payı daha çox olur.Qızlarda adətdir ataya ərköyünlük etmək,onsuz da bilirlər ki,sonra nazlarını çəkən olmayacaq.

Yazının,əsas səhifəsinə şəkil seçən redaktorumuza xüsusi təşəkkür give_ros Gözəl şəkildi
27 oktyabr 2013 18:26
Offline
BIBIXANIM
TESEKKUR EDIREM give_ros
27 oktyabr 2013 16:21
Offline
Aşk Meleği
Almaz S.,
neinki yadlıq,münasibetelrde soyuqluq hetta evi de etrk eder... sorry
27 oktyabr 2013 16:19
Offline
seadet huseynova
Qızınmı var derdin var deyibler atalar.qızıma deyirem herden gören seni kim alacaq vay onun halına.çox erköyü nlük edir ancaq atasına.
27 oktyabr 2013 03:13
Offline
Gulshen_q
Ən çox hansılar sizə təəccülü gəldi?

Ən çox bunlar:laughing
"Qızlar bir günəşdir, oğlanlarsa- ay parçası"
"Oğul arxadır, qız yaraşıqdır"
"Qızılquş əldə gəzər, gözəl qız- dildə"
"Qız ki, iydə çiçəyi iylədi, evdən iyisini kəs".
"Ərini güdən arvad, gorunu güdər".
26 oktyabr 2013 20:33
Offline
Almaz S.
Elnur Məmmədov,
qız-göz kimidir,hər gördüyünü dərk etməz,amma yenə də baxar!Qadın -zəka kimidir,dərk edər,yadda saxlayar,nəticə çıxarar(,amma hər insanın eyni zəkası olmur)qızla -qadın arasında-ən azı bir kişilik fərq var,bu kişi ismətli olsa,qiz bəxtəvər qadındı,zəkası ilə davranar,yox kişi pis (içmətsiz)olsa,qızlıqdan qadınlığa keçən qadın,bəxtəvərliyini analıqda aztrar...Yaxşı,saf qadın-kişinisinin saf isməti, saf qeyrətidir!


Gulshen_q,
Çox gözəl izah verdiniz.Qızın ağıllı və xoşbəxt qadına çevrilməsi məhz onun həyatındakı kişidən asılıdır, razıyam.Və bu fikri bir kişidən duymaq daha maraqlı oldu. laughing

Mən də qatılıram bu fikirlərə
26 oktyabr 2013 20:16
Offline
Gulshen_q
qız-göz kimidir,hər gördüyünü dərk etməz,amma yenə də baxar!Qadın -zəka kimidir,dərk edər,yadda saxlayar,nəticə çıxarar(,amma hər insanın eyni zəkası olmur)qızla -qadın arasında-ən azı bir kişilik fərq var,bu kişi ismətli olsa,qiz bəxtəvər qadındı,zəkası ilə davranar,yox kişi pis (içmətsiz)olsa,qızlıqdan qadınlığa keçən qadın,bəxtəvərliyini analıqda aztrar...Yaxşı,saf qadın-kişinisinin saf isməti, saf qeyrətidir!

Çox gözəl izah verdiniz.Qızın ağıllı və xoşbəxt qadına çevrilməsi məhz onun həyatındakı kişidən asılıdır, razıyam.Və bu fikri bir kişidən duymaq daha maraqlı oldu. laughing
26 oktyabr 2013 18:31
Offline
Elnur Məmmədov
qız-göz kimidir,hər gördüyünü dərk etməz,amma yenə də baxar!Qadın -zəka kimidir,dərk edər,yadda saxlayar,nəticə çıxarar(,amma hər insanın eyni zəkası olmur)qızla -qadın arasında-ən azı bir kişilik fərq var,bu kişi ismətli olsa,qiz bəxtəvər qadındı,zəkası ilə davranar,yox kişi pis (içmətsiz)olsa,qızlıqdan qadınlığa keçən qadın,bəxtəvərliyini analıqda aztrar...Yaxşı,saf qadın-kişinisinin saf isməti, saf qeyrətidir!
26 oktyabr 2013 17:57
Offline
aygul,alizade
Almaz men hansi atalar sozleri ile razilasmiram onu deyim.Ilhamenin qulagina deyilen atalar sozler ile razilasmiram cunki onlari mede bilirem.
26 oktyabr 2013 14:14
Offline
Almaz S.
N.(SaTuOr),
Hamisini maraqla oxudum.Cox sag olun.Atalarimiz ,, Atalar sozlerini" ele-bele demeyib.her halda hansisa hadiselerden neticelere gelerek bu sozler yaranib.Boynuma alim ki, bezi Atalar sozleri var ki, hec razilasmiram.Bezileri ise lap yerinde deyilmis sozlerdir.

Çox sağ olun,hansılarla razılaşmırsınız?İstəyərdim şərhlərinizdən oxuyum,hansı atalar sözləri ilə razı deyilsiz?Fikirlərinizi bilmək maraqlı olardı
aygul,alizade,
Ay Allah teala seninde qizini saglam saleh xeyirli ismetli qizlardan etsin.Sehermizin gozeli olan qizin istediyi inistuta rahatliqla yuksek balla qebul olsun.En esasi ise hemise oldugu kimi sizin sozunuzu hec vaxt yere salmasin.Allah ovladlarinizi sizin bas taciniz etsin.

Amin,Çox sağ ol canım arzularına görə,mən də eyni arzuları sənə diləyirəm
26 oktyabr 2013 13:43
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )